lind

adj. yumşaq, mülayim, incə
Limousine
Linde
OBASTAN VİKİ
Erik Lind
Erik Lind (24 may 1964) — İsveçi təmsil edən stolüstü tennisçi. Erik Lind İsveçi 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə bürünc medala, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Daha sonra Erik Lind İsveçi 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.
Ceyms Lind
Ceyms Lind (4 oktyabr 1716, Edinburq – 13 iyul 1794) — Şotland həkim. Kral Donanmasında dəniz gigiyenasının öncülü idi. İlk klinik sınaqlardan birini keçirərək sitrus meyvələrinin qarışığının müalicəvi olmasl nəzəriyyəsini inkişaf etdirmişdi. Lind 1716-cı ildə Şotlandiyanın Edinburq şəhərində tacir ailəsində anadan olmuşdur. Özündən böyük bir bacısı var idi. Edinburq Liseyində təhsil almışdır. 1731-ci ildə Edinburq Cərrahlar Kral Kollecindən əvvəl Corc Lanqlendsin şagirdi olaraq tibbi araşdırmalara başlamışdı. 1739-cu ildə Dəniz Qüvvələrinə bir cərrah olaraq daxil oldu. 1747-ci ilə qədər Kanal Donanmasında cərrah oldu və Biskay körfəzində patrul olarkən kələm üzərində təcrübəsini apardı. Məhz bu patruldan sonra Hərbi Dəniz Qüvvələrini tərk etdi, zöhrəvi xəstəliklər üzrə doktorluq dissertasiyasını yazdı və Edinburq Universiteti Tibb Məktəbindən diplom aldı və Edinburqda təcrübə keçmək üçün lisenziya aldı.
Cypripedium lindenii
Phragmipedium lindenii (lat. Phragmipedium lindenii) – səhləbkimilər fəsiləsinin fraqmipedium cinsinə aid bitki növü. Uropedium lindenii Lindl. (basionym) Cypripedium lindenii (Lindl.) Van Houtte Selenipedium lindenii (Lindl.) G.Nicholson Phragmipedium caudatum var. lindenii (Lindl.) Pfitzer Selenipedium caudatum var. lindenii (Lindl.) Rolfe Paphiopedilum lindenii (Lindl.) V.A.Albert & Börge Pett.
Dendrobium lindleyi
Dendrobium lindleyi (lat. Dendrobium lindleyi) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. Callista aggregata Kuntze Dendrobium aggregatum Roxb. Dendrobium alboviride var. majus Rolfe Dendrobium lindleyi var. majus (Rolfe) S.Y.Hu Epidendrum aggregatum Roxb. ex Wall.
Dendrobium phalaenopsis var. lindeniae
Dendrophylax lindenii
Dendrophylax lindenii və ya kabus səhləbi – orxideya ailəsindən (Orchidaceae) çoxillik epifitdir. Onun vətəni Florida və Kubadır. Digər ümumi adlara palma polly və ağ qurbağa orkide daxildir. Xüsusi "lindenii" epiteti onun kəşfçisi, Belçikalı bitki kolleksiyaçısı Jean Jules Lindendən götürülüb. Dendrophylax cinsi əvvəllər Polyrrhiza kimi tanınırdı. Dendrophylax lindenii Epidendroideae yarımfəsiləsində vandeae qəbiləsinin yarpaqsız epifitidir. Bitki əsasən ağac gövdəsində yerləşən fotosintetik köklər şəbəkəsindən ibarətdir. Yaşayış yeri Floridanın cənub-qərbindəki nəmli, bataqlıq meşələri və Kuba kimi Karib adalarıdır. Bu səhləb monokotlar arasında müstəsnadır, çünki çox azaldılmış gövdədən ibarətdir və yarpaqları pulcuqlara qədər azalmışdır. Düz, şnurvari yaşıl köklər yetkin bitkinin əsas hissəsini təşkil edir.
Dorstenia lindeniana
Dorstenia lindeniana (lat. Dorstenia lindeniana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin dorsteniya cinsinə aid bitki növü.
Ernst Linder
Ernst Linder (25 aprel 1868 – 14 sentyabr 1943) — İsveç Ordusunda 1887-ci ildən 1918-ci ilə qədər xidmət etmiş fin əsilli general. O, Finlandiya vətəndaş müharibəsində Botnik körfəzini Nyasiyarviyə birləşdirən Finlandiyanın qərb sahillərində fəaliyyət göstərən Satakunta və Savo hərbi qruplarına rəhbərlik edirdi. Linder ağların komandiri, marşal Qustav Mannerheymin dostu idi. Müharibədən sonra o, təqaüdə ayrıldığı 1920-ci ilə qədər süvari müfəttişi olaraq xidmət etdi. Linder 13 aprel 1918-ci ildə general-mayor, 1938-də general-leytenant və 1940-cı ildə qoşun generalı rütbəsinə yüksəldi.
Eupatorium lindleyanum
Lindley asırqalotu (lat. Eupatorium lindleyanum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin asırqalotu cinsinə aid bitki növü.
Geranium lindleyanum
Robert ətirşahı (lat. Geranium robertianum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü. Geranium robertianum subsp. eurobertianum Briq.
