KRİMİNOGEN VƏZİYYƏT

(durum) (latın crimen, crimenalis - cinayət, cinayətə aid olan) müəyyən cəmiyyətdə, dövlətdə, müəyyən zaman çərçivəsində, cinayətkarlığın səviyyəsinin və dinamikasının göstəricisi. Burada cinayətarlığın statistikasının, meyilliyinin, cinayətkarlığa qarşı aparılan mübarizənin effektivliyinin (səmərəliliyinin), cinayətkarlığın kəmiyyət və “keyfiyyət” göstəricisinin, cinayətlərin müxtlətif ərazi bölgüsünün, sosial təbəqə və yaş bölgüsünün, bütövlükdə cinayətkarlığın və konkret cinayətlərin səbəblərinin, sosial, milli amillərinin, cinayətin ictimai həyatın müxtəlif sahələrindən (ailə, məişət, əmək və s. münasibətlərindən) irəli gəlməsinin, ictimai-siyasi, iqtisadi hadisəlrin, proseslərin ona təsirinin, miqrasiya proseslərinin ona təsirinin və s. öyrənilməsi və təhlil edilməsi mühüm əhəmiyyət kəsb edir.
KREATURA
KRİTİKA
OBASTAN VİKİ
Fövqəladə vəziyyət
Fövqəladə hallar — qəza, təbii fəlakət və digər hallar nəticəsində müəyyən ərazidə yaranmış şərait. Bunun nəticəsində insan təlafatı, onun sağlamlığına və ətraf mühitə zərər böyük maddi ziyan vurulur və insanların normal həyat şəraiti pozula bilir. Fövqəladə hal — ətraf mühitə və insan səhhətinə ziyan vura, maddi və mənəvi itkilərə səbəb ola bilən təhlükəli hadisədir. Fövqəladə hallar təbii və texnogen mənşəli olmaqla iki qrupa bölünür. Təbii mənşəli fövqəladə hallar baş verən fəlakətli təbiət hadisələridir. Bunlar – zəlzələ, sel, daşqın, torpaq sürüşməsi, vulkan püskürməsi, qar uçqunu, sunami, fırtına və s. bu kimi təbii fəlakətlərdir. Texnogen mənşəli fövqəladə hallar isə insan fəaliyyəti nəticəsində baş verən hadisələrdir. Bunlardan — yanğın, partlayış, nəqliyyat qəzaları, kimyəvi qəzalar, radioaktiv qəzalar, tikililərin uçması, dəm qazı təhlükəsi, kommunal təsərrüfatda qəzalar və s. göstərə bilərik.
Müstəsna vəziyyət
Müstəsna vəziyyət – proqramlaşdırmada və informasiyanın emalı vasitələrində: kompüterin mikroprosessorunu cari anda yerinə yetirilən əməliyyatları durdurmağa vadar edən, sonra isə oxşar durumu emal edən xüsusi altproqramı tapıb çalışdıran problem və ya hadisə. Müstəsna vəziyyət kəsilmə (INTERRUPT) kimidir, çünki o da mikroprosessoru ayrıca göstərişlər toplusuna yönəldir. Bununla belə, MS-DOS əməliyyat sistemi altında işləyən kompüterlərdə müstəsna vəziyyət kəsilmədən onunla fərqlənir ki, o, proqramın çalışması ilə bağlı olur və potensial olaraq proqramın durdurulmasına səbəb ola bilər.
