Logistika
Logistika – məhsulun, əmtəənin, servisin müştərinin tələbatını ödəmək üçün hər hansı başlanğıc nöqtədən istehlak nöqtəsinə qədər olan hərəkətinin idarə edilməsi prosesinə deyilir. Logistika anlayışına nəqliyyat, xidmət, anbar, materialların komplektləşdirilməsi və hərəkət xəttinin təhlükəsizliyi haqqında informasiyalar da daxildir. Logistika əmtəənin sıradan çıxdıqda məhv edilməsi məsələləri ilə də məşğul olur.
Bütün texnologiya xəttinin modelləşdirilməsi, analiz edilməsi, optimal yolunun tapılması da diqqətdə saxlanılır..
== Etimalogiyası ==
Logistika sözünün etimalogiyası bir mənalı deyil. Beləki qədim yunan dilində logos-idrak, log-təffəkür, logismos-fikir hesablama planı, loqo-müzakirə etmək, logistika-hesablamaların praktik aparılma mədəniyyəti kimi mənalarını bildirir.
Antik dövrdə logistika ərzaqları, təchizatçıları nəqletmə və yerdəyişmə mənasını daşıyırdı və o dövr üçün riyaziyyat hesablama alqoritmləri məcmusu başa düşülürdü. Qədim Romada logistiklər legionerlərin yemək və yatacaq yerlərinin təşkili ilə məşğul olurdular. Qədim Yunanıstanda Afinanın maliyyə işlərini aparan dövlət qulluqçularının idarələri logisteriya adlanırdı. Arximed yaşadığı dövrdə cəmi 10 nəfər logistik olduğunu öz əsərlərində qeyd edirdi.