Yunanıstanın cənubunda yerləşən Sparta şəhərində e.ə. təxminən 610-cu ildə yeni həyat tərzi təbliğ edilməyə başlandı. Yeni sistemdə spartalılar özlərini bütünlüklə hərbi təlimlərə həsr edirdilər. Yeddi yaşına çatmış bütün oğlan uşaqları kazarmalara yerləşdirilərək uzun müddət ərzində hərb sənətinin sirlərinə yiyələnirdilər. Bunlardan əlavə, gənc spartalılara qısa və dəqiq danışmağı da öyrədirdilər. Onlar danışmaq əvəzinə daha çox iş görməli, əgər danışası olsalar belə, “nə qədər az danışsan, bir o qədər yaxşıdır” prinsipinə əməl etməli idilər.
Spartaya ən yaxın (və ilk fəth edilən) bölgə Lakoniya idi. Buna görə də az danışmaq lakonik olmaq deməkdir.
Belə lakonik nitqin ən məşhur nümunəsi 338-ci ilə, Makedoniya bütün Yunanıstanı fəth edən vaxta aiddir. Təkcə Sparta yenilməz qalmışdı. Makedoniya çarı II Filipp Spartanı qorxutmaq və tabe etmək məqsədilə çapar göndərir. Onun məktubunda belə yazılmışdı: “Əgər mən Lakoniyaya daxil olsam, Spartanı yer üzündən siləcəm”.
Spartaya rəhbərlik edənlər bircə sözdən ibarət cavab yolladılar: “Əgər!” (Ayzek Azimov. Sözlərin tarixi)