Vəziyyət tənliyi
Vəziyyət tənliyi - termodinamikanın makroskopik sistemlərini (temperatur, təzyiq, həcm, kimyəvi potensial və s.) bir-biri ilə əlaqələndirən tənlikdir. f ( P , V , T ) = 0. {\displaystyle f(P,\;V,\;T)=0.} U = U ( T , V ) , {\displaystyle U=U(T,V),} U = U ( T , P ) , {\displaystyle U=U(T,P),} U = U ( V , P ) . {\displaystyle U=U(V,P).} U = U ( S , V ) {\displaystyle U=U(S,\;V)} (daxili enerji üçün kanonik vəziyyət tənliyidir), H = H ( S , P ) {\displaystyle H=H(S,\;P)} (entalpiya üçün kanonik vəziyyət tənliyidir), F = F ( T , V ) {\displaystyle F=F(T,\;V)} (Helmhots enerjisi üçün kanonik vəziyyət tənliyidir), G = G ( T , P ) {\displaystyle G=G(T,\;P)} (Qibbs potensialı üçün kanonik vəziyyət tənliyidir). Perrot, Pierre (1998). A to Z of Thermodynamics. Oxford University Press. ISBN 0-19-856552-6. Van der Waals, J. D. (1873). On the Continuity of the Gaseous and Liquid States (doctoral dissertation).
Hərbi vəziyyət
Hərbi vəziyyət — dövlətə və ya onun bir hissəsində, bir qayda olaraq, müharibə dövründə dövlətə qarşı təcavüz və ya bilavasitə təcavüz təhlükəsi yarandıqda ali dövlət hakimiyyəti orqanının qərarı ilə müəyyən edilən xüsusi hüquqi rejim. İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın baş naziri Nikol Paşinyan hərbi vəziyyət elan etmişdir. Türkiyədə müxtəlif hərbi vəziyyət dövrləri fərqli xüsusiyyətlər göstərsə də, onların da bir çox ortaq nöqtələri var. Bunlardan ən əsası hərbi vəziyyət komandanlıqlarının hərbi vəziyyətin elan edilməsinin səbəbləri ilə tamamilə əlaqəsi olmayan ərazilərdə qoyduqları qadağalardır. Məsələn, yığıncaq qadağası bütün hərbi vəziyyət idarələri tərəfindən qəbul edilmişdir. Həmçinin, bu yığıncaqlar sadəcə siyasi olanlarla məhdudlaşmırdı. Bura idman tədbirləri, toylar, kooperativ yığıncaqları və hətta ibtidai sinif tamaşaları da daxil edilirdi. Yol hərəkəti sahəsində qaydaların gətirilməsi də bu ortaq məqamlar arasındadır. Siqnal vermək, sürət həddini aşmaq, yanlış yerdə saxlamaq, tutumundan artıq sərnişin götürmək, piyada səkisini tutmaq və hətta növbə ilə avtobusa minməmək hərbi vəziyyət cinayətləri sırasına aid edilirdi. 24 fevral 2022-ci ildə prezident Vladimir Zelenski Rusiyanın Ukraynaya müdaxiləsindən sonra hərbi vəziyyət elan etmişdir.
Fövqəladə Vəziyyət (1990)
Azərbaycan Respublikasında ekoloji vəziyyət
İqtisadiyyatın inkişafı, demoqrafik artım, əhalinin gəlir səviyyəsinin yüksəlməsi hesabına istehlakın artması, iqlim dəyişmələri və digər səbəblər ətraf mühitə mənfi təsirin artması ilə nəticələnmişdir. Su hövzələrinin tullantı suları ilə çirkləndirilməsi, atmosfer havasına zərərli qazların atılması, biomüxtəlifliyin azalması, torpaqların eroziyaya uğraması və şoranlaşması, tullantıların idarə olunması sahəsindəki çatışmazlıqlar mövcud ekoloji problemlər sırasında hesab olunur. Son illərdə ekoloji vəziyyətin yaxşılaşdırılması, o cümlədən təbii sərvətlərdən səmərəli istifadə, çirklənmiş ərazilərin bərpası, su ehtiyatlarının mühafizəsi, xüsusi mühafizə olunan təbiət ərazilərinin, meşə və yaşıllıq sahələrinin artırılması və s. istiqamətlərdə həyata keçirilmiş layihələr ətraf mühitin komponentlərinin bərpasında rol oynamışdır. Aztullantılı texnologiyalardan istifadə, neftlə çirklənmiş ərazilərin reablitasiyası, su hövzələrinin ekoloji vəziyyətinin bərpa olunması, yaşıllaşdırma işlərinin həyata keçirilməsi xüsusi ilə Abşeron yarımadası, Bakı və Sumqayıt şəhərlərində ətraf mühitinin vəziyyətinin yaxşılaşması ilə nəticələnmişdir. Ölkə ərazisinin 12 faizi meşə ilə örtülüdür, 10,3 faizini isə xüsusi mühafizə olunan təbiət əraziləri təşkil edir. Respublikada 10 Mili Park, 10 təbiət qoruğu və 24 təbiət yasaqlığı mövcuddur. Təbii və coğrafi şəraitin unikallığı burada flora və faunanın növ müxtəlifliyinin rəngarəngliyinə şərait yaratmışdır. Yer kürəsində mövcud olan 11 iqlim tipinin 9-na Azərbaycanda təsadüf edilir. Bu amil ölkədə zəngin biomüxtəlifliyin formalaşmasında mühüm rol oynayır.
