MƏQAMÜL-İBRAHİM

Kəbə inşa edilən zaman İbrahim peyğəmbərin durduğu yerdir. Günümüzdə Məscidül- Haramda həmən yerdə kiçik bir günbəzli tikili ucaldılmışdır. Rəvayətlərə görə Allah İbrahim peyğəmbərə Kəbə evini tikməyi buyurmuş, o da həmən işi icra etməyə başlamışdır. İsmail onun üçün daş gətirmiş, o isə tikintini aparmışdır. Bir daşı da o ayaqları altına qoymuş, onun üzərinə çıxmışdır. Onun üzərində də İbrahim peyğəmbərin ayaq izi qalmışdır. Məqamül İbrahim Quranın 3: 97 ayəsində anılır.
MƏKRUH
MƏLAMƏTİLƏR
OBASTAN VİKİ
İbrahim
İbrahim (əslində Abram) Yəhudilik, Xristianlıq və İslamda (Hz. İbrahim (ə)) kimi İbrahimi dinlərin ortaq əcdadıdır. Yəhudilikdə yəhudilərlə Allah arasındakı xüsusi əlaqənin qurucusu, Xristianlıqda bütün möminlərin mənəvi əcdadı İslamda Hz. Adəmlə (ə) başlayıb Hz. Məhəmmədlə (s.a.v.) bitən peyğəmbərlər silsiləsinin halqasıdır. Yaradılış Kitabında təsvir olunan həyatı gələcək nəsillər və torpaq mövzuları ətrafında cəmlənir. İbrahim, atası Terahın evini tərk edib özü və nəslinə vəd edilen Kənan torpağında məskunlaşmağa çağırılır. Bu vəd daha sonra İbrahimin arvadı Saredən oğlu İshaqa miras qaldı, İshaqın ögey qardaşı İsmailə isə böyük bir xalq quracağı vəd edildi. İbrahim Sara üçün Əl Xəlilde Atababalar mağarasını -dəfn yeri- alır və bununla da torpaqda öz hüququnu müəyyən edir. Varisi İshaq öz qohumlarından olan bir qadınla evlənir və bununla da Kənanlıları varislikdən məhrum edir.
Davud İbrahim
Davud İbrahim — Hindistanın ən güclü cinayətkar qruplaşmasının rəhbəri, qlobal terrorçu; dünyanın ən güclü mafiya liderlərindən biri. Onun əsl adı Şeyx Davud İbrahim Kaskardır. 1955-ci ildə anadan olmuşdur. D.İbrahimin mütəşəkkil qruplaşması "D-Company" adı ilə tanınır, hazırda o, İnterpolun mütəşəkkil cinayətkarlığa və terrorçuluğa görə axtarışa verdiyi ən təhlükəli şəxslərdən biridir. D.İbrahim dünyanın ən varlı terrorçusudur, onun kapitalının həcmi 6-7 milyard dollar, bəzi məlumatlara görə isə hətta 20 milyard dollardır. D.İbrahim Bombey şəhərində 1993-cü ildə törədilən partlayışların, habelə 2003-cü ildə Hindistan parlamentinə edilən terror hücumunun və digər terror aksiyalarının təşkilində günahkar bilinir. ABŞ Konqresi D.İbrahimi "əl-Qaidə" ilə bağlı olan ən təhlükəli terrorçular sırasına daxil edib. Birləşmiş Ştatlar 2003-cü ildə onu "qlobal terrorçu" elan edərək BMT Təhlükəsizlik Şurasında xüsusi qətnamənin çıxarılmasına nail olub. Buş administrasiyası isə D.İbrahimə və bəzi tərəfdaşlarına qarşı sanksiyalar tətbiq edib. D.İbrahim bütün dünya üzrə qeyri-leqal pul ötürmələrinin həyata keçirildiyi, "həvalə" kimi tanınan sistemin böyük hissəsinə nəzarət edir.
