Kəngərli

coğ. Kenguerli

kəndlilik
kəniz
OBASTAN VİKİ
Kəngərli
Kəngərlilər — Azərbaycanlı sülalə. Bu sülalədən olan tanınmış insanlar Ehsan xan Kəngərli — Çar-Rus ordusunda general-mayor Şeyxəli xan Kəngərli — Kəngərlilərin nümayəndəsi, hərbçi, Heydərqulu xan Kəngərli — Naxçıvan xanı Bəhruz Kəngərli — Azərbaycan rəssamı, boyakar və qrafik. Digər şəxslər Aqil Kəngərli — Azərbaycan şairi. Aşıq Əbülfəz Şahtaxtılı — Aşıq. Yaşayış məntəqələri Kəngərli rayonu — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının inzibati ərazi vahidində rayon. Kəngərli maili düzənliyi Kəngərli (Tərtər) — Azərbaycanın Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Kəngərli (Ağdam) — Azərbaycanın Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Kəngərli (Salmas) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanının inzibati ərazi vahidində kənd. Kəngərli (Lahrud) — İranın Ərdəbil ostanının Meşginşəhr şəhristanının inzibati ərazi vahidində kənd. Kəngərli (Zəncan) — İranın Zəncan ostanının Zəncan şəhristanının inzibati ərazi vahidində kənd.
Keçəltəpə (Kəngərli)
Keçəltəpə – Kəngərli rayonu ərazisində dağ (hünd. 2744,0 m). Dərələyəz silsiləsinin suayırıcısında, Cəhriçayın sağ qolu Lizbirtçayın mənbə hissəsində zirvə. Alt Triasın Hind və Olenek mərtəbələrinə aid Qarabağlar lay dəstəsinin əhəngdaşıları və dolomitlərindən təşkil olunmuş sıldırım yamaclı kəsik konusvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən eyniadlı sinklinalın nüvə hissəsində yerləşir.
Kəngərli (Ağdam)
Kəngərli — Azərbaycan Respublikasının Ağdam rayonunun Kəngərli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Ağdam rayonunun Kəngərli kəndi Göytəpə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Kəngərli kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Kənd Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşir. == Tarixi == Ağdam rayonuda yerləşən 3 Kəngərlidən biri Ağdam şəhərindən 5 km şimal-şərqdə Ağdam-Bərdə şose yolunun sağ sahilində, məşhur Uzundərə adlanan dərənin sağ sahilində yerləşir. Kənd Pirhəsənli tirəsinə aid olduğu (müdriklərin söyləmələrinə görə) üçün kəndə Pirhəsənli-Kəngərlisi deyilir (Ağsu rayonunda yerləşən Pirhəsənli camaatı ilə eyni tirədəndirlər). Uzundərənin sol sahilində daha 2 kiçik kənd Kəngərli tayfasına aid edilir. 1-ci kənd Şirvanlı, 2-ci kənd Qaraağaclar (1963-cü ilə kimi Kəngərli adlanıb) adlanır. Camaat öz aralarında sağ sahildəki kəndi o tay, soldakı kiçik kəndləri bu tay deyə fərqləndirirlər.
Kəngərli (Meşkinşəhr)
Kəngərli (fars. كنگرلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 580 nəfər yaşayır (146 ailə).
Kəngərli (Salmas)
Kəngərli (fars. كنگرلو‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,247 nəfər yaşayır (298 ailə).
Kəngərli (Tərtər)
Kəngərli — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Tərtər rayonunun Qaradağlı inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Oykonimlər peçeneqlərin tərkib hissəsi olan qədim türk mənşəli kəngərli tayfasının adı ilə bağlıdır. Mənbələrə görə, eramızın əvvəllərində Hündürlüyüların tərkibində Cənubi Qafqaz ərazisinə gəlmiş kəngərlər Azərbaycan ərazisində əsasən iki zonada — Naxçıvanda və Azərbaycanın qərbində məskunlaşmışlar. V əsrə aid mənbədə kəngərlərin Ermənistan-Albaniya sərhədində, Albaniyanın q. sərhədində və indiki Qukasyan (Ermənistan) ərazisində yaşamaları göstərilir. Kəngərlər Ermənistan ərazisindəki Kəngər dağları (hazırda Qukasyan rayonu ərazisində Kəngərdağ adlı dağ var) ətrafından Kür vadisinə — Kəngər əyalətinə gəlmişlər. VII əsr erməni mənbəyinə əsasən, İberiyada (güman ki, Albaniyanın Gürcüstanla sərhədində) Kəngər əyaləti olmuşdur. Erkən orta əsrlərdə həmin zonada yaşayan qazaxların tayfa birliyinə kəngərli tirəsi də daxil idi.
Kəngərli FK
"Kəngərli" — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun futbol klubu. Naxçıvan Muxtar Respublikasının futbol çempionatında iştirak edir.
Kəngərli eli
Kəngərli eli və ya Kəngərli tayfası — Azərbaycan türklərinin etnogenezində iştirak etmiş türk mənşəli tayfalardan biri. Kəngərlilərin varislərinin bir qismi hal-hazırda Azərbaycan Respublikasında və İranın müxtəlif regionlarında yaşamaqdadırlar. Onlar Səfəvi imperiyası dövründə əsas Qızılbaş tayfalarından biri olan Ustaclıların bir tirəsini təşkil etmişdirlər. == Tarixləri == Pierre Oberlingə görə, bu tayfanın digər adı Kungurlu və Kəngərlü formasında keçməkdədir. O, Rasonyiyə istinad edərək Kəngər adının Peçeneqlərin bir qolunun adı olduğunu yazsa da, Zəki Vəlidi Toğanın bu ikisi arasında hər hansısa əlaqənin görünmədiyini bildirdiyini də qeyd etmişdir. Kəngərlilər Səfəvi imperiyası zamanı Qızılbaş tayfa konfederasiyasını təşkil edən Ustaclı tayfasının ən böyük tirələrindən biri olmuşdurlar. Rus etnoqrafı Şopen hesab edirdi ki, genişərlilər Naxçıvana Şimaldan gəlmiş peçeneqlərin və ya Kumanların nəslindəndirlər ki, bu da onların şimal tipi ilə təsdiqlənir. Bu ideyanı dəstəkləyən bir material salnamədə də keçməkdədir. Salnaməyə görə, berendeylər, qarabörklülər, torklar və digər kanqlılar qışı Biçinakda keçirirmişlət, tatarlar da geniş sahələri biçənək adlandırdığı üçün onları da peçeneqlər və ya polovtsilər adlandırırmışlar. Burada adıkeçən kanqlılar da kəngərlilər olması güman edilir.
Kəngərli rayonu
Kəngərli rayonu — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının tərkibində inzibati – ərazi vahidi. Ərazisi şimal-şərqdə Ermənistan Respublikası, cənub və cənub-qərbdə İranla həmsərhəddir. Ərazisi 681,94 km2 -dir. Rayonda 1 qəsəbə, 10 kənd vardır. Mərkəzi Qıvraq qəsəbəsidir. Arazboyu sahə Kəngərli düzü adlanır. Dərələyəz silsiləsinin rayonun ən yüksək dağ zirvələri: Keçəltəpə(2744 m), Qaraquş (2600 m), Anabadgədik dağı (2081 m), Qabıllı (1125 m), Xok (1063 m), Tənənəm dağı (1007 m), Tazıuçan dağı (935 m), Binədüz dağı (885 m) Rayon ərazisində bir çox faydalı qazıntı, o cümlədən əhəgdaşı və travertin yataqları vardır. Şahtaxtı-Xok daş karxanaları burada yerləşir. == Toponimi == Kəngərli rayonu 19 mart 2004-cü ildə təşkil edilmişdir. Kəngərlər Azərbaycanın etnogenezində iştirak etmiş ən qədim və önəmli 4 prototürk tayfalarından (hun, quz-oğuz, qıpçaq, kenq) biridir.
Kəngərli süvariləri
Kəngərli süvariləri — 1828-1856-cı illərdə rus ordusunda kəngərlilərdən və ya azərbaycanlılardan ibarət ordu birliyidir. Naxçıvanlı Ehsan xanın başçılığı altında Rusiya-Osmanlı müharibəsində iştirak etmişdilər. Bəylər ordu birliyini idarə etmək üçün epaulet, naib və vəkillərdən istifadə edirdilər. == Tarixi == === Öncəki tarix === Kəngərlilər erkən dönəmdən mövcud olmuş türk tayfalarından biridirlər. Onlar Səfəvi dövründə də aktiv şəkildə fəaliyyət göstərmiş, əsas Qızılbaş tayfalarından biri olan Ustaclıların bir tirəsini təşkil etmişdirlər. Hal-hazırda onların varisləri əsasən İranın Qum və Vərəmin bölgələrində, Cənubi Azərbaycanda və başda NAxçıvan olmaqla Şimali Azərbaycanda yaşamaqdadırlar. Naxçıvan xanları bu tayfaya mənsub olmuşdurlar. 1787-ci ildə Kəngərli tayfasından olan süvarilərə arxalanan Kəlbəli xan saray çevrilişi nəticəsində hakimiyyətə gəldi. O, qısa müddət sonra Naxçıvan xanı kimi köçəri tayfaları və elləri özünə tabe edib tam hakimiyyət qurdu. === Rus-Osmanlı müharibəsində iştirakları === Rus imperiya ordusunun tərkibində olan Kəngərli süvariləri 1828-ci ildə 1828-1829-cu illər Rusiya-Türkiyə müharibəsi zamanı yaradılmışdır.
Məhəmməd Kəngərli
Məhəmməd Kəngərli (10 yanvar 1914, Şuşa – 17 avqust 2006, Ankara) — Azərbaycan Milli Mərkəzinin rəhbəri mühacir, Məhəmməd Əmin Rəsulzadənin şəxsi həkimi. 14 yaşından etibarən Müsavat partiyasının Gənc Azər təşkilatının üzvü olub. 1939-cu ildə SSRİ-Finlandiya müharibəsində iştirak edib. Daha sonra II Dünya Müharibəsində almanlar tərəfindən əsir götürülən o Azərbaycan legionunda hərbi həkim vəzifəsində xidmət edib. == Həyatı və fəaliyyəti == Məhəmməd Kəngərli 1914-cü ilin yanvarın 10-da Şuşada anadan olub. 1928-ci ildə 14 yaşında ikən Müsavat partiyasının Gənc Azər təşkilatına üzv olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1933-cü ildə Universitetin tibb fakültəsinin rus bölməsinə daxil olmuş, daha sonra isə Leninqrad Hərbi Akademiyasına daxil olaraq 1939-cu ildə də oranı bitirmişdir. Akademiyanı bitirdikdən sonra SSRİ-Finlandiya müharibəsində hərbi həkim kimi iştirak edib. Tibbi batalyonla birgə finlərə əsir düşür. Bir il sonra əsirlər tərəflərə geri verilərkən Məhəmməd bəy sovet ordusuna geri qaytarılır.
Aqil Kəngərli
Aqil Kəngərli (tam adı:Cəfərov Aqil Abbas oğlu, 1 sentyabr 1972, Göyçay) — azərbaycanlı jurnalist, yazıçı, tarixçi-şair, "Qızıl qələm" mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. İraq-Türkmən Yazarlar Birliyinin və Türkiyənin Avrasiya Sanat Kültür və Ədəbiyyat Dərnəyinin (ASKED) üzvüdür. "Qızıl qələm", " Həsən bəy Zərdabi", "Xəmsə" , "Xalqın nüfuzlu ziyalısı", "Vicdanlı qələm" və. s. diplom və fəxri fərmanlarla təltif olunub. == Həyatı == 1972-ci il sentyabrın 1-də Göyçay şəhərində anadan olub. Valideynləri 1949-cu ildə Qərbi Azərbaycanın Dərələyəz və Vedibasar mahallarından deportasiya olunub. Aqil Kəngərli 1989-cu ildə Göyçay şəhəri 7 nömrəli orta məktəbi bitirmiş, əmək fəaliyyətinə 1989-cu ildə kitabxana işçisi kimi başlamışdır. 1995-ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsini biblioqraf ixtisası üzrə, 2002-ci ildə isə Azərbaycan Müəllimlər İnstitutunu tarix müəllimi ixtisası üzrə bitirmişdir. 1996–1997-ci illərdə DİN Daxili Qoşunlarında hərbi xidmətdə olmuşdur.
