MA

MA’

ə. su. Mai-inəb bax maülinəb; mai-məin axar su; mai-şəir «arpa suyu» 1) pivə; 2) şirə; mai-təhur 1) çox pak su; 2) cənnətdə içilən pak şərab; mai-zülal saf su, duru su.

M
MABEYN
OBASTAN VİKİ
.ma
.ma — Mərakeşin internet kodu.
Cek Ma
Cek Ma və ya Ma Yun (çin. 马云; 10 sentyabr 1964, Hançjou[d]) — "Alibaba Group"un yaradıcısı; dünyanın ən varlı şəxslərindən biri. == Həyatı == Əsl adı Yun Ma olsa da, hazırda bütün dünya onu Cek Ma kimi tanıyır. Cek Ma 10 sentyabr 1964-cü ildə Çinin ən böyük şəhərlərindən olan Xançjouda anadan olub. Dəqiq fənlər üzrə təmayüllü məktəbdə təhsil alıb. İngilis dilini öyrənməyə üstünlük verən Ma hətta dil qabiliyyətini genişləndirmək üçün Çinə gəzməyə gələn turistlərə bələdçilik də edib. Tərcümeyi-halında qeyd edilənlərə görə, gələcəyin iş adamı 8 yaşında velisopedinə minib otel-otel gəzir və turistlərə öz xidmətlərini təklif edirmiş: "Məhz həmin vaxt xaricilərin məktəbdə bizə təqdim etdiklərindən çox fərqli olduqlarının şahidi oldum". == Şəhərin ən pis ali məktəbində == Ma iki dəfə kollecə qəbul olmaq istəsə də, cəhdləri uğursuz alınır. Sonda Xançjou Müəllimlər İnstitutuna daxil olmağı bacarır. Sözügedən ali məktəb isə özünün dedyiyinə görə, o zaman şəhərdə ən zəif təhsil müəssisəsi sayılırmış.
Ma Huanhuan
Ma Huanhuan (13 yanvar 1990) — Çini təmsil edən su poloçusu. == Karyerası == Ma Huanhuan, Çin yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə İtaliya yığmasını 10:8 hesabı ilə məğlub edən Çin yığması, XXIX Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurdu. Daha sonra Ma Huanhuan, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu. Ma Huanhuan, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
Ma Lin
Ma Lin (19 fevral 1980) — Çini təmsil edən stolüstü tennisçi. == Karyerası == Ma Lin Çini 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, cüt turnirdə isə qızıl medalın sahibi olub. Daha sonra Ma Lin Çini 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə və Komanda turnirində qızıl medalların sahibi olub.
Ma Lon
Ma Lon (20 oktyabr 1988) — Çini təmsil edən stolüstü tennisçi. == Karyerası == Ma Lon Çini 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində qızıl medalın sahibi olub. Daha sonra Ma Lon Çini 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə qızıl medalın sahibi olub.
Ma Venqe
Ma Venqe (27 mart 1968) — Çini təmsil edən stolüstü tennisçi. == Karyerası == Ma Venqe Çini 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə bürünc medalın, cüt turnirdə isə 5-ci pillənin sahibi olub.
Ma Yansonq
Ma Yansun (çin. 马岩松; 1975, Pekin) – çinli memar və MAD Memarları birliyinin qurucusu. == İşləri == Ma Yansunun ən tanınmış işləri "Absolute World" binaları və "Üzən ada"dır. "Üzən ada" Nyu-York Dünya Ticarət Mərkəzinin yenidən tikilməsi üçün hazırladığı dizayndır və hazırda dizayn Çin Milli Qaleriyasında saxlanılır. Onun ilk böyük uğuru Massauqa şəhərində yerləşən və iki binadan ibarət "Absolute World" olub. Bu bina Kanadanın ən hündür 6-cı binası olub 2011-ci ildə tikilmişdir. Bu bir çinli memarın xarici ölkədə ilk böyük uğuru idi və Ma 125.000$ qazandı.
