Kren

der; -(e)s bot. qıtbıqotu
krempeln
krepieren
OBASTAN VİKİ
Brayan Krenston
Brayan Li Krenston (ing. Bryan Lee Cranston; 7 mart 1956, Hollivud, Kaliforniya) — amerikalı aktyor, rejissor və prodüser. "Breaking Bad" teleserialının baş qəhrəmanı Volter Vaytı canlandırdığına görə məşhurlaşıb. O, həmçinin 2000–2006-cı illərdə Fox telekanalında yayımlanan "Ortancıl Malkolm" sitkomunda Hal rolunda çəkilib. Krenston altı "Praymtaym Emmi", iki "Toni" və bir "Qızıl Qlobus" mükafatı laureatdır. == Həyatı == Brayan Krenston 7 mart 1956-cı ildə Los-Ancelesin Hollivud bölgəsində üç uşaqdan ikincisi olaraq anadan olub. Anası Annalisa "Peqqi" radio aktrisası, atası Cozef Luiz Krenston isə aktyor və keçmiş həvəskar boksçu olub. Atası irland, alman və avstriyalı aşkenazi yəhudisi mənşəli, anası isə alman mühacirlərinin qızı idi. Onun özündən böyük Kayl adlı qardaşı və özündən kiçik Emi adlı bacısı var. Krenston San Fernando vadisində yerləşən Canogna Park məhəlləsində böyüyüb.
Elvin Krenzlayn
Elvin Kristian Krenzlayn (12 dekabr 1876, Miluoki, Viskonsin – 6 yanvar 1928) — "müasir maneələri dəf etməklə qaçış yarışlarının atası sayılan" ABŞ-lı yüngül atletika idmançısı. O, 1900 Yay Olimpiya Oyunlarında iştirak etməklə Olimpiya Oyunları tarixində ayrı-ayrı növlər üzrə dörd qızıl medal qazanmış ikinci idmançıdır. Beləki, 1896 Yay Olimpiya Oyunlarında almaniyalı idmançı Karl Şuman gimnastika və güləş üzrə dörd Olimpiya qızılı qazanmışdır. 2012-ci ilə kimi Elvin Krenzlayn bir Olimpiya Oyunlarında ayrı-ayrı növlər üzrə dörd qızıl medal qazanmış yeganə yüngül atletika idmançısı idi (Cessi Ouens 1936 Yay Olimpiya Oyunlarında ayrı-ayrı növlər üzrə üç Olimpiya qızılına və komanda estafet yarışlarından isə bir Olimpiya qızlına sahib olmuşdur). Krenzlayn həmçinin açıq ayaqla maneələri dəf etmənin ilk təşəbbüsçüsü kimi də tanınır. Kreznlayn ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərində anadan olub. O, milliyətcə alman olan pivəçi İohann Georq Kreznlayn və Mariya Avqusta Şmidtin oğludur. Onun ailəsi sonralar ABŞ-nin Viskonsin ştatının Miluoki şəhərinə köçdü və Kreznlayn burda orta məktəbə gedib. Bu orta məktəbdə o, idmana cəlb olunub. 1895-ci ildə Vinkonsin Məktəblərarası Çempionat zamanı bir neçə növ üzrə - 100 yard məsafəyə qısa qaçış, 120 yard hündür maneələri dəf etməklə qaçış, 220 yard aşağı maneələri dəf etməklə qaçış, hündürlüyə tullanma və mərmi atma yarışlarında birinci yerin sahibi olub.

Digər lüğətlərdə