Bala Kəngərli
Bala Kəngərli (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Bala Kəngərli (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda kənd.
Böyük Kəngərli
Böyük Kəngərli — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Böyük Kəngərli oyk. Kürdəmir r-nunun eyniadlı i.ə.v.-də kənd. Yuxarı Şirvan kanalının sahilində, Şirvan düzündədir. Etnotoponimdir. Birinci komponent ərazinin sahəsinin genişliyini bildirir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 638 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Nəsrulla Kəngərli
Nəsrulla Kəngərli (25 noyabr 1913, Naxçıvan – 25 fevral 1991, Bakı) — XX əsr Azərbaycan memarlığının görkəmli nümayəndələrindən biri, Bakının, Gəncənin, Sumqayıtın simasını gözəlləşdirən nadir tikililərin müəllifi, II Dünya müharibəsinin iştirakçısı, "Qırmızı Ulduz" ordeni ilə təltif edilmiş, Azərbaycan Respublikasının "Əməkdar inşaatçısı" fəxri adına layiq görülmüş, memar, pedaqoq. == Həyatı və yaradıcılığı == Nəsrulla Yaqub oğlu Kəngərli 1913-cü il noyabr ayının 25-də Naxçıvanda anadan olmuşdur. Babası İsmayıl ağa rus-türk müharibəsində hünər göstərmiş 200 nəfərlik süvari döyüşçüyə rəhbərlik etmiş, şücaətinə görə çar hökuməti ona poruçik rütbəsi və Naxçıvanda mülk vermişdir. Atası Yaqub Paşa cəmi dörd sinif oxusa da, elmlərə bələd, siyasətdən baş çıxaran bir adam kimi tanınmış, ərəb, fars, rus dillərini və osmanlıcanı bilməsi ilə seçilmişdi. İran və Osmanlı ziyalıları ilə əlaqələr saxlayan, zəngin kitabxana yaradan Yaqub Paşa Kəngərli rus şərqşünası Konstantin Smirnova "Naxçıvan elinin tarixi və etnoqrafiyasına dair materiallar" kitabını yazmaqda kömək göstərmişdir. 1918-ci ilin qanlı erməni basqınlarının qarşısının alınmasında ağıl və hünəri ilə fərqlənmişdi. Belə bir mühitdə və huşyar ailədə böyüyən Nəsrulla sovet dovrünün ilk illərində məktəb təhsili almış, 1929-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu və 1939-cu ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyası) memarlıq-inşaat fakültəsini bitirdikdən sonra muxtar respublikanın kəndlərində dərs demişdi. Yaqub Paşa isə sovet quruculuğunda fəal iştirak etsə də İran vəTürkiyə ilə əlaqə saxlamaqda şərlənib 1939-cu ildə güllələnmişdi. Ailə Qazaxıstana sürgün olunmuş, yalnız 1964-cü ildə vətənə qayıda bilmişdi. Təhsil alması ilə bağlı Naxçıvandan kənarda olması Nəsrullanı bu sürgün və cəzadan xilas etmişdi.
Qarabağlar (Kəngərli)
Qarabağlar — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. == Tarixi == Kiçik Qafqaz silsilələrinin qocaman Araza enib gəldiyi əlverişli və səfalı bir ərazidə yerləşir. Kəndin şimalındakı təpəlik ərazidə son Tunc və dəmir dövrlərinə aid Qalacıq yaşayış məskəni tapılıb. Qalacıq qədim yaşayış yerinin sahəsi 40 hektardır. Bütün Qafqazda ilk dəfə ibtidai icma quruluşu dövrünə aid belə möhtəşəm yaşayış yeridir. Bu fakt 1934-cü ildə burada aparılan arxeoloji tədqiqatlardan sonra təsdiqlənib. Bundan başqa ölkə əhəmiyyətli arxeoloji abidə sayılan Qarabağlar yaşayış yeri XII – XVII əsrlərə aiddir. Ehtimallara görə Qarabağlarda XVII əsrdə 50000 nəfərə qədər əhali yaşayıb. İlk sakinləri 4000 il əvvəl, yəni e.ə. II minilliyin başlanğıcında məhz həmin yerdə məskən salıblar.
Qulu Kəngərli
Qulu Kəngərli (5 yanvar 1957, Sallı, Mikoyan rayonu) — Azərbaycan jurnalisti. == Həyatı == Qulu Kəngərli 1957-ci il yanvar ayının 5-də Dərələyəzin Sallı kəndində anadan olmuşdur. 1979–83-cü illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. == Fəaliyyəti == AZƏRTAC-ın Orta Asiya və Pakistan üzrə müxbiri Qulu Kəngərlinin Daşkənddə Azərbaycan şair və yazıçılarının özbək diliinə tərcümə və çap etdirdiyi kitabların təqdimatı Qulu Kəngərli 1990-cı il 20 yanvar faciəsindən sonra "Şəhidlər","Şəhidlər-2" bukletlərini hazırlayıb və çap etdirib. 1991-ci ildə Azərbaycan və rus dillərində "Qara yanvar şəhidləri" kitabı çap edilib və böyük populyarlıq qazanıb. Bundan sonra "Erməni lobbisi:Azərbaycan faciəsi", "Qanlı şənbəyə gedən yol" kitabları çap olunub. 1991-ci ildə onun ssenarisi əsasında 20 yanvar faciəsindən bəhs edən "Bakıda insan ovu" sənədli filmi çəkilib. Özbəkistanda yaşadığı ilk günlərdən azərbaycanlıların Orta Asiya və Qazaxıstana sürgün edilməsi ilə əlaqədar materiallar yazıb və Daşkənddə onun ssenarisi ilə "Sürgün" sənədli filmi çəkilib. Orta Asiyada yaşayan tanınmış azərbaycanlıların həyatı və fəaliyyəti ilə bağlı kitab isə hazırdır və çapını gözləyir. Hazırda "Sürgün" kitabı üzərində işləyir.
