KƏRƏ¹

сущ. дуьдгъвер (цӀурур тавунвай кварцин гъери, шит гъери); inək kərəsi калин дуьдгъвер.
KƏRDİYAR
KƏRƏ²
OBASTAN VİKİ
Bataqlıq kərə yağı
Bataqlıq kərə yağı (ing. Bog butter) — İrlandiyada bir çox nümunəsi olan tarixi kərə yağları. Soyuducunun icadından əvvəl insanlar qida məhsullarını uzun müddət saxlaya bilmək üçün müxtəlif üsullardan istifadə edirdilər. Bu üsullardan biri də qidanın bataqlıqda saxlanılması idi. İrlandiya sakinləri də əvvəllər kərə yağlarını qoruya bilmək üçün bataqlıqda basdıraraq, sonrakı illərdə ehtiyac olduqca, onları həmin ərazilərdən çıxarmağı planlaşdırırdı. Ancaq bataqlıq kərə yağlarının qədim zamanlarda bolluq olsun deyə tanrılara, ya da ruhlara əhd olaraq verildiyi də iddia edilir.
Kərə yağı
Kərə yağı — Təzə və ya qıcqırdılmış ayran və ya süd qaymağının çalxalamaqla əldə olunan süd məhsulu.
Bir kərə yüksələn bayraq, bir daha enməz
Bir kərə yüksələn bayraq bir daha enməz
Bir kərə yüksələn bayraq bir daha enməz — XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının əsas şüarı. Şüar Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri (may-dekabr 1918) Məhəmməd Əmin Rəsulzadəyə məxsusdur. == Tarixi == Birinci Dünya müharibəsinin sonuna yaxın Rusiya imperiyası parçalandı. İmperiyanın tərkibində olan Cənubi Qafqaz bölgəsi də müstəqil dövrünə qədəm qoydu. Cənubi Qafqazda yaşayan üç əsas millət birləşərək ümumi Zaqafqaziya Federasiyasını yaratdılar, lakin onun ömrü uzun sürmədi. Belə ki, Müstəqil Azərbaycan dövlətinin yaranması Zaqafqaziya Demokratik Federativ Respublikasının parçalanması nəticəsində baş verdi. 1918-ci il may ayının 27-də artıq keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas çağırdı. Uzun sürən müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaratmaq qərara alındı. Müvəqqəti Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə (Müsavat Partiyasının MK sədri), İcra Komitəsinin sədri vəzifəsinə isə Fətəli xan Xoyski (bitərəf) seçildi. 1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclası keçirildi və iclasda Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi.
Arqişti Kərəmyan
Arqişti Elbəyi Kərəmyan (Erm: Արգիշտի Էլբեկի Քյարամյան, Arqişti Elbeki Kyaramyan; 22 may 1991, Eranos, Aşağı Qaranlıq rayonu) — Ermənistan Milli Təhlükəsizlik Ximdətinin sabiq direktoru. == Həyatı == 2009–2011-ci illərdə hərbi xidmət olan Arqişti Kərəmyan, 2013-cü ildə İrəvan Dövlət Universitetinin hüquq fakultəsindən məzun olmuş, həmin ildən etibarən polis orqanlarında, 2014-cü ildən etibarən isə Ermənistan Respublikası İstintaq komitəsində müstəntiq olaraq fəaliyyət göstərmişdir. 2015-ci ildə Ermənistan Respublikasının Hüquq akademiyasında prokurorluq kurslarında iştirak etmiş, 2016-cı ildə İrəvan Dövlət Universitetində hüquq üzrə magistratura təhsilini tamamlamışdır. 2016-cı ildən 2018-ci ilə qədər Şirak rayonunda, daha sonra isə İrəvan şəhərində prokuror kimi fəaliyyət göstərmişdir. 2018-ci ilin iyun ayından etibarən müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə çalışmış, 2020-ci ilin may ayında MTX-nın rəhbərliyinə gətirilmiş və 2020-ci ilin iyun ayında isə MTX-nin direktoru kimi təsdiqlənmişdir. A.Kərəmyan Ermənistanla Azərbaycan arasında yaşanan II Qarabağ Müharibəsinin gedişində (8 oktyabr 2020) MTX direktoru vəzifəsindən azad edilmişdir. O, 24 dekabr 2020-ci il tarixində Ermənistan İstintaq Komitəsinin sədr müavini təyin olunmuşdur. Evlidir, 2 övladı var.
Aşıq Kərəm İncəli
Kərəm Süleyman oğlu Nəsibov (11 mart 1945, Qazax rayonu – 11 mart 1995) — Azərbaycan aşığı, Azərbaycan Aşıqlar Birliyinin üzvü, Qazax Aşıqlar Birliyinin sədri. == Haqqında == Aşıq Kərəm İncəli 1945-ci il martın 11-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Ustadı Aşıq Kamandar olmuşdur. Aşıq sənətinə 1960-cı illərdən başlamışdır. Məclislərdə, respublikanın mədəniyyət tədbirlərində, festival və müsabiqələrdə iştirak edərək diplomlara layiq görülüb. Aşıqların IV qurultayında iştirak etmişdir. Qazax rayonu mədəniyyət evində aşıqlar birliyinin sədri seçilmişdir. İlk saz məktəbinin Qazax rayonu üzrə yaradıcısı, elinin sevimli saz-söz ustadı olmusdur. Aşıq İlham Aslanbəyli, Saməddin Vəliyev, Mahal Pənahov, Alı Cəfərov, İmralı Məmmədov, Akif Manafov və bir çox aşıqlara ustadlıq etmişdir. Aşıq Kərəm İncəli 1995-ci il martın 11-də vəfat etmişdir.
Baba Kərəm (Bicar)
Baba Kərəm (fars. باباكرم‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 30 nəfər yaşayır (7 ailə). Əhalisini kürdlər təşkil edir.
Dinarə Kərəkməzli
Gərəkməzli Dinarə İsa qızı (14 aprel 1948, Sərvan) — şair, tərcüməçi, ssenarist, kino redaktoru, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Dinarə Gərəkməzli 1948-ci il aprelin 14-də Gürcüstanın Marneuli şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1963-cü ildə ailəliklə Bakıya köçmüşlər. Burada 150 saylı şəhər orta məktəbini bitirmişdir (1966). Aparatçı, tabelçi və "Azərkitab"ın kitab bazasında fəhlə işləmişdir (1966–1969). Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsində təhsil almışdır (1969–1974). "Molodyoj Azerbaydjana" qəzeti redaksiyasında müxbir işləmişdir (1974–1977). Hazırda "Azərbaycanfilm" studiyasında redaktor kimi çalışır (1977-ci ildən). Rus dilində yazıb-yaradır. Bədii yaradıcılığa 1967-ci ildən başlamışdır.
Dünyamalı Kərəm
Dünyamalı Kərəm (azərb. Dünyamalı Kərəm oğlu Əliyev‎; 1920, Qoçulu, Bolnisi bələdiyyəsi) — şair-jurnalist, Gürcüstan SSR-in Əməkdar jurnalisti (1979), Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycanlı uzunömürlü. == Həyatı == Dünyamalı Kərəm 1920-ci ildə Gürcüstanın Borçalı mahalının Qoçulu kəndində anadan olub. === Təhsili === İlk təhsilini doğma kəndində, orta təhsilini qonşu kəndin orta məktəbində alıb. 1937-1940-cı illərdə Tiflisdəki Pedaqoji Məktəbdə təhsil alıb və bu maarif ocağını bitirdikdən sonra təyinatla İmirhəsən və Qoçulu kənd orta məktəblərində direktor vəzifəsində çalışıb. Dünyamalı Kərəm 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. == Yaradıcılığı == Bir müddət "Kommunist" qəzetində müxtəlif vəzifələrdə çalışıb. Dünyamalı Kərəm "Sovet Gürcüstanı" qəzetində uzun müddət məsul katib işləyib. 1994-cü ildə onun "Borcalım mənim" adlı şeirlər kitabı nəşr olunub.
Kərəm bulağı
Kərəm bulağı — Gədəbəy rayonunun Pərizamanlı kəndində yerləşir. El qəhrəmanı Qaçaq Kərəmin adıyla adlandırılıb. Söylənilənlərə görə, Qaçaq Kərəm bu bulağın başında Pərizamanlı camaatının dəfələrlə qonağı olub.
