1. KÖÇMƏK (köçüb başqa yerə getmək) Sabahısı günü Ağca xanım anası ilə şəhərə köçdü (S.S.Axundov); DAŞINMAQ Student xanımla vidalaşaraq iki gündən sonra daşınacağını bildirdi (Çəmənzəminli); YIĞIŞMAQ Bir həftədən sonra eşitdim ki, Xeyransanın talağını verib, yığışıb gedib İran vətəninə (C.Məmmədquluzadə).
2. KÖÇMƏK [Vəzir:] Xan ..mənə buyurdu ki, bir həftəyədək onun Nisə xanımın köçmək tədarükünü gör! (M.F.Axundzadə); ƏRƏ GETMƏK Pəri: Fəqət ərə getmək asanmı? (C.Cabbarlı).
3. köçmək bax ölmək