Qızıl Kəngərli
Qızıl Kəngərli (Yeni Marağa) — Azərbaycan Respublikasının Ağdam rayonunun Boyəhmədli kənd inzibati ərazi dairəsində kənd. == Tarix == Ağdam rayonunun Qızıl Kəngərli kəndi rayon mərkəzi Ağdam şəhərindən 14 km. şimalda, Xaçın çayının sol sahilində, Qarabağ silsiləsinə daxil olan Qaraman dağının ətəyində və Qarabağ düzündə, Ağdam – Ağdərə yolunun üstündə yerləşir. Qızıl Kəngərli kəndi şimaldan Boyəhmədli, şərqdən Salahlı Kəngərli, cənubdan isə Xaçın çayının sağ sahilində yerləşən Maqsudlu və Şahbulaq kəndləri, eləcə də Şahbulaq Qalasıyla qonşudur. 1727-ci ilə aid "maliyyə dəftəri"ndə qeyd edilir ki, vaxtı ilə kəngərlilərin Qarabağda qışlaqları olmuş, Arasbar və Bayad torpaqlarında mal, mülk, üzüm bağlarına sahib imişlər. Qarabağda qışlayır, Naxçıvanda yaylayırlar. 1930-cu ilə qədərki dövrdə Qızıl Kəngərli kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub. Birinci Qarabağ Müharibəsində Ermənistan Silahlı Qüvvələri tərəfindən 26 iyul 1993-cü ildə işğalı nəticəsində Qızıl Kəngərli kəndi 27 il işğal altında qalmışdır. Bu müddət ərzində kənd, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Ağdərə rayonunun Marağa (erm. Maraqaşen) kəndindən olan ermənilərlə məskunlaşdırılmışdı.
Salahlı Kəngərli
Salahlı Kəngərli — Azərbaycan Respublikasının Ağdam rayonunun Boyəhmədli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Ağdam rayonunun Salahlı Kəngərli kəndi rayon mərkəzi Ağdam şəhərindən 17km. şimalda, Xaçın çayının sol sahilində, Ağdam – Ağdərə yolundan 3km. şərqdə, Qarabağ düzündə yerləşir. Kəndin ümumi ərazisi 178 hektara yaxındır. Salahlı Kəngərli kəndi şimal-qərbdən Boyəhmədli kəndi, qərbdən isə Qızıl Kəngərli kəndi ilə qonşudur. Kəngərli ellərinin hamısı oğuz türklərinin peçeneq qolundan (kanqarlar) olsalar da, müxtəlif tirələrdəndilər və bu da çox vaxt onların məskunlaşdıqları ərazi adlarında (oykonimlərdə) özünü büruzə verir. Salahlı Kəngərli kəndinin camaatı kəngərli türk tayfasınln salahlı tirəsindəndi və kəndin adı da bunu ifadə edir – Salahlı Kəngərli. Kəngərlilər Azərbaycanın, əsasən, Naxçıvan bölgəsində yaşasalar da, digər bölgələrdə, məsələn, Qazaxda, Borçalıda, Qarabağda da məskunlaşıblar. O səbəbdən də Azərbaycanda çoxlu Kəngərli kəndi var; tək elə Ağdam rayonu ərazisində üç Kəngərli kəndi var: Salahlı Kəngərli, Qızıllı Kəngərli və Kəngərli (bu kəndə Pirhəsən Kəngərlisi də deyirlər).
Tələt Kəngərli
Tələt Kəngərli (Kəngərli Tələt Nəsrulla oğlu; d. 21 noyabr 1948, Bakı şəh., Azərbaycan) — Geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın müxbir üzvü (2014). == Həyatı == Tələt Kəngərli 21 noyabr 1948 Bakı şəhərində anadan olub. == Təltif və mükafatları == SSRİ Geologiya Nazirliyinin Fəxri fərmanı == Kitabları == Tələt Kəngərli. Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press. 2013. 147.
Təzəkənd (Kəngərli)
Təzəkənd — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Babək rayonunun Çalxanqala kənd inzibati arazi dairəsi tərkibindəki Təzəkənd kəndi Təzəkənd adlandırılmış, Təzəkənd və Xıncab kəndləri Çalxanqala kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Xıncab kəndi mərkəz olmaqla, Babək rayonunun tərkibində Xıncab kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Tarixi == Kəndin keçmiş adı Sərdərabad olmuşdur, sonralar dəyişdirilərək Təzəkənd adlandırılmışdır. === Tarixi abidələri === Təzəkənd kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Mədəniyyəti == Kənd mərkəzində yeni tikilmiş məktəb, ictimai-iaşə, və s. binalar fəaliyyət göstərir. == Coğrafiyası və iqlimi == Kəngərli rayonunun Təzəkənd kəndi Şərur düzündədir. Şimaldan Kəngərli rayonunun Çalxanqala kəndi, cənubdan Naxçıvan-Sədərək yolunun əhatə etdiyi ərazi (Duz dağı mədəni əhatəsi), şərqdən Babək rayonunun Payız kəndi, qərbdən Kəngərli rayonunun Xıncab kəndi ilə qonşu sərhəddə yerləşir İqlimi kəskin kontinentaldır – yayda çox isti, qışda soyuq olur. == Əhalisi == Əhalisi 538 nəfərdir. Kəndin köhnə adı Əznəbürddür. (Təzəkənd (Babək)) == Şəxsiyyətlər == Səfərəli Babayev == İqtisadiyyatı == Kənd əhalisi əsasən əkinçilik və heyvandarlıqla məşğul olur.