Ma Yansun
Ma Yansun (çin. 马岩松; 1975, Pekin) – çinli memar və MAD Memarları birliyinin qurucusu. == İşləri == Ma Yansunun ən tanınmış işləri "Absolute World" binaları və "Üzən ada"dır. "Üzən ada" Nyu-York Dünya Ticarət Mərkəzinin yenidən tikilməsi üçün hazırladığı dizayndır və hazırda dizayn Çin Milli Qaleriyasında saxlanılır. Onun ilk böyük uğuru Massauqa şəhərində yerləşən və iki binadan ibarət "Absolute World" olub. Bu bina Kanadanın ən hündür 6-cı binası olub 2011-ci ildə tikilmişdir. Bu bir çinli memarın xarici ölkədə ilk böyük uğuru idi və Ma 125.000$ qazandı.
Ma Yinqnan
Ma Yinqnan (3 mart 1984) — Çinli cüdoçu. Ma Yinqnan Çini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ma Yinqnan birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 52 kq çəkidə, 1/16 final mərhələsində İtaliyanın nümayəndəsi Odette Cuffrida ilə üz-üzə gəldi. Həmin görüşdə Ma Yinqnan rəqibi ilə 0:0 hesabı ilə bərabərə qalsa da, şido xalları ilə rəqibinə uduzdu.
Ma Yun
Cek Ma və ya Ma Yun (çin. 马云; 10 sentyabr 1964, Hançjou[d]) — "Alibaba Group"un yaradıcısı; dünyanın ən varlı şəxslərindən biri. == Həyatı == Əsl adı Yun Ma olsa da, hazırda bütün dünya onu Cek Ma kimi tanıyır. Cek Ma 10 sentyabr 1964-cü ildə Çinin ən böyük şəhərlərindən olan Xançjouda anadan olub. Dəqiq fənlər üzrə təmayüllü məktəbdə təhsil alıb. İngilis dilini öyrənməyə üstünlük verən Ma hətta dil qabiliyyətini genişləndirmək üçün Çinə gəzməyə gələn turistlərə bələdçilik də edib. Tərcümeyi-halında qeyd edilənlərə görə, gələcəyin iş adamı 8 yaşında velisopedinə minib otel-otel gəzir və turistlərə öz xidmətlərini təklif edirmiş: "Məhz həmin vaxt xaricilərin məktəbdə bizə təqdim etdiklərindən çox fərqli olduqlarının şahidi oldum". == Şəhərin ən pis ali məktəbində == Ma iki dəfə kollecə qəbul olmaq istəsə də, cəhdləri uğursuz alınır. Sonda Xançjou Müəllimlər İnstitutuna daxil olmağı bacarır. Sözügedən ali məktəb isə özünün dedyiyinə görə, o zaman şəhərdə ən zəif təhsil müəssisəsi sayılırmış.
Yun Ma
Cek Ma və ya Ma Yun (çin. 马云; 10 sentyabr 1964, Hançjou[d]) — "Alibaba Group"un yaradıcısı; dünyanın ən varlı şəxslərindən biri. Əsl adı Yun Ma olsa da, hazırda bütün dünya onu Cek Ma kimi tanıyır. Cek Ma 10 sentyabr 1964-cü ildə Çinin ən böyük şəhərlərindən olan Xançjouda anadan olub. Dəqiq fənlər üzrə təmayüllü məktəbdə təhsil alıb. İngilis dilini öyrənməyə üstünlük verən Ma hətta dil qabiliyyətini genişləndirmək üçün Çinə gəzməyə gələn turistlərə bələdçilik də edib. Tərcümeyi-halında qeyd edilənlərə görə, gələcəyin iş adamı 8 yaşında velisopedinə minib otel-otel gəzir və turistlərə öz xidmətlərini təklif edirmiş: "Məhz həmin vaxt xaricilərin məktəbdə bizə təqdim etdiklərindən çox fərqli olduqlarının şahidi oldum". Ma iki dəfə kollecə qəbul olmaq istəsə də, cəhdləri uğursuz alınır. Sonda Xançjou Müəllimlər İnstitutuna daxil olmağı bacarır. Sözügedən ali məktəb isə özünün dedyiyinə görə, o zaman şəhərdə ən zəif təhsil müəssisəsi sayılırmış.
