LƏT

i. 1. languid, dull, listless; feeble; 2. fat and flabby, paunchy; ~ bağlamaq to grow* fat and flabby

LƏRZƏ
LƏTAFƏT
OBASTAN VİKİ
Eynulla Lətifov
Fərid Lətifov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Fərid Lətifov (əsgər)
Gülşən Lətifxan
Gülşən Lətifxan (Gülşən Lətif qizi Kazımova-Atəş; d. 8 noyabr, 1961 — ö. 11 yanvar 2015) — müəllim, tərcüməçi, hüquqşünas, Azərbaycan Yazıçılar Birliyinin və Hollandiya Yazıçılar, Ssenaristlər və Kinematoqrafçılar Birliyinin üzvü, çoxlu sayda povest, hekayə və ssenarilərin müəllifi, "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri. Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işcisi". == Həyatı == Gülşən Lətifxan 8 noyabr 1961-ci ildə Bakı şəhərində doğulub. 1978-ci ildə Nərimanov rayonundakı 193 nömrəli məktəbi bitirib. 1983-cü ildə Xarici Dillər institutunu fərqlənmə diplomu ilə tamamlayıb.1983–1993-cü illərdə 212 nömrəli məktəbdə müəliim işləyib.1994-cü ildə hüquq təhsili almaq üçün Hollandiyaya yollanıb. 1997–1998-ci illərdə Beynəlxalq "İslamik Relif" yardım fondunun "Yetim uşaqlar" bölməsində çalışıb. 1998 −2000-ci illərdə "Avropanın Azərbaycan Mərkəzi" təşkilatının direktoru vəzifəsində işləyib. 1998 – 2001-ci illərdə Amsterdam, Haaqa və Harlem şəhərlərində ingilis və rus dillərindən dərs deyib.
Kərbəlayi Lətif
Kərbəlayi Lətif Hüseyn oğlu (doğum adı: Lətif Hüseyn oğlu Əliyev; 1876, Şuşa – 6 dekabr 1944, Bərdə) — Azərbaycanın məşhur qarmon ifaçılarından biri. Kərbəlayı Lətif əlli il Azərbaycan milli mədəniyyətinin inkişafına xidmət etmişdir. == Həyatı == Lətif Hüseyn oğlu 1876-cı ildə Şuşa şəhərində anadan olmuşdur. Onun atası Hüseyn kişi çəkməçiliklə məşğul idi. Lakin həvəskar musiqiçi kimi tanınmışdı.Ailədə iki övlad olan Kərbəlayi Lətif, qardaşı Məhəmməd ilə birlikdə atasından çəkməçilik sənətini öyrənməklə bərabər musiqiyə xüsusi həvəs göstərmişdir. Kərbəlayi Lətif atasından qarmon çalmaq öyrəndikdən sonra gözəl səsi olan böyük qardaşı Məhəmmədlə birlikdə məhəllə şənliklərində və ayrı-ayrı ailə məclislərində çıxış etməyə başlamışdır. O, uzun illər Məşədi Zeynal Bala Məlikov kimi virtuoz tarzənlərlə Qarabağ, Gəncə və Tiflis məclislərində istedadlı bir xanəndə kimi çalıb-çağırır. Şübhəsiz ki, Lətifin musiqi sənətinə dərindən yiyələnməsində böyük qardaşı Məhəmmədin də ciddi təsiri olmuşdur. Kərbəlayı Lətif uzun illər Qarabağ məclislərində qardaşı Məhəmmədi, Malıbəyli Cümşüdü, Keçəçi oğlunu, Pəsxan Cəlili və Qəssab Abışı qarmonu ilə müşayiət etmiş, xalq arasında "şirin barmaqlar" adı ilə şöhrət qazanmışdı. Ustad qarmonçu Kərbəlayı Lətif 1944-cü ilin dekabr ayının 6-da Bərdə şəhərində vəfat etmişdir.