Ulduz Kəngərli
Ulduz Səttar oğlu Kəngərli (Kəngərlinski) (d. 28 sentyabr 1924, İrəvan, Ermənistan SSR) — texnika elmləri doktoru, professor. == Həyatı == Ulduz Səttar oğlu Kəngərli (Kəngərlinski) 1924-cü il sentyabr ayının 28-də İrəvanda anadan olmuşdur. 1941-ci ildə 9-cu sinfi bitirdikdən sonra, artilleriya hərbi məktəbinə daxil olmuş, sonra zabit rütbəsində Ukrayna cəbhəsinə göndərilmişdir. 1947-ci ildə ordu sıralarından qayıtdıqdan sonra, Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, 1952-ci ildə (indiki Neft Akademiyası) Energetika fakültəsini, 1958-ci ildə isə Azərbaycan EA-nın aspiranturanı bitirmiş, namizədlik dissertasiyasını müdafiə etmiş və texnika elmləri namizədi alimlik dərəcəsini almışdır. 1958-1961-ci illərdə Sumqayıt şəhərindəki Elmi-Tədqiqat "Neftkimyaavtomat" Layihə İnstitutunda şöbə müdiri və Elmi-Tədqiqat Neft İnstitutunda laboratoriya rəhbəri işləmişdir. 1961-ci ildə Azərbaycan Politexnik İnstitutunda (indiki Texniki Universitet) onun rəhbərliyi ilə radiotexnika, elektronika və rabitə kafedrası təşkil edilmişdir. Bu sahədə onun ilkin yaratdığı kafedra əsasında 7 yeni kafedra təşkil edilmiş və universitetdə iki radiotexnika və telekommunikasiya və rabitə fakültələri fəaliyyət göstərmişdir. Alim radioelektronika sahəsində tədqiqatlar aparmış, 17 dərslik və dərs vəsaitinin 218 elmi əsərin, 12 ixtiranın müəllifidir. 1983-cü ildə çap olunmuş "Rusca-azərbaycanca-ingiliscə radioelektronika terminləri lüğəti"nin (Cəmilə Kəngərli ilə birlikdə) müəllifidir.
Çalxanqala (Kəngərli)
Çalxanqala — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. == Toponimikası == Kəngərli r-nunun eyniadlı i.ə.v.-də kənd. Cəhri çayının sağ sahilində, Dərələyəz silsiləsinin ətəyindədir. XIX əsrdə gəlmə ermənilər orada yerləşdirildikdən sonra 1990-cı ilədək Əznəbirt (türk. və er. "yüksək qala") adlandırılmışdı. 1990-cı ildən kənd yaxınlığındakı tunc dövrünə aid iri qaya daşlarından tikilmiş Çalxanqala adlı qalanın adı ilə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Çalxanqala kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Əhalisi == Əhalisi 2181 nəfərdir.
Şahtaxtı (Kəngərli)
Şahtaxtı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndi Qıvraq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Şahtaxtı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Etimologiyası == Vaxtilə bir ucu Araz çayına gəlib dirənən və "Qarahasar" deyilən böyük qala divarlarının əhatəsində yerləşmiş bu qədim yaşayış məskəninin sonralar niyə "Şahtaxtı" adlandırılması haqda hazırda yerli əhali arasında bir neçə maraqlı rəvayət, elm adamlarının, ərazidən keçmiş məşhur səyyah və tədqiqatçıların əsərlərində isə konkret fikir və mülahizələr var. Məsələn, Şahtaxtıda daha çox yayılmış rəvayətlərdən birində deyildiyinə görə, bu ad kəndə sonralar – Azərbaycan Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətainin 1501-ci ildə Təbrizdə taxta çıxmasından sonra verilib. Bildirilir ki, Şirvanı ələ keçirən İsmayıl Ağqoyunlu hökmdarı Əlvənd Mirzənin Naxçıvana 30 min nəfərlik qoşunla yürüş etdiyi xəbərini alır və dərhal özünün 7 minlik seçmə qızılbaş süvarisiylə Naxçıvan istiqamətinə hərəkət edir. İndiki Şahtaxtına yaxın yerdə – "Şərur düzü"ndə qarşılaşan Səfəvilər özlərindən 4 dəfə artıq ağqoyunlulara qalib gəlirlər və bununla da qızılbaşların Təbrizə yolu açılır. 1501-ci ilin payızında Arazı keçərək Təbrizi tutan qızılbaşlar İsmayılı taxta çıxararaq, onu şah elan edirlər və bununla da Azərbaycan Səfəvi dövlətinin əsasını qoyurlar. Şahtaxtıda əsrlərdir dildən-dilə keçən rəvayətə görə, İsmayıl Şirvandan Naxçıvana gələndə də və "Şərur düzü"ndəki qələbəsindən sonra da bu kəndin kənarında indi "İydəli Pir" adlandırılan, əsasən iydə ağaclarından ibarət meşəlikdə düşərgə salmış və buna görə də kənd sonralar "Şahı taxta çıxaran yer" – "Şahtaxtı" adlandırılmışdır… Başqa rəvayətlər isə Şah Abbasın, Nadir Şah Əfşarın və Ağa Məhəmməd Şah Qacarın Azərbaycanın cənubunu Arazın məhz bu hissəsindən keçərək şimal istiqamətində hərəkət etmələri və müvəqqəti dayanacaq kimi Şahtaxtı ərazisini seçmələri ilə bağlıdır. Demək olar ki, hər üç şahla bağlı rəvayətlər mahiyyət etibarilə eyni məzmunu ifadə edir və kəndin adı da şah taxtlarının müvəqqəti olaraq bu ərazidə qurulması ilə izah olunur. Tədqiqatçılar – Naxçıvan ərazisinin toponimlər sistemini araşdıran AMEA-nın Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun "Onomastika" şöbəsinin müdiri, filologiya elmləri doktoru hörmətli Adil Bağırov isə "Naxçıvanın oykonimləri" adlı kitabında Şahtaxtı kəndinin həm xalq, həm də elmi etimologiyasını verib.
Əsgər Kəngərli
Əsgər Kəngərli (azərb. Kəngərli Əsgər Aslan bəy oğlu‎; 9 may 1911, Naxçıvan – 7 mart 1998, Bakı) — nevropotoloq, tibb xidməti polkovniki, Azərbaycan Respublikasının əməkdar həkimi. == Həyatı == Kəngərli Əsgər Aslan bəy oğlu 9 may 1911-ci ildə Naxçıvan şəhərində anadan olub. === Vəfatı === 7 mart 1998-ci ildə Bakı şəhərində vəfat edib. === Təhsili === 1929-cu ildə Bakı Tibb Texnikumunu bitirib. 1931–1939-cu illərdə Azərbaycan Tibb İnstitutunda təhsil alıb. == Fəaliyyəti == === Tibbi fəaliyyəti === Diş həkimi fəaliyyət başlayıb,sonralar isə rentgeneloq kimi ixtisaslaşmışdır. Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra Qubada,Gəncədə və s.şəhərlərdə səhiyyə şöbələrinin müdiri işləmişdir. Böyük Vətən müharibəsində iştirak edərək,tibb xidməti polkovniki rütbəsi almışdır. Bakı şəhər əsəb xəstəlikləri və Azərbaycan SSR Səhiyyə Nazirliyinin ruhi xəstəliklər üzrə Tibbi Əmək Ekspert Komissiyasının sədri vəzifələrində işləmişdir.
Hacı xan Kəngərli
Hacı xan Kəngərli — Naxçıvan xanı. == Haqqında == Heydərqulu xan Kəngərlinin ölümündən (1763–64) sonra taxta çıxmışdır. Onun hakimiyyəti dövründə Naxçıvan xanlığı zəifləmişdir. Azərbaycan hökmdarı Kərim xan Zənddən (1760–1779) asılılığı qəbul etmişdir. Kərim xan onu Şiraza dəvət edib kiçik günah üstündə əsir almış, yerinə Heydərqulu xanın oğlu Rəhim xan Kəngərliyə keçmişdir. == Ədəbiyyat == Naxçıvan xanlığı məqaləsinin ədəbiyyatına == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 174.
Heydərqulu xan Kəngərli
Heydərqulu xan Kəngərli ( ? - 1763) — Naxçıvan xanı. == Həyatı == Nadir şah Əfşar əyanlarının sui-qəsdi nəticəsində öldürüldükdən (1747) sonra kəngərli tayfa başçısı Heydərqulu xan Kəngərli şahın naibi Ağahəsəni hakimiyyətdən uzaqlaşdırıb, özünü Naxçıvanın müstəqil xanı elan etdi. O, xanlığı möhkəmlətmək, xəzinənin gəlirini artıran ticarəti, həmçinin sənətkarlığı inkişaf etdirmək məqsədilə bir sıra tədbirlər həyata keçirdi: xanlıqda və şəhərlərdə rabitə vasitələrini qaydaya saldı, köhnə körpülərin təmir olunması, yenilərinin inşası haqqında əmr verdi. Naxçıvan xanlığının hərbi gücü az olduğundan Heydərqulu xan Kəngərli daha qüdrətli xanlıqlara arxalanmağa çalışırdı. Bu məqsədlə qarabağlı Pənahəli xanla müttəfiq oldu, onunla və gürcü çarları ilə birlikdə 1752-ci ildə Şəki xanı Hacı Çələbiyə qarşı yürüşdə iştirak etdi. Uğursuz qurtaran bu yürüşdən sonra Heydərqulu xan Kəngərli xanlığın iqtisadiyyatını tənzimləməklə məşğul oldu. Ölümündən sonra yerinə Hacı xan Kəngərli keçdi.
Hüseyn sultan Kəngərlinski
Hüseyn sultan Kəngərlinski (1836-1896) — Ordubad bəyi, maarifpərvər. == Həyatı == M.T.Sidqinin oğlu Məmmədəli Sidqinin xatirələri öz məzmun və mündəricəsi etibarilə digərlərindən fərqlənir. Xatirələrdə M.T.Sidqinin pedoqoji və maarifçilik fəaliyyətindən, "Əxtər" məktəbini, "Məktəbitərbiyə"ni açmasından, bununla əlaqədar qarşıya çıxan çətinliklərdən bəhs edilir. M.Ə.Sidqi yazır ki, "o zaman atamın çayçı dükanı Ordubad ziyalılarının yığıncaq yeri olur. Atamın təbi oldu¬ğuna görə, xüsusən Şərq ədəbiyyatına yaxşı bələd olduğuna görə haman çayçı dükanında Sədi, Hafiz, Firdovsi, Nizami kimi şairlərin şeirləri oxunur və təhlil olunarmış. Eyni zamanda atam o zaman İrandan, Rusiyadan və Türkiyədən qəzetələr də alıb oxuyarmış. Məsələn, İrandan "Nasiri", Bağçasaraydan İsmayıl bəy Qaspirinskinin nəşr etdiyi "Tərcüman", İstanbulda çıxan "Əxtər" qəzetələrini alırmış. Bu qəzetələr çox vaxt atamın həmməsləkləri arasında gizlincə oxunarmış. "Tərcüman" qəzetəsinin atama böyük təsiri olmuşdur. Çünki o zaman "Tərcüman" qəzetəsinin müdiri Qaspirinski Rusiyada yaşayan müsəlmanlar üçün yeni üsulla məktəblər açılması yolunda uzun müddət mübarizə aparırmış… "Tərcüman" qəzetəsinin təsiri altında atam və ona bu yolda ən birinci və yaxından kömək edən Hüseyn sultan Kəngərlinski nəhayət Ordubadda yeni üsulla bir məktəb təşkil etmək fikrinə düşürlər" Məmməd Səid Ordubadi yazır: "Üsuli-cədid" deyilən təzə üsullu məktəb açılmasına başlamışdı.