Dövlət Fövqəladə Vəziyyət Komitəsi
Dövlət Fövqəladə Vəziyyət Komitəsi (DFVK) − SSRİ-də 1991-ci ilin 18 avqust − 20 avqust tarixləri arasında hakimiyyəti ələ almış 8 nəfər yüksək vəzifəli şəxsdən ibarət qurum. Sonradan "Avqust qiyamı" adı ilə tanınan və dövlət çevrilişi kimi qiymətləndirilən bu qurumun hakimiyyət dövrü cəmi 3 gün davam etmişdir. Qurumu təşkil edənlərdən, intihar etmiş 1 nəfər istisna olmaqla, yerdə qalan digərləri həbs olunsalar da, həbs olunanlardan hamısı daha sonra amnistiya ilə azadlığa buraxılmış və onlardan biri məhkəmə hökmü ilə bəraət almışdır.
Fövqəladə vəziyyət (film, 1990)
Xüsusi vəziyyət (film, 1986)
Xüsusi vəziyyət — Azərbaycan istehsalı macəra filmi. 1986-cı ildə Azərbaycanın Daşkəsən rayonunda çəkilmişdir. Əsərin müəllifi Manaf Süleymanov ("Zirvələrdə" romanı), ssenari müəllifi isə Ramiz Fətəliyevdir. Kinolentdə mədən işçilərinin fədakar əməyindən, istək və qayğılarından bəhs olunur. Film filiz mədənlərində işləyən iki gəncin arasında baş verən dramatik əhvalat üzərində qurulmuşdur. Hadisələr əsasən Daşkəsən rayonunda dəmir filizi mədənlərində baş verir. Fəhlələr qəza vəziyyətində olan şaxtalarda işləyir. Üstəlik, köhnə texnologiyalarda iş rejimi təbiətə ziyan vurur, eyni zamanda nəticə məşəqqətli əmək və onların həyatı bahasına başa gəlir. Sahə müdirlərindən biri, ölkənin ən yaxşı mütəxəssislərindən sayılan Dəmir Şahbazov (Tofiq Mirzəyev) şaxtaların sökülməsini, yeni texnologiyalar əsasında tikilməsi üçün layihə təklif eləyir. Amma kombinatın müdiri Vələdzadə (Səyavuş Aslan) bu layihənin əleyhinə çıxır.