Royaye Ma
A dream or Dream Or Our Dream (Fars: یک رؤیا یا رؤیای ما) Abi və Shadmehr Aghilinin sinqlidir, bu onların Navaş və Badebin mahnılarından sonra üçüncü iş birliyidir. Bu mahnının müharibə əleyhinə mövzusu var və Martin Lüter Kinqin məşhur nitqindən ilhamlanıb. Bu mahnı Abi və Şadmehr tərəfindən müxtəlif konsertlərdə ifa olunub və bu əsərin klipi də bizim xəyal turumuzda Siros Kordoni tərəfindən çəkilib. 10 milyondan çox baxışla bu mahnı YouTube-da ən çox baxılan fars musiqi videoları arasındadır. Sözsüz "Arzumuz" musiqisi 2-Sima kanalında yayımlanıb və bəzi medianın reaksiyasına səbəb olub. Bu versiya Şadmehr Aqilinin 1401-ci il inqilabi üsyanına dəstək konsertində canlı ifa olunub və 1402-ci il aprelin 22-də sinql olaraq buraxılıb.
A-Ma məbədi
A-Ma Məbədi — Makao yarımadasının cənub-qərb hissəsində 1448-ci ildə tikilmişdir. Makaonun ən qədim və ən məşhur daoist məbədidir. Məbəd dənizçilər və balıqçılar ilahəsi Matsuya həsr olunmuşdur.
Buôn Ma Thuột
Buonmetxuot — Vyetnamda şəhər. Daklak vilayətinin (Cənubi Dağlıq Mərkəzinin) inzibati mərkəzi. == Əhalisi == Əhalisi 340 min (2009) nəfərdir. == Coğrafiyası == Ölkənin cənub hissəsində, Daklak platosunun cənub qərbində, Xoşimindən 350 km şimal-şərqdə və Kamboca ilə sərhəddən 50 km məsafədədir. Avtomobil yolları qovşağında yerləşir. == Tarixi == 1975-ci ilin martında “Vyetnam müharibəsi” sonunun əsas döyüşlərindən biri burada baş vermişdi. 1990-cı illərdə Vyetnam qəhvəsinə tələbatın artması və Daklak əyalətində qəhvə plantasiyalarının genişləndirilməsi Buonmetxuotda əhalinin və iqtisadi fəallığın xeyli artmasına səbəb oldu. Şəhərdə inqilab və etnoqrafiya muzeyləri fəaliyyət göstərir. Buonmetxuotun mərkəzində Cənubi Vyetnamın azad olunması şərəfinə abidə (postamentdə tank) qoyulmuşdur; digər hərbi memoriallar (keçmiş həbsxana, yeraltı yollar) var. Plantasiya bitkiləri (qəhvə, heveya, ananas) becərilən rayonun mərkəzidir.
Yun Ven Ma
Yun Ven Ma — karyerasını İqtisadçıda davam etdirən çinli blokçu. Voleyboldan başqa Formula-1 ilə də maraqlanır. Karyerasına 2000-ci ildə "Şanxay Volleyball"ın B komandasında başlamışdı. 2003-cü ildə A komanda da oynamaq hüququ qazanmışdı. 2005-ci ildə Dünya Qran Prisində bürünc, Asiya və Okeaniya çempionatında qızıl qazanmışdı. 2008 Pekin Olmipiadasında da qızıl qazanan voleybolçu turnirdəki çıxışı ilə dəyərini birə-beş artırmışdı. 2012-cü ildə Asiya kubokunda, 2013-cü ildə isə Dünya Qran Prisində gümüş medal qazanır. 2013-cü ildə İqtisadçıya transfer olunaraq Azərbaycan Superliqasında oynayan ilk çinli olmuşdu.