Kəlbəli Xan Kəngərli
Kəlbəli xan Kəngərli (Naxçıvan – 1820, Naxçıvan) — 25 il müddətinə fasilələrlə Naxçıvan xanlığının xanı olmuşdur. O, daha çox xanlıq uğrunda əmisinin oğlu Abbasqulu xan Kəngərli ilə apardığı mübarizəyə görə tanınmışdır. Kəlbəli xan Kəngərli Ağa Məhəmməd şah Qacarın əmri ilə kor edilmişdi. Bu da onun ailəsində Qacar şahları ailəsinə qarşı nifrət hissinin formalaşması ilə nəticələnmişdi. Bunnu nəticəsi idi ki, Kəlbəli xanın oğlu Ehsan xan Kəngərli qardaşı Şeyxəli bəy Kəngərli ilə birlikdə Qacarlara qarşı Rusiya imperiyasını dəstəkləmiş, iki imperiya arasındakı iki müharibə zamanı ruslara önəmli xidmət göstərmişdilər. == Həyatı == Doğrum tarixi bəlli olmasa da, Naxçıvanda dünyaya gəldiyi bəllidir. O, Ehsan xan Kəngərlinin oğludur. Doğrum tarixi bəlli olmasa da, Naxçıvanda dünyaya gəldiyi bəllidir. O, Ehsan xan Kəngərlinin oğludur. O, 1787-ci ildən 1809-cu ilə qədər fasiləsiz olaraq Naxçıvanın xanı olmuşdur.
Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi
Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi — Naxçıvan MR-nın Kəngərli rayonunda muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 iyun 2006-cı il tarixli, 33–03/S nömrəli Sərəncamı ilə yaradılmışdır. Kəngərli rayonunun mərkəzi olan Qıvraq qəsəbəsində yerləşir. == Muzey eksponatları == 1500-dən çox maddi-mədəniyyət nümunəsi qorunub saxlanılır. Ekspozisiya zalı, fond və iş otaqlarından ibarət olan muzeydə rayonun tarixini, adət və ənənələrini, məişətini özündə əks etdirən dəyərli eksponatlar toplanmışdır. Burada ibtidai icma quruluşundan başlayaraq istifadə olunmuş daş əmək alətləri, boyalı qablar, küp və keramika nümunələri, dekorativ-tətbiqi sənət nümunələri, mis məişət əşyaları, xalçalar, milli musiqi alətləri nümayiş olunur. Muzeyin ekspozisiyasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş guşə vardır. == İstinadlar == == Xarici keçidlər == "Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi". nmn.az. İstifadə tarixi: 16.02.2021. "Kəngərli rayon Tarix-Diyarşünaslıq Muzeyinin yaradılması haqqında".
Kəngərli maili düzənliyi
Kəngərli maili düzənliyi — Böyükdüz maili düzənliyinin şimal-qərbində yerləşən düzənlik. Bu düzənliyin eni 8-10 km olub, şimal-şərqdən cənub-qərbə doğru 14 km-lik bir məsafədə uzanır və dəniz səviyyəsindən 800-1300 m hündürlükdə yerləşir. Düzənliyin orta hissəsi zəif parçalanmışdır. Kəngərli düzü zəif su təminatı olan düzənliklər sırasına aiddir. Ərazidə çay şəbəkəsinə təsadüf olunmur. Su təchizatı yeraltı sular hesabına təmin olunur. Suyu qismən çox olan yerlərdə əkinçilik, az olan hissələrində isə otlaq sahələri kimi istifadə olunur. Düzənliyin səthi zəif parçalanmışdır. Lakin ətrafı orta hissəyə nisbətən daha artıq parçalanmış və əhəng daşları, travertinlər üzə çıxmışdır. Bu süxurlar Muxtar respublikada mövcud olan tikinti materiallarının əsasını təşkil edir.
Kəngərlilər
Kəngərlilər — Azərbaycan xalqının tanınmış soylarından biri. Sonradan Naxçıvanskilər soyadını götürdülər. == Soyun yaranması == Ustaclı elinə qatılan oymaqlardan biri də Kəngərlidir. Kəngərli oymağı öncə Qaradağda məskunlaşmışdı. 1603-cü ildən sonra Şah Abbasın əmri ilə Naxçıvan vilayətində yerləşdilər. Oymağın bir qolu da Astarabadda yaşam sürürdü. Kəngərli oymağının məşhur nümayəndələrindən biri Xəlil ağadır. Xəlil ağa I Şah Təhmasibə xidmət etmişdi. Kəngərli oymağının ünlü əmirlərindən biri də Cəfər bəydir. Cəfər bəy I Şah Təhmasibə qulluq etmişdi.
Kəngərlilər sülaləsi
Kəngərlilər — Azərbaycan xalqının tanınmış soylarından biri. Sonradan Naxçıvanskilər soyadını götürdülər. == Soyun yaranması == Ustaclı elinə qatılan oymaqlardan biri də Kəngərlidir. Kəngərli oymağı öncə Qaradağda məskunlaşmışdı. 1603-cü ildən sonra Şah Abbasın əmri ilə Naxçıvan vilayətində yerləşdilər. Oymağın bir qolu da Astarabadda yaşam sürürdü. Kəngərli oymağının məşhur nümayəndələrindən biri Xəlil ağadır. Xəlil ağa I Şah Təhmasibə xidmət etmişdi. Kəngərli oymağının ünlü əmirlərindən biri də Cəfər bəydir. Cəfər bəy I Şah Təhmasibə qulluq etmişdi.
Kəngərlinskilər
Kəngərlilər — Azərbaycan xalqının tanınmış soylarından biri. Sonradan Naxçıvanskilər soyadını götürdülər. == Soyun yaranması == Ustaclı elinə qatılan oymaqlardan biri də Kəngərlidir. Kəngərli oymağı öncə Qaradağda məskunlaşmışdı. 1603-cü ildən sonra Şah Abbasın əmri ilə Naxçıvan vilayətində yerləşdilər. Oymağın bir qolu da Astarabadda yaşam sürürdü. Kəngərli oymağının məşhur nümayəndələrindən biri Xəlil ağadır. Xəlil ağa I Şah Təhmasibə xidmət etmişdi. Kəngərli oymağının ünlü əmirlərindən biri də Cəfər bəydir. Cəfər bəy I Şah Təhmasibə qulluq etmişdi.