Enes İbrahim
Enes İbrahim — Makedoniya Respublikası Parlamentinin millət vəkili, türk siyasi xadimi. Enes İbrahim 1984-cü ilin 8 avqust tarixində Makedoniyanın paytaxtı Skopye şəhərində türk ailəsində anadan olmuşdur. İlk təhsilini Təfəyyüz məktəbində aldıqdan sonra Yəhya Kamal Kollecində təhsil almışdır. Ali təhsil almaq üçün Skopye şəhərində yerləşən Skopye Kiril və Metodiy Universitetinin filologiya faklütəsinə daxil olmuşdur. Tələbə olduğu müddətdə sosial aktivliyi ilə seçilən Enes İbrahim Makedoniyada yaşayan türk icmasının problem və çətinliklərini ölkə gündəminə gətirməyə çalışırdı. 2008-ci ildə ölkənin ictimai çevrəsi ilə birlikdə Üfüq təşkilatını yaratmış, 2012-ci ildə həmin təşkilatın sədri seçilmişdir. Eyni zamanda təşkilatın rəsmi mətbu orqanı olan Üfüq jurnalının təşkilatda rəhbər olduğu müddət ərzində baş redaktoru kimi çalışmışdır. İctimai fəaliyyətində əsasən Makedoniya yaşayan etnik azlıqların problemlərini qabardan Enes İbrahim mövzu ilə bağlı istər ölkə daxilində, istərsə də ölkə xaricində onlarca tədbir, konfrans və platformalar təşkil etmişdir. 2012-ci ildə Türk Hərəkatı Partiyasına qoşulmuşdur və 2013-cü ildə partiyanın keçirdiyi daxili qurultayda baş katibi,2018-ci ildə səs çoxluğu ilə partiyanın sədri seçilmişdir. 2014-cü ildə Makedoniyada keçirilən erkən parlament seçkilərində iştirak edərək qalib gəlmişdir.
Haneen İbrahim
Haneen İbrahim (29 iyun 2000) — Sudanlı üzgüçü. Haneen İbrahim Sudanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Haneen İbrahim birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 36.25 saniyəlik nəticəsi ilə 84-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. O, bu nəticə ilə ölkəsinin rekordunu qırdı.
II İbrahim
II İbrahim və ya Şeyxşah – Şirvanşahlar dövlətinin 40-cı hökmdarı, Şirvanşah Fərrux Yasarın oğlu. Şah İsmayıldan qaçaraq Gilana gedən Şeyxşah h.908 (1502)-ci ildə Şirvana qayıdaraq mübarizəsiz Sultan Mahmudun tərk etdiyi Şirvanşahlar taxtına çıxdı. Şahgəldi ağa Şirvanşahı tərk etməyə məcbur oldu. Şirvan əhli Şeyxşahın ədalətli hökmranlığından razı idi. Bir qədərdən, ehtimal ki, üç ildən sonra h.911 (1505/6)-ci ildə Şah İsmayılın sarayında yaşayan Sultan Mahmud əmisini devirib yenidən Şirvanda hakimiyyəti ələ keçirmək fikrinə düşdü. O, tezliklə Şirvanşahlar taxtını özünə qaytarmaq üçün Şah İsmayılın qızılbaş qoşun dəstəsi ilə Şirvana gəldi. Sultan Mahmud Şeyxşahın öz qoşunları ilə sığındığı Gülüstan qalasını üç aydan çox mühasirədə saxladı. Şeyxşahın vəziyyəti olduqca ağır idi. Lakin təsadüf onu məğlubiyyətdən və ölümdən qurtardı. Sultan Mahmudun sevimli qulu məmlük Qara bəy ağası yuxuda ikən onun başını kəsərək, elə həmin gecə Şeyxşaha göndərdi.
I İbrahim
I İbrahim (Şirvanşah) — Şirvanşah (1382–1417). İbrahim (Osmanlı imperiyası) — Osmanlı sultanı (1640-1648).
