KƏKİL

is. [ fars. ]
1. Bəzi quşların başında topa şəklində tük. Fərənin kəkili. Göyərçin kəkili.
// At və bəzi başqa heyvanların qulaqları arasından sallanan tük topası.
Qara atın kəkili; Tel-tel olub tökülü; Hər yetənə yar desən; Yar bacadan tökülü. (Bayatı).
[İlyas Adiləyə:] Axırda ərk ilə [atın] kəkilindən tutub dartdım. Ə.Məmmədxanlı.

2. Kişilərdə: alına tökülən saç. Kəkilini üzünə tökmək. Papağın altından kəkili görünür.
– Kəkilə bax, kəkilə; Kəkil üzə tökülə; Qiyamət o gün qopar; Yar gözümdən çəkilə. (Bayatı).

// Qırxılmış başın ortasında saxlanan tük topası. Uşağın başında kəkil saxlamaq.
[Cümrü Ağamalının] başının ortasında kəkili olardı. H.Sarabski.

Синонимы

  • KƏKİL saç — tel
  • KƏKİL KƏKİL (saç haqqında) Rəngbərəng geyinmiş qadınlar, uşaqlar, barmaqlan xınalı, saqqalları səliqə ilə vurulmuş kişilər, birçəkləri və kəkilləri daranıb
KƏKƏMƏK
KƏKİLBAŞ
OBASTAN VİKİ
Jerdon kəkilli çalağanı
Jerdon kəkilli çalağanı (lat. Aviceda jerdoni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli çalağan cinsinə aid heyvan növü.
Kiçik kəkilli susüpürən
Kəkilli antiloplar
Dukerlər (lat. Cephalophinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Kəkilli arıquş
Kəkilli arıquşu
Kəkilli arıquşu (lat. Lophophanes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinə aid heyvan cinsi.
Kəkilli ilanyeyən
Kəkilli ilanyeyən (lat. Spilornis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Kəkilli pinqvin
Qayalıq pinqvini (kəkilli pinqvin) (lat. Eudyptes chrysocome) — pinqvinlər fəsiləsinə aid növ. == Xüsusiyyətləri == Pinqvinlər 55–62 sm uzunluğa, 2–3 kq təşkil edir. Əsasən Subantarktik qurşaqda, Tasmaniya və Odlu Torpaq ərazilərində yayılmışlar. Onları hətta Cənubi Amerika sahillərində belə görmək mümkündür. Bu pinqvinlərin ayaqları qısadır. Onlar bədənin arxasında yerləşir. Tükləri 2,9 sm uzunluğa malikdir. Başında parlaq-sarı rəngdə lələklər olur. Qanadları güçlü, ensiz olur və pərə bənzəyir.
Kəkilli pinqvinlər
Kəkilli pinqvinlər (lat. Eudyptes) — cinsə ümumilikdə altı növ daxildir. Onların ümumi xüsusiyyəti kəkillərinin olmasıdır. Ümumi ölçüləri 50–70 sm olur. Kəkilli pinqvin (Eudyptes chrysocome) — (bəzən atlantik və hind-sakit okean yarımnövləri) Şimal kəkilli pinqvini (Eudyptes moseleyi) Kökdimdik pinqvin (Eudyptes pachyrhynchus) və ya Viktoriya pinqvini Sners kəkilli pinqvin (Eudyptes robustus) Şleqeli pinqvini (Eudyptes schlegeli) Böyük kəkilli pinqvin (Eudyptes sclateri) Makaronlar pinqvini (Eudyptes chrysolophus) Bəzən bu cinsə Çatem pinqvini (Eudyptes sp.) daxil edilir. Bu növün nümayəndələrinin XIX əsrin sonlarında nəsli kəsilmişdir.
Kəkilli qaraördək
Kəkilli qaraördək (lat. Aythya fuligula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaraördək cinsinə aid heyvan növü.
Kəkilli qırğı
Kəkilli qırğı (lat. Accipiter trivirgatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Kəkilli seriem
Kəkilli seriem (lat. Cariama cristata) — Durnakimilər dəstəsinin seriemlər fəsiləsinə aid quş növü.
Kəkilli tinamu
Kəkilli tinamu (lat. Eudromia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinə aid heyvan cinsi.
