Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mübariz
Mübariz — Kişi adı. Mübariz İbrahimov — Azərbaycanın Milli Qəhrəmanı. Mübariz Xəlilov — Mübariz QuliyevMübariz ƏhmədovMübariz Əhmədov (alim) — Azərbaycanın alimi, texniki elmləri doktoru, AMEA-nın müxbir üzvü. Mübariz Əhmədov (jurnalist) — Azərbaycan jurnalisti. Mübariz Əhmədov (milli qəhrəman) — Azərbaycanın Milli QəhrəmanıDigərMübariz (snayper tüfəngi) Mübariz XTD — Mübariz Xüsusi Təyinatlı Dəstə Mübariz İbrahimov adına Biləsuvar məktəb liseyi — Biləsuvarda məktəb.
Mübariz Abbasov
Mübariz Əfqan oğlu Abbasov (10 yanvar 1969 – 1 mart 1995, Kəlbəcər rayonu) — Azərbaycanlı şəhid. == Həyatı == Abbasov Mübariz Əfqan oğlu 1969-cu ildə yanvar ayının 10-da Gədəbəy rayonunun Arıqıran kəndində anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmışdı. Sonra Bakıya işləməyə gəlmişdi. 1993-cü ilin yanvarında torpaqlarımızı müdafiə etmək üçün könüllü olaraq cəbhəyə yollanmışdı. Ağdərə bölgəsində kəndlərimizin azad edilməsi uğrunda gedən döyüşlərdə xüsusi şücaətlər göstərmişdi. Kəlbəcər, Füzuli, Ağdam, Tərtər, Murovdağ döyüş bölgələrində azğın düşmənlə ölümdirim savaşlarında zabit heyətinin və əsgər yoldaşlarının ehtiramını qazanmış, sıravilikdən mühəndis istehkam qurğularının taqım komandiri vəzifəsinə irəli çəkilmişdi. 1993-cü ilin sonlarında Kəlbəcər uğrunda döyüşlərdə Mübariz altı erməni quldurunu məhv etmiş, onların silahını və bir minaaxataran cihazı gətirib hissəyə təhvil vermişdi. Bir dəfə də döyüş yoldaşlarını və dəstə komandirini mühasirədən çıxara bilməsi onun əsl qəhrəmanlığından xəbər verirdi. Bu vaxt Mübariz yaralanmışdı.
Mübariz Allahverdiyev
Mübariz Qasım oğlu Allahverdiyev (19 noyabr 1942, Xocalı) — Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının professoru, tibb elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi (20.09.2010), Qarabağ Müharibə Veteranları Birliyinin üzvü, Xocalı soyqırımını Tanıtma İctimai Birliyi Ağsaqqallar Şurasının sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Allahverdiyev Mübariz Qasım oğlu 1942-ci il noyabrın 19-da Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xankəndi rayonunun Xocalı kəndində anadan olub. 1957-ci ildə Xocalı 7illik məktəbini əla qiymətlərlə başa vurduqdan sonra tam orta təhsilinin bir hissəsini Şuşadakı 1 saylı orta məktəbin 8-ci sinfində, sonra isə Xankəndidəki Nizami adına 4 saylı orta məktəbin 9–10-cu siniflərində davam etdirib. 1966-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra təyinatın doğma yurdu DQMV-ya götürüb, lakin Vilayət səhiyyə şöbəsinin müdiri Atayan onu işlə təmin etməkdən imtina edib və öz yaxınları dairəsində deyib ki, İrəvandan alınan xüsusi göstərişə görə onlar türkləri (azərbaycanlıları) işə götürməməlidirlər. 1966-cı ilin oktyabr ayının 4 — də o, çətinliklə Vilayətin ermənilər yaşayan Naxçıvanik kəndinə (ermənilər ora həkim vəzifəsinə getməkdən imtina edirdilər) ilk iş yerinə göndərilib. 1967-ci ilin iyul ayının 7-də Xankəndidə törədilən qanlı-faciəli hadisədən sonra (ermənilər nahaqdan həbs etdirdikləri Qarakəndli Ərşad müəllimi və Şuşa həbsxanasının azərbaycanlı sürücüsünü məhkəmə zalından çıxandan sonra Xankəndinin mərkəzində küçədə diri-diri yandırdılar) M.Q.Allahverdiyevi Qırxqız yaylaqlarındakı maldarlıq və qoyunçuluq fermalarındakı işçilərə tibb xidməti göstərməyə göndəriblər (erməni həkimlər bu vəzifəni yerinə yetirməkdən də imtina etmişdilər). 1968-ci ilin yanvar ayının 4 — də onun Naxçıvanikdəki iş yeri məqsədyönlü şəkildə ixtisara salınıb. O, məcburən, öz doğma yurdundan didərgin düşüb. 1968-ci ilin aprel ayında Türkmənistana gedib. Orada Daşhovuz (Dış Oğuz) Vilayətinin Köhnə-Ürgənc rayonunun "Leninqrad" kolxozundakı sahə xəstəxanasında baş həkim vəzifəsinə təyin edilib.
Mübariz Ağayev
Ağayev Mübariz Alı oğlu (1 sentyabr 1953, Məlikumudlu, Zərdab rayonu) — 2006—2007-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, 2007—2012-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, 2012—2015-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı, 2015—2016-cı illərdə isə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. == Həyatı == Mübariz Ağayev 1 sentyabr 1953-cü ildə Zərdab rayonunun Məlikumudlu kəndində anadan olub. Azərbaycan Texnologiya İnstitutunu bitirib. İxtisasca texnoloqdur. 1970-ci ildə Göyçay şəhər İstehlak Cəmiyyətində əmək fəaliyyətinə başlayib. Sonralar müxtəlif illərdə Göyçay konserv zavodunda mühasib köməkçisi, Çərəkə kənd istehlakı cəmiyyətində, Qarabaqqal ictimai iaşə müəssisəsində mühasib vəzifələrində işləyib. 1979—1986-ci illərdə Qarabaqqal ictimai iaşə müəssisəsində direktor müavini, direktor, 1986-cı ildə Göyçay şəhər İctimai iaşə müəssisələri birliyində direktor, 1987—1989-cu illərdə Göyçay rayon İstehlak cəmiyyəti idarə heyətinin sədri, 1989—1991-ci illərdə Baş qiymətlər idarəsinin Göyçay rayonlararası Qiymət Müfəttişliyində rəis, 1991—1995-ci illərdə Göyçay şəhər təsərrüfat hesablı ticarət idarəsində direktor, 1995—1997-ci illərdə Göyçay rayon 17 saylı çörək zavodunda direktor, 1997-ci ildən isə Göyçay-çörək SC idarə heyətinin sədri vəzifələrində işləyib. 2006—2007-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, 2007—2012-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, 2012—2015-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı, 2015—2016-cı illərdə isə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 2013-cü ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Mübariz Aşırlı
Mübariz Göyüşlü (Mübariz Müstəqim oğlu Göyüşlü; 23 yanvar 1981, Daş Salahlı, Qazax rayonu) — Müasir İnkişaf İctimai Birliyinin idarə heyətinin sədri, yenimedia.org saytının və Türk Eli jurnalının baş redaktoru. AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, siyasi şərhçi. Türk-İslam ideoloji prinsipini müdafiə edir. 2001-ci ildən 2005-ci ilə kimi müxtəlif gənclər təşkilatlarinda çalışaraq həmin prinsipləri təbliğ edib. Bu ideoloji prinsipləri daha geniş təbliğ etmək üçün 2005-ci il 5 iyunda “Müasir İnkişaf” İctimai Birliyinin əsasını qoyub və daha geniş aiditoriyanı əhatə etməyə, həyata keçirilən tədbirlərin səmərəliliyini artırmağa çalışır. == Həyatı == Mübariz Göyüşlü 1981-ci il yanvarın 23-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. Bakı şəhəri, Xətai rayonundakı 269 saylı orta məktəbdə 1987-1997-ci illərdə orta təhsil; Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində 1998-2003-cü illərdə bakalavr (qiyabi), 2005-2008-ci illərdə mətbuat tarixi və ideoloji iş metodları istiqaməti üzrə magistraturada (qiyabi) ali təhsil alıb. 2014-2015-ci illərdə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən tələbələrin akademik məsləhətçisi kursunu müvəffəqiyyətlə bitirib. 2016-cı ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasında siyasi elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün (“Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin informasiya təminatı (iki ölkənin 2005-2015-ci illər media materialları əsasında”) elmi iş üzərində çalışır. İxtisasca jurnalistdir.
Mübariz Bağırov
Mübariz Məmmədhüseyn oğlu Bağırov (d. 11 avqust 1961, Nursu, Şahbuz rayonu, NMSSR, Azərbaycan SSR, SSRİ) — İqtisadçı, iqtisad elmlər doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat fakültəsini dekan müavini və Azərbaycan İqtisadçılar İttifaqının Pul tədavülü və kredit deparmentinin direktoru. == Bioqrafiyası == Mübariz Bağırov 1961-ci ildə Şahbuz rayonunun Nursu kəndində anadan olmuşdur. 1968-ci və 1978-ci illərdə orta məktəbdə təhsil almışdır. 1978-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Uçot-iqtisad fakültəsinə daxil olmuşdur. 1985-ci ildə həmin institutu bitirmişdir. 1981-ci və 1982-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1986-cı və 1990-cı illərdə İqtisad Universitetinin aspiranturasında oxumuşdur. 1978-ci ildə Bakı şəhərində 2 №-li evtikmə kombinatında, 1993-cü ilə kimi fəhlə, mühəndis, böyük mühəndis, şöbə müdiri, direktor iqtisadi məsələləri üzrə müavini vəzifələrində və daha sonra Azərbaycan Sənayə-İnvestisiya Səhmdar-Konvensiya Bankının tikinti fialının müdiri olaraq işləmişdir. 1993-cü ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.