John Lindley
Con Lindli (Con Lindley) (ing. John Lindley; 5 fevral 1799[…] – 1 noyabr 1865[…], Ternem-Qrin[d], Böyük London) – İngiltərə botaniki.
Karl Aksel Maqnus Lindman
Karl Aksel Maqnus Lindman (isv. Carl Axel Magnus Lindman; 6 aprel 1856, Halmstad[d] – 21 iyun 1928, Adolf-Fredrik[d], Stokholm leni[d]) — İsveç botaniki və rəssamı.
Karl Lindeman
Karl Lindeman (ing. Ferdinand von Lindemann; 12 aprel 1852[…], Hannover – 6 mart 1939[…], Münxen) — Alman riyaziyyatçısıdır; 1882-ci ildə π (pi) ədədinin transendent olduğunu göstərmişdir.
Kvemo Linda
Kvemo Linda — Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Çalbaşı çayının sol tərəfində, dəniz səviyyəsindən 200 m yüksəklikdə, Suxumidən 10 km uzaqlığta yerləşir. 2008-ci ildən Rusiya Federasiyası tərəfindən işğal edilmişdir. Gürcüstan Sovet Ensiklopediyası, X cild, səh.
Linda
Linda — ad. Linda Torres — ABŞ aktyor. Linda Co Rizzo — İtalyan əsilli ABŞ ifaçısı, prodüseri, bəstəkarı və aktrisasıdır. Linda Lavleys — əsasən Linda Lovelace kimi tanınan amerikalı pornoqrafik film aktrisası Linda De Rocco — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. Linda Hamilton — ABŞ-lı aktrisa. Digər Linda (Suxumi) — Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Kvemo Linda — Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd.
Linda (Suxumi)
Linda (gürc. ლინდა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 360 m hündürlüktə, Suxumidən 9 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. ქართული საბჭოთა ენციკლოპედია, ტ. 6, თბ., 1983. — გვ. 243.
Linda Co Rizzo
Linda Co Rizzo (ing. Linda Jo Rizzo) - İtalyan əsilli ABŞ ifaçısı, prodüseri, bəstəkarı və aktrisasıdır. Linda Co Rizzo 1 aprel 1955-ci il tarixində ABŞ-nin Nyu-York ştatında dünyaya gəlmişdir. 18 yaşında Nyu-York şəhərinə fotomodel kimi işləməyə dəvət alır. Bu zaman İspaniyanın Milan və Portuqaliyanın Lissabon şəhərlərində fotomodel kimi fəaliyyət göstərir. Eyni zamanda Linda musiqi karyerasını da davam etdirir. Məşhur İtalyan aktyoru və ifaçısı Adriano Çelentanonun veb-vokalisti olur. Linda 23 yaşında yenidən Nyu-Yorka geri qayıdır. Bu zaman dietoloqluğu öyrənməyə başlayır. 25 yaşında Bobbi Orlando tərəfindən yaradılan "The Flirts" qrupunda ifaçı kimi çalışır.
Linda De Rocco
Linda De Rocco (d. 3 yanvar 1986; Belluno, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. Linda De Rocco İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Linda Hamilton
Linda Karrol Hamilton — ABŞ-lı aktrisa. Linda Karrol Hamilton 26 sentyabr 1956-cı ildə ABŞ-nin Merilend ştatının Selisburi şəhərində əkiz bacısı Lesli ilə birgə anadan olmuşdur. Əkiz bacısından başqa Lindanın Laura adlı bacısı və Con adlı qardaşı da var. Peşəcə həkim olan atası 1961-ci ildə avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Məktəbdə təhsil aldığı dövrdən o aktyorluq peşəsi ilə maraqlanmış və bir çox teatr səhnələrində çıxış etmişdir. Məktəbi bitirdikdən sonra isə o Çestertaun şəhərində yerləşən Vaşinqton Kollecində aktyorluq peşəsi üzrə təhsil almışdır. Sonra o Nyu-York şəhərinə köçür və burada məşhur Li Strasberq Teatr İnstitutunda aktyorluq metodları üzrə biliklərə yiyələnir. Nyu-Yorkda bir çox səhnə rollarından sonra, Hamilton gündüzlər efirə çıxan "Sabah üçün axtarış" televiziya dramında balaca bir rol alır. Bir müddət sonra karyerasını davam etdirmək üçün Hamilton Los-Ancelesə köçmək qərarına gəlir. İlk böyük rollarını isə o, "Rape and Marriage: The Rideout Case" və 1982-ci ildə lentə alınan "Country Gold" filmlərində alır.
