Los-Anceles
Los-Anceles (isp. Los Ángeles ing. Los Angeles qısa adı ilə L.A., La La Land və City of Angels — Mələklər şəhəri) — ABŞ-nin Kaliforniya ştatında yerləşən və əhali sayına görə ölkənin ikinci, ştatın isə birinci şəhəridir. Eyni zamanda Los-Anceles dairəsinin mərkəzidir. Ərazisi 1,290.6 km², əhalisi 3,844,829 nəfərdir (2005). İspan dilində "Los-Anceles" sözünün tərcüməsi mələklər deməkdir. Los-Anceles şəhərinin gerçək adı "el pueblo de nuestra senora la reina de los angeles de porciuncula"dır. Bu ən uzun şəhər adı sayılır.
Los-Anceles, bir tərəfdən Sakit Okeanı ilə bağlı böyük bir hövzədə və digərində 10,000 metr (3000 m) qədər olan dağlarda yerləşir. Şəhərin özü, təxminən 469 kvadrat mil (1,210 km²), Los Angeles County, ölkənin ən sıx əhalisi olan bölgəsidir.