Kərbəlayi Lətif Hüseyn oğlu
Kərbəlayi Lətif Hüseyn oğlu (doğum adı: Lətif Hüseyn oğlu Əliyev; 1876, Şuşa – 6 dekabr 1944, Bərdə) — Azərbaycanın məşhur qarmon ifaçılarından biri. Kərbəlayı Lətif əlli il Azərbaycan milli mədəniyyətinin inkişafına xidmət etmişdir. == Həyatı == Lətif Hüseyn oğlu 1876-cı ildə Şuşa şəhərində anadan olmuşdur. Onun atası Hüseyn kişi çəkməçiliklə məşğul idi. Lakin həvəskar musiqiçi kimi tanınmışdı.Ailədə iki övlad olan Kərbəlayi Lətif, qardaşı Məhəmməd ilə birlikdə atasından çəkməçilik sənətini öyrənməklə bərabər musiqiyə xüsusi həvəs göstərmişdir. Kərbəlayi Lətif atasından qarmon çalmaq öyrəndikdən sonra gözəl səsi olan böyük qardaşı Məhəmmədlə birlikdə məhəllə şənliklərində və ayrı-ayrı ailə məclislərində çıxış etməyə başlamışdır. O, uzun illər Məşədi Zeynal Bala Məlikov kimi virtuoz tarzənlərlə Qarabağ, Gəncə və Tiflis məclislərində istedadlı bir xanəndə kimi çalıb-çağırır. Şübhəsiz ki, Lətifin musiqi sənətinə dərindən yiyələnməsində böyük qardaşı Məhəmmədin də ciddi təsiri olmuşdur. Kərbəlayı Lətif uzun illər Qarabağ məclislərində qardaşı Məhəmmədi, Malıbəyli Cümşüdü, Keçəçi oğlunu, Pəsxan Cəlili və Qəssab Abışı qarmonu ilə müşayiət etmiş, xalq arasında "şirin barmaqlar" adı ilə şöhrət qazanmışdı. Ustad qarmonçu Kərbəlayı Lətif 1944-cü ilin dekabr ayının 6-da Bərdə şəhərində vəfat etmişdir.
Lətafət
Lətafət — Qadın adı. Lətafət Ələkbərova — televiziya və radio aparıcısı, aktrisa və müğənni. Lətafət Əlizadə — həkim-ginekoloq. Lətafət Məmmədova — rəssam.
Lətafət Məmmədova
Lətafət Məmmədova (1954, Bakı) — rəssam. == Həyatı == Lətafət Hafiz qızı Məmmədova 1954-cü ildə Bakıda anadan olmuşdur. O, əməkdar incəsənət xadimi Hafiz Məmmədovun qızıdır. Lətafət Məmmədova Əzim Əzimzadə adına Rəssamlıq məktəbini və Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişdir. Lətafət Məmmədova bir müddət Azərbaycan Dövlət Pedaqoji Universitetinde kafedra müdiri vəzifəsində işləmişdir. O, 2001-ci ildə Türkiyə dövlətinin dəvəti ilə İstanbulun müxtəlif sənət qurumlarında dərs demişdir. 2005-ci ildə İstanbulun Yeşilkoy səmtində öz sənət emalatxanasını yaratmışdır. Türkiyədə təşkil etdiyi sərgilərdə əsərlərim auksioniarda satışa çıxarılmış, bir çöx əsərləri Türkiyənin muzeyləri tərəfindən satın alınmışdır. Lətafət Məmmədova Türkiyədə 10 fərdi sərgi açmışdır. Onun əsərləri Rusiyanın, Avropanın, ABŞ-nin muzey və kolleksiyalarında saxlanılır.