Ma la buddə batiniyyə
Ma la buddə batiniyyə - Seyid Yəhya Bakuvinin müəllifi olduğu bu əsər mənbələrdə həm də Əsrarül-Vudu adlandırılır. Seyid Yəhya bu əsəri təsəvvüfi mənada təmizlik, dəstəmaz və namaz kimi dini hökmlərin əhəmiyyətini öyrənmək istəyən tələbələrin suallarına cavab olaraq yazmışdır. Mövzu başlıqları bunlardır: təmiz su, niyyət, dəstəmaz, sətri-övrət, vaxt, istiqbali-qiblə, qiyam, təkbirətül-ehram, fatihətül-kitab, ruku, sücud ,əl-etidal ,ət-təşəhhüd, əs-salatun-nəbiyyi ,əs səlam. Göründüyü kimi bu risalədə dəstəmaz və namazın təsəvvüfi baxımdan məna və mahiyyəti izah olunur. Nəsrlə yazılan bu əsərin son qismində bir sıra tövsiyələr də vardır.
Döyüş-macəra oyunu
Döyüş-macəra oyunu — həm döyüş, həm də macəra elementlərini daşıyan videooyun janrı. Macəra oyun janrının populyarlığının tənəzzülə uğramasından sonra, terminin istifadəsi daha ümumiləşmişdir. Oyunçuların bir oyunun janrını sadəcə "döyüş" və ya "macəra" adlandırması qeyri-adi bir haldır. Döyüş-macəra mürəkkəb bir janrdır və buna görə də, terminin tərifi çox inklüzivdir. Bu fakt, döyüş-macəranın bəlkə də ən genişhəcmli videooyun janrı olmasına gəlib çıxarır. Adətən, saf macəra oyunlarında oyunçuların həll etməsi üçün situativ məsələlər olur və çox az və ya heç bir döyüş hissəsi olmur. Bu tip oyunlarda döyüş elementləri olsa da, onlar yalnız mini-oyunların içərisinə yerləşdirilmiş olur. Saf döyüş oyunlarının reflekslərə meydan oxuyan gerçək-zamanlı qarşılıqlı əlaqəyə əsaslanan geympleyi olur. Bu səbəblərə görə, döyüş-macəra oyunları həm refleksə, həm də zəkaya, həm zorakı, həm də qeyri-zorakı situasiyalarda meydan oxuyur. == Altjanrlar == Döyüş-macəra oyunlarının rəngarəng olması və çətin təsnifatlaşdırılmasına baxmayaraq, terminin bir qolu olan xüsusi altjanrlar var.
Dünya maliyyə böhranı (2008-2012)
Dünya maliyyə böhranı (2008-2012) — 2008-ci ilin sentyabr-oktyabrında yaranmış ümumdünya maliyyə-iqtisadi böhranı. Özünü dünyanın bir çox iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinin iqtisadi göstəricilərində büruzə verdi, sonradan qlobal formaya keçdi.
Dünya maliyyə mərkəzləri
Dünya maliyyə mərkəzləri (ing. International financial centres) — beynəlxalq valyuta, kredit və maliyyə əməliyyatlarını, qiymətli kağızlarla, qızılla əməliyyatları həyata keçirən bankların və ixtisaslaşmış maliyyə institutlarının təmərküzləşmə mərkəzləri. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, maliyyə mərkəzləri üç kateqoriyaya bölünür: beynəlxalq maliyyə mərkəzləri: London, Nyu-York və Tokio; regional maliyyə mərkəzləri: Şanxay, Shenzhen, Frankfurt am Main, Sidney və Moskva; və Dəniz Maliyyə Mərkəzləri: Kayman Adaları, Dublin, Lüksemburq, Sürix, Sinqapur və Honq Konq. Birinci Dünya Müharibəsindən əvvəl London dominant maliyyə mərkəzi idi. Bu, Böyük Britaniyada kapitalizmin yüksək inkişaf səviyyəsi, onun digər ölkələrlə güclü və geniş ticarət əlaqələri, funt sterlinqin nisbətən sabitliyi və ölkənin inkişaf etmiş kredit sistemi ilə bağlı idi. İkinci Dünya Müharibəsindən sonra dünyanın aparıcı maliyyə mərkəzi ABŞ-yə köçdü. 1960-cı illərdən etibarən ABŞ-nin dünya maliyyə mərkəzi kimi inhisar mövqeyi zəiflədi, çünki yeni mərkəzlər yarandı - Qərbi Avropada və Yaponiyada. Aİ ölkələri uzun müddətdir ki, öz maliyyə mərkəzlərini yaratmağa çalışırlar. 1999-cu ildə avronun dövriyyəyə buraxılması ilə Aİ bazarı ABŞ-dən sonra ikinci ən böyük fond bazarına çevrildi. Qiymətli kağızlar və törəmə alətlər (törəmə alətlər) eyni valyutada, avroda ifadə edildiyi üçün valyuta riski yoxdur.