Malik İbrahim
Malik İbrahim (tam adı: Mövlanə Malik İbrahim əs-Səmərqəndi; ö. 7 aprel 1419) və ya Sunam Qirsik və ya Kakek Bantal — Azərbaycan torpaqlarından olan qafqazlı din xadimi. O, Səmərqənddə dini təhsil aldıqdan sonra, İndoneziyaya gələrək burada İslam dinini yaymağa başlamışdır. Məhz onun İndoneziyaya gəlişi ilə İslam dini bu torpaqlarda formalaşmağa başlamışdır. Həmçinin, onun övladları da İslam dininin İndoneziyada yayılmasında yaxından iştirak etmiş və tanınmış din xadimi kimi fəaliyyət göstərmişdir. Malik İbrahimin nəsəbi haqqında məlumat tam olaraq bilinməsə də ümumi nəzərə əsasən onun Yavanın xaricindən gəldiyi qəbul edilmişdir. Malik İbrahim XIV əsrin birinci yarısında dünyaya gəlmişdir. O, "Babad Tanah Yavi" və digər mətnlərdə bir çox adlarla tanınır. J. J. Meinsmanın müəllifi olduğu əsərdə onun adı Məxdum İbrahim əs-Səmərqəndi (Şeyx İbrahim Əs-Səmərqəndiyə lokallaşdırılmış) olaraq keçir. Bu indiki Özbəkistanda yerləşən Səmərqənd şəhəri ilə əlaqələndirilir.
Məmməd İbrahim
Məmməd İbrahim (24 noyabr 1966, Yevlax) — azərbaycanlı ictimai-siyasi fəal; sabiq siyasi məhbus; Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri, AXCP Rəyasət heyətinin üzvü. Məmməd İbrahim 1966-cı il noyabrın 24-də Yevlax şəhərində anadan olub. O, 1983-cü ildə Yevlax şəhər Mirzə Ələkbər Sabir adına 2 saylı orta məktəbi bitirmişdir. Elə həmin il Bakı Maliyyə-Kredit texnikumuna daxil olub. 1985-1987-ci ildə Sovet Ordusu sıralarında Krosnayarsk diyarının Kansk şəhərində hərbi xidmətdə olmuşdur. 1988-ci ildə Maliyyə-İqtisad Kollecini bitirib. 1989-cu ildə Yevlax şəhər İctimai İaşə Birliyində təftişçi vəzifəsində çalışmışdır. Sovet İttifaqı dağıldıqdan sonra rəsmi iş yeri yoxdur. 1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin (indiki AXCP) üzvü olan Məmməd İbrahim, 2012-ci ildən AXCP sədrinin müşaviri, 2015-ci ildən isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvüdür. 2015-ci il sentyabrın 30-da Nərimanov rayon Polis İdarəsində barəsində Azərbaycanın Cinayət Məcəlləsinin 221-ci maddəsilə (xuliqanlıq) cinayət işi başlanıldı və şübhəli şəxs qismində saxlanıldı.
Sultan İbrahim
Sultan İbrahim (5 noyabr 1615, İstanbul – 18 avqust 1648, İstanbul) — 18-ci Osmanlı padşahı və 97-ci İslam xəlifəsidir. Sultan olduğunu bildirən paşalara: "Allahu təala sultan qardaşımızın ömrünü uzun etsin. Bizə sultanlıq lazım deyil. Sultan qardaşımızın ömrünə duaçıyıq" dedi. Ancaq anası və dövlət adamlarının təkidi ilə böyük qardaşı Sultan IV Muradın cəsədini gördükdən sonra taxt otağına keçdi. "Əlhəmdülillah. Ya Rəbbim! Mənim kimi zəif bir qulunu bu məqamə layiq gördün. Səltənət günlərimdə millətimi xoş hal et və bir-birimizdən məmnun et. Mən Sultan İbrahim xan!