Linda Jo Rizzo
Linda Co Rizzo (ing. Linda Jo Rizzo) - İtalyan əsilli ABŞ ifaçısı, prodüseri, bəstəkarı və aktrisasıdır. Linda Co Rizzo 1 aprel 1955-ci il tarixində ABŞ-nin Nyu-York ştatında dünyaya gəlmişdir. 18 yaşında Nyu-York şəhərinə fotomodel kimi işləməyə dəvət alır. Bu zaman İspaniyanın Milan və Portuqaliyanın Lissabon şəhərlərində fotomodel kimi fəaliyyət göstərir. Eyni zamanda Linda musiqi karyerasını da davam etdirir. Məşhur İtalyan aktyoru və ifaçısı Adriano Çelentanonun veb-vokalisti olur. Linda 23 yaşında yenidən Nyu-Yorka geri qayıdır. Bu zaman dietoloqluğu öyrənməyə başlayır. 25 yaşında Bobbi Orlando tərəfindən yaradılan "The Flirts" qrupunda ifaçı kimi çalışır.
Linda Lavleys
Linda Susan Boreman (10 yanvar 1949, Bronks, Nyu-York ştatı – 22 aprel 2002[…], Denver) — əsasən Linda Lovelace kimi tanınan amerikalı pornoqrafik film aktrisası idi. 1972-ci ildə çəkilən “Dərin boğaz” filmi ilə məşhurlaşmışdır. Filmin Boremanın keçmiş həyat yoldaşı Chuck Traynorun onu məcbur etməsindən sonra çəkildiyi iddia edilmiş; Boreman Ordeal adı ilə yazdığı bioqrafik xarakterli əsərində hadisənin pərdəarxası təfərrüatlarına toxunmuşdur. Aktrisa daha sonra pornoqrafiyaya qarşı hərəkatın qabaq cərgələrində iştirak etmişdir.
Linda Torres
Linda Torres (1 yanvar 1954, Nyu-York, Nyu-York ştatı – 1 aprel 2021, Nyu-York, Nyu-York ştatı) — ABŞ aktyor. Torres 1 yanvar 1954-cü ildə New York, New York şəhərində anadan olub. VH1 real-time Big Ang və Mob Wives serialına çıxan aktrisa, televiziya şəxsiyyəti Angela "Big Ang" Raiolanın yaxın dostu idi. 2012-ci ildə Big Ang serialının doqquz bölümündə rol aldı. Torres, uzun müddətdir davam edən süd vəzi xərçənginin yanında COVID-19-un səbəb olduğu sağlamlıq problemləri səbəbiylə müalicə aldığı New Yorkdakı Staten Island Universitet Xəstəxanasında 67 yaşında öldü. Torres evli idi və geridə bir qızı və iki nəvəsi qaldı.
Linden, Vaşinqton
Linden (ing. Lynden) - ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında şəhər. Əyalətin ikinci böyük şəhəridir. ABŞ-Kanada sərhədindən 8 km məsafədə yerləşir. Burada hər il Şimal-Qərb Vaşinqton Yarmarkası keçirilir. Ümumi ərazisi 13.42 km² olub, bunun 13.39 km² quru, 0.03 km² isə sudur. Orta illik yağıntı miqdarı 1562 mm-dir. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 11951 nəfər əhali, 4594 şəxsi təsərrüfat və 3248 ailə vardı. Əhalinin sıxlığı 892.5 nəfər/km²-di. Burada 4812 ev var və evlərin sıxlığı 359.4/km²-di.
Linden (Vaşinqton)
Linden (ing. Lynden) - ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında şəhər. Əyalətin ikinci böyük şəhəridir. ABŞ-Kanada sərhədindən 8 km məsafədə yerləşir. Burada hər il Şimal-Qərb Vaşinqton Yarmarkası keçirilir. Ümumi ərazisi 13.42 km² olub, bunun 13.39 km² quru, 0.03 km² isə sudur. Orta illik yağıntı miqdarı 1562 mm-dir. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 11951 nəfər əhali, 4594 şəxsi təsərrüfat və 3248 ailə vardı. Əhalinin sıxlığı 892.5 nəfər/km²-di. Burada 4812 ev var və evlərin sıxlığı 359.4/km²-di.
Linden Eşbi
Linden Eşbi (ing. Linden Ashby; 23 may 1960, Atlantik-Biç[d], Florida) — ABŞ aktyorudur. Ən məşhur rolu Ölümcül döyüş filmindəki Conni Keyc roludur. Linden Eşbi 23 mart 1960-cı ildə Atlantik-Biç şəhərində dünyaya gəlmişdir. Məktəbi bitirdikdən sonra Koloradonun məntəqələrindən biri olan Dyuranqo məntəqəsində yerləşən Fort Lyuis kollecinə daxil olur. Burada Linden Eşbi biznes və psixologiyanı oxuyur. 21 yaşından başlayaraq Linden Eşbi karate, taekvondo və kunq-fu kimi döyüş sənətləri ilə məşğul olmağa başlayır. 1987-ci ildən başlayaraq filmlərdə və seriallardə iştirak edir. Linden Eşbi 1986-cı ildən etibarən ABŞ aktrisası Syuzan Uolters (ing. Susan Walters) ilə ailə həyatı qurmuşdur.
Linderniaceae
Linderniyakimilər (lat. Linderniaceae) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Artanema D. Don Bampsia Lisowski & Mielcarek Chamaegigas Dinter ex Heil Craterostigma Hochst. Crepidorhopalon Eb. Fisch. Hartliella Eb. Fisch. Lindernia All. Micranthemum Michx. Picria Lour.