Kərim xan Kəngərli
Kərim xan Kəngərli — Naxçıvan xanlığının sonuncu xanı. Onun hakimiyyət illəri fasilələrlə 1808-ci ildən 1827-ci ilə qədər davam etmişdir. 1828-ci ildə Naxçıvan xanlığının ləğv edilməsindən sonra Ehsan xan Kəngərli Naxçıvan bölgəsinin qubernatoru təyin edildi. O, bu vəzifəsini Rusiya imperiyası tabeliyi altında yerinə yetirirdi. Kərim xanın Naxçıvan xanlığındakı hakimiyyəti fasilələrlə 1827-ci ilə qədər davam etmişdir. == Ailəsi barədə == Kərim xan türklərin Kəngərli tayfasına məxsusdur. Yaşadığı dövrdən elə indiyə qədər o, qaynaqlarda Kəlbəli xan Kəngərlinin qardaşı, qardaşının oğlu və bəzən də əmisinin oğlu olaraq adlandırılır. Tiflis arxivində saxlanılan qaynaqlardan bəlli olur ki, Kərim xanın İmamqulu xan adlı oğlu Heydərqulu xanın Telli Bəyim adlı qızı ilə evlənmişdir. Naxçıvan xanlarından biri olan Cəfərqulu xan da bəzən qaynaqlarda Kəlbəli xanın qardaşı və ya qardaşının oğlu olaraq adlandırılmaqdadır. Görünür Kəngərlilərin adət-ənənələri rus tədqiqatçılarının məsələləri qarışdırmasına yol açmışdır.
Maqsud sultan Kəngərli
Maqsud sultan Kəngərli (Tam adı: Maqsud sultan Kəngərli-Ustaclı; 1533, Əhər, Şərqi Azərbaycan ostanı – XVII əsr, Naxçıvan) — Kəngərli nəslinin başçısı və Naxçıvanın hakimi (XVI əsrin sonu - XVII əsrin əvvəlləri). == Həyatı == Maqsud bəy Məhəmməd bəy oğlu 1533-cü ildə Qaradağ vilayətinin paytaxtı Əhər şəhərində anadan olmuşdu. Bütün kəngərlilər kimi döyüşçü olmağı üstün tutmuşdu. O Azərbaycanın və İranın siyasi həyatında mühüm rol oynamışdır. I Şah Abbasın fərmanı ilə sultan ünvanı alıb 1589-cu ildə Qaradağa hakim təyin edilmişdi. I Şah Abbas Vedi çayı kənarında düşərgə salarkən Səfəvi-Osmanlı vuruşmalarında Naxçıvan əhalisinin zərər çəkməməsi üçün Maqsud sultan Kəngərliyə Naxçıvan əhalisini Dizmara və Qaracadağa (indiki Cənubi Azərbaycan) köcürmək barədə əmr etmişdir. Əmri yerinə yetirən Maqsud sultan Kəngərli divan hesabına köçürülmüş əhalini ərzaq və s. zəruri mallarla təmin etmişdi. Maqsud sultan Kəngərlinin xələfləri uzun müddət Naxçıvanda hakim olmuşlar. 1604-cü ildə Naxçıvan vilayətinə dəyişilmişdi.
Maqsud sultan Kəngərli-Ustaclı
Maqsud sultan Kəngərli (Tam adı: Maqsud sultan Kəngərli-Ustaclı; 1533, Əhər, Şərqi Azərbaycan ostanı – XVII əsr, Naxçıvan) — Kəngərli nəslinin başçısı və Naxçıvanın hakimi (XVI əsrin sonu - XVII əsrin əvvəlləri). == Həyatı == Maqsud bəy Məhəmməd bəy oğlu 1533-cü ildə Qaradağ vilayətinin paytaxtı Əhər şəhərində anadan olmuşdu. Bütün kəngərlilər kimi döyüşçü olmağı üstün tutmuşdu. O Azərbaycanın və İranın siyasi həyatında mühüm rol oynamışdır. I Şah Abbasın fərmanı ilə sultan ünvanı alıb 1589-cu ildə Qaradağa hakim təyin edilmişdi. I Şah Abbas Vedi çayı kənarında düşərgə salarkən Səfəvi-Osmanlı vuruşmalarında Naxçıvan əhalisinin zərər çəkməməsi üçün Maqsud sultan Kəngərliyə Naxçıvan əhalisini Dizmara və Qaracadağa (indiki Cənubi Azərbaycan) köcürmək barədə əmr etmişdir. Əmri yerinə yetirən Maqsud sultan Kəngərli divan hesabına köçürülmüş əhalini ərzaq və s. zəruri mallarla təmin etmişdi. Maqsud sultan Kəngərlinin xələfləri uzun müddət Naxçıvanda hakim olmuşlar. 1604-cü ildə Naxçıvan vilayətinə dəyişilmişdi.
Mirzəli bəy Salahlı-Kəngərli
Mirzəli bəy Seyidəli bəy oğlu Kəngərli (1817 - ?) — Qarabağ bəyi. == Həyatı == Mirzəli bəy Seyidəli bəy oğlu 1817-ci ildə Çiləbörd mahalının Kəngərli-Salahlı obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Mülkədar idi. == Ailəsi == Mirzəli bəyin Salah bəy adlı oğlu vardı. == Mənbə == Ənvər Çingizoğlu. Kəngərli eli. "Soy" dərgisi, Bakı, 1 (9) 2008.
Məhəmməd Kərim bəy Kəngərli
Məhəmməd Kərim bəy Kəngərli — XVIII əsrin ortalarında irsi tayfa rəisi == Haqqında == Ümumiyyətlə, Kəngərli camaatına rəhbərlik tayfa rəisinin əlində olsa da, bəzi hökmdarların zamanında rəisin səlahiyyət və vəzifələri məhdudlaşdırılırdı. Kərim xan Zəndin hakimiyyəti dövründə 1749-79 Məhəmməd Kərim bəy Kəngərli irsi hüquqlarının bərpası xahişi ilə şahın iqamətgahı olan Şiraza getmiş, ixtiyarındakı tayfa üzvlərinin bir hissəsinin mərkəzi hökumət tərəfindən tayfanın hüquqi rəisindən icazə almadan yaşadıqları yerlərdən zorla çıxarılıb, İrana hərbi xidmətə aparıldığını cəsarətlə şahın nəzərinə çatdırmışdır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 316. ISBN 5-8066-1468-9.

Значение слова в других словарях