İncəsənətin klassifikasiyası haqqında mübahisələr
Sənət tarixçiləri və sənət filosofları arasında uzun müddətdir davam edən və konkret mədəni forma və ya əsərin hissəsinin incəsənət kimi klassifikasiyasına əsaslanan bir mübahisə mövzusu mövcuddur. Nəyin incəsənət kimi qəbul ediləcəyi, nəyin isə qəbul edilə bilməyəcəyi haqqında mübahisələr bu günə kimi davam etməkdədir.
== Sənətin tərifi ==
Sənətin tərifi çətinlik yarada bilər. Estetiklər və sənət filosofları tez-tez nəyin incəsənət kimi təyin edilə biləcəyi haqqında mübahisələrdə iştirak edirlər. Orijinal və geniş yayılmış tərifə görə sənət, (ingiliscədə işlədilərn "art" sözü latın dilində "sənətkarlıq" və "əl işi" anlamında işlədilmiş "ars" sözündən gəlməkdədir) müəyyən bir biliyin effektiv tətbiqi nəticəsində yaranmış, daha çox bacarığa əsaslanan məhsul və ya prosesdir; bu tərif özünü "liberal sənətlər" və "döyüş sənəti" kimi ifadələrdə daha aydın göstərir. Lakin, müasir anlamda söz, 1750-ci illərdən etibarən estetik nəticə üçün bacarığın istifadəsi kimi anlaşılır.
Onlayn Britannika Ensiklopediyasına görə, "incəsənət bacarıq və təsəvvürlərin başqaları ilə paylaşılması üçün estetik obyektlər, mühit və ya təcrübənin yaradılmasıdır." Lakin, müasir dövrdə "sənət" ifadəsinin necə istifadəsinin doğru olacağı haqqında çoxsaylı mübahisələr vardır; "sənət" ifadəsi altında nəyin nəzərdə tutulmasından bəhs edən çoxsaylı kitablar və jurnal məqalələri nəşr edilmişdir. 1969-cu ildə Teodor Adorno qeyd edirdi ki, "aydındır ki, incəsənət haqqında heç nə aydın deyil." Aydın deyil ki, kimin incəsənəti bölmək hüququ var. Sənətkarlar, filosoflar, antropoloqlar və psixoloqlar hərəsi incəsənəti öz fəaliyyət sahələrinə uyğun olaraq istifadə edir və bir-birinə oxşamayan təriflər verirlər.
Sənət sözünün ikinci, daha dar, daha gec formalaşmış anlamı "yaradıcılıq işi" və "incəsənət" sözlərinin abbreviaturası kimi işlədilir.