Lətafət Əlizadə
Lətafət Əlizadə (tam adı: Lətafət Məmməd qızı Əlizadə; 1942, Kirovabad – 2018, Bakı) — həkim-ginekoloq. == Haqqında == Lətafət Məmməd qızı Əlizadə 1942-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1969-cı ildən Ana və Uşaqların Mühafizəsi ETU-nda kiçik elm işçi kimi çalışıb. Yasamal rayonu 2 saylı qadın məsləhətxanasında Əmək Veteranları Komitəsinin sədri, Yasamal rayonu Ağbircəklər Cəmiyyəti İdarə Heyətinin üzvü olub. 1992-ci ildən 1999-cı ilədək Təhsil Nazirliyinin nəzdində Tələbə və Müəllimlərin Xeyriyyə Fondunda sədr müavini işləyib. 2000-ci ildən Azərbaycan Respublikası Qadın Xeyriyyə Fondunda sədr müavini vəzifəsində ictimai fəaliyyətlə məşğul olub. Lətafət xanım Əlizadə Müharibə Veteranları Hərbçilər İctimai Birliyinin üzvü, ehtiyatda olan fəxri böyük leytenantdır. == Mükafatları == Lətafət Məmməd qızı Əlizadə Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib. == Ölümü == Lətafət Əlizadə 2018-ci ildə ürək çatışmazlığından vəfat edib.
Lətafət Ələkbərova
Lətafət Ələkbərova (tam adı: Lətafət Nadir qızı Ələkbərova) (21 iyul 1976, Bakı) — televiziya və radio aparıcısı, aktrisa və müğənni (1996-cı ildən). == Həyatı == Lətafət Nadir qızı Ələkbərova Bakıda doğulmuşdur. Orta təhsilini Nərimanov rayonu 39 saylı məktəbdə almışdır. Məktəb illərində çox fəal olan Lətafət məktəbdə keçirilən ictimai tədbirlərdə aparıcılıq etmiş, önəmli tədbirlərdə, şeir müsabiqələrində, olimpiyadalarda şəhər birinciliyi əldə etmişdir. Qarabağ müharibəsi illərində yaralı əsgərlərlə, veteranlarla görüşlərin keçirilməsində daim fəal iştirak etmişdir. 90-cı illərdə ölkənin ən populyar qəzetlərində vətənpərvərlik mövzularında məqalə və şeirləri dərc olunmuşdur. Bir övladı var (Rəna Cəfərzadə, 2007) == Təhsili == 1993 – 1997-ci illərdə yüksək nəticələrlə Bakı Slavyan Universitetinin Filologiya fakultəsinə qəbul olunaraq təhsilni davam etdirmişdir. Təhsil aldığı dövrlərdə müəllimləri SSRİ Xalq Artisti, Beynəlxalq Televiziya və Radio Akademiyasının Akademiki, Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü, Xalq Artisti Sabir Ələsgərovun, Əməkdar İncəsənət Xadimi, alim, Teleradio Akademiyasının rektoru Etibar Babayevin və Xalq Artisti, "Şöhrət" ordenli Vasif Babayevin rəğbətini qazanmışdır. Bütün bunların nəticəsi olaraq 1996-cı ildə o dövrdə ölkədə məşhur olan Sara TV-də aparıcı kimi fəaliyyətə başlamış, 1996 – 1999-cu illərdə bir çox televiziya və radio proqramlarında aparıcılıq etmişdir. 2003 – 2005-ci illərdə Bakı Slavyan Universitetinin Filologiya ixtisası üzrə magistr təhsili almış və fərqlənmə diplomu ilə bitirmişdir.
Lətif
Lətif — kişi adı.
