Varlı ata, kasıb ata (kitab)
"Varlı ata, Kasıb ata" — Robert Kiosaki tərəfindən yazılmış maliyyə məsləhətləri kitabı. Kitab maliyyə müstəqilliyini və varlanmağın yatırım yolu ilə, biznesə başlamaq və ya biznez sahibi olmaq yolu ilə mümkünlüyünü və həmçinin İG-nin (intellekt göstəricisi) artırılmasını əhatə edir. Kitabda yazılan hadisələr və misallar Kiosakinin öz həyatından götürülmüşdür.
Robert Kiosaki və Şeron Lekterun müştərək yazdığı bu kitab insanlara müasir həyatda yüksək rifah içində yaşamağın yollarını, varlanmağın sirlərini öyrədir.
Müəlliflər öz təcrübələrini bölüşür, qanunları pozmadan necə var-dövlət qazanmağın mümkün prinsip və şərtlərini təhlil edirlər.
Kitabdan çıxan başlıca nəticə budur ki, müasir dövrdə çox pul qazanmaq üçün çox işləməyə ehtiyac yoxdur, sadəcə, ağıllı olmaq, enerjini, biliyi, əlində olan vəsaiti düzgün paylaşdırmaq və ondan səmərəli istifadə etmək lazımdır. Bunun yolu maliyyə savadına malik olmaq, bazar konyukturasını öyrənib bilmək və təcrübədə tətbiq etməkdir.
Kitab ilk dəfə 1997-ci ildə nəşr edildi. Əvvəlcə kitabın nəşri şəxsi təşəbbüs olduğundan çox yayılmasa da, bir müddətdən sonra kitab bestseller oldu və dünyada 26 milyondan çox nüsxəsi satıldı.
Kitab ümumilikdə 26 milyondan çox satılıb və bəzi tənqidçilərdən müsbət rəy alıb.