KƏLLƏMAYALLAQ

zərf
1. Başı aşağı, ayaqları yuxarı halda. Kəlləmayallaq yıxıldım. Kəlləmayallaq olmaq.
– Ola bilər ki, … kəlləmayallaq divarın üstündən yıxılıb düşə. C.Məmmədquluzadə.

Kəlləmayallaq aşmaq (gəlmək) – başıaşağı uçmaq, yıxılmaq, enmək.
[Yarməmməd Naznaza:] Yapışdım iki qıçından, şalban kimi kəlləmayallaq aşdı. M.İbrahimov.
[Şofer:] Tüfəng açıldı.
Özüm də təpmənin şiddətindən kəlləmayallaq qayığın dibinə aşdım. M.Rzaquluzadə.

// Tərsinə, başıaşağı. Stulları kəlləmayallaq qoymaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KƏLLƏMAYALLAQ kəlləmayallaq bax mayallaq
KƏLLƏLİK
KƏLLƏPAÇA

Digər lüğətlərdə