Lətif (1930)
Lətif (film, 1930)
Lətif — 1930-cu ildə çəkilmiş Azərbaycan filmi. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir. == Məzmun == Film Azərbaycan kəndlərində gedən kolxoz quruculuğuna və sosialist kəndinin adamlarına həsr olunmuşdur. Kollektiv təsərrüfatların yaradılması dövründə kəndlərin birində baş verən hadisələr zamanı yeddi yaşlı oğlanın qoçaqlığı filmin əsas süjet xəttini təşkil edir.. == Film haqqında == Film rejissor Mikayıl Mikayılovun kinoda ilk müstəqil işidir. 2001-ci ildə filmə bəstəkar Salman Qəmbərov tərəfindən musiqi bəstələnmişdir. Film Azərbaycan kinosu tarixində qəhrəmanı uşaq olan ilk filmdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Mikayıl Mikayılov Quruluşçu rejissor: Mikayıl Mikayılov Quruluşçu operator: İvan Tartakovski Quruluşçu rəssam: Aleksandr S. Qonçarski Bəstəkar: Salman Qəmbərov (2001) (titrlərdə yoxdur) === Rollarda === Lətif Səfərov — Lətif Ələsgər Ələkbərov — kolxoz sədri Həqiqət Rzayeva — ögey ana Mustafa Mərdanov — Ələsgər A. İ. Bəzirganov — Hacı Səməd Əjdər Sultanov — Hacı Səmədin oğlu Qasım Zeynalov — İbrahim Məcid Şamxalov — traktorçu Kamil Qubuşov İzzət Oruczadə Rüstəm Kazımov == Mənbə == Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust. Azərbaycan SSR Elmlər Akademiyası.
Lətif (Əsədabad)
Lətif (fars. لطیف‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 142 nəfər yaşayır (40 ailə).
Lətif Ağüzüm
Lətif bəy Əsədulla bəy oğlu İskəndərbəyov (1912, Qars, Qafqaz diyarı – 20 noyabr 1975, Ankara) — 1.(XII), 2.(XIII) ve 3.(XIV) Dövr Qars Millətvəkili == Həyatı == Lətif Ağüzüm Əsədulla Ağüzümün oğludur. Əslən Şuşalıdır. Lətif Aküzüm 1912-ci ildə Qarsda doğulmuşdur. Elxan Ağüzümün atası.
Lətif Feyzullayev
Lətif Mirəbdülbaqi oğlu Feyzullayev (13 oktyabr 1918, Bakı – 25 mart 1987, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1977). == Yaradıcılığı == 1939-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna daxil olan Lətif Feyzullayev buranı bitirdikdən sonra təhsilini Moskvada – V. İ. Surikov adına Dövlət Rəssamlıq İnstitutunun rəngkarlıq fakültəsində davam etdirmişdir. Bu illərdə o, müəllimləri Moçalski, Pokarjevski və Qrabardan təsviri sənətin incəliklərini böyük həvəslə öyrənir. Hələ tələbə ikən gələcək rəssam "Qaçaq Nəbi" və "Qatır Məmməd" kimi tarixi mövzulu əsərləri ilə respublika sərgilərində iştirak edir. Rəssam Böyük Vətən Müharibəsi illərində hərbi vətənpərvərlik ruhunda bir sıra əsərlər yaradır, hərbi hissələrdə təbliğat-təşviqat xarakterli plakatların müəllifi kimi tanınır. O, eyni zamanda Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda da dərs deyir. 1944-cü ildə Lətif Feyzullayev yarımçıq qalmış təhsilini davam etdirmək məqsədi ilə Moskvaya qayıdır. Elə həmin il Moskvada təhsil alan Vəcihə Səmədova ilə ailə qurur. 1949-cu ildə institutu uğurla bitirən gənc rəssam Lətif Feyzullayev Bakıya qayıdır. Müharibədən sonrakı illərdə qurub-yaradan insanların – müharibə qəhrəmanlarının, kənd zəhmətkeşlərinin, fəhlələrin əməyi rəssamın əsərlərinin əsas mövzusunu təşkil edir.
