MÜSADİRƏ

(ərəb; latın analoqu confiscatio) fiskal orqanı və ya Məhkəmə tərəfindən vətəndaşın (insanın), ictimai birliyin, siyasi partiyanın, kültəvi informasiya vasitəsinin (KİV) və s. fəaliyyətində ciddi hüquqpozma aşkar olunduğu halda, onun əmlakının bütövlükdə və ya qismən, məcburi qaydada, əvəzsiz şəkildə alınaraq-dövlət mülkiyyətinə keçirilməsi. Cinayət və inzibati xətalarda M. əlavə növ sanksiya şəkilində çıxış edir. Qeyri-qanuni üsul və vasitələrlə əldə edilmiş əmlak və ya dövriyyədə olması qadağan edilmiş əmlak-(silah, narkotik vasitələr) – dərhal M. edilir. M. olunmuş əmlak ya hərraca çıxarılaraq satılır və əldə edilmiş qazanc dövlət hesabına keçirilir, ya məhv edilir və yaxud Məhkəmənin qərarı ilə digər məqsədlərdə istifadə oluna bilər.
MÜXALİFƏT
MÜSTƏBİDLİK, zülmkarlıq, qəddarlıq

Digər lüğətlərdə