Gerd Müller
Gerhard Müller (alm. Gerhard Müller; 3 noyabr 1945 – 15 avqust 2021), əsasən Gerd Müller kimi tanınır — tanınmış alman futbolçusu, futbol üzrə Avropa və dünya çempionu. Bayern Münhen klubunda, AFR-in milli yığma komandasında hücumçu mövqeyində oynamışdır. Dünya futbolu tarixinə ən çox qol vuran futbolçulardan biri kimi düşmüşdür. Qərbi Almaniya millisində 62 oyunda 68 qol, klub səviyyəsində, Bayern Münhen ilə Bundesliga'nın 427 oyununda 365 qol, 74 Avropa klub oyununda isə 66 qol vurmuşdur. Qızıl top və 2 dəfə Qızıl buts lauteatı olmuşdur.
Dünya çempionu: 1974
Avropa çempionu: 1972
AFR çempionu: 1969, 1972, 1973, 1974
Avropa Çempionlar Kubokunun qalibi: 1974, 1975, 1976
UEFA Kuboklar Kubokunun qalibi: 1967
AFR kubokunun qalibi: 1966, 1967, 1969, 1971
Qitələrarası kubokun qalibi: 1976
Dünya çempionatının ən yaxşı bombardiri: 1970
Avropa çempionatının ən yaxşı bombardiri: 1972
Bundesliqanın ən yaxşı bombardiri: 1967, 1969, 1970, 1972, 1973, 1974, 1978
Qızıl buts sahibi: 1970, 1972
Qızıl top sahibi: 1970
AFR-in ən yaxşı futbolçusu: 1967, 1969
FİFA 100 siyahısına daxildir
Mənbələr:
Vladimir Kolos. "Prolific scorers data — Gerd Müller". RSSSF.com (ingilis). 2012-11-19 tarixində arxivləşdirilib.