Dünyanın ən böyük maşını
. NET Framework — Microsoft tərəfindən inkişaf etdirilən, açıq İnternet protokolları və standartları üzərinə qurulmuş bütöv bir "tətbiq" inkişaf etdirmə platformasıdır. Daha əvvəl Microsystems tərəfindən inkişaf etdirilmiş olan Java Platformasına əhəmiyyətli bənzərliklər göstərməkdədir. Buradakı tətbiq anlayışının əhatəsi çox genişdir. Bir masaüstü tətbiqindən bir veb skaner tətbiqinə qədər hər şey bu platforma içində düşünülmüşdür və dəstəklənilmişdir. Bu tətbiqlərin bir-birləriylə və inkişaf etdirildiyi mühit fərqinə varmadan dünyadakı bütün tətbiqlərlə ünsiyyəti üçün asanca veb xidmətləri yaradılmasına imkan verilmişdir. Bu platforma, əməliyyat sistemindən və təchizatdan daha üst səviyyədə daşına bilər olaraq hazırlanmışdır. . Net arxitekturası, ortaq bir icra etmə mühiti (runtime environment), ortaq bir dəyişən növ sistemi, və portativ əlaqəli kitabxanalardan meydana gələr. . Net kitabxanası köhnə visual basic üçün hazırlanmış API (proqramçılar üçün bir çox funksiya) lərin təsnif edilmiş halıdır. Çünki API təsnif edilməmiş və bu səbəblər proqramçılar üçün bir kabus halını almaqda idi. . Net kitabxanası proqramın əməliyyat sistemi ilə asanca uyğunlaşma içində işini təmin etmişdir.
Dünənki keçdi (mahnı)
Dünənki keçdi — 1983-ci il Çingiz Mustafayevin və "Ozan" qrupunun mahnısı. Mahnının musiqisi və sözləri Rasim Müzəffərliyə aiddir. Mahnı Azərbaycan dilində ilk rep mahnısı kimi tarixə düşmüşdür.
Düşün məni (mahnı)
Dəli fikirlər (mahnı)
Dəlisov (Marvel Comics)
Dəlisov (ing. Daredevil) — Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılan komiks personajı. "Daredevil" adında ilk komiks əslində 1963-cü ilin sentyabrında çıxmalı idi. Lakin gecikmələr üzündən bu müddətə çatmamışdır. Ona görə də onun əvəzində "Qisasçılar" komiksini buraxmalı olmuşdurlar. Daredevil isə düz 7 ay sonra — 1964-cü ilin aprelində nəşr olunmuşdur. == Həyatı == Əsl adı Matt Murdokdur. Atası bir boksçu idi və pulunu bu yolla qazanırdı. Atası oğlunun gələcəkdə sakin həyat tərzi keçirməsini və yaxşı peşə sahibi olmasını istəyirdi. Bir dəfə Matt yoldan keçən bir qoca kişini az qala yük maşını vurarkən itələyərək xilas etmişdir, amma bu zaman həmin yük maşının daşıdığı radioktiv maddə onun gözlərinə saçılmış və o, kor olmuşdur.
Dəlləkli (Masallı)
Dəlləkli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 160 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqələrini dəlləkli nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır. Etnotoponimdir.