Mübariz Cəfərov
Mübariz Qulu oğlu Cəfərov (5 noyabr 1983; Goranboy, Azərbaycan — 19 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mübariz Cəfərov 5 noyabr 1983-cü ildə Goranboy rayonunda doğulub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Mübariz Cəfərov Ağdərə döyüşlərində savaşıb. 19 oktyabr 2020-ci il tarixində Ağdərə istiqamətində artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub. Goranboy rayonunda torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mübariz Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mübariz Cəfərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Mübariz Göyüşlü
Mübariz Göyüşlü (Mübariz Müstəqim oğlu Göyüşlü; 23 yanvar 1981, Daş Salahlı, Qazax rayonu) — Müasir İnkişaf İctimai Birliyinin idarə heyətinin sədri, yenimedia.org saytının və Türk Eli jurnalının baş redaktoru. AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, siyasi şərhçi. Türk-İslam ideoloji prinsipini müdafiə edir. 2001-ci ildən 2005-ci ilə kimi müxtəlif gənclər təşkilatlarinda çalışaraq həmin prinsipləri təbliğ edib. Bu ideoloji prinsipləri daha geniş təbliğ etmək üçün 2005-ci il 5 iyunda “Müasir İnkişaf” İctimai Birliyinin əsasını qoyub və daha geniş aiditoriyanı əhatə etməyə, həyata keçirilən tədbirlərin səmərəliliyini artırmağa çalışır. == Həyatı == Mübariz Göyüşlü 1981-ci il yanvarın 23-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. Bakı şəhəri, Xətai rayonundakı 269 saylı orta məktəbdə 1987-1997-ci illərdə orta təhsil; Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində 1998-2003-cü illərdə bakalavr (qiyabi), 2005-2008-ci illərdə mətbuat tarixi və ideoloji iş metodları istiqaməti üzrə magistraturada (qiyabi) ali təhsil alıb. 2014-2015-ci illərdə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən tələbələrin akademik məsləhətçisi kursunu müvəffəqiyyətlə bitirib. 2016-cı ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasında siyasi elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün (“Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin informasiya təminatı (iki ölkənin 2005-2015-ci illər media materialları əsasında”) elmi iş üzərində çalışır. İxtisasca jurnalistdir.
Mübariz Hacıyev
Mübariz Hacıyev (tam adı: Hacıyev Mübariz Məhəmməd oğlu; 11 mart 1952, Ucar – 20 yanvar 1990) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. == Həyatı == Mübariz Hacıyev 1952-cı ilin 11 mart tarixində Ucar rayonunda anadan olub. 5 nömrəli taksimotor parkında sürücü işləmişdir. 19-u yanvar gecəsi XI Qızıl Ordu meydanında sol ayağından, sol çiynindən və ağ ciyər nahiyəsindən yaralanmışdır. O, hadisə yerindən sürünə-sürünə respublika xəstəxanasının həyətinə qədər getmişdir. Pəncərədən xəstələr onu görmüş və gəlib aparmışlar. Xeyli qan itirən xəstəyə qan vurulmuş, lakin bunun da köməyi olmamışdır. Dörd oğlu yadigar qalıb. Şəhidlər xiyabanında dəfn edilib.