Kərəm Əkbərov
Əkbərov Kərəm Nurəddin oğlu — azərbaycanlı bəstəkar. == Həyatı == Kərəm Əkbərov 1988-ci il iyun ayının 25-də Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. 2006-cı ildə Bül-Bül adına orta ixtisas musiqi məktəbini bitirmiş və eyni ildə Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasına, görkəmli bəstəkar Arif Məlikovun sinfinə daxil olmuşdur. 2010-cu ildə bəstəkarlıq sinfini "Azərbaycan" simfonik poema fantaziya əsəri ilə bitirmişdir. Bəstəkar təhsilini 2014-cü ildə magistr kimi tamamlamışdır. Və eyni zamanda Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur. Bəstəkarın əsərləri Azərbaycanda və xarici ölkələrdə dəfələrlə ifa olunmuşdur. Azərbaycanın xalq artistləri professor Rauf Abdullayev, Teymur Göyçayev onun əsərlərini ifa etmişlər. 2011-ci ildə Kanadanın Niaqara şəhərində Azərbaycan mədəniyyəti günlərində bəstəkarın "Kamera orkestri üçün suita"sı müvəffəqiyyətlə ifa olunmuşdur. Bəstəkar 2012-ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyinin "Gənclər mükafatına" layiq görülmüşdür.
Kərəm Əliyev
== Siyahı ==
Kərəmalım
Kərəmalım (az-əbcəd. کره‌مالێم‎, fars. کمرکوه‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 268 nəfər yaşayır (84 ailə).
Kərəmcavan (Heris)
Kərəmcavan (fars. كرم جوان‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 695 nəfər yaşayır (172 ailə).
Kərəmcavan (Marağa)
Kərəmcavan (fars. ‎‎‎كرمجوان‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,262 nəfər yaşayır (506 ailə).
Kərəmkəndi (Biləsuvar)
Kərəmkəndi (fars. كرم كندي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 78 nəfər yaşayır (14 ailə).
Kərəmli
Kərəmli – bir neçə yaşayış məntəqələrinin adı: == Azərbaycan Respublikası == Kərəmli — Ağdərə rayonunun İmarət Qərvənd kəndinin bir müddət işlənilən adı. Kərəmli — Göygöl rayonununda kənd. == İran İslam Respublikası == Kərəmli — Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. Kərəmli — Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Kərəmli (Göygöl)
Kərəmli (əvvəlki adı: 26 komissar adına) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Şəhriyar kənd inzibati-ərazi vahidi tərkibindəki 26 komissar adına kəndi Kərəmli kəndi adlandırılmışdır. == Toponimikası == Bu adda Kəlbəcər rayonunda da kənd qeydə alınmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 295 nəfər əhali yaşayır.
Kərəmli (Kəlbəcər)
İmarət Qərvənd (bir müddət işlənilən adı: Kərəmli) — Azərbaycan Respublikasının Ağdərə rayonununda kənd, İmarət Qərvənd kənd inzibati ərazi dairəsinin mərkəzi. == Toponimikası == Kəndi Qarabağda yaşamış qərvənd tayfasına mənsub ailələr salmışlar. Oykonimin birinci komponenti imarət (vaxtilə burada mövcud olmuş mülkə işarədir) sözü yaşayış məntəqəsini eyniadlı digər kəndlərdən fərqləndirmək üçün artırılmışdır. 1933-ci il üçün tərtib olunan Azərbaycan Sosialist Şura Cümhuriyyətinin (Azərbaycan SSR) inzibati-ərazi bölgüsündə o vaxt mövcud olmuş Muxtar Dağlıq Qarabağ Oblastın (Dağlıq Qarabağ Muxtar Vilayətinin) tərkibində İmarət Qərvənd kənd şurasının tərkibində iki məskun yeri qeyd olunur: İmarət Qərvənd və Kərimli. Bundan sonra, Azərbaycan SSR-nin 1961-ci, 1963-cü, 1968-ci, 1977-ci il üçün tərtib olunan inzibati-ərazi bölgüsündə o vaxt mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olan Mardakert (1991-ci ildən sonra Ağdərə) rayonunun tərkibində İmarət Qərvənd kənd Sovetinin mərkəzi olaraq İmarət Qərvənd kəndi qeyd olunur, amma həmin rayonun tərkibində Kərəmli kəndi artıq qeyd olunmur. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli Qərarı ilə Ağdərə rayonunun bir sıra yaşayış məntəqələri Tərtər rayonunun tərkibinə verilmişdi, o yaşayış məntəqələrinin arasında İmarət Qərvəndin, Kərimlinin və ya Kərəmlinin adı qeyd olunmur. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarı ilə Ağdərə rayonu ləğv olunmuş, ərazisi isə Ağdam, Kəlbəcər və Tərtər rayonları arasında bölünmüş, yaşayış məntəqələri də qeyd olunan rayonların tərkibinə verilmişdi - bu yaşayış məntəqələri arasında Kərimli və ya Kərəmli adında yaşayış məntəqəsinin adı keçmir, amma İmarət Qərvənd kəndinin adı keçir, bu Qərara əsasən İmarət Qərvənd kəndi Kəlbəcər rayonunun tərkibində verilmişdi. Bundan sonra İmarət Qərvənd kəndi Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsü təsnifatında bir müddət Kərəmli adlanırdı. Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il tarixli Qanunu il Ağdərə rayonu yenidən yaradıldı. Bu Qanunla bir sıra yaşayış məntəqələri Ağdam, Kəlbəcər və Tərtər rayonlarının tərkibindən yeni yaradılan Ağdərə rayonunun tərkibinə verildi, və o yaşayış məntəqələrinin sırasında Kərəmli və ya Kərimli adında yaşayış məntəqəsinin adı qeyd olunmur, amma İmrarət Qərvənd kənd inzibati ərazi dairəsi tərkibindəki İmarət Qərvənd kəndi qeyd olunur - bu Qanunla İmarət Qərvənd kənd inzibati ərazi dairəsi İmarət Qərvənd kəndi ilə Kəlbəcər rayonunun tərkibindən yeni yaradılan Ağdərə rayonunun tərkibinə verildi.
Kərəmli (Meşkinşəhr)
Kərəmli (fars. كرملو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 410 nəfər yaşayır (99 ailə).
Kərəmli (Əhər)
Kərəmli (fars. كرملو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 96 nəfər yaşayır (22 ailə).
Kərəmpa oymağı
Kərəmpa oymağı — Azərbaycan tarixində rol oynamış oymaqlardan biri. Bu oymaq öncə müstəqil halda Sivas və Amasiya ətrafında yaşam sürürdü. Sonra Ustaclı elinə qoşulub yaylaq-qışlaq güzəranı keçirmişdi. O zaman Kərəmpa oymağının başçısı Əhməd ağa idi. I Şah İsmayıl Səfəvinin bu bölgələrə gəlişi zamanı Ustaclı eli ilə birlikdə Qızılbaş tayfa ittifaqına qatılmışdı. Əli bəy Əhməd ağa oğlu I Şah Təhmasib Səfəvinin yaxınları cərgəsində idi. Bu oymaqdan çıxan Çıraq bəy şahdan aldığı sultan ünvanı ilə Dərbənd hakim təyin edilmişdi. Əhməd bəy Kərəmpa-Ustaclı isə Sultan Şah Məhəmməd Xudabəndə Səfəvi inin və I Şah Abbas Səfəvinin hakimiyyəti dönəmində Qızılbaş ordusunun görkəmli sərkərdələrindən olmuşdu. Kərəmpa oymağı Ustaclı tayfasının tərkibindən çıxıb Kəngərli elinə qatıldı. Naxçıvan xanları bu oymağı Dərəlyəz nahiyyəsində yerləşdirdilər.
Kərəndəq
Kərəndəq (fars. كرندق‎) və ya Kərəndağ — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 801 nəfər yaşayır (167 ailə).
Kərəngan (Vərziqan)
Kərəngan (fars. كرنگان‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 129 nəfər yaşayır (27 ailə). Kərəngan əhalisini Tat və Azərbaycan türkləri təşkil edir. Əhali tati və Azərbaycan türkcəsində danışır.
Kərəsf
Kərəsf- İranın Zəncan ostanının Xudabəndə şəhristanının Mərkəzi bəxşində şəhər. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 3,083 nəfər yaşayır (965 ailə). === Milli tərkibi === Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Kərəviq (Vərziqan)
Kərəviq (fars. كرويق‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 257 nəfər yaşayır (67 ailə).
Kərəviz
Kərəviz (lat. Apium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Kərəviz (bitki)

Digər lüğətlərdə