İbrahim Nafa
İbrahim Nafa (ərəb. إبراهيم نافع‎; 12 yanvar 1934, Süveyş, Süveyş mühafəzəsi[d], Misir krallığı[d] – 1 yanvar 2018, Dubay, BƏƏ) — Misir jurnalisti, "Əl-Ahram" qəzetinin redaktoru (1979–2005) və Ərəb Jurnalistlərinin Ümumi Birliyinin idarə heyətinin sədri (1996–2012). İbrahim Nafa 12 yanvar 1934-cü il tarixində Misirin Suez şəhərində anadan olmuşdur. Nafa 1956-cı ildə Əyn Şams Universitetində bakalavr dərəcəsi almışdır. O daha sonra karyerasına "Reuters"in müxbiri olaraq başlamışdır. Nafa daha sonra "Misir Radiosu"nun redaktoru və dövlətə mənsub olan "Əl Qumriyə" qəzetinin iqtisadiyyat redaktoru olmuşdur. Nafa "Əl-Ahram" qəzetində iqtisadiyyat bölməsinin rəhbəri və baş redaktor müavini olaraq işləmişdir. Nafa 1979–2005-ci illərdə "Əl-Ahram" qəzetinin baş redaktoru idi. Nafa daha sonra qəzetin baş direktoru təyin edilmişdir. İsrailin "Haarets" qəzeti Nafanın Misirin iki prezidenti, Ənvər Sadat və Hüsnü Mübarəkin siyasətini "sədaqətlə ötürdüyü"nü və Misir Jurnalistlər Sindikatının prezidenti olaraq, Nafanın "Misirin təbliğat siyasətini formalaşdırdığı və mətbuatın özünü-senzuradan keçirməsinin sərhədlərini müəyyənləşdidiyi"ni yazmışdır.
İbrahim Nişvan
İbrahim Nişvan (12 iyun 1997) — Maldiv adalarını təmsil edən üzgüçü. İbrahim Nişvan Maldiv adalarını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. İbrahim Nişvan birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 26.72 saniyəlik nəticəsi ilə 71-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
İbrahim Nəbioğlu
İbrahim Nəbioğlu (tam adı: Yaqubov İbrahim Nəbi oğlu) — jurnalist, yazar, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, texniki elmlər namizədi, Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə təmsilçisi, Azərbaycanın İstanbuldakı Baş Konsulu (2003–2006), Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Təmsilçisi, Fövqəladə və səlahiyyətli elçi, Palmalinin vitse-prezidenti (2006-2015). İbrahim Nəbioğlu 1961-ci il oktyabrın 24-də Bakıda ziyalı ailəsində doğulub. 1968-ci ildə Bakıdakı 159 N-li məktəbin 1-ci sinfinə getmişdir. 1978-ci ildə 45 N-li orta məktəbdən məzun olmuş və elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olmuşdur. 1983-cü ildə bu institutun "Tətbiqi riyaziyyat" kafedrasını "mühəndis-riyaziyyatçı" ixtisası üzrə qırmızı diplomla bitirərək, təyinatla Yeni Bakı Neftayırma zavodunun Hesablama mərkəzində çalışmağa başlamışdır. 1986-cı ildə aspiranturanın əyani şöbəsinə qəbul olmuşdur. Elmi rəhbəri akademik Azad Mirzəcanzadənin rəhbərliyi altında Moskva və Ufa şəhərlərində bir-sıra elmi araşdırmalar aparmış, 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək, elmlər namizədi alimlik dərəcəsini almışdır. 40-a yaxın elmi məqalənin müəllifidir. 1990–1991-ci illərdə Türkiyənin "Milliyət", "Zaman" və b. qəzetlərində çap olunmağa başlamışdır.
İbrahim Nəsrullayev
İbrahim Nəsrullayev (tam adı: İbrahim İsmayıl oğlu Nəsrullayev, 18 yanvar 1999, Bakı) — Azərbaycanlı musiqiçi. İbrahim İsmayıl oğlu Nəsrullayev 1999-cu ilin yanvarın 18-i Bakıda anadan olub. Musiqiyə böyük həvəsi olan İbrahim 3 yaşından bəstəkar Oqtay Zülfüqarovun bəstələdiyi mahnıları ifa etməyə başlayıb. Bir qədər sonra Azərbaycan mahnıları ilə yanaşı rus, italyan, amerikan mahnılarını da oxumağa başlayıb. 2008-ci ildən 2013-cü ilin may ayınadək 3 saylı uşaq incəsənət məktəbinin şagirdi olub. Beş il əməkdar artist Ziya Bağırovun tələbəsi olub. Gənc istedadın repertuarında , əsasən, Tofiq Quliyevin bəstələdiyi mahnılar üstünlük təşkil edir. Estrada, vokal, pop musiqisi ilə məşğul olan İ. Nəsrullayev bir çox müsabiqələrin iştirakçısı, o cümlədən, 2010-cu ildə keçirilmiş “İstedadlar sorağında “ müsabiqəsinin qalibi olub. 2011-ci ildə Bakıdakı Alman-Azərbaycan Mədəniyyət Birliyi “ Kapellhaus “ zalında gənc müğənninin solo konserti təşkil olunub. İfaçının İsveçdəki müsabiqəyə qatılması xarici ölkədə ilk çıxışı deyil.