Mübariz Həmidov
Mübariz Şərafət oğlu Həmidov (d. 12 iyul 1956) — Sumqayıt Dövlət Dram Teatrnın direktoru (2018-2022), Azərbaycan Respublikasının Əməkdar Artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti. == Həyatı == Mübariz Şərafət oğlu Həmidov 12 iyul 1956-cı ildə Göyçay şəhərində anadan olub. M.Həmidov 1975-79-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsində ali təhsil alıb. 1979-2000-ci illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor, 2000-ci ildən 2006-cı ilin yanvar ayına kimi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi İncəsənət baş idarəsində (hazırda incəsənət şöbəsi) aparıcı mütəxəssis, baş mütəxəssis və baş məsləhətçi vəzifələrində çalışıb. Nazirlikdə işlədiyi müddətdə Respublika Prezidentinin müvafiq Fərman və Sərəncamları ilə keçirilən irimiqyaslı dövlət tədbirlərinin, yubileylərin, festivalların və müsabiqələrin, incəsənət bayramlarının təşkili və hazırlanmasında fəal iştirak etmiş, respublikamızın ayrı-ayrı dövlət teatrları ilə birgə müxtəlif ölkələrdə keçirilən Beynəlxalq nüfuzlu Teatr festivallarının iştirakçısı olub. H.Əliyev adına Sarayda keçirilən çoxsaylı dövlət tədbirlərinin – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 10 illiyi, Dünya Azərbaycanlılarının I qurultayı, Görkəmli el sənətkarı Aşıq Ələsgərin anadan olmasının 175 illiyi, nakam şairimiz Mikayıl Müşviqin 90 illiyi, Xalq şairi Rəsul Rzanın 90 illiyi, Dövlət Rəqs Ansamblının yaradılmasının 30 illiyi, Xalq Artisti Şövkət Ələkbərovanın 80 illiyi, SSRİ Xalq Artisti Fikrət Əmirovun 80 illiyi, Hüseyn Cavidin 120 illik yubileyi, Aşıq Şəmşirin 110 illiyi, İlyas Əfəndiyevin 90 illik yubileyi, Üzeyir Hacıbəyovun 120 illik yubileyi, SSSRİ Xalq Artisti Rəşid Behbudovun 90 illiyi, Ümummilli liderimiz Heydər Əliyevin vəfatının qırx günlüyünə həsr olunmuş anma mərasiminin, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında mərhum akademik Zərifə xanım Əliyevanın anadan olmasının 80 illiyi, ümummilli lider, mərhum Prezdentimiz Heydər Əliyevin anadan olmasının 80 illiyi, habelə 2003-cü ilin oktyabrında Prezident seçkiləri ərəfəsində respublika stadionunda gənclərin III Forumuna həsr olunmuş Ümumrespublika tədbirinin, həmin il oktyab ayının 31-də Heydər Əliyev adına Sarayda Respublika Prezidentinin andiçmə mərasiminin, Azadlıq meydanında keçirilmiş təntənəli konsert proqramının və digər irimiqyaslı tədbirlərin ssenari müəllifi, redaktoru və təşkilatçılırından biridir. 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunmuşdur. 2006-cı il yanvar ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru vəzifəsinə təyin edilmişdir. M.Həmidov 2010-cu ildə Media Print MMC və AKBA Yayıncılık LTD tərəfindən İlin teatr xadimi nominasiyası ilə "İlin markası mükafatı", 2011-ci il may ayının 18-də Azərbaycan KİV İşçiləri Həmkarlar İttifaqı tərəfindən "Azərbaycan bayrağı" diplomu, Alman - Azərbaycan Cəmiyyəti tərəfindən "Alman – Azərbaycan dostluq ənənələrinin inkişafına görə" "Körpü" diplomu, 2012-ci ildə "Kitab evi" İctimai Birliyi tərəfindən "Kitab evi" İctimai Birliyinin teatr sənətinə xidmətinə və ictimai təşkilatçılığına görə "Vətən naminə" və "Məhsəti" Şairlər Məclisi İctimai Birliyinin – Azərbaycan teatr sənətinin yüksək səviyyədə xidmətlərinə görə "Ana Yurd" fəxri diplomu , 2012-ci ilin aprel ayında Almaniyada N.Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutu, İnstitutun direktoru, pedaqoji elmlər doktoru, AMEA-nın arxeologiya İnstitutunun doktorantı Nuridə Atəşi tərəfindən Ölkəmizin mədəniyyətinin, ədəbiyyatının, dilinin genişmiqyaslı təbliğinə və Azərbaycan həqiqətlərinin dünyaya çatdırımasında layiqli xidmətlərinə görə fəxri fərman, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatındakı siyasi və təşkilati işlərdəki fəaliyyətinə görə fəxri fərman, 2013-cü ilin may ayında İrəli İctimai Birliyinin Mədəniyyət və İncəsənət Mərkəzi tərəfindən keçirilən "Teatr günləri" layihəsində göstərdiyi dəstəyə görə təşəkkürnamə, iyun ayında Azərbaycan Universiteti tərəfindən fəxri fərmanla, 2013-cü ilin oktyabr ayında Rusiya Federasiyasının Teatr Xadimləri İttifaqının K.S.Stanislavski adına mükafatı və Azərbaycan Respublikası Qadınlar Cəmiyyətini tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur.
Mübariz Mədətov
Mübariz Mədətov (d. 8 noyabr 1952, Bakı – ö. 23 noyabr 2018, Bakı) — Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin kollektivinin üzvü, uzaq səfərlər kapitanı, Azərbaycanın əməkdar mühəndisi. == Həyatı == Mübariz Mədətov 1952-ci il noyabrın 8-də Bakı şəhərində doğulub. 25 mömrəli məktəbin səkkizinci sinfini bitirdikdən sonra o, 1968-ci ildə Bakı Dəniz Yolları Məktəbinə daxil olub. 1972-ci ildə həmin məktəbdə texnik gəmi sürücüsü, 1973-1989-cu illərdə Odessa Ali Dəniz Mühəndisləri Məktəbində mühəndis gəmi sürücüsü ixtisaslarına yiyələnib. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 1972-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasının gəmilərində matros kimi başlayıb, sonralar 1973-1986-cı illərdə müxtəlif gəmilərdə kapitanın üçüncü, ikinci, böyük köməkçisi və kapitan işləyib. Mahir gəmi sürücüsü olan Mübariz Mədətov uzaq səfərlər kapitanı kimi dünyanın onlarla ölkəsinin limanlarına səfərlər edib. 1995-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin Kadrlar xidmətinin rəisi vəzifəsinə irəli çəkilib. İki bu vəzifədə çalışıb, 1997-ci ildə Gəmiçiliyin Sosial məsələlər və təsərrrüfat xidmətinin rəisi təyin edilib.
Mübariz Mənsimov
Mübariz Qurban oğlu Mənsimov (22 mart 1968, Bakı) — Azərbaycan əsilli iş adamı, Palmali Şirkətlər Qrupunun sahibi, Xəzər-Lənkəran futbol klubunun fəxri prezidenti. == Həyatı == 6 qız və 3 oğlandan ibarət 9 uşaqlı bir ailənin üzvü olan, 1968-ci il martın 22-də Bakı şəhərində anadan olmuş Mübariz Mənsimovun valideynləri əslən Masallı rayonunun Miyankü kəndindəndir. O, atasının istəyi ilə Bakıda hərbi məktəbə daxil olub. Burada təhsilini başa vurduqdan sonra ali təhsilə də yiyələnib. Sonra sovet ordusunda hərbi xidmətdə olub. Əsgərlik həyatından sonra 1,6 il gəmilərdə aşpazlıq edib. Daha sonra 3 yoldaşı ilə birlikdə 150 tonluq balıqçı gəmisi kirayəyə götürüb. Rusiyadan gəmi alıb və İstanbula gətirib. Beləliklə də bu sahədə ilk addımlarını atıb. Hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən və illik dövriyyəsi 3 milyard dollar olan "Palmali" Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib.
Mübariz Namazov
Mübariz Bəndi oğlu Namazov(2.12.1952) — Azərbaycan riyaziyyatçısı. 1996-cı ildə ilk riyaziyyatdan çalışma kitabını yazan Mübariz Namazovun 60-dan çox vəsaitin müəllifidir.Hal-hazırda Bakı şəhəri Texniki Humanitar liseyində dərs deyir.
Mübariz Nağıyev
Nağıyev Mübariz Qüdrət oğlu (28 noyabr 1970, Bakı) — Azərbaycan kinorejissoru. == Həyatı == Mübariz Nağıyev 28 noyabr 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Teatr və Kino fakültəsini, 1993-cü ildə Pakistan İslam Respublikası Karaçi Universitetinin Biznesi İdarəetmə İnstitutunu bitirmişdir. Azərbaycan Kinematoqrafçılar İttifaqının, MDB və Baltikyanı ölkələr Kinematoqrafçılar İttifaqları Konfederasiyasının, Azərbaycan Professional Kinorejissorlar Gidiyası|Azərbaycan Professional Kinorejissorlar Gildiyası|Azərbaycan Professional Kinorejissorlar Gidiyasının üzvüdür. 2022-ci ildən Azad Azərbaycan TV kanalında "Yadındamı" layihəsinin rejissoru və aparıcısıdır. == Filmoqrafiya == == Təltifləri == Azərbaycan Respublikasının "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı — 2022Azərbaycan Respublikasının "Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı — 2023 == İstinadlar == == Həmçinin bax == "Köhnə radio" sənədli filminin təqdimatı olub [[1]] Qocaman xalçaçı haqqında sənədli filmin təqdimatı [[2]] AMK-da "Həqiqət sorağında" sənədli filminin nümayişi olub [[3]] "YARAT"da növbəti film — "Dünən qəfildən gəldi…" [[4]] "MƏDƏNİYYƏT" qəzeti [[5]] Poliqon İnformasiya Agentliyi. Əzazil ana, həyatları alınmayan cütlük, təsadüfü ayrılıq [[6]] "Həqiqət sorağında" sənədli filmi nümayiş olunacaq [[7]] Qocaman xalçaçı haqqında sənədli filmin təqdimatı [[8]] "Həyatın ilmələri" sənədli filminin təqdimatı keçirilib [[9]] "Həyatın ilmələri" sənədli filminin təqdimatı keçiriləcək [[10]] "Həyatın ilmələri" sənədli filmi istehsalata buraxılıb [[11]] "Həyatın ilmələri" sənədli filminin təqdimatı olub [[12]] "Həyatın ilmələri" sənədli filmi istehsalata buraxılıb [[13]] Nazirlik xalça sənəti haqqında film çəkir [[14]] "Həyatın ilmələri" filmi təqdim edildi [[15]] "Bir rəssamın portreti" — Mirnadir Zeynalovun xatirəsinə həsr olunan filminin təqdimatı [[16]] "Bir rəssamın portreti" [[17]] "Bir rəssamın portreti" sənədli filminin premyerası keçiriləcək [[18]] "Портрет художника" – фильм, снятый за несколько месяцев до кончины Мир Надира Зейналова [[19]] Yarat.
