Müstəqil təhsil

təhsil müəssisəsində müntəzəm kurs keçmədən müstəqil çalışmaq yolu ilə əldə edilən təhsil. Müstəqil təhsilin əsas forması elmi – kütləvi, bədii ədəbiyyatı, dərslikləri oxumaq, mətbuatdan öyrənmək yolu ilə bilik əldə etməkdir. Müstəqil təhsilə bir sıra yardımçı tədbirlər də kömək edir.
Müsahibə
Müstəsna
OBASTAN VİKİ
Müstəqil Ağayev
Müstəqil Yunanlar
Müstəqil Yunanlar (yun. Ανεξάρτητοι Έλληνες) - Yunanıstan fəaliyyət göstərən sağ meyilli siyasi partiya. 2015-ci ilin əvvəlində partiya ölkədə keçirilən növbədən kənar parlament seçkilərində parlamentdə olan 300 yerdən 13 yer əldə etmişdir.
Müstəqil film
Müstəqil film — bu filmlər məşhur kinostudiyaların iştirakı və dəstəyi olmadan çəkilən filmlərdir. Müstəqil filmlər B filmləri (az büdcəli) filmlər siyahısına daxildir. Bu filmlərdə əsas mövzu filmin sonunda aydın olur. Amerikada müstəqil filmlər məşhur olmasa da, Kanada və Avropa ölkələrində daha məşhurdur. Müstəqil filmlərin bir çoxunda diqqəti cəlb etmək üçün erotika janrı və bəzi təcavüz səhnələri çoxluq təşkil edir. Bu səbəbdən bir çox aktyorlar və ya aktrisalar müstəqil filmlərdə çəkilməkdən imtina edir. Amma elə kino sənətçiləri vardır ki, bu filmlərdə çəkilməyi özünə borc bilir. Müstəqil filmlərə ayrılan az büdcəyə görə uğursuzluq zamanı cuzi itkilər olsa belə, uğur qazandıqları zaman ona çəkilən xərcdən daha çox gəlir əldə edirlər. Müstəqil Amerika kinematoqrafiyası 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Spayk Li, Stiven Soderberq, Kevin Smit və Kventin Tarantinonun daxil olduğu digər yeni nəsil kinematoqrafların uyğun olaraq "Doğrunu seç" (Do the Right Thing), "Seks, yalanlar və videolent" (Sex, Lies, and Videotape), "Kargüzarçılar" (Clerks) və "Rezervuar itləri" (Reservoir Dogs) filmlərinin çəkilməsi ilə canlanmışdı. Rejissorluq, ssenari, montaj və digər cəhətlərinə görə bu filmlər yenilikçi və əsasən Hollivud filmlərinin müqavilələrinə ziddiyət təşkil etmək və ona uymamaqla fərqlənirlər.
Təhsil
Təhsil öyrənmənin, yaxud başqa sözlə bilik, bacarıqlar, dəyərlər, inanclar və vərdişlər qazanılmasının asanlaşdırılması prosesidir. Təhsil metodlarına hekayə danışma, müzakirə, öyrətmə, təlim vermə və birbaşa araşdırma daxildir. Təhsil əksərən təhsilverənin bələdçiliyi ilə həyata keçirilir, ancaq öyrənənlər özləri özlərinə də təhsil verə bilərlər. Təhsil rəsmi və qeyri-rəsmi üslubda həyata keçirilə bilər və kiminsə düşünməsi. hiss etməsi. yaxud fəaliyyət göstərməsi üsuluna formalaşdırıcı təsiri olan hər hansı təcrübə də təhsilə aid hesab edilə bilər. Öyrətmənin metodologiyasına pedaqogika deyilir. Ümumilikdə rəsmi təhsil formal olaraq məktəbəqədər və ya bağça, ibtidai məktəb, orta məktəb və daha sonra kollec, universitet, yaxud şəyirdlik kimi mərhələlərə bölünür. Təhsil almaq hüququ bəzi dövlətlər və BMT tərəfindən tanınmışdır. Əksər regionlarda müəyyən yaşa qədər təhsil icbaridir.
