MÜNASİBƏTİLƏ

послел.
I
с, по поводу чего-л. , по случаю чего-л. Bayram münəsibətilə по случаю праздника, Yeni il münəsibətilə по случаю Нового года
2. в связи с чём-л. Qələbə münəsibətilə в связи с победой, məhsulun yığımı münəsibətilə в связи со сбором урожая, muzeyin açılışı münəsibətilə в связи с открытием музея
MÜNASİBƏT
MÜNASİBƏTLİ
OBASTAN VİKİ
Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə (film, 1919)
Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə tammetrajlı sənədli filmi rejissor Esfir Şub tərəfindən 1919-cu ildə çəkilmişdir. Film müstəqillik əldə etmiş Azərbaycan Demokratik Cümhuriyyətinin istiqlaliyyətinin I ildönümünün təntənə ilə bayram edilməsini əks etdirir. == Məzmun == Film müstəqillik əldə etmiş Azərbaycan Demokratik Cümhuriyyətinin istiqlaliyyətinin I ildönümünün təntənə ilə bayram edilməsini əks etdirir. == Filmin üzərində işləyən == Rejissor: Esfir Şub == İstinadlar == == Mənbə == "Azərbaycan" qəzeti. 13 iyun 1919-cu il. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Azərbaycan Xalq Cümhuriyyətinin açılışı münasibətilə siyasi amnitsiya haqqında qanun
Azərbaycan Xalq Cümhuriyyətinin açılışı münasibətilə qanunsiyasi amnitsiya haqqında — Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətə başlaması münasibətilə həyata keçirilmiş humanizm aktı. == Qəbul edilməsi == Bu barədə qanun 1918 il dekabrın 7-də Parlamentin birinci iclasında qəbul olunmuşdu. == Həyata keçirilməsi == Amnistiya keçirmək məqsədilə Aslan bəy Qardaşov, Həmdulla Əfəndizadə, Ağa Zeynal Tağıyev, Aslan bəy Səfikürdski, S. Ağamalıoğlundan ibarət xüsusi heyət — "Əfvi-ümumi" komissiyası yaradılmışdı. Komissiya dekabrın 11, 13, 17 və 25-də keçirdiyi iclaslarda "Azərbaycan Cümhuriyyəti Parlamentinin açılışı münasibətilə siyasi amnistiya haqqında" qanun layihəsini hazırlayaraq Parlamentin 1919 il yanvarın 8-də keçirilən 7-ci iclasının müzakirəsinə vermişdi. Qanuna görə 1918 il dekabrın 7-nə qədər həbs edilmiş və ölkədə qüvvədə olan keçmiş Rusiya qanunlarının həm cinayət, həm də mülki məcəllələrinin bir sıra maddələri ilə təqsirli bilinən şəxslər bağışlanırdı. Bu qanuna əsasən həmin il dekabrın 7-nə qədər törədilmiş və icraatda olan məhkəmə işlərinə də xitam verilirdi. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Azərbaycan Xalq Cümhuriyyətinin açılışı münasibətilə qanunsiyasi amnitsiya haqqında qanun maddəsi.
"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı — Vladimir İliç Leninin anadan olmasının 100 illik yubileyi münasibətilə SSRİ Ali Soveti Rəyasət Heyətinin 5 noyabr 1969-cu il tarixli Fərmanı ilə təsis edilmişdir. == Təltif olunanlar == 9 milyon işçi-çalışan, 2 milyon hərbi qulluqçu və təxminin 5 min xarici vətəndaş olmaqla yanaşı 11 milyondan çox insan bu medalla təltif edilmişdir. == Təsviri == Medal bürüncdən istehsal edilmişdir və 32 mm diametrli bütöv dairə şəklindədir. Medalın üz tərəfində tutqun fonda sola çevirilmiş V. İ. Leninanın qabarıq profil təsviri yerləşdirilmişdir. Aşağı hissədə isə — "1870–1970" tarixi. Medalın arxa tərəfində tutqun fonda çevrə üzrə yuxarı hissədə "Şanlı əmək üçün" və ya "Hərbi şücaət üçün" yazısı, onun altında oraq və çəkic təsviri və yazı "V. İ. Leninin anadan olmasının 100 illiyinin qeyd edilməsi şərəfinə". Aşağı hissədə isə — kiçik beş ulduz yerləşdirilmişdir. Xarici vətəndaşların mükafatlandırılması üçün hazırlanmış medalın arxasında — "Şanlı əmək üçün" və ya "Hərbi şücaət üçün" yazılar yoxdur. Medalın kənarları bortla haşiyələnmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin böyük dövlətlər tərəfindən tanınması münasibətilə güzəştlər haqqında qanun
Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin böyük dövlətlər tərəfindən tanınması münasibətilə güzəştlər haqqında qanun - Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə de-fakto tanınması münasibətilə həyata keçirilmiş humanizm aktı. == Qanunun qəbul edilməsi == Bu barədə qanun 1920-ci ilin fevral 9-da Azərbaycan parlamenti tərəfindən qəbul edilmişdir. Qanuna əsasən, 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqilliyinin Antanta ölkələri tərəfindən de-fakto tanınması münasibətilə, cinayət törətmiş şəxslər və vergiödəyənlər barəsində müəyyən əsaslarla güzəştlər elan edilmişdi. Üç hissədən (ümumi, hərbi və vergilər) ibarət olan qanun Azərbaycanda yaşayan əcnəbilərə də şamil olunurdu. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyətinin tanınması == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Balı, 2004.

Digər lüğətlərdə