Lətif Faiq oğlu Məmmədov (26 avqust 1998, Qarasuçu, Goranboy rayonu – 30 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Lətif Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 avqust 1998(1998-08-26) |
Doğum yeri | |
Vəfat tarixi | 30 sentyabr 2020(2020-09-30) (22 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri |
Təltifləri | 2020 |
Lətif Məmmədov 1998-ci il avqustun 26-da Goranboy rayonunun Qarasuçu kəndində anadan olub.[1] Subay idi.
Azərbaycan Ordusunun əsgəri olan Lətif Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Lətif Məmmədov sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Goranboy rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Lətif Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]