Dracaena lindenii
Ətirli drasena (lat. Dracaena fragrans) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin drasena cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Afrikanın tropiklərində yayılıb.
== Botaniki xarakteristikası ==
Hündürlüyü 150-250 sm-dir. Düz gövdəli bitki olub, qalın, oduncaqlaşmış, əsasən budaqlanan və yarpaqlarla sıx örtülmüş çoxillik bitkidir. Yarpağının uzunluğu 50 sm, eni 5 sm, kənarları ağ zolaqlıdır. Salxımşəkilli qoltuq çiçək qruplarına yığılmışdır; üstdən tünd-qırmızı, içərisi ağdır, xoşagəlməz qoxusu vardır. Meyvəsi narıncı giləmeyvədir. Uc qələmləri və uzunluğu təxminən 10 sm olan gövdənin hissələri ilə çoxaldılır.
== Ekologiyası ==
Parlaq, düz günəş şüalarından qorunmalıdır.