Cahiliyyət dövründə Ərəbistanda siyasi vəziyyət
Cahiliyyət dövründə Ərəbistan yarımadasında siyasi vəziyyət — İslam tarixi baxımından cahiliyyət dövründə Ərəbistan yarımadasının ərazisində, müəyyən zamanlarda mövcud olmuş dövlətlər xüsusi önəm daşımaqdadır. Çünki cahiliyyət dövrü ərəblərinin düşüncə tərzini, onlara siyasi, iqtisadi, sosial, dini və mədəni aspektlərdən yanaşmaqla öyrənə bilərik. Buna isə biz ilk növbədə Ərəbistan yarımadasında qurulan dövlətlərin tarixi inkişaf prosesini öyrənməklə nail ola bilərik. Cahiliyyət dövrü ərəb dünyasının mövcud durumunu öyrənmək İslam tarixinin müxtəlif mövzularını daha rahat anlamaqda bizə yardımçı olacaqdır. == Ərəbistan yarımadası haqqında qısa məlumat == Əsil adı "Şibhu Cəzirətil-Arab" (Ərəb yarımadası) olduğu halda, qısa şəkildə "Cəzirətul-arab" deyə adlandırılmışdır. Sadəcə əl-Cəzirə də deyilir və türk dilində buna bənzər şəkildə Ərəb yarımadası əvəzinə qısaca Ərəbistan adı istifadə olunur. Ərəb yarımadası Asiya, Afrika ve Avropanın kəsiştiyi önəmli bir nöqtədə yerləşir. Şərqdə Bəsrə və Oman körfəzləri, cənubda Hind okeanı və qərbdə Qırmızı dəniz ilə əhatə olunmuşdur. Cənubda Babul-Məndəb boğazı ilə Afrikadan ayrıldığı halda, şimalda Süveyş kanalı vasitəsilə bu qitəyə birləşir. Ötən yüzilliyin sonlarına doğru Yəmənin Mərib bölgəsində aparılan arxeoloji qazıntılar, bu bölgənin, miladdan 10–15 əsr əvvələ gedib çıxan qədim və parlaq bir mədəniyyətə sahib olduğunu göstərməkdədir.
Cahiliyyət dövründə Ərəbistan yarımadasında siyasi vəziyyət
Cahiliyyət dövründə Ərəbistan yarımadasında siyasi vəziyyət — İslam tarixi baxımından cahiliyyət dövründə Ərəbistan yarımadasının ərazisində, müəyyən zamanlarda mövcud olmuş dövlətlər xüsusi önəm daşımaqdadır. Çünki cahiliyyət dövrü ərəblərinin düşüncə tərzini, onlara siyasi, iqtisadi, sosial, dini və mədəni aspektlərdən yanaşmaqla öyrənə bilərik. Buna isə biz ilk növbədə Ərəbistan yarımadasında qurulan dövlətlərin tarixi inkişaf prosesini öyrənməklə nail ola bilərik. Cahiliyyət dövrü ərəb dünyasının mövcud durumunu öyrənmək İslam tarixinin müxtəlif mövzularını daha rahat anlamaqda bizə yardımçı olacaqdır. == Ərəbistan yarımadası haqqında qısa məlumat == Əsil adı "Şibhu Cəzirətil-Arab" (Ərəb yarımadası) olduğu halda, qısa şəkildə "Cəzirətul-arab" deyə adlandırılmışdır. Sadəcə əl-Cəzirə də deyilir və türk dilində buna bənzər şəkildə Ərəb yarımadası əvəzinə qısaca Ərəbistan adı istifadə olunur. Ərəb yarımadası Asiya, Afrika ve Avropanın kəsiştiyi önəmli bir nöqtədə yerləşir. Şərqdə Bəsrə və Oman körfəzləri, cənubda Hind okeanı və qərbdə Qırmızı dəniz ilə əhatə olunmuşdur. Cənubda Babul-Məndəb boğazı ilə Afrikadan ayrıldığı halda, şimalda Süveyş kanalı vasitəsilə bu qitəyə birləşir. Ötən yüzilliyin sonlarına doğru Yəmənin Mərib bölgəsində aparılan arxeoloji qazıntılar, bu bölgənin, miladdan 10–15 əsr əvvələ gedib çıxan qədim və parlaq bir mədəniyyətə sahib olduğunu göstərməkdədir.