kontur xəritəsi

outline-map / skeleton-map контурная карта
kontrol rəqəmlər
Kor atın kor nalbəndi olar.
OBASTAN VİKİ
Azərbaycan xəritəsi
Azərbaycan Respublikasının Xəritəsi — Azərbaycan Respublikasının ərazisinin kiçildilmiş təsviri. == Pul üzərində == Azərbaycan manatının 2005-ci ildən tədavülə buraxılan bütün əsginaslarının arxa tərəfində Azərbaycan Respublikasının Xəritəsi təsvir edilmişdir. == Poçt markası üzərində == 2011-ci ilin oktyabr ayının 11-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 1 manat, tirajı isə 5000 ədəd olan həmin markalardan biri Azərbaycan Respublikasının Xəritəsinə həsr olunmuşdur.
Görüntü xəritəsi
Görüntü xəritəsi- (en. image map ~ ru. карта изображений ~ tr. görüntü haritası) – HTML dilində: görüntü ilə bağlı olan və çıqqıldadıldıqda müəyyən URL ünvanına keçmək üçün xüsusi sahələri (aktiv zonaları) olan qrafik obyekt. Görüntü xəritəsindən istifadə olunması bir neçə istinadın bir görüntüdə saxlanmasına, eləcə də istənilən formalı istinad sahələri yaratmağa imkan verir. Aşağıda verilmiş kod görüntü xəritəsi yaradır və onu konkret görüntü ilə əlaqələndirir: <HTML> <BODY> <IMG width="500" height="200" usemap="#somemap" src="Figures.png"> <MAP name="somemap"> <AREA shape="rect" coords="6, 7, 140, 196" href="Düzbucaqlı"> <AREA shape="circle" coords="239, 98, 92" href="Dairə"> <AREA shape="polygon" coords="386,16, 344,56, 350,189, 385,132, 489,190, 496,74" href="Çoxbucaqlı"> </MAP> </BODY> </HTML> Nəticədə aşağıdakı aşağıdakı fiqur təsvirlərinin üzərində aktiv zonalar alınır: == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Vinland xəritəsi
Vinland xəritəsi – xəritənin XV əsrə aid olduğu bildirilir. Xəritədə Vikinqlərin Şimali Amerikada kəşf etdikləri ərazilər əks olunmuşdur. Vinland xəritəsi ilə bağlı mühüm iddialardan biri, onun saxta olması və XX əsrin ortalarında hazırlanmasıdır. Xəritədə Afrika, Asiya, Avropa və Qrenlandiya təsvir edilmişdir. Atlantik okeanında yerləşən adalardan biri, şərti olaraq Viland adlandırılmışdır. Xəritədə Avropalıların adaya XI əsrdə gəldiləri göstərilib. Yel Universitetinin və Britaniya muzeyinin professorları xəritənin XV əsrə aid olduğunu təsdiqləmişdilər. Ən mühüm iddialardan biri XVII əsrdə xəritəyə həmin dövürdə olan xəritələrdən bəzi əlavələrin edilməsidir. Xəritənin yazılmasında istifadə olunan qələmin mürəkkəbinin ən çoxu 150 il əvvələ aid olması, bu fikir daha da gücləndirmişdir. Bütün iddialara baxmayaraq, xəritənin XV əsrə aid olduğunu sübut edən dəlillər də çoxdur..
Ptolemeyin xəritəsi
Ptolemeyin xəritəsi — qədim yunan alimi Klavdi Ptolemeyin “Coğrafiya” traktatına əlavə edilmiş dünya xəritəsi. Adı çəkilən traktat eramızın 150-ci ilində yazılmışdır. Xəritədə coğrafi koordinatları ilə birgə təxminən 8000 şəhər və yaşayış məntəqəsi göstərilir. İlkin xəritələr itsə də, traktatın özü XIII-XIV əsrlərin sonunda aşkar edilmişdir. Coğrafi kəşflər dövründən əvvəl Ptolemeyin xəritəsi avropalılar üçün əsas coğrafi məlumat mənbəyi kimi xidmət etmişdir. Məhz onun təsvirlərinə əsaslanaraq, İntibah dövrünün kartoqrafları dünyanın itirilmiş xəritəsini yenidən qurmağı bacarmışdılar.