Müstəqil Azərbaycan Təşkilatı
Müstəqil Azərbaycan Təşkilatı — 1928-ci ildə Bakıda müsavatçılarla ittihadçıların yaratdığı təşkilat. 1927-ci ildə gizli fəaliyyət göstərən müsavatçıların kütləvi həbsindən sonra partiyanın fəallığının zəifləməsi müşahidə olunurdu. Bu şəraitdə müsavatçılar ittihadçılarla ümumi təşkilat yaratmağa cəhd göstərdilər. Şəxsi tanışlıq əsasında bir-birinin mənzillərinə toplaşıb siyasi-ədəbi mövzularda söhbətlər edən müsavatçıları və ittihadçıları Sovet hökumətindən ümumi narazılıq birləşdirirdi. 1928-ci ilin mayında belə yığıncaların birində müsavatçılar və ittihadçılar Mirzə Cəlal Yusifzadə , Əli Heydər Babayev, Əhməd Hacıyev, Yusif Əli Əliyev, Yusif Nəcəfov, Məmməd Salayev və b. "Müstəqil Azərbaycan" adlandırdıqları təşkilatı təsis etmək üçün təşəbbüs mərkəzi yaratdılar. Təşkilatın əsas vəzifəsi Azərbaycan mühacirlərinin işi və beynəlxalq vəziyyət haqqında müntəzəm olaraq informasiya almaq üçün Müsavatın xarici Bürosu və onun İrandakı komitələri ilə əlaqə yaratmaq idi. 1928-ci il mayın axırlarında "Müstəqil Azərbaycan" təşkilatının üzvləri Yusifəli Əliyev və Ə. Hacıyev Türkiyənin Bakıdakı vitse- konsulu ilə əlaqə yaratmış və onun vasitəsilə Məhəmməd Əmin Rəsulzadə "Ocaq-Saz" qəzeti, antisovet xarakterli şerlər, M. Ə. Rəsulzadəni ailəsinin məktubunu və Bakıdakı müsavatçıların vəziyyətinə dair məktub göndərmişdilər. Təşkilat sürgündəki müavatçıların vəziyyətini yüngülləşdirmək və Sovet hakimiyyət orqanlarında ümumi vəziyyəti öyrənmək məqsədilə iki nəfər kommunisti öz tərəfinə çəkmişdi. 1928-ci ilin iyulunda kommunistlərdən biri təşkilatın keçirdiyi yığıncaqlarla əlaqədar hökumətin informasiyaya malik olması barədə xəbərdarlıq etmiş və həbslərdən yayınmaq üçün təşkilatın işini dayandırmağı təklif etmişdi.
Müstəqil Azərbaycan Universiteti
Müstəqil Azərbaycan Universiteti — 1996–2006-cı illərdə Azərbaycanda fəaliyyət göstərmiş özəl ali təhsil müəssisəsi. Universitetin təsisçisi və rektoru Yeni Azərbaycan Partiyası Binəqədi təşkilatının sədri Abbas Mustafayev olmuşdur. 2006-cı ilin mayında Təhsil Nazirliyi MAU-nun lisenziyasını ləğv etmişdir. Bundan sonra tələbələr digər ali məktəblərə köçürülmə tələbi ilə aksiya keçirmişdirlər. Daha sonra Dövlət Komissiyasından kənar universitetə tələbə qəbulunun aparıldığı məlum olmuşdur. Qalmaqal bir neçə il davam etmişdir. Bəzi tələbələr aclıq aksiyasına əl atmışdılar.
Müstəqil Bavariya Dövləti
Bavariya (alm. Bayern; Freistaat Bayern‎ — Müstəqil Bavariya Dövləti) — Almaniyanın cənub-şərqində yerləşən və ərazisinə görə ölkənin ən böyük vilayəti. Vilayətin tərkibinə yeddi inzibati dairə — əyalət Yuxarı Bavariya, Aşağı Bavariya, Yuxarı Pfalts, Yuxarı Frankoniya, Mərkəzi Frankoniya, Aşağı Frankoniya və Şvabiya daxildir. Vilayətin paytaxtı Münhen şəhəridir. Əhalisi üç əsas etnik tərkibdən: bavarlar, frankonlar və şvablardan ibarətdir. "Müstəqil Bavariya Dövləti" tarixi termini göstərir ki, Bavariya monarxiya əyaləti olmamışdan əvvəl respublika idi. Almaniyadakı ən böyük əyalət (ərazisinə görə) və onun on iki milyon əhalisi özlərinin VI əsrə gedib çıxan tarixləri ilə fəxr edirlər. Adət-ənənələrin gündəlik həyatın ayrılmaz hissəsi olduğu buradan fərqli olaraq, Almaniyanın heç bir yerində ənənələr bu cür möhkəm saxlanılmayıb; insanlar rəngli ənənəvi paltarı hər il Münhendə keçirilən Oktoberfest festivalı kimi əsas xalq musiqisi festivallarından başqa, həm də gündəlik həyatda da geyinirlər. Bavariya özünün həm də mədəni və tarixi irsi, o cümlədən əzəmətli təbiət gözəllyinin cazibəsi ilə turistləri cəlb edir. Almaniyada ən hündür zirvə olan Zugspitze (2 962 metr) dağının yerləşdiyi Alp dağları — Çimsi və Köniqsi kimi heyrətamiz gölləri olan Alp yamacları, milli parkı olan Bavariya meşəsi, Frankonian Jura, Fiçtel təpələri, Steyqervald, Spessart və əyalət ətrafındakı digər mənzərəli yerlər istirahət, əyləncə və təbiətdən həzz almaq üçün turistlərə müqayisə olunmaz dərəcədə xoş imkanlar yaradır.
Müstəqil Dövlətlər Birliyi
Müstəqil Dövlətlər Birliyi — keçmiş SSRİ ölkələrinin əksəriyyətinin birləşdiyi dövlətlərarası birlik. Qərargahı Minsk şəhərində yerləşir. Təşkilat, 8 dekabr 1991-ci ildə yaradılmışdır. İlkin dövrdə 3 dövlət- Rusiya, Ukrayna, Belarusiya tərəfindən qurulmuşdur. MDB-nin qurulması haqqında ilkin razılıq 1991-ci il dekabrın 8-də qəbul edilmişdir. Bu dövlətlər SSRİ-nin dağılmasının (SSRİ faktiki olaraq 25 dekabr 1991-ci il Qorbaçovun istefasından sonra dağıldı) labüdlüyünü anlayır və öz aralarında sonralar siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək üçün bu qurumu təşkil etdilər. Həmçinin MDB SSRİ-nin "mədəni dağılmasını", onun mülklərinin keçmiş İttifaq ölkələri arasında paylaşdırmaq üçün təşkil edilmişdi. Daha sonralar Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldaviya, Tacikistan, Türkmənistan, Özbəkistan 21 dekabr 1991-ci ildə Alma-Atada Rusiya, Ukrayna və Belarusiya ilə birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəldilər. Azərbaycan Parlamenti bu qərarı yalnız 1993-cü ilin sentyabrında ratifikasiya etdi və MDB-nin tam hüquqlu üzvü oldu. 1993-cü ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan 2008-ci ilin avqust ayında Rus ordusunun Gürcüstana daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxdı.
Müstəqil Ruh mükafatı
Müstəqil Ruh mükafatı (ing. Independent Spirit) — ilk növbədə müstəqil Amerika kinosuna yönəlmiş Amerika film mükafatıdır. 1984-cü ildən mövcuddur və başlanğıcda FINDIE Awards (Friends of Independents – müstəqillərin dostları (rejissorların)) adlanırdı. İndiki adını 1986-cı ildən bəri daşıyır. 2006-cı ildən mükafat dirəkdə oturan quş formasında metal heykəlcik şəklindədir. Müstəqil ruh qeyri-kommersiya təşkilatı - "Film Independent" tərəfindən mükafatlandırılır. Mükafatların təqdimetmə mərasimi Kaliforniyanın Santa Monika şəhərində Oskar təqdimatı ərəfəsində (1999-cu ilə qədər - Oskar təqdimatından əvvəlki son şənbə) keçirilir. Beləliklə, “Müstəqil ruh” sanki kinoakademiyanın mükafatlarına qarşı qoyulur.
Müstəqil ruh (mükafat)
Müstəqil Ruh mükafatı (ing. Independent Spirit) — ilk növbədə müstəqil Amerika kinosuna yönəlmiş Amerika film mükafatıdır. 1984-cü ildən mövcuddur və başlanğıcda FINDIE Awards (Friends of Independents – müstəqillərin dostları (rejissorların)) adlanırdı. İndiki adını 1986-cı ildən bəri daşıyır. 2006-cı ildən mükafat dirəkdə oturan quş formasında metal heykəlcik şəklindədir. Müstəqil ruh qeyri-kommersiya təşkilatı - "Film Independent" tərəfindən mükafatlandırılır. Mükafatların təqdimetmə mərasimi Kaliforniyanın Santa Monika şəhərində Oskar təqdimatı ərəfəsində (1999-cu ilə qədər - Oskar təqdimatından əvvəlki son şənbə) keçirilir. Beləliklə, “Müstəqil ruh” sanki kinoakademiyanın mükafatlarına qarşı qoyulur.
Əməkçilərin Müstəqil Federasiyası
Əməkçilərin Müstəqil Federasiyası (ing. Federation of Free Workers) — Filippinin ən böyük milli həmkarlar ittifaqları təşkilatlarından biri. Mərkəzi ofisi Manila şəhərində yerləşir. XX əsrin ortalarında Filippində hüquqlarının müdafiə olunmasına ehtiyac duyan bir qrup gənc idealist ölkənin əmək qanunvericiliyi əsasında öz hüquqlarını qorumaq üçün birləşir. Səbəbsiz işdən ixtisar olunma, əməkhaqqının yaşayış minimumuna cavab verməməsi, sosial təminatın mövcud olmaması, iş yerlərində ayrı-seçkiliyin hökm sürməsi işçiləri onları müdafiə edə biləcək bir qüvvənin yaradılmasına gətirib çıxardır. Nəticədə 19 iyun 1950-ci ildə Əməkçilərin Müstəqil Federasiyası fəaliyyətə başlayır. Qurumun ilk prezidenti vəzifəsinə Ramon Maqsaysay seçilir. Hazırda ƏMF Filippinin ən iri təşkilatlarından biridir. Federasiya aparılan üçtərəfli danışıqlarda aktiv və aparıcı rol oynayır. Sosial və əmək dialoqlarının gedişində prinsipial mövqe tutur, ölkə həmkarlar ittifaqını milli, regional və beynəlxalq səviyyədə təmsil edir.
Müstəqil Xorvatiya Dövləti
Müstəqil Xorvatiya Dövləti (Xorvatca: Nezavisna Država Hrvatska, NDH), Müstəqil Xorvatiya Dövləti (NDH), İkinci Dünya Müharibəsi zamanı nasist Almaniyası və faşist İtaliyası tərəfindən marionet dövlət kimi yaradılmış olan dövlətdir. 1941-ci ildən 1945-ci ilə qədər mövcud olan NDH, Xorvatiya ilə yanaşı Bosniya və Herseqovinanın bir hissəsini əhatə edirdi. NDH-yə faşist ideologiyası olan və serblərə, yəhudilərə, qaraçılara və digər azlıq qruplarına qarşı soyqırım və etnik təmizləmə həyata keçirən Ustaşlar rejimi rəhbərlik edirdi. NDH 10 aprel 1941-ci ildə, faşist Almaniyası və faşist İtaliyası tərəfindən Yuqoslaviyanı işğal etdikdən sonra yaradılıb. Ustaşe hərəkatı Ante Paveliçin rəhbərliyi ilə NDH-nin rəhbərliyinə gətirildi. Ustaşa faşist ideologiyası olan və Xorvat millətçiliyini müdafiə edən bir təşkilat idi. NDH diktatura ilə idarə olunan bir dövlət idi. Prezident Ante Paveliç diktator səlahiyyətlərinə malik idi. Ustaşa Partiyası NDH-də yeganə qanuni partiya idi. NDH-nin iqtisadiyyatı nasist Almaniyasından asılı idi.
Distant təhsil
Distant təhsil — tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu fоrmasıdır. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir. Distant təhsilin xarakterik xüsusiyyətlərinə həmçinin çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, təlimin xüsusiləşdirilmiş vasitə və texnologiyalarından istifadə və s. məsələlər aiddir. Distant təhsildə informasiyalar öyrənənlərə çap materialları, elektron materiallar, elektron dərslik, televerilişlər və s. formalarda təqdim edilir. Bu tədris informasiyalarının kitablar, disklər, audio-video kasetlər kimi daşıyıcıları vardır. Distant təhsildə tədris metodik kompleksdən, kompüter, televizor, audio-video maqnitofon, multimedia texnikası və s. kimi təlim vasitələrindən istifadə olunur. Təhsilin distant forması müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır.
Ekoloji təhsil
Ekoloji mədəniyyətin formalaşmasında əsas vasitələrdən biri məqsədyönlü ekoloji təhsildir. Ekoloji təhsilə ehtiyac insan həyatı üçün əlverişli mühitin təmin edilməsinə olan zərurətdən yaranmışdır. Ətraf mühitin keyfiyyeti, sağlamlığı — insanın əsas hüququnu və sivilizasiyanın inkişafının əsas məqsədini müəyyən edir. İnsanın mövcudluğu və inkişafı üçün zəruri olan təbii zəminsiz bütün sosial məsələlər öz əhəmiyyətini itirir. Ona görə də ekoloji təhsil təkcə təhsil sisteminə daxil olmaqla kifayətlənməməli, onun əsas hissəsinə çevrilməlidir. Əgər ədəbiyyat və tarix mədəni dəyərlərin, təbiətşünaslıq təbii qanunauyğunluğun mənimsənilməsi üçün lazımdırsa, ekoloji təhsil təbiətə həqiqi insani münasibətin formasındın ötrüdür, spesifik sosial-təbii qanunauyğunluqları və davranışların normativlərini mənimsəmək üçündür. Bununla da gələcəkdə insanın mövcudluğu və inkişafı mümükündür. Ekoloji münasibətlər sisteminin deformasiyası, gələcək qarşısında məsuliyyət hissinin olmaması ekoloji böhranların mənbəyidir. Ali və orta məktəb məzunlarında və bütövlükdə əhalidə təbiətə istehlak münasibəti mövcuddur; əhali arasında ətraf mühiti öyrənmək, onun yaxşılaşdırılmasında iştirak etmək tələbi de öz inkişafını tapmamışdır. Ona görə də ekoloji təhsilin məqsədi təbiətə məsuliyyət münasibətinin formalaşdırılmasıdır.
Eritreyada təhsil
Eritreyada təhsil beşmərhələlidir: ana məktəb, ibtidai məktəb, ilk məktəb, orta məktəb və universitet. İbtidai, ilk və orta məktəbdə təxminən 245.000 məktəbli təhsil alır. Təhsilin şüarı Vətən, ana dilidir.
Estoniyada təhsil
Estoniyada təhsil — Şimali Avropanın Baltik regionunda yerləşən Estoniya Respublikasında mövcud olan çoxşaxəli təhsil sistemi. Estoniya tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. ölkənin ən qədim ali təhsil ocağı olan Tartu Universiteti 1632-ci ildə İsveç kralı Qustav II Adolf tərəfindən yaradılmışdır. Estoniyada təhsil sistemi eston xalqının, o cümlədən bu ölkədəki etnik azlıqların qorunması və inkişafı məqsədlərinə xidmət edir. Ölkə təhsili humanizm, demokratiklik və qanunun aliliyi prinsiplərinə əsaslanır. 1992-ci ildə qəbul edilmiş Təhsil aktına görə təhsil savadlı və müasir dünyagörüşlü vətəndaş yetişdirməyə, qanunun aliliyinə hörmətlə yanaşan şəxsiyyət formalaşdırmağa xidmət etməli, həmçinin fasiləsiz təlim üçün imkan yaratmalıdır. Təhsil sisteminə rəhbərlik Estoniya Respublikasının Təhsil və Tədqiqat Nazirliyi tərəfindən həyata keçirilir. Nazirliyin səlahiyyət sahələrinə bunlar daxildir: təhsilin, elmi tədqiqat işlərinin planlaşdırılması; dövlətin gənclər və dil siyasətinin həyata keçirilməsi; məktəbəqədər təhsilin, ümumi orta təhsilin, texniki peşə təhsilinin, ali təhsilin, əlavə təhsilin təşkili məsələləri. Ölkənin təhsil sistemi aşağıdakı səviyyələrindən ibarətdir: məktəbəqədər təhsil; əsas təhsil (təhsilin ilk pilləsi); orta təhsil (təhsilin ikinci piləsi); ali təhsil (təhsilin üçüncü pilləsi). Estoniyada uşaqlar 7 yaşdan başlayaraq icbari təhsilə cəlb olunur.
Evdə təhsil
Evdə təhsil — məktəbdən kənarda (evdə, təhsil mərkəzlərində) ümumtəhsil fənlərinin öyrənilməsini nəzərdə tutan təhsil almaq üsulu. Şagirdlər orta məktəbdə məcburi attestasiyadan keçməlidirlər, həmçinin yekun attestasiyadan keçmələri tələb olunur. Evdə təhsil ən qədim təhsil formasıdır. Əvvəlcə bu forma yalnız öz uşaqlarına dərs deməyə vaxtı olan və ya müəllim tutmaq imkanı olan varlı ailələr üçün mövcud idi. Tələbənin təhsili onun öyrənmə səviyyəsini, üslubunu və maraqlarını dəstəkləmək üçün fərdiləşdirilə bilər. Evdə təhsil adətən valideyn, repetitor və ya onlayn müəllim tərəfindən aparılır, lakin konkret təcrübə çox fərqli ola bilər. Spektr ənənəvi məktəb dərslərinə əsaslanan yüksək strukturlaşdırılmış formalardan tutmuş, məktəbdənkənarlıq kimi daha açıq, sərbəst formalara qədər dəyişir. Bu, uşaqların maraqlarına əsaslanaraq öyrədilməsini nəzərdə tutan evdə təhsilin kurikulumsuz həyata keçirilməsidir. məktəb direktorunun adına ərizə; doğum haqqında şəhadətnamənin surəti; müvəffəqiyyət cədvəli (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla); şagirdlərin şəxsi işi (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla); yaşayış yeri üzrə qeydiyyat haqqında arayış; psixoloji-tibbi-pedaqoji komissiyanın göndərişi; evdə təhsilə cəlb olunan şagirdin dərs cədvəli; fərdi təlim proqramı; tədris planı; şagirdin haqqında təhsil aldığı sinif jurnalında qeydlər; evdə təhsilə cəlb olunan şagirdin gündəliyi (jurnalı); şagirdin psixoloji xüsusiyyətləri haqqında qeyd dəftəri; şagirdin evdə təhsilə cəlb olunması haqqında direktorun əmri; şagirdə tədris edən müəllim(lər)in razılıq ərizəsi; evdə təhsilə cəlb olunmuş şagirdin şəxsi işi.
Fasiləsiz təhsil
Fasiləsiz təhsil — təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri olub, mövcud təhsil standart­ları, təd­ris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əl­də edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıx dia­lek­tik qarşılıqlı əlaqənin təmin olunması və onun insanın bütün hə­yatı bo­yu ardıcıl davam etməsidir.[mənbə göstərin]
Fransada təhsil
Fransada təhsil məcburiyyəti 3 ildən 16 ilə qədərdir. Fransız təhsilinin əsas prinsipləri: tədris azadlığı (dövlət və özəl qurumlar), pulsuz təhsil, neytral təhsil, laisizm (dünyəvi, dini olmayan) təhsil. Təhsil bir neçə səviyyədən ibarətdir: İbtidai təhsil (fr. enseignement primaire) - uşaq bağçasında 3-4 il (fr. L'école maternelle) və ibtidai məktəbdə 5 il (fr. L'école élémentaire). orta təhsil (fr. enseignement secondaire) - kollecdə 4 il (fr. Le collège) və Liseydə 3 il (fr. Le lycée).
Gürcüstanda təhsil
Gürcüstanda təhsil — Gürcüstan ali məktəb sisteminə universitetlər, akademiyalar və institutlar daxildir. Ölkədə 26 dövlət ali məktəbi (onlardan səkkizi universitetdir) və 209 özəl ali məktəb fəaliyyət göstərir. Əsas ali təhsil müəssisələri bunlardır: Tbilisi Dövlət Universiteti (5 regional filialı vardır) Tbilisi Dövlət Tibb Universiteti Gürcüstan Texniki Universiteti Gürcüstan Dövlət Aqrar Akademiyası Tbilisi Ruhani Seminariyası Beynəlxalq Qara Dəniz Universiteti Q.Rokabidze adına Universitet Şota Rustaveli adına Batumi Dövlət Universiteti Tbilisi İqtisadiyyat və Hüquq Akademiyası Tbilisi Asiya və Afrika İnstitutu Tbilisi Dövlət Rəssamlıq Akademiyası Şota Rustaveli adına Dövlət Teatr və Kino İnstitutu Tbilisi Konservatoriyası Avropa Menecment Məktəbi (sponsor – Şeverdnadze Fondu) Dövlət İdarəetmə İnstitutu (ABŞ ictimai və siyasi elmlər Milli Akademiyası ilə birgə məktəb layihəsi, amerika təhsil proqramları əsasında fəaliyyət göstərir) Tiblis Siyasi Akademiyası.
Hindistanda təhsil
Hindistanda təhsil — Cənubi Asiyada, Hindistan yarımadasında yerləşən Hindistan Federativ Respublikasında mövcud olan çoxşaxəli təhsil sistemi. Hindistan tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. Hindistanda müasir təhsil sistemi hökumətin nəzarəti altındadır. Əhalinin savadlılıq səviyyəsinin yüksəldilməsi üçün bu ölkədə geniş təhsil sistemi təşəkkül tapıb. 2005-ci ilin statistik məlumatlarına görə, Hindistanda əhalinin ümumi savadlılıq səviyyəsi təxminən 64,8 faiz təşkil edir. Qadınların savadlılıq səviyyəsi isə 53,7 faizə bərabərdir. Əhalinin 85 faizi ibtidai təhsilə, 39 faizi orta təhsilə, 9 faizi isə ali təhsilə cəlb olunub. 2005-ci ildə Hindistanda 410 milyondan çox 6-24 yaşlı gənc olmuşdur ki, bu da ümumi əhalinin təxminən 38 faizini təşkil edirdi. Onların yalnız 237 milyon nəfəri təhsilə cəlb olunmuşdur. Ölkə üzrə müəllimlərin ümumi sayı isə 7 milyon nəfərə yaxındır.
Küveytdə təhsil
Küveytdə təhsil — Cənub-Qərbi Asiyada yerləşən Küveyt Dövlətində mövcud olan çoxşaxəli təhsil sistemi. Küveyt tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. XX əsrin əvvəllərində bu ölkədə neft ehtiyatları kəşf olunmazdan əvvəl yalnız Əl-Katatib adlandırılan dini məktəblərdə təhsil almaq mümkün idi. Belə tədris ocaqlarında təhsil prosesi müqəddəs Qurani-Kərimin öyrədilməsi, yazı, oxu bacarıqlarının inkişaf etdirilməsi və riyazi biliklərin aşılanması ilə məhdudlaşırdı. Bu məktəblər, əsasən varlı şəxslər tərəfindən maliyyələşdirilirdi. İqtisadi və ictimai şərait təhsilin bundan artıq inkişaf etdirilməsinə imkan vermirdi. XX əsrin birinci yarısında Küveytdə bir dənə də olsa, dövlət məktəbi yox idi. Ticarətin inkişafı, bununla da iqtisadiyyatın yüksəlişi 1912-ci ildə Küveytdə ilk dünyəvi yönlü tədris ocağı olan Əl-Mübarkiyyə məktəbinin yaranmasına səbəb oldu. 1921-ci ildə isə Əl-Əhmədiyə məktəbi yarandı. Bu məktəblərdə ingilis dili kursları da tədris olunurdu.
Maarif (təhsil)
Təhsildə maarif və ya Pedaqoji maarifçilik — əhali arasında savad, bilik, mədəniyyət yaymaq üçün mütəşəkkil surətdə həyata keçirilən tədbirlər sistemi. Məsələn, xalq maarifi, maarif xərcləri, maarif şöbəsi. Maarif insanın ömrü boyu əldə edilən bilik, təhsil, savadla ölçülür. Maarifçilik Maarifçilik dövrü Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Macarıstanda təhsil
Macarıstanda təhsil — keçmiş Şərq Blokundakı təhsil sisteminin getdikcə Avropa Birliyinə inteqrasiyası şəklində formalaşıb və hazırda Avropa Birliyi standartlarına əsasən fəaliyyət göstərir. Macarıstanda ilk universitet 1367-ci ildə yaradılmışdır və ali təhsilin tarixi təxminən 650 ildir. Macarıstanda bakalavr təhsili 3 il (bəzi mühəndislik sahələrində 3.5 il), Magistr təhsili isə 2 il davam edir. Tibb təhsili 6 il, Diş Həkimliyi və Əczaçılıq isə 5 ildir. Budapeşt Beynəlxalq Biznes Məktəbi MET Andraşi Universiteti Korvinus Universiteti Sent İştvan Universiteti ELTE Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti Mərkəzi Avropa Universiteti Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi Obuda Universiteti.
Maltada təhsil
Kiçik ölkə olduğu üçün Maltada cəmi bir universitet - Malta Universiteti vardır. Malta Universiteti Mzida şəhərində yerləşir. 1592-ci ildə yaradılıb, çox sayda şöbələri və filiallları vardır. 9 minə qədər tələbə təhsil alır, onun minə qədəri xaricilərdir. Universitet kampusu təhlükəsizlik tələblərinə tam cavab verir. Təhsil haqqı digər ölkələrə nisbətən ucuzdur. Universitetdə iqtisadiyyat, incəsənət, humanitar fənlər, mühəndislik, tibb, diplomatiya və s. ixtisslar üzrə bakalavr, magistr və doktorluq təhsili almaq olar. Xarici ölkə universitetləri Maltada sərbəst şəkildə filiallarını aça və qeydiyyatdan keçirə bilərlər. Bu filiallarda təhsil ödənişli olur.