Göykümbət — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd.[2]
Kənd | |
Göykümbət | |
---|---|
40°08′59″ şm. e. 44°26′04″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Zəngibasar mahalı |
Rayon | Zəngibasar rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1831 |
Mərkəzin hündürlüyü | 870 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 16 km şimalda, Zəngi çayının yanında, Zərincə dağı tərəfdə yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Göygünbəz[3], Qafqazın 5 verstlik xəritəsində Göykümbət formasında[4] qeyd edilmişdir. 1590-cı ildən məlumdur.[5]
Toponim Azərbaycan dilində rəng mənasında işlənən göy sözü ilə fars dilində "yarımkürə şəklində bina damı, qübbə" mənasında işlənən kümbəd sözündən[6] əmələ gəlmişdir. Kümbəd kümbəz, eləcə də günbəz sözünün fonetik formasıdır[6]. Azərbaycan dilində d~z səs əvəzlənınəsi qanunauyğun haldır. Təsviri toponimdir. Qurluşca mürəkkəbdir.
Erm. SSR AS RH-nin 1 dekabr 1949-cu il fərmanı ilə adı dəyişdirilib Geğanist qoyulmuşdur. Bəzi mənbələrə görə 1946-cı ildə kənd ermənicə Texanist adlandırılmışdır.
Kənddə 1831-ci ildə 21 nəfər, 1873-cü ildə 166 nəfər, 1886-cı ildə 200 nəfər, 1897-ci ildə 230 nəfər, 1908-ci ildə 252 nəfər, 1914-cü ildə 280 nəfər, 1916-cı ildə 241 nəfər yalnız azərbaycanlı yaşamışdır[7].
1918-ci ildə kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və xaricdən köçürülən ermənilər burada yerləşdirilmişdilər. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz yurdlarına dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 98 nəfər, 1926-cı ildə 162 nəfər, 1931-ci ildə 174 nəfər azərbaycanlı yaşamışdır[8].
SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar 1948–1949-cu illərdə zorla Azərbaycana köçürülmüşdür. 50-ci illərdə deportasiya edilən ailələrin az bir qismi yenidən ata yurdlarına dönsələr də, 1970-ci ildə tamamilə deportasiya olunaraq Azərbaycana köçürülmüşlər. İndi ermənilər yaşayır.