İbrahim Ordubadi
İbrahim Ordubadi (Ordubad – İsfahan) — XVII əsr Azərbaycan şairi. İbrahim Ordubadi Azərbaycan sadatlarından (seyidlərindən) və riyaziyyatçı Məhəmmədbağır Yəzdinin kürəkəni idi. O, Hindistana Şahcahanın sarayına getdi və onun vəziri əzəminin uşaqlarının təlim və tədris məsulu oldu. Sonra İsfahana getdi və orada vəfat etdi.
İbrahim Paşa
İbrahim paşa (ö. 1780) — Mesxetiyanın 15-ci paşasıdır. Çandarlı I İbrahim Paşa (ö. 25 avqust 1429) — II Murad dövründə sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. Parqalı İbrahim Paşa (d. 1493 - ö. 15 mart 1536) — Sultan Süleyman Qanuni dövründə sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. Bayburtlu Qara İbrahim Paşa (d. 1620/21 - ö. iyun 1687) — IV Mehmed dövründə sədrəzəm olmuş Osmanlı dövlət adamıdır.
İbrahim Peyğəmbər
İbrahim (əslində Abram) Yəhudilik, Xristianlıq və İslamda (Hz. İbrahim (ə)) kimi İbrahimi dinlərin ortaq əcdadıdır. Yəhudilikdə yəhudilərlə Allah arasındakı xüsusi əlaqənin qurucusu, Xristianlıqda bütün möminlərin mənəvi əcdadı İslamda Hz. Adəmlə (ə) başlayıb Hz. Məhəmmədlə (s.a.v.) bitən peyğəmbərlər silsiləsinin halqasıdır. Yaradılış Kitabında təsvir olunan həyatı gələcək nəsillər və torpaq mövzuları ətrafında cəmlənir. İbrahim, atası Terahın evini tərk edib özü və nəslinə vəd edilen Kənan torpağında məskunlaşmağa çağırılır. Bu vəd daha sonra İbrahimin arvadı Saredən oğlu İshaqa miras qaldı, İshaqın ögey qardaşı İsmailə isə böyük bir xalq quracağı vəd edildi. İbrahim Sara üçün Əl Xəlilde Atababalar mağarasını -dəfn yeri- alır və bununla da torpaqda öz hüququnu müəyyən edir. Varisi İshaq öz qohumlarından olan bir qadınla evlənir və bununla da Kənanlıları varislikdən məhrum edir.
İbrahim Peçevi
İbrahim Peçevi (türk. İbrahim Peçevi; 1574[…], Peç – 1649[…], Buda) — Macar əsilli osmanlı tarixçisi. Macar mənbələrində Vakanüvis adı ilə tanınır. Boşnak əsilli olan anası soylu ailəyə mənsub olmuşdur. Peçevi 14 yaşı olarkən atasını itirmiş və qohumları tərəfindən Anadolu Bəylərbəyi Lala Mehmed Paşanın himayəsinə verilmişdir. Osmanlı imperiyası və Avstriya-Macarıstan imperiyaları arasında baş verən bir çox müharibədə iştirak etmiş İbrahim Peçevi həmin müharibələrdə baş verən hadisələrin qələmə alınmasında mühüm xidmətlər göstərmişdir. 1641-ci ildə dövlət işlərindən kənarlaşaraq həyatını şahid olduğu dövrün tarixini yazmağa həsr etmişdir. Peçevi tərəfindən yazılan əsərlərdə, xüsusi ilə 1520–1640-cı illərin tarixi hadisələri araşdırılmışdır. Peçevi ondan əvvəlki dövrün tarixini yazarkən istifadə etdiyi mənbələri açıq şəkildə göstərmiş və bir növ həmin mənbələrində itməsinin qarşısını almışdır. İbrahim Peçevi eyni zamanda Avropalı tarixçilərin əsərlərinə istinad edən və öz əsərlərində qərb tarixçilərindən mənbə göstərən ilk tarixçi kimi tanınır.
İbrahim Qafarov
İbrahim Musa oğlu Qafarov (23 noyabr 1936, Hacı Elyaz, Zəngibasar rayonu – 26 sentyabr 2018) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Milli Məclisinin I çağırış üzvü. İbrahim Qafarov 23 noyabr 1936-cı ildə Ermənistanda İrəvan mahalının Zəngibasar rayonunun Hacı Elyaz kəndində anadan olmuşdur. 1953-cü ildə Sabirabad şəhərində orta məktəbi bitirmişdir. 1954–1959-cu illərdə Gəncə Kənd Təsərrüfatı İnstitutunun aqronomiya fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1959-cu ildə Sabirabad rayonunun H.Aslanov adına kolxozunda başlamışdır. 1963–1964-cü illərdə Gəncə şəhərində kolxoz və sovxozlara rəhbər kadrlar hazırlayan kursda təhsil almışdır. 1964-cü ildən Sabirabad rayon Partiya Komitəsində təlimatçı, 1965-ci ildən Sabirabad rayon taxıl məhsulları satış bazasında direktor, 1973-cü ildən Partiyanın XX qurultayı adına kolxoz idarə heyətinin sədri, 1981-ci ildən Sabirabad rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1985-ci ildən Sabirabad Kənd Təsərrüfatı Texnikumunun direktoru, 1990-cı ildən "Əkinçi" kooperativinin sədri vəzifələrində işləmişdir. 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində 83 nömrəli Sabirabad-Salyan dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan İbrahim Qafarov I çağırış Milli Məclisin deputatı seçilmişdir. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan İbrahim Qafarov Milli Məclisin Aqrar siyasət Daimi Komissiyasının sədr müavini, Azərbaycan—Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə üzvü olmuşdur. İbrahim Qafarov ailəli idi, yeddi övladı var.
İbrahim Qaradağlı
İbrahim Məcnun oğlu Qaradağlı (1907, Qaradağlı, Ərəş qəzası – 19 iyun 1978, Ağdaş rayonu) — Azərbaycan teatr aktyoru və mədəniyyət işçisi, Azərbaycan SSR əməkdar artisti (1943). İbrahim Qaradağlı 1907-ci ildə hazırkı Ağdaş rayonunun Qaradağlı kəndində anadan olmuşdur. Səhnə fəaliyyətinə 1924-cü ildə kəndlərindəki dram dərnəyində başlamış, 1926–1938-ci illərdə Ağdaş rayon klubunun dram dərnəyində çalışmış, sonralar bu klubun direktoru olmuşdur. İbrahim Qaradağlı 1940-cı ildə Ağdaşda Kolxoz və Sovxoz Teatrı açılan zaman bu kollektivə daxil olmuş, teatr 1949-cu ildə bağlanana kimi burada aktyorluq və rejisorluq etmiş, həmçinin 1941-ci ildən direktor işləmişdir. Sonralar rayon mədəniyyət evində müdir, xalq teatrında rejissor işləyib. Aktyor kimi çıxış etdiyi tamaşaların bir qisminə özü quruluş verib. İbrahim Qaradağlı 19 iyun 1978-ci ildə Ağdaşda vəfat etmişdir. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943 İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild.