Dəvəboynu (Marağa)
Dəvəboynu (fars. ‎‎‎دوه بوينی‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (6 ailə). == Tarixi == Dəvəboynu kəndinin əhalisi buranı tərk edərək ətraf şəhər və əyalətlərə köç etmişlər. Lakin bəzi ailələr 2005-ci ildə ata-baba kəndlərinə yerləşməyə qərar vermiş və burada daimi məskunlaşmışlar. Bu dövrdə kənd yalnız elektrik enerjisindən istifadə edir və başqa şəraiti yoxdur. Dəvəboynu kəndinin təxminən yaşı 300-dür. Lakin kənddə qədim dəfn yerlərinin olması və köhnə mağaraların mövcudluğu onun qədimliyini göstərir. Dinozavr qalıqlarının aşkar edilməsi böyük əhəmiyyət daşıyır. Şəhərdən uzaqda yerləşməsi və asfalt yolların olmaması səbəbindən bu kənddə nəqliyyat digər kəndlərə nisbətən daha azdır.Bununla belə bu kənddə çox təmiz hava müşahidə olunur.
Dəşt mahalı
Dəşt mahalı — Urmiya xanlığına bağlı məntəqələrdən biri. == Tarixi == Dəşt mahalının ərazisi əsasən dağlıq və təpəliklərdən ibarətdir. O, cənubdan Mərgəvər, şərqdən Urmiya gölü, şimaldan Bərrə, Rövzə mahalı, qərbdən Mirşeyxi və Zərinə çayları ilə həmsərhəddir. Mahalın dərələrindən və düzənliklərindən bir sıra çaylar, çeşmələr axır. XVIII və XIX əsrlərdə mahal bəyləri Bərdəsur kəndindəki qalada yaşayırdılar. Dəştin dağlarında bir neçə tayfa, o cümlədən Hərgi adlı kürd əşirəti yaşam sürürdü. Onlar qışda Amadi vadisinə köçürdülər.
Dəşti-Marqo
Dəşti-Marqo (fars. دشت مارگو‎) — gilli-qumlu səhra, Yaxın Şərqdə, Əfqanıstannın cənub-qərbində, Qilmend çayı ilə Xaşrud çayı arasında qərarlaşır. Səhranın sahəsi 150 000 km², hündürlüyü 500–700 m təşkil edir. Cənub-qərbində qumlu massiv yerləşir. Burada takır və şoranlıqlar geniş sahə tutur.
Dəştivənd mahalı
Dəştivənd mahalı — Talış xanlığının mahallarından biri. Mahal cənubdan Uluf mahalı, şərqdən Xəzər dənizi, qərbdən Səfidəşt mahalı, şimaldan isə Salyan sultanlığı ilə həmsərhəd idi. Mahalın ərazisi indiki Boradigah kəndindən Göytəpə çayına kimi uzanırdı. "Cəvahirnameyi-Lənkəran" əsərində Dəştivənd mahalı ilə Ərkivan mahalının eyni mahal olduğu bildirilir. Talış xanlığındakı mahallardan ən böyüyü olan Ərkivan, xanlığın şimalında yerləşib, qərb hissəsi dağlıq, şərq hissəsi isə düzənlik olan bir mahal olmuşdur. Dəştivənd mahalında türk kəndlərinin sayı talış kəndlərinin sayından çox idi. Mirzə Əhməd Mirzə Xudaverdi oğluna görə, türklər bu əraziyə yeni gəlmişdi və xeyli çoxalmışdılar. Əhalinin mütləq əksəriyyəti şiə olan mahalda yaşayanların əsas məşğuliyyəti ipəkçilik idi. Bu tarixi mahalın ərazisi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun qeydlərinə əsasən hazırda qismən Cəlilabad, qismən də Masallı və Salyan rayonları tərkibindədir.