Lətif Hüseynov
Lətif Hüseynov(1.02.1964) — Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi. == Haqqında == Lətif Hüseynov 1 fevral 1964-cü ildə Ağdam şəhərində anadan olub. 1986-cı ilin iyun ayında Kiyev Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmişdir. 14 oktyabr 1994-cü ildə Kiyevdə hüquq elmləri namizədi dərəcəsi, 29 sentyabr 2000-ci ildə isə hüquq elmləri doktoru dərəcəsi almaq üçün elmi işini müdafiə etmişdir. 2001-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 2003-cü ildən AŞ-nın Venesiya Komitəsinin üzvüdür. 2004–2015-ci illər arasında İşgəncələrin, qeyri-insani və alçaldıcı rəftarın qarşısının alınması üzrə Avropa komitəsinin üzvü, 2011-ci ildən 2015-ci ilədək isə bu qurumun sədri vəzifəsini icra edib. 2005-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsində ad hoc hakim təyin olunmuşdur. 2017-ci ildən Avropa İnsan Hüquqları Məhkəməsində tam səlahiyyətli hakim kimi vəzifəsinin icrasına başlamışdır. O, ingilis, fransız, rus, alman və ukrayna dillərində sərbəst danışır.
Lətif Hüseynzadə
Hüseynzadə Lətif Talıb oğlu (24 aprel 1903, Naxçıvan – 11 iyul 2008, Bakı) — ədəbiyyatşünas, maarif xadimi, "İstiqlal" ordenli, Azərbaycanın əməkdar müəllimi. == Həyatı == Lətif Hüseynzadə 1903-cü il aprelin 24-də Naxçıvan şəhərində anadan olmuşdur. Burada "Xeyriyyə" və "Rüşdiyyə" adlanan dini mədrəsələri bitirdikdən sonra Naxçıvan Müəllimlər Seminariyasında təhsil almışdır (1922-1925). Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində təhsilini davam etdirmişdir (1925-1930). Əmək fəaliyyətinə İrəvan Türk Müəllimlər Seminariyasında Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlamışdır (1930-1936). Naxçıvan Pedaqoji Texnikumunda müəllim, dərs hissə müdiri (1936-1940), C.Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutunda müəllim, dosent, kafedra müdiri, direktor (1940-1954), Azərbaycan Elmlər Akademiyasının Naxçıvan filialında elmi işçi, daha sonra direktor (1950-1951), Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda dil-ədəbiyyat metodikası şöbəsinin müdiri (1954-1957), İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində dosent (1957-1968), Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda dosent (1968-1976) vəzifələrində çalışmışdır. Pedaqoji fəaliyyətə başladığı XX əsrin 30-cu illərindən elmi-tədqiqatla ardıcıl məşğul olmuş, dövri mətbuatda məqalələr dərc etdirmişdir. "Əliqulu Qəmküsarın həyatı və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, fılologiya elmləri namizədi alimlik dərəcəsi almışdır (1950). XV əsr Qaraqoyunlu hökmdarı Cahanşahın "Həqiqi" təxəllüsü ilə Azərbaycan və fars dillərində yazdığı divanı aşkara çıxarıb tədqiq və tərtib edib çapa vermişdir. Qazi Bürhanəddin, Nəimi, İmadəddin Nəsimi, Heyran xanım, Qönçəbəyim kimi sənətkarların poetik irsinin ilk tədqiqatçılarından biridir.
Lətif Krouder
Lətif Krouder (ing. Lateef Crowder) — Braziliyalı döyüş sənəti ustası və aktyordur.
Lətif Kərimov
Lətif Hüseyn oğlu Kərimov (4 (17) noyabr 1906, Şuşa – 8 sentyabr 1991, Bakı) – Azərbaycan xalçaçı-rəssamı, xalçaşünas, Azərbaycan SSR xalq rəssamı (1960). == Həyatı == Lətif Kərimov 1906-cı ildə Şuşa şəhərində anadan olmuşdur. Onların nəsli – bütün "Allahverənlər" tayfası toxuduqları qəşəng xalçaları ilə Qarabağ mahalında məşhur olmuşdur. 1912-ci ildə onların ailəsi İranın Məşhəd şəhərinə köçmüşdür. Xalça sənətinə məhəbbəti Lətifi burada Mirzə Ələkbər Hüseynzadənin emalatxanasına gətirib çıxarmışdır. Şuşa şəhərində "Qarabağxalça" artelində 1928-ci ildə təlimatçı kimi fəaliyyət göstərən Lətif Kərimov, başqa rayonlarda da yerli xalçatoxuma işinin sirlərini öyrənirdi. == Xalça sənətində fəaliyyəti == O, 1930-cu ildən xalça sənəti mütəxəssisi kimi "Azərbaycanxalça" birliyində rəssam-təlimatçı vəzifəsində fəaliyyət göstərmişdir. İlk dəfə olaraq Bakıda və Qubada (1932–1936) xalça məktəblərinin açılmasında Lətif Kərimovun böyük zəhməti olmuşdur. Lətif Kərimov təkcə xalçaçılıq sahəsində deyil, dekorativ tətbiqi sənətin başqa sahələrində də fəaliyyət göstərmişdir. 1930–1940-cı illər Lətif Kərimovun yaradıcılığında xüsusi yer tutur.