İbrahim Qrızi
İbrahim Qrızi — Qrız-Xınalıq bölgəsindən çıxmış ilk görkəmli alim. Qrız-Xınalıq bölgəsindən çıxmış ilk görkəmli alimlərdən biri İbrahim Qrızidir. Filologiya elmləri doktoru Nazif Qəhrəmanlı "Quba abidələri" məqaləsində onun adını çəkəndən (Qobustan, 1984, № 1) bir müddət sonra axtarışları davam etdirib "İbrahim Qrızi haqqında nə bilirik?" məqaləsində (Azərbaycan, 1999, 17 avqust) və "Azərbaycan kitabının inkişaf yolu (Qədim dövrdən XIX əsrin sonuna qədər)" kitabında (Azərbaycan Ensiklopediyası NPB, 2000, s. 113-116) ilk məlumat vermişdir. Nazif Qəhrəmanlının "İbrahim Qrızi haqqında nə bilirik?" məqaləsində qeyd olunur ki, İbrahim Qrızi şeyx titulu daşımışdır. Qədim Şərqdə yalnız Nizami Gəncəvi kimi ustadlar şeyx titulunu daşımışlar, bu da İbrahim Qrızinin böyüklüyünə dəlalət edən bir amildir. Təəssüf ki, alimin əsərləri günümüzə qədər gəlib çatmamışdır. Qrız-Xınalıq bölgəsindən çıxmış ikinci böyük alim Həkim ibn İbrahim əl-Xınaluqi onun oğludur.
İbrahim Qurbanov
İbrahim Musa oğlu Qurbanov (22 mart 1925, Tərp – 29 oktyabr 1992, Bakı) — Sosialist Əməyi Qəhrəmanı. İbrahim Qurbanov 1925-ci ilin mart ayının 22-də Qərbi Azərbaycanın Dərələyəz mahalında dünyaya göz açıb. Əmək fəaliyyətinə hələ 15 yaşında olarkən kənd sovetinin katibi vəzifəsində başlayıb. Sonralar mühasib, məktəb direktoru kimi vəzifələrdə çalışıb. 1944-cü ildə o vaxtki Əzizbəyov Rayon Komsomol Komitəsinin ikinci katibi seçilib. 1947-ci ildə tutduğu KP Əzizbəyov Rayon Komitəsinin təlimatçısı vəzifəsini tutub.Respublika Partiya Məktəbində təhsilini başa vurduqdan sonra Azərbaycan KP Əli-Bayramlı Rayon Komitəsində kənd təsərrüfatı şöbəsinin müdiri təyin edildi. Daha sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu da bitirdi. Sonralar Əli Bayramlı rayonundakı Vladimirsk MTS partiya təşkilatının katibi, Əli Bayramlı Rayon Partiya Komitəsinin katibi vəzifəsinə təyin olunmuşdur. İ.Qurbanov 1957-ci ildən 1961-ci ilədək Bakı Ali Partiya Məktəbinin dinləyicisi olmuş, məktəbi bitirdikdən sonra Əli Bayramlı rayonundakı 6 nömrəli sovxozun istehsalat idarəsinin rəisi, Salyan rayonundakı SSRİ–nin 50 illiyi adına 1 nömrəli pambıqçılıq sovxozunun direktoru vəzifələrində çalışmış, S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsilini davam etdirmişdir. Respublika ictimaiyyəti arasında dərin nüfuz qazanmış İbrahim Qurbanov 1973-cü ildə Salyan Rayon XDS İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkilmiş, 1977-ci ildən Azərbaycan KP Neftçala Rayon Partiya Komitəsinin birinci katibi olmuş, 1980-ci ildə isə Azərbaycan KP Cəlilabad Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyin olunmuşdur.
İbrahim Qədimov
İbrahim Şulan oğlu Qədimov (5 avqust 1949, Naxçıvan) — Hüquqşünas. İbrahim Qədimov 1949-cu il avqustun 5-də Naxçıvan şəhərində anadan olmuşdur. Atası Şulan İbrahim oğlu Qədimov, anası Şükufə Bəhmən qızı Qədimova. (1908–1918-ci illərdə Naxçıvanda qəza rəisi olan İbrahim Bəy Qədimovun nəvəsidir). Orta məktəbi bitirdikdən sonra, 1965–1970-ci illərdə "Araz"-Naxçıvan futbol komandasının müdafiəçisi olmuşdur. 1970-ci ildə "Neftçi" futbol komandasının oyunçusu olub. 1967–1972-ci illərdə S. M. Kirov adına Azərbaycan Dövlət Bədən tərbiyyəsi institutunda təhsil alıb. 1972–1973-cü illərdə Sovet İttifaqı Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. 1975–1978 N. Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbini bitirib. 1980–1984 SSSR-i Daxil İşlər Nazirliyinin Milis Akademiyasında təhsil alıb.
