İbrahim Rasif oğlu Rükabzadə (14 oktyabr 2000, Boradigah, Masallı rayonu – 21 oktyabr 2020, Xocavənd rayonu) — əsgər, İkinci Qarabağ müharibəsi şəhidi.
İbrahim Rükabzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 oktyabr 2000(2000-10-14) |
Doğum yeri | |
Vəfat tarixi | 21 oktyabr 2020(2020-10-21) (20 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan Respublikası |
Döyüşlər | |
Təltifləri | 2021 |
İbrahim Rükabzadə 14 oktyabr 2000-ci ildə Masallı rayonu Boradigah qəsəbəsində anadan olmuşdur. 2006–2017-ci illərdə Nizami Gəncəvi adına Boradigah qəsəbə 1 saylı tam orta məktəbə təhsil almışdır. Orta məktəbdə təhsil alarkən, eyni zamanda qəsəbədə təşkil olunmuş Quran oxuma dərslərində də fəal iştirak edən İbrahim 2012-ci il sentyabr ayında Məşhəd ziyarətində olmuşdur.
Atası Talıbov Rasif Rükab oğlu 6 may 1974-cü ildə Boradigah qəsəbəsində anadan olub. Anası Talıbova Sevil Əli qızı 8 sentyabr 1977-ci ildə Lənkaran rayonunun Qumbaşı kəndində anadan olub. Qardaşı Rükabzadə Nihad Rasif oğlu 7 sentyabr 2003-cü ildə Boradigah qəsəbəsində anadan olub.
İbrahim Rükabzadə 2019-cu il aprel ayının 8-də hərbi çağırış ilə xidmətə yollandı. Əsgərliyini Goranboy rayonu Aşağı Ağcakəndinin "N" saylı hərbi hissəsində dəvam etdirdi. 2019-cu il iyun ayının 2-sində Xüsusi Təyinatlı Qüvvələrə qatılmışdır.
İbrahim Rükabzadə 27 sentyabr başlayan torpağların azad eldilməsi uğrunda müharibədə iştirak etmişdir. O Cəbrayıl şəhərinin alınmasında iştirak edib. Zəngilan, Qubadlı və Xocavəndin alınmasındada iştirak etmişdir.
İbrahim Rükabzadə 21 oktyabr Xocavənd rayonunda şəhid olur. Oktyabr ayının 23-ü şəhid Masallı rayonu Boradigah qəsəbəsində dəfn edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrinin əsgəri İbrahim Rasif oğlu Rükabzadə "Vətən uğrunda" medalı ilə təltif olunub.[1]
Azərbaycan Respublikasinin Prezidentinin Sərəncami ilə "Azərbaycan Bayrağı" ordeni[2], "Şücaətə görə" medalı, "Cəsur döyüşçü" medalı[3], "Vətən uğrunda" medalı[4], "Füzulinin azad olunmasına görə" medalı[2], "Xocavəndin azad olunmasına görə" medalı[5] və "Kəlbəcərin azad olunmasına görə" medalı[6] ilə təltif olunmuşdur.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |