Münster Universiteti
Münster Universiteti — Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Münster şəhərində yerləşən ictimai tədqiqat universiteti.
Almaniyanın beşinci ən böyük universiteti və alman intellektual həyatının aparıcı mərkəzlərindən biridir. Universitet Təbiət, Sosial və Humanitar elmlər üzrə geniş spektrli fənlər təklif edir. Bəzi kurslar ingilis dilində də tədris olunur, o cümlədən doktorantura proqramları, habelə geoinformatika, coğrafi-məkan texnologiyası və ya informasiya sistemləri üzrə aspirantura kursları.
Universitetin professorları və keçmiş tələbələri Avropanın ən nüfuzlu və ən yaxşı maliyyələşdirilən mükafatı olan on Leibniz mükafatı, Filds medalı və iki Nobel mükafatı qazanıblar.
Universitet XVI-cı əsrin sonlarında Münster Yezuit Kolleci kimi inşa edilmişdir.
1780-ci ildə, müasir Münster Universiteti 4 fakültə ilə qurularaq istifadəyə verildi: Hüquq, Tibb, Fəlsəfə, İlahiyyat.
1843-cü ildə Kral İlahiyyat və Fəlsəfə Akademiyası (Königliche Theologische und Philosophische Akademie), qeyri-rəsmi olaraq Münster Akademiyası (Akademie Münster) adlandırıldı.
22 avqust 1907-ci ildə Konstitusiya məhkəməsi rəsmi olaraq universitetin adını Vestfaliya Vilhelm Universitetinə dəyişdirdi.
2023-cü ildə universitet Münster Universiteti (Universität Münster) adlandırıldı.