E-mail
Elektron poçt (ing. electronic mail) və ya imeyl — ünvan sahibinin asudə vaxtlarda açıb və oxuduğu rəqəmli poçt qutusuna göndərilən elektron poçt, mətn göndərişləri. E-mail hazırkı dövrdə insanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində İnternet şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, veb-səhifə, hətta məktub halında olan istənilən faylı göndərməyə imkan verir. ABŞ və Avropadan başlayaraq bu rabitənin adı "e-mail" və ya "email" formasında yazılır. Əsasən qarşısına (@) ət işarəsi qoyulur == Tarixi == İlk elektron poçt da bir çox texnoloji yeniliklərin başlanğıcı kimi əsgəri işlərdən ötəri çıxmışdır. 1960-cı illərin sonlarında hərbi sistem üçün sistemlər inkişaf etdirməyə çalışan Rels Tomlinson ilk olaraq 1971-ci il oktyabr ayında iki kompüter arasında fayl mübadiləsini həyata keçirmişdir. Tomlinson "The Times" qəzetinə müsahibəsində deyirdi: "İlk e-mail`imdə nə yazdığımı mən də xatırlamıram. Yalnız aralarında bir metr məsafə olan iki kompüter arasında həyata keçirilən fayl transferi idi. Mesajlaşma üçün kiçik bir addım, insanoğlu üçün isə böyük bir sıçrama idi." E-mail 1990-cı illərə qədər çox inkişaf etdi.
E119 Avropa marşrutu
Azərbaycan Respublikası ərazisində "E" Beynəlxalq yollar şəbəkəsinə daxil olan "E-97" nömrəli Xerson-Poti-Bakı-Trabzon ("Tarixi İpək yolu" marşrutu ilə) və "E-119" nömrəli Moskva-Mahaçqala-Bakı-Astara avtomobil yolu (Rusiya Federasiyasının sərhədi) keçir. E-119 avtomagistral yolu Azərbaycan-İran sərhəddindəki Astara rayonundan Rusiyanın Moskva şəhərinə qədər uzanır. Uzunluğu 2630 km-dir. Avtomobil yolunun keçdiyi məntəqələr: Astara - Ələt - Bakı - Quba - Maxaçqala - Volqoqrad - Povorino - Tambov - Moskva. E-119 nömrəli avtomobil yolu Azərbaycan daxilində 2 marşrutdan ibarətdir. Bu Bakıdan şimal sərhəddinə qədər olan M2, Bakıdan Astaraya qədər olan M3 nömrəli avtomobil yolllarıdır.
E60 Avropa marşrutu
E60 Avropa marşrutu — Fransanın qərbi Brest şəhərindən Qırğızıstanın şərqi İrkeştam şəhərinə qədər uzanan Avropa marşrutu.
E982 Avropa marşrutu
Avropa E-yolu E982 — Türkiyənin cənub sahilindəki Mersin və Tarsus şəhərlərini bir-birinə bağlayan bir Avropa B sinfi yoldur. Ankaradan təxminən 380 kilometr cənubdadır. Mersinin cənub-qərbindəki D400 qovşağından E90 və O21 qovşağına qədər uzanır. Uzunluğu 68 kilometrdir və tamamilə avtomagistral yoldan ibarətdir.
E99 Avropa marşrutu
E99 Avropa marşrutu və ya E99 — Azərbaycanın Sədərək rayonu Dəmirçi kəndindən Türkiyənin Şanlıurfa ili Akçakale kəndinə qədər olan Avropa marşrutu. Yolun uzunluğu 856 km.
Elektron Hesablayıcı Maşınlar zavodu
Elektron Hesablayıcı Maşınlar zavodu — Müdafiə Sənayesi Nazirliyinin tabeliyində müəsisə. == Tarixi == Elektron Hesablayıcı Maşınlar zavodu SSRİ Nazirlər Sovetinin 5 may 1972-ci il tarixli, 944 nömrəli qərarı ilə yaradılmış, tikintisi 1972-1986-cı illərdə aparılmışdır. 1993–2005-ci illərdə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərmişdir. 2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tabeliyindədir. == Fəaliyət sahələri == Elektron Hesablayıcı Maşınlar zavodu yaradıldığı zaman vahid seriyalı (EC-1010-1061) elektron-rəqəm hesablama maşınlarının tərkibinə daxil olan elektron və elektromexaniki qurğuların hazırlanması üzrə ixtisaslaşmışdı. Elektron Hesablayıcı Maşınlar zavodunun fəaliyyət istiqamətləri aşağıdakılardır: Elektron aparatların və qurğuların istehsalı Elektromexaniki və mexaniki qurğuların istehsalı Elektrik avadanlıqlarının istehsalı Elektrotexniki qurğuların və su təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