KƏMSİK₁

is. İtin boynuna bağlanan ip, xalta.
[Güləli] …Ala iti kəmsiyindən açıb yanına aldı, ulu babasından qalan çaxmaqlı tüfəngi də çiyninə saldı. S.Rəhimov.

◊ Kəmsiyini çeynəmək (gəmirmək) – hirsindən boğulmaq, son dərəcə hirslənmək, qəzəblənmək, intiqam üçün fürsət axtarmaq. Fərəc bəyin hirsi daha da çoxalır.
Bığlarının ucunu ağzına salıb kəmsiyini gəmirən it kimi çeynəməyə başlayır. Ə.Vəliyev.

Kəmsiyini qırmaq – həddini aşmaq, həddini keçmək.
Başına kəmsik salmaq (keçirmək) – çox incitmək, zülm etmək, əziyyət vermək.
[Naçalnik:] Vallah, dağda atanızı yandıracağam, başınıza kəmsik salacağam. Qaçaq Nəbi”.

Синонимы

  • KƏMSİK kəmsik bax xalta

Этимология

  • KƏMSİK Kəmçik forması da var (təhrifdir), kökü kəm (az) sözüdür, farscadır, -sı şəkilçisi adlardan feil düzəldir, -k isə feili yenidən ada çevirib
KƏMSİK₂
KƏMSİKLƏMƏ

Значение слова в других словарях