Lətif Kərimov adına Azərbaycan Xalça Muzeyi
Azərbaycan Milli Xalça Muzeyi — Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin əvəzsiz xalça və xalq tətbiqi sənəti nümunələri ilə yanaşı, müasir dövr rəssam və xalq sənətkarlarının ən nümunəvi əsərləri toplanan muzey == Muzeyin tarixi == Azərbaycan Milli Xalça Muzeyi Azərbaycan SSR-nin Nazirlər Sovetinin 13 mart 1967-ci il tarixli 130 nömrəli sərəncamı ilə yaradılmışdır. 1967–1993-cü illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993–2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014–2019-cu illərdə Azərbaycan Xalça Muzeyi, 2019-cu ildən bu günədək Azərbaycan Milli Xalça Muzeyi adlanır. Yarandığı dövrdə dünyanın yeganə ixtisaslaşdırılmış xalça muzeyi idi. Azərbaycan xalçasının milli bədii irsin ən önəmli tərkib hissələrindən biri kimi qorunub saxlanılması, əsaslı və hərtərəfli öyrənilərək geniş ictimaiyyətə təqdim edilməsi muzeyin yaradılmasının başlıca məramı olmuşdur. Muzeyin yaranmasının təşəbbüskarı alim və xalçaçı, xalça haqqında elmin banisi, rəssam və pedaqoq, "Azərbaycan xalçası" adlı fundamental əsərin müəllifi Lətif Kərimovdur. Azərbaycan Xalça Muzeyinin ilk ekspozisiyası 26 aprel 1972-ci ildə İçərişəhərdə yerləşən, XIX əsr memarlıq abidəsi olan Cümə məscidinin binasında açılmışdır. Ekspozisiyanın açılış mərasimində muzey yarandığı gündən böyük dəstəyini əsirgəməyən Heydər Əliyev iştirak etmişdir. 1970–1980-ci illərdə Heydər Əliyevin davamlı dəstəyi sayəsində muzey sənətkarlıq nümunələrini almaq və bununla da öz kolleksiyasını genişləndirmək imkanı əldə etdi. Həmin illərdə muzey üçün Azərbaycan xalça sənətinin inciləri alındı. 1992-ci ildə Azərbaycan Xalça Muzeyi Neftçilər prospektində yerləşən Muzey Mərkəzinə (keçmiş Lenin Muzeyi) köçürüldü.
Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi
Azərbaycan Milli Xalça Muzeyi — Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin əvəzsiz xalça və xalq tətbiqi sənəti nümunələri ilə yanaşı, müasir dövr rəssam və xalq sənətkarlarının ən nümunəvi əsərləri toplanan muzey == Muzeyin tarixi == Azərbaycan Milli Xalça Muzeyi Azərbaycan SSR-nin Nazirlər Sovetinin 13 mart 1967-ci il tarixli 130 nömrəli sərəncamı ilə yaradılmışdır. 1967–1993-cü illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993–2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014–2019-cu illərdə Azərbaycan Xalça Muzeyi, 2019-cu ildən bu günədək Azərbaycan Milli Xalça Muzeyi adlanır. Yarandığı dövrdə dünyanın yeganə ixtisaslaşdırılmış xalça muzeyi idi. Azərbaycan xalçasının milli bədii irsin ən önəmli tərkib hissələrindən biri kimi qorunub saxlanılması, əsaslı və hərtərəfli öyrənilərək geniş ictimaiyyətə təqdim edilməsi muzeyin yaradılmasının başlıca məramı olmuşdur. Muzeyin yaranmasının təşəbbüskarı alim və xalçaçı, xalça haqqında elmin banisi, rəssam və pedaqoq, "Azərbaycan xalçası" adlı fundamental əsərin müəllifi Lətif Kərimovdur. Azərbaycan Xalça Muzeyinin ilk ekspozisiyası 26 aprel 1972-ci ildə İçərişəhərdə yerləşən, XIX əsr memarlıq abidəsi olan Cümə məscidinin binasında açılmışdır. Ekspozisiyanın açılış mərasimində muzey yarandığı gündən böyük dəstəyini əsirgəməyən Heydər Əliyev iştirak etmişdir. 1970–1980-ci illərdə Heydər Əliyevin davamlı dəstəyi sayəsində muzey sənətkarlıq nümunələrini almaq və bununla da öz kolleksiyasını genişləndirmək imkanı əldə etdi. Həmin illərdə muzey üçün Azərbaycan xalça sənətinin inciləri alındı. 1992-ci ildə Azərbaycan Xalça Muzeyi Neftçilər prospektində yerləşən Muzey Mərkəzinə (keçmiş Lenin Muzeyi) köçürüldü.
Lətif Məmmədov
Lətif Məmmədov (əsgər)
Lətif Qasımov
Lətif Qasımov — azərbaycanlı alim, 9 kitab və təlimatın, respublikada və xaricdə yüksək reytinqli jurnallarda çap edilmiş 50-dən çox elmi məqalənin müəllifi, "Tərəqqi" medalı təltifçisi, "Azərbaycan Respublikası Milli Atlası"nın həmmüəllifi, "Azərbaycanda aqrar sahənin inkişafında Ümumilli lider Heydər Əliyevin rolu" adlı kitabın redaksiya şurasının üzvü, 3-cü dərəcə dövlət müşaviri. == Həyatı == 1 may 1963-cü ildə Azərbaycan Respublikasının Yardımlı rayonunun Hamarkənd kəndində anadan olmuşdur. 1970-ci ildə Hamarkənd kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1980-ci ildə həmin orta məktəbin 10-cu sinfini əla qiymətlərlə bitirmişdir. Orta məktəbi bitirdikdən sonra Yardımlı rayonunda M. B. Qasımov adına sovxozda fəhlə işləmişdir. 1981-ci ildə S. Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Aqrokimya və Torpaqşünaslıq fakültəsinə daxil olmuş,1986-cı ildə həmin fakültəni bitirmişdir. İnstitutu bitirdikdən sonra yenidən Yardımlı rayonunda M. B. Qasımov adına sovxozda fəhlə, sonra isə Komsomol komitə katibi işləmişdir. == Fəaliyyəti == 1987-ci ildən Bakı şəhərində Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunda, 1988–1989-cu illərdə isə Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda torpaqşünas-mühəndis vəzifəsində işləmişdir. Azərbaycan Respublikası ərazisində aparılan irimiqyaslı torpaq tədqiqatlarında bilavasitə iştirak etmişdir. 1989–1992-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda əyani aspirant olmuşdur. 1992-ci ildə Azərbaycan Elmlər Akdemiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda İxtisaslaşmış Elmi Şurada "Azərbaycanın rütubətli subtropiklərində subtropik meyvə bitkiləri altındakı torpaqların münbitlik modelləri" mövzusunda namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edərək "03.00.27" – Torpaqşünaslıq ixtisası üzrə "Kənd təsərrüfatı elmləri namizədi" alimlik dərəcəsi almışdır.

Значение слова в других словарях