İbrahim Qəznəvi
İbrahim Qəznəvi — Qəznəvilərin onuncu sultanı. Qəznəvilərin ən uzun hakimiyyətdə qalan hökmdarıdır. Hakimiyyətə gələn kimi Səlcuqilərlə sülh müqaviləsi imzalayan sultan qızını Alp Arslanın oğlu Arslanşah ilə evləndirdi. Məlikşahın qızını isə oğlu Məsudla evləndirdi. Sultan Hindistana hücumları intensivləşdirdi və Gurlularla müharibələrə davam etdi. Gurlu hakimi Məhəmməd vassal statusu aldı. Sultan hakimiyyəti boyu vergiləri azaltdı, ticarət və dinə önəm verdi. Həyatının son 22 ilində vəziri Əbdül Həmid ibn Əhməd Sirasin ona köməkçi oldu. Mədəniyyətə və şairlərə qucaq açan sultan Osman Muxtari, Əbül Fərəc Runi kimi şairləri sarayına gətirdi. Sultan İbrahim "Əl Düsturi Vüzəra" adlı bir kitab yazmışdı.
İbrahim Rükabzadə
İbrahim Rasif oğlu Rükabzadə (14 oktyabr 2000, Boradigah, Masallı rayonu – 21 oktyabr 2020, Xocavənd rayonu) — əsgər, İkinci Qarabağ müharibəsi şəhidi. İbrahim Rükabzadə 14 oktyabr 2000-ci ildə Masallı rayonu Boradigah qəsəbəsində anadan olmuşdur. 2006–2017-ci illərdə Nizami Gəncəvi adına Boradigah qəsəbə 1 saylı tam orta məktəbə təhsil almışdır. Orta məktəbdə təhsil alarkən, eyni zamanda qəsəbədə təşkil olunmuş Quran oxuma dərslərində də fəal iştirak edən İbrahim 2012-ci il sentyabr ayında Məşhəd ziyarətində olmuşdur. Atası Talıbov Rasif Rükab oğlu 6 may 1974-cü ildə Boradigah qəsəbəsində anadan olub. Anası Talıbova Sevil Əli qızı 8 sentyabr 1977-ci ildə Lənkaran rayonunun Qumbaşı kəndində anadan olub. Qardaşı Rükabzadə Nihad Rasif oğlu 7 sentyabr 2003-cü ildə Boradigah qəsəbəsində anadan olub. İbrahim Rükabzadə 2019-cu il aprel ayının 8-də hərbi çağırış ilə xidmətə yollandı. Əsgərliyini Goranboy rayonu Aşağı Ağcakəndinin "N" saylı hərbi hissəsində dəvam etdirdi. 2019-cu il iyun ayının 2-sində Xüsusi Təyinatlı Qüvvələrə qatılmışdır.
İbrahim Rüstəmli
İbrahim Mirzağa oğlu Rüstəmli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. Rüstəmli İbrahim Mirzağa oğlu 18 iyul 1993-cü ildə Zərdab rayonunun Şahhüseynli kəndində anadan olub. 2011-ci ildə orta məktəbi bitirib və hərbi xidmətə gedib. Ailəli idi, bir övladı var. Aprel döyüşlərinə könüllü yazılıb. 2020-ci ilin sentyabr ayının 21-də könüllü olaraq cəbhəyə yollanıb. İlk vaxtlar topçu kimi xidmət edib. Oktyabrın ortalarında yüngül qəlpə yarası alıb. Bir müddət müalicə alıb, sağaldıqdan sonra yenidən cəbhəyə yollanıb. Xocavənd rayonunun bir neçə kəndinin alınmasında fəal iştirak edib.