Kətəməz

Qazax dialektində və Zərdab şivəsində bu söz 2 mənada işlənir: 1) “ağıza un qatıb bişirilmiş yemək” mənasında; 2) “doğuşdan sonra birinci iki gündə inəkdən sağılan südü bişirdikdə alınan pendirvarı ağartı” mənasında. – Anam kətəməz bişirdi. (1, 260) Azərbaycan dilinin Qərb qrupu dialekt və şivələrində “kətəməz” sözü “dələməyə oxşar ağartı növü” mənasında işlənir. Bu bölgədə bu xörəyin hazırlanma qaydası belədir: Yeni doğulan heyvanın südü sağılır. Buna bulama deyilir və bulamaya əlavə süd qatılaraq bişirilir, kətəməz alınır.
Kətə
Kəvgin
OBASTAN VİKİ
Kətəməz
Kətəməz — yeni bala vermiş heyvandan sağılan ilk süddən bişirilmiş xörək. Kətəməz bişirildikdən sonra adətən onun bir hissəsi qonşulara paylanır. Pay alan qonşular isə pay aldığı qaba imkan çatan hər hansı bir pay qoyur. Heç nəyə imkanı olmayan qonşular həmin qaba duz qoyub qaytararlar. Adət-ənənəyə görə qabı boş qaytarmaq olmaz. Kətəməzi ağuz südü olmadıqda süni surətdə hazırlamaq olur. Bunun üçün hər bir litr südə bir yumurta vurmaqla hazırlamaq olur. Qeyd edək ki, süni kətəməzi qonşulara pay vermək münasib sayılmır.

Digər lüğətlərdə