kriptoqrafik
kriptoqram
OBASTAN VİKİ
Kriptoqrafiya
Kriptoqrafiya — yunanca Κρυπτός (gizli) və Γραφος (yazı) sözlərindən yaranmışdır. == Predmeti == Müasir kriptoqrafiyanın predmeti informasiyanı bədniyyətlinin müəyyən əməllərindən mühafizə etmək üçün istifadə edilən informasiya çevirmələridir. Kriptoqrafiya konfidensiallığı, bütövlüyə nəzarəti, autentikasiyanı və müəlliflikdən imtinanın qeyri-mümkünlüyünü təmin etmək üçün tətbiq edilir. == Proseduru == Şifrləmə proseduru adətən müəyyən kriptoqrafik alqoritmdən və açardan istifadəni nəzərdə tutur. Kriptoqrafik alqoritm – məlumatların çevrilməsinin müəyyən üsuludur. Açar isə çevirmə üsulunu konkretləşdirir. Müasir kriptoqrafiya o prinsipdən çıxış edir ki, kriptoqrafik çevirmənin məxfiliyi yalnız açarın məxfi saxlanması ilə təmin edilməlidir. == Tarixi == Kriptoqrafiyanın yaşını heç kim bilmir, lakin kriptoqrafiya — "gizli yazı" mənasına görə də güman etmək olar ki, yazı ilə həmyaşdır, onunla bir vaxtda meydana gəlmişdir. Yazı təxminən e.ə. 3300-cü ildə Şumerdə, e.ə.
Çoxsəviyyəli kriptoqrafiya
Çoxsəviyyəli kriptoqrafiya (ing. Multilevel cryptography) – simmetrik kriptosistemlər üçün kriptoqrafik açarların xüsusi metodla seçilməsinə əsaslanır, R.Rayvest tərəfindən təklif edilib. Bu mexanizmdən istifadə edən kriptosistem elə qurulur ki, ilk kriptoqrafik açar ixtiyari seçilə bilər, sonrakı açarların seçilməsi isə müəyyən qanuna tabe olmalıdır. Belə kriptosistemlərin yaradılması zərurəti ABŞ-də “güclü kriptoqrafiya”nın ixracına məhdudiyyətlərin qoyulması ilə meydana çıxmışdı. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Açıq açarlı kriptoqrafiya standartları
Açıq açarlı kriptoqrafiya standartları – RSA Data Security şirkəti tərəfindən qeyri-formal konsorsiumla birlikdə yaradılmışdı. Konsorsiuma ilk vaxtlar Apple, Microsoft, DEC, Lotus, Sun və MIT daxil idi. Hazırda PKCS#1, PKCS#3, PKCS#5, PKCS#6, PKCS#7, PKCS#8, PKCS#9, PKCS#10, PKCS#11 standartları nəşr edilib. PKCS həm alqoritmdən asılı, həm də alqoritmdən asılı olmayan realizələri müəyyən edir. Bir çox alqoritm dəstəklənir, lakin yalnız Diffi-Helman və RSA alqoritmləri ətraflı təsvir olunur. PKCS standartları vaxtaşırı nəzərdən keçirilir və kriptoqrafiya sahəsində son nailiyyətlər izlənilir.