LƏPİRÇİ

сущ. 1. геле къекъведайди, гел жугъурдайди; 2. алатай са кардин гелер жагъурдай, чирдай кас.
LƏPİR¹
LƏPİRƏN
OBASTAN VİKİ
Ləpirçi: Mən yeməli deyiləm
Ləpirçi: Mən yeməli deyiləm — Rövşən Abdullaoğlunun "Ləpirçi" silsiləsindən olan ilk kitabı. Roman Amerikanın Erik Hoffer adına kitab müsabiqəsində (Eric Hoffer Book Award) uğur qazanıb. Kitab münsiflər heyətindən uğurlu rəylər toplayaraq finalçılar arasında yer alıb. == Məzmun == “Ləpirçi” silsiləsi Afrika tayfalarının gizli və aşkar düşmənlərindən, böyük bir materikin taleyini dəyişməyə cəhd edən cəsur və mərd insanların mübarizəsindən danışır. Bu kitablar, eyni zamanda oxucunu müxtəlif Afrika tayfalarının qədim mədəniyyəti, inanc və əfsanələri, insanla təbiətin əsrarəngiz rabitəsi ilə də tanış edəcək; həyat fəlsəfəsi, yaradılış, insan və cəmiyyətin psixologiyası ilə bağlı mühüm suallara aydınlıq gətirəcək. Silsilənin ilk kitabı olan “Mən yeməli deyiləm” Afrika xalqları arasında ən çox zülmə məruz qalmış tayfalardan biri olan piqmeylərdən bəhs edir. Digər tayfaların bir heyvan kimi ovlayıb yediyi bu insanlar daha sonra yerlilərlə yanaşı, həm də ağdərili istilaçılar tərəfindən hər cür təcavüzə məruz qaldılar. Dünyanın ən qısaboy xalqı olan piqmeylər XX əsrin əvvəllərində Avropa və Amerika heyvanxanalarında “təkamülü tamamlanmamış insan” adı ilə canlı eksponat kimi qəfəsdə saxlanılırdılar. Yumruq boylu insanların talelərini dəyişmələri üçün qarşılarında duran ən mühüm sual bizi, bəlkə də, heç vaxt düşündürməyib: insan olduğunu isbat etməyin bir yolu varmı? == Nəşr == Kitab 2020-ci ildə Bakıda Qədim Qala nəşriyyatında "Ləpirçi" silsiləsində 264 səhifədə 60x84 ölçüsündə çap edilib.

Digər lüğətlərdə