"Yol xəritəsi" planı
"Yol xəritəsi" planı — İsrail-Fələstin konfliktini həll etmək üçün bir plan. == Haqqında == Kvartet (ABŞ, Avropa İttifaqı, Rusiya və Birləşmiş Millətlər Təşkilatı) tərəfindən Yaxın Şərq regionundakı sabitliyi bərpa etmək üçün təklif olunmuşdur. Planın prinsiplərini ABŞ Diplomatik Xidmət Məmuru Donald Blom hazırlasa da, rəsmi olaraq ilk dəfə ABŞ Prezidenti Corc V. Buş 24 iyun 2002-ci ildə öz nitqində qeyd etmişdir. Onun bu nitqi sülh şəraitində İsrail ilə yan-yana yaşayan müstəqil Fələstin dövlətinə çağırış idi: "Yol xəritəsi planı təhlükəsiz İsrail dövləti və öz varlığını müstəqil saxlaya bilən, dinc, demokratik Fələstin dövlətinin maraqlarını təmin edən başlanğıcdır. Bu Yaxın Şərqin uzunmüddətli sülh və təhlükəsizliyi proqresi üçün strukturdur…" "Yol xəritəsi" planı 2005-ci ildən də tez konfliktin sonlandırılmasını nəzərdə tutan üç məqsədyönlü mərhələdən ibarətdir. Buna baxmayaraq, bu proqres, əsaslı plan kimi tərəflərin təmiz niyyətli səylərini, planın öhdəçi kvartetin hər birinə uyğun şəkildə həyata keçirilməsini tələb edərək və bunlardan asılı olaraq aşağidakı mərhələlərdən təşkil olunmuşdur: I mərhələ (ən tez 2003-cü ilə kimi): Fələstinə qarşı zorakılığa son qoyulması; Fələstin siyasi islahatı; israillilərin Fələstin şəhərlərindən çıxarılması və İsrailin ərazi ekspansiyasını dondurması; Fələstin seçkiləri. II mərhələ (ən tez iyun-dekabr 2003-cü il) : Fələstin iqtisadiyyatın bərpasını dəstəkləmək üçün Beynəlxalq Konfransın və müvəqqəti sərhədlərlə müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan prosesin başlanması; regional su ehtiyatları, ətraf mühit və iqtisadi inkişaf, qaçqınlar və silahlanmaya nəzarət daxil olmaqla problemlərdə çoxtərəfli öhdəliyin dirçəlməsi; Ərəb dövlətlərinin İsrail ilə (ticarət ofisləri və s.) pre-intifada əlaqələrini bərpa etməsi. III mərhələ (ən tez 2004–2005-ci illər) : ikinci Beynəlxalq Konfrans; konfliktin daimi status razılaşması və sonu; son sərhədlər üzərində razılıq; Yerusəlimin, qaçqınların və ərazilərin taleyində çox mübahisəli məsələlərin aydınlaşdırılması; Ərəb dövlətinin İsrail ilə sülh danışıqlarına razılaşması. "İsrail Xalqı və Torpaqları Qoruma Birliyinin" təşkil etdiyi konfransda, Yəhudi camaatının qabaqda gələn xaxamları bir yerə gəldi. İsraildəki radikal dincdarların fikrini əks etdirməsiylə bilinən birliyin şərhində, ABŞ-nin "Yol Xəritəsi" sərt bir dillə tənqid olundu.
Azərbaycan Respublikasının Xəritəsi
Azərbaycan Respublikasının Xəritəsi — Azərbaycan Respublikasının ərazisinin kiçildilmiş təsviri. == Pul üzərində == Azərbaycan manatının 2005-ci ildən tədavülə buraxılan bütün əsginaslarının arxa tərəfində Azərbaycan Respublikasının Xəritəsi təsvir edilmişdir. == Poçt markası üzərində == 2011-ci ilin oktyabr ayının 11-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 1 manat, tirajı isə 5000 ədəd olan həmin markalardan biri Azərbaycan Respublikasının Xəritəsinə həsr olunmuşdur.
Fra Mauro xəritəsi
Fra Mauro xəritəsi (isp. Mapamundi de Fra Mauro) — Venesiyalı rahib Fra Mauro tərəfindən hazırlanmış xəritə. Parça üzərində çəkilmiş xəritə iki metr uzunluğundadır. Xəritə ağac cərcivə ilə əhatə olunmuşdur. Xəritənin bir nüsxəsi rahib Mauro və köməkçisi Andrea Bianko tərəfindən Portuqaliya krallığının kralı V Alfonsa göndərilmişdir. Hazırlanan xəritə 24 aprel 1459-cu ildə Portuqaliyaya göndərilmişdir. Uzun müddət xəritənin harada olması barədə məlumat olmasada, bir neçə əsr əvvəl xəritə Venesiya yaxınlarında yerləşən Murano adasında ki, San Mikel monastrında tapılmışdır. Hal-hazırda xəritə Venesiya şəhərində yerləşən Korer muzeyində sərgilənir. Yaponiya Fra Mauro xəritəsi böyük ehtimal ki,De Virqa xəritəsindən sonra Yaponiyanın göstərildiyi ilk avropalı xəritəsidir.Adaya cimpaqu deyilir.
Piri Rəis xəritəsi
Piri Rəis xəritəsi — 1513-cü ildə İstanbulda Piri Rəis tərəfindən yaradılan dünya xəritəsidir. Xəritədə Avropa və Afrikanın qərb hissəsi, Şimali və Cənubi Amerikanın şərq hissəsi, Atlantik okeanda xırda adaların çoxu təsvir edilmişdir. Xəritə 1929-cu ildə, Topqapı sarayında muzey yaradılanda aşkar olunub.
Azərbaycan xəritəsi (film, 2006)
Azərbaycan xəritəsi qısametrajlı sənədli televiziya filmi rejissor Oqtay Əlizadə tərəfindən 2006-cı ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Filmdə Azərbaycan xəritəsinin tarixindən və bu günündən bəhs edilir. == Məzmun == Filmdə Azərbaycan xəritəsinin tarixindən və bu günündən bəhs edilir.
Kiçik mükəmməl şeylərin xəritəsi
Kiçik mükəmməl şeylərin xəritəsi (ing. The Map of Tiny Perfect Things) — 2021-ci ildə ekranlara çıxan ABŞ filmi. == Süjet == İki gənc zaman döngəsində ilişib qalıb — eyni günü təkrar-təkrar yaşayırlar. == Rollarda == Kyle Allen — Mark Ketrin Nyuton — Margaret Jermaine Harris — Henry Anna Mikami — Phoebe Josh Hamilton — Daniel Cleo Fraser — Emma Jorja Fox — Greta Al Madrigal — Mr.