Mübariz Orucov
Mübariz Orucov (tam adı Orucov Mübariz Mənsur oğlu; d. 27 aprel 1974, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı sabiq futbolçu. müdafiəçi mövqeyində çıxış etmişdir. == Həyatı == Mübariz Orucov 27 aprel 1974-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1991-1995-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almışdır. == Karyerası == Mübariz Orucov dövrünün ən istedadlı müdafiəçilərindən biri olmuşdur. === Klub karyerası === O, peşəkar futbola 1991-ci ildə Sumqayıt "Xəzər"ində başlamışdır. 1997-ci ildə Masallının "Viləş" klubuna keçib; bu komanda ilə Azərbaycan çempionatında bürünc medallara sahib çıxan Mübariz, 1999-2001-ci illər ərzində "Şəmkir"lə ardıcıl iki dəfə Azərbaycan çempionu olub. 2001-2006-cı illər ərzində "Qarabağ"ın şərəfini qorumuş və Ağdam təmsilçisi ilə Azərbaycan kubokunu qazanmaqla yanaşı, ölkə çempionatının bürünc medalını da qazanıb. Onun futbolçu kimi sonuncu komandası isə Premyer Liqanın 2006/2008 mövsümündə oynadığı "Karvan" olub.
Mübariz Paşayev
Paşayev Mübariz Əlixan oğlu (Mübariz Əlixanoğlu) - Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti. == Həyatı == Mübariz Əlixanoğlu 1972-ci ildən 2006-cı ilə kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışmışdır. Xüsusi səs tembrinə malik idi. 20-ə qədər filmdə və "Mozalan" süjetlərində əsasən epizodik rollarda çəkilmişdir. 2007-ci ildə vəfat etmişdir. 2006-cı ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycanın əməkdar artist fəxri adına layiq görülüb.
Mübariz Quliyev
Mübariz Quliyev — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mübariz Ramiz oğlu Quliyev 1975-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. 1982-ci ildə Ağdam rayonu Yusifcanlı kənd orta məktəbinin birinci sinfinə getmiş, 1992-ci ildə isə buranı bitirmişdir. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidməti öz doğulduğu Ağdam rayonunda etmişdir. 28 yanvarda Ağdam rayonunun Qaraqaşlı kəndi uğrunda gedən döyüşdə 4 nəfər əsgərlə bir yerdə düşmənə qarşı mübarizədə itkin düşüb.
Mübariz Qurbanlı
Mübariz Qəhrəman oğlu Qurbanlı (7 yanvar 1954, Mahmudlu, Şamxor rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV çağırış deputatı; Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (21 iyul 2014-cü ildən). == Həyatı == Mübariz Qurbanlı 7 yanvar 1954-cü ildə Şəmkir rayonunun Koltəhnəli kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1978–1982-ci illərdə Şəmkir rayon Koltəhnəli kənd orta məktəbində müəllim işləyib. 1982–1985-ci illərdə Bakı Dövlət Universitetinin aspiranturasında əyani təhsil alıb. Aspiranturada təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri, prorektor vəzifələrində çalışıb. 1995–2010-cu illərdə birinci, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Hesablayıcı Komissiyanın sədri olub. 1996–2014-cü illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü və komitə sədrinin müavini kimi fəaliyyət göstərib. Mübariz Qurbanlı 1 oktyabr 1993-cü ildə Azərbaycan Demokratik İstiqlal Partiyasına üzv olmuş və partiyanın həmsədri olmuşdur.
Mübariz Qurbanov
Mübariz Qəhrəman oğlu Qurbanlı (7 yanvar 1954, Mahmudlu, Şamxor rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV çağırış deputatı; Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (21 iyul 2014-cü ildən). == Həyatı == Mübariz Qurbanlı 7 yanvar 1954-cü ildə Şəmkir rayonunun Koltəhnəli kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1978–1982-ci illərdə Şəmkir rayon Koltəhnəli kənd orta məktəbində müəllim işləyib. 1982–1985-ci illərdə Bakı Dövlət Universitetinin aspiranturasında əyani təhsil alıb. Aspiranturada təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri, prorektor vəzifələrində çalışıb. 1995–2010-cu illərdə birinci, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Hesablayıcı Komissiyanın sədri olub. 1996–2014-cü illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü və komitə sədrinin müavini kimi fəaliyyət göstərib. Mübariz Qurbanlı 1 oktyabr 1993-cü ildə Azərbaycan Demokratik İstiqlal Partiyasına üzv olmuş və partiyanın həmsədri olmuşdur.
