Küçüksu qəsri
Küçüksu (Kiçiksu) sarayı və ya Göksu (Göysu) sarayı — İstanbulun Küçüksu səmtində, Göksu dərəsi ilə Küçüksu dərəsi arasında, Boğaziçində Üsküdar-Beykoz sahilyolu üzərində yerləşən saray. Sultan Abdülməcid tərəfindən Nigoğos Balyana tikdirilmiş, tikinti 1856-cı ildə başa çatdırılmışdır. Keçmiş adı "Göksu Qəsri" olan bu bina, padşahların, Bosfor sahillərindəki qəsrlərindən biridir. Qəsrlər yalnız hökmdarların malı sayılan və sarayların xaricində inşa edilən köşkdən böyük binalardır. Davamlı yaşayış üçün istifadə edilməyən qəsrlər, padşahların dincəlmələri üçün vaxt keçirdikləri yerdir.
== Qəsrin tarixi ==
Osmanlı tarixində Lalə Dövrü adı ilə keçən dövr, yeniçəri üsyanı qanlı bir şəkildə sona çatdıqdan sonra, Kağıthanədə yerləşən saray, köşk, yalı və s. binalar talan edib dağıdılmışdır. Bu hərəkət bir xalq qiyamı xarakterində olmadığından qısa bir müddət sonra hər şey köhnə halına qayıtmışdır. Belə bir şəraitdə taxta çıxan I Mahmud, Kağıthane və ətrafını abadlaşdırmaq əvəzinə, Bosfor sahillərində dincəlməyi və əylənməyi üstün tutmuşdur. Küçüksu padşahın Boğazda ən çox sevdiyi yerlərdən biri olmuşdur.