Kəkilli torağay
Kəkilli torağay (lat. Galerida) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin torağaylar fəsiləsinə aid heyvan cinsi. Afrika və Avrasiyada yayılmışdır. Uzunluqları 18 sm təşkil edir. Bitki toxumları və həşəratlarla qidalanırlar. == Təsnifat və areal == 2018-ci ilin fevralına olan məlumata görə cinsə 7 növ daxildir: Galerida cristata (Linnaeus, 1758) — Adi kəkilli torağay; Afrika və Avrasiyada geniş ərazidə yayılmışdır; Galerida deva (Sykes, 1832) — Sayks kəkilli torağayı; Hindistanın mərkəzi; Galerida macrorhyncha Tristram, 1859 [syn. Galerida randonii] — Şərqi Mərakeş və Şimali Əlcəzair; Galerida magnirostris (Stephens, 1826) — Enlidimdik kəkilli torağay; Cənubi Afrika: CAR, Lesoto və Cənub-Şəqri Namibiya; Galerida malabarica (Scopoli, 1786) — Malabar kəkilli torağay; Qərbi Hindistan; Galerida modesta Heuglin, 1864 — Günəşli kəkilli torağay; Afrikada geniş ərazidə yayılmışdır; Galerida theklae A. E. Brehm, 1857 — Qısabarmaq kəkilli torağay; Pireney yarımadası, Şimali və Qərbi Afrika, Qərbi Böyük Səhradan Misirə qədər və Edfiopiyada az bir ərazidə.
Kəkilli torağaylar
Kəkilli torağay (lat. Galerida) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin torağaylar fəsiləsinə aid heyvan cinsi. Afrika və Avrasiyada yayılmışdır. Uzunluqları 18 sm təşkil edir. Bitki toxumları və həşəratlarla qidalanırlar. == Təsnifat və areal == 2018-ci ilin fevralına olan məlumata görə cinsə 7 növ daxildir: Galerida cristata (Linnaeus, 1758) — Adi kəkilli torağay; Afrika və Avrasiyada geniş ərazidə yayılmışdır; Galerida deva (Sykes, 1832) — Sayks kəkilli torağayı; Hindistanın mərkəzi; Galerida macrorhyncha Tristram, 1859 [syn. Galerida randonii] — Şərqi Mərakeş və Şimali Əlcəzair; Galerida magnirostris (Stephens, 1826) — Enlidimdik kəkilli torağay; Cənubi Afrika: CAR, Lesoto və Cənub-Şəqri Namibiya; Galerida malabarica (Scopoli, 1786) — Malabar kəkilli torağay; Qərbi Hindistan; Galerida modesta Heuglin, 1864 — Günəşli kəkilli torağay; Afrikada geniş ərazidə yayılmışdır; Galerida theklae A. E. Brehm, 1857 — Qısabarmaq kəkilli torağay; Pireney yarımadası, Şimali və Qərbi Afrika, Qərbi Böyük Səhradan Misirə qədər və Edfiopiyada az bir ərazidə.
Kəkilli tovuz quşu
Adi tovuz quşu (lat. Pavo cristatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin tovuz quşu cinsinə aid heyvan növü. Monotipik növdür, yəni yarımnövlərə ayrılmır. İnsanlar tərəfindən əhliləşdirilib. Hindistanın milli rəmzlərindən biri hesab olunur. == Ümumi xarakteristikası == Bədəninin uzunluğu 100–125 sm, quyruğunun uzunluğu 40–50 sm-ə, kütləsi 4–4,25 kq-a çatır. Baş, boyun və döşün bir hissəsi göy, bədənin aşağı hissəsi qara rəngdədir. Dişiləri bir qədər kiçik olur və onlarda quyruqüstlüyündəki lələklər olmur.
Kəkilli uzunqanad
Kəkilli uzunqanad (lat. Hemiprocne) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kəkilli uzunqanadlar fəsiləsinə aid heyvan cinsi.
Kəkilli uzunqanadlar
Kəkilli uzunqanadlar (lat. Hemiprocnidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Kəkilli çalağan
Kəkilli çalağan (lat. Aviceda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Kəkilli ördək
Kəkilli ördək (lat. Lophonetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Madaqaskar kəkilli çalağanı
Madaqaskar kəkilli çalağanı (lat. Aviceda madagascariensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli çalağan cinsinə aid heyvan növü.
Qara kəkilli çalağan
Qara kəkilli çalağan (lat. Aviceda leuphotes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli çalağan cinsinə aid heyvan növü.
Qayalı (Kəkildağ) düşərgəsi
Qayalı (Kəkildağ) düşərgəsi — Azərbaycanda mustye mədəniyyəti dövrünə aid abidə. Qayalı (Kəkildağ) düşərgəsi Kəkildağın 2 km cənubunda sıldırım qayalığın üstünə yaxın yerdə salınmışdır. Qayalının inkişaf etmiş kompleksində daş məmulatının yan və üst tilləri iti, patinası isə zəifdir. Nüvələrin qalınlığı və ölçüləri kiçilir. Qoparmaların izləri, hazırlıqların özləri yastı və düzgün biçimlidir. Hazırlıq növlərinin alınmasında, ikinci işləmədə və tipologiyada müəyyən fərqlər gözə dəyir. Belə ki, materialın ölçüsü qısalır, en kəsiyi nazilir və vurma səthi kiçilir. Bir neçə qədim ikinci işləmə (iri dişli dişək) və bir sıra bəsit alətlər (çoppinq, iri dişli alətlər, massiv kəsərlər, klekton tipli dik gəzlər) aradan çıxır. Nüvələr aşağıdakı növlərə bölünür: şarşəkilli – 5, disk formalı – 8, bir vurma səthli aşel nüvəsi – 4, çaydaşından nüvə — 2, uzunsov oval – 3, düzbucaqlı uzunsov – 7, düzbucaqlı iki üzdən də qabarıq düzbucaqlı bir, iki və üç vurma səthli – 14, üçbucaqlı – 3, prizmaşəkilli – 4 və piramida formalı alət tərkibi bir neçə qrupa bölünür. Qaşovlar: bir yanı qabarıq belli – 7, sadə qabarıq ağızlı – 5, küplü — 2, xırda dişli qaşov – 5, eninə ağızlı – 3, iki ağızlı qabarıq – 4, alt üzdən dişəkli – 2 ədəddir.
Sakit okean kəkilli çalağanı
Sakit okean kəkilli çalağanı (lat. Aviceda subcristata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli çalağan cinsinə aid heyvan növü.
Sners kəkilli pinqvin
Sners kəkilli pinqvin (lat. Eudyptes robustus) — Kəkilli pinqvinlər cinsinə daxil olan növ. Sners adalarının endemik canlısıdır. Onun arealı 3,3 km² təşkil edir. Bu isə bütün pinqvin növləri arasında ən kiçik areala malikdir. Bu kiçik ərazində cəmi 30 000 cüt sners kəkilli pinqvini yaşayır. Bu növə daxil yetkin nümayəndələrin uzunluğu 55 sm, çəkisi isə 4 kq-dır. 5–6 yaşında iki yumurta qoyurlar. Yumurtanın inkubasiya dövrü 32–35 gün sürür. 2,5 aydan sonra balalar sərbəst şəkildə dənizə çıxırlar.
Adi kəkilli arıquşu
Adi kəkilli arıquşu (lat. Lophophanes cristatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinin kəkilli arıquşu cinsinə aid heyvan növü. == Xarakterik morfoloji əlamətləri == Başında qar lələklərdən ibarət ucu sivri və ağ haşiyəli kəkili var. Dimdiyindən göz və qulaq lələklərinə qədər nazik qar zolaq uzanır. Erkək dişiyə nisbətən azca iridir . == Kateqoriyası və statusu == Qismən çoxsaylıdır. == Yayılması == Avropa və Asiyada yayılıb. Azərbaycanda isə Kiçik və Böyük Qafqaz dağlarının dağətəyi hissəsində və Talışda yayılıb. == Növdaxili müxtəlifliyi == Dünyada 5, Azərbaycanda isə 1 yarımnövü (P.с. cristatus Linn, 1758) yaşayır.

Значение слова в других словарях