Mübariz Rzayev
Mübariz Balağa oğlu Rzayev (20 may 1968, Lənkəran) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, 3-cü Ordu Korpusunun sabiq komandanı, 2020-ci il Vətən müharibəsinin komandanlarından biri. == Həyatı == Mübariz Rzayev 1968-ci il mayın 20-də Lənkəran şəhərində anadan olub. == Hərbi xidməti == Polkovnik Mübariz Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2003-cü il tarixli 887 nömrəli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Polkovnik Mübariz Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2016-cı il tarixli 2176 nömrəli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.General-mayor Mübariz Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2020-ci il tarixli 2127 nömrəli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edildi.General-mayor Mübariz Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli 2348 nömrəli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun, Xocavənd rayonunun, Zəngilan rayonunun və Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Mübariz Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı ilə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı ilə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Zəngilanın azad olunmasına görə" medalı ilə, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən isə "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.2021-ci il martın 21-də 3-cü Ordu Korpusunun komandanı təyin olunub. Mübariz Rzayev 17 dekabr 2021-ci ildə vəzifəsindən azad olunub. Rzayev öz istəyi ilə ordu sıralarından ehtiyata buraxılıb.
Mübariz Tağıyev
Mübariz Hüseyn oğlu Tağıyev (31 yanvar 1948, İrəvan) - azərbaycanlı müğənni, Azərbaycan Respublikasının xalq artisti (2006). == Həyatı == Mübariz Tağıyev 31 yanvar 1948-ci ildə İrəvan şəhərində anadan olub. İrəvan şəhərində Axundov adına 9 saylı orta məktəbdə oxuyub. Peşəkar idmançı olaraq üzgüçülüklə məşğul olub. Ermənistan Dövlət Orkestrində solist kimi fəaliyyət göstərib. Sonralar Bakıda Rəşid Behbudovun rəhbərliyi ilə Mahnı Teatrında solist kimi çalışıb. 1985-ci ildən Azərbaycan Dövlət Teleradio Komitəsində Rafiq Babayevin rəhbərliyi ilə Estrada-simfonik orkestrinin solisti vəzifəsində işləyib. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına, 16 may 2006-cı ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına,14 sentyabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. == Ailəsi == Atası Hüseyn Tağıyev musiqiçidir, kamança ifaçısı olub. Anası Rübabə xanım Babayeva isə "Sovet Ermənistanı" qəzetində jurnalist vəzifəsində işləyib.
Mübariz Zeynalov
Mübariz Zeynalov (d. 18 mart 1945, Kirovabad, Azərbaycan SSR, SSRİ – ö. 8 avqust 2015, Bakı, Azərbaycan) — Azərbaycan futbolçusu. "Neftçi"nin əfsanəvi 1960-cı illər nəslinin nümayəndələrindən biri. Karyerası ərzində yarımmüdafiəçi mövqeyində çıxış etmişdir. == Həyatı == Mübariz Zeynalov 1945-ci il martın 18-də Kirovabad şəhərində anadan olmuşdur.Uşaq yaşlarından futbola böyük həvəsi olan Zeynalov bu idmanı o zamanlar doğma şəhərin daşlı, qəmbərli küçələrində öyrənib. 15-16 yaşlarında ikən qonşuluğunda yaşayan Ağa Abbasovun təklifi ilə onun oynadığı "Alüminium Zavodu" komandasında meydana çıxır. Bir müddət orada oynadıqdan sonra onu 17 yaşında ikən "Dinamo" (Kirovabad) komandasının hazırlıq qrupuna götürdülər və bir il də orada oynayır. 1964-cü ildə komandanın əsas heyətinə qəbul edilir. 1965-ci ildə "Dinamo" "Klas B"-də çempion olaraq "A qrupu"na vəsiqə qazanır və Mübariz Zeynalov da SSRİ İdman Ustası adını qazanır.1966-cı ildən "Neftçi"nin heyətində çıxış edir.
Mübariz Örən
Mübariz Hümbət oğlu Rəfiyev və ya Mübariz Örən (13 iyul 1967, Jdanov) — azərbaycanlı yazıçı, "Qızıl Kəlmə" mükafatçısı. == Həyatı == Mübariz Rəfiyev 1967-ci il iyulun 13-də Beyləqan rayonunda anadan olub. 1974–1982-ci illərdə Beyləqan rayonunda A. Puşkin adına Qəhrəmanlı kənd tam orta məktəbində, 1982–1984-cü illərdə Cəbrayıl rayonunda Horovlu kənd tam orta məktəbində təhsil alıb. 1986–1988-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. == Təhsili == Mübariz Rəfiyev 1984–1991-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti), 2013–2015-ci illərdə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində təhsil alıb. == Fəaliyyəti == 1991–2012-ci illərdə Rusiya Federasiyasının Tümen vilayətində "PAO Varyoqanneft"də neft mütəxəssisi kimi fəaliyyət göstərib. 2012-ci ildən biznes sahəsində fəaliyyət göstərir. 2014-cü ildən "Yazı" ədəbiyyat dərgisində baş redaktor müavini işləyir. 2019-cu ildə Moldovada keçirilən "Kvadrat" Beynəlxalq proza festivalında Azərbaycanı təmsil edib.2019-cu ildə "LiFFt-2019" Avrasiya ədəbi festivalında Azərbaycan təmsilçilərindən biri olub."Ulduz", "Literaturnaya Azerbaycan", "Yazı", "Azərbaycan" jurnallarında, "525-ci qəzet", "Ədəbiyyat qəzeti" və s. qəzetlərdə roman, hekayə və müsahibələri dərc olunub.
