MƏKRUH

fiqhə görə haram olmayan, ancaq edilməsi də xoş qarşılanmayan əməldir. Məkruh anlayışına İslam məzhəblərində fərqli yanaşmalar vardır. Hənəfi məzhəbinə görə haram olan bir şey Quranda və ya mütəvatir hədislərdə açıq və aydın göstərilməlidir. Bu şərt ortada olmazsa, heç bir şeyi haram hesab etmək olmaz. Əhəd hədislərlə nəyinsə haram və ya məkruh olması hökmü verilmir. Buna görə də, hənəfilərdə məkruh iki növdür: təhrimən məkruh və tənzihən məkrun. Təhrimən məkruh əhəd hədislərdə Məhəmməd peyğəmbərin haram etdiyi şeylərdir. Onların dərəcəsi harama çox yaxın olduğuna görə edilməsi günah sayılır. Tənzihən məkruh isə Məhəmməd peyğəmbərin açıq-aydın qadağan etmədiyi, ancaq buna işarə etdiyi şeylərdir. Onların günah dərəcəsi nisbətən yüngül olsa da, görülməsi məsləhət deyildir. Başqa məzhəblərdə isə belə bir bölgü yoxdur. Onlarda hənəfilərin “təhrimən məkruh” kimi adlandırdıqları şeylər haram sayılır. Məkruh isə yalnız hənəfilərin “tənzihən məkruh” adlandırdığı şeylərə aid edilir.
MƏKKƏ
MƏQAMÜL-İBRAHİM
OBASTAN VİKİ
Məkruh
Məkruh — əməl yerinə yetirildikdə heç bir günah yazılmayan, lakin bəyənilməyən əməldir. Dində qəti olaraq qadağan edilməyən,ancaq icrası da xoş qarşılanmayan davranış və hərəkətlərdir. Hər hansı bir işin günah olub-olmamasın onun necə, nə zaman, harada, kim tərəfindən icrasından da asılıdır. Bununla yanaşı, kiçik də olsa, günahlara əhəmiyyətsiz baxmamalıyıq. Nazik iplər birləşib kəndir əmələ gətirdiyi kimi, kiçik günahlar da birləşib böyük günahlara çevrilir. Dəstəmaz alarkən suyu israf etmək, burunu sağ əllə təmizləmək, namazda əsnəmək,ayaqyolu ehtiyacı ola-ola namaz qılmaq məkruhdur. Dində bu cür halların haram buyurulmaması və Allah-Təalanın bizi daim günah işləməkdən qorumaq istəməsi onun bəndələrinə mərhəmətindən irəli gəlir.

Digər lüğətlərdə