Mübariz İbrahimov
Mübariz Ağakərim oğlu İbrahimov (7 fevral 1988, Əliabad, Puşkin rayonu – 19 iyun 2010, Çaylı, Tərtər rayonu) — Azərbaycan hərbçisi, Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş gizir. O, 2010-cu ildə Azərbaycanın Milli Qəhrəmanı və Azərbaycanda "ilin adamı" adlarına layiq görülmüşdür. Uşaq yaşlarından idmanın boks növü ilə məşğul olmuş Mübariz İbrahimov 2005-ci ildə orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmışdır. Azərbaycan Daxili İşlər Nazirliyinə bağlı xüsusi təyinatlı qüvvələrdə xidmət etmiş İbrahimov iki il sonra hərbi xidmətini bitirmiş, 2009-cu ildə isə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında könüllü xidmətə başlamışdır. Mübariz İbrahimov 18 iyundan 19 iyuna keçən gecə məktub yazaraq, xidmət etdiyi bölmədə heç kimə xəbər vermədən Dağlıq Qarabağ təmas xəttinə doğru irəliləməyə başlamışdır. O, Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan Silahlı Qüvvələrinin zastavasına basqın etmişdir və burada beş saat döyüşərək səhər saatlarında şəhid olmuşdur. Baş tutan döyüş zamanı İbrahimov, müxtəlif mənbələrə görə, ən azı 4, ən çoxu isə 140 nəfər erməni əsgərini öldürmüşdür. Döyüşdən sonra Mübariz İbrahimovun nəşi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındakı ərazilərdə qalmışdır, lakin Ermənistan tərəfi bunu uzun müddət təkzib etmişdir. Aylarla davam edən danışıqlardan sonra oktyabrda Rusiyanın vasitəçiliyi ilə Həştərxan şəhərində imzalanan bəyannaməyə əsasən Mübariz İbrahimovun nəşi 6 noyabrda Azərbaycan tərəfinə təhvil verilmişdir. O, İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.
Mübariz İmanzadə
Mübariz Şakir oğlu İmanzadə — Azərbaycanlı peşəkar diplomat və tərcüməçi. == Həyatı == Mübariz İmanzadə 21 avqust 1943-cü ildə Şəki şəhərində anadan olmuşur. Atası Şakir İmanzadə orta məktəb müəllimi kimi fəaliyyət göstərmişdir. Anası Səidə İmanzadə görkəmli pedaqoq və tarixçi olmuş, Azərbaycanda qadın azadlığı hərakatında çox önəmli rol oynamışdır. Bacısı Taleə İmanzadə isə BDU və Bakı Slavyan Universitetində müəllim qismində çalışmışdır.[mənbə göstərin] == Təhsili və Sovet dövründəki fəaliyyəti == Mübariz 1950–60-ci illərdə Bakı şəhəri 6 nömrəli orta məktəbdə oxumuşdur. Orta məktəbi bitirib, BDU-nun şərqşünasluq fakültəsinin hərbi tərcüməci kursuna qəbul edildi. Yaxşı oxuduğuna görə 3-cü kursdan onu xaricə, bilavasitə hərbi tərcüməçi qismində ezam etdilər. Moskvadan Bakıya gələn xüsusi komissiya 50 nəfərin içindən 3 nəfəri, o cümlədən, Mübarizi seçmişdi. Onları Moskvaya aparıb Xarici Dillər üzrə Hərbi İnstitutda 6 ay hərbi tərcüməçilərin xüsusi kursunda oxutdurduqdan sonra onu Suriyaya hərbi tərcüməçi göndərdilər. O vaxt Suriya ordusunda Sovetlərin hərbi müşavirləri fəaliyyət göstərirdi.
Muarem Muarem
Muarem Muarem (22 oktyabr 1988, Skopye) — makedoniyalı futbolçu. "Qarabağ" futbol klubunun oyunçusudur. == Milliyəti == Muarem Makedoniyada doğulsa da, əslən türkdür. == Karyerası == Muarem Muarem 3 dəfə 17 yaşlılar, 3 dəfə 19 yaşlılar, 3 dəfə isə 21 yaşlılardan ibarət milli komandanın heyətində çıxış edib. 21 yaşadək futbolçulardan ibarət komandanın heyətində 4 dəfə fərqlənib. O, əas milli komandada 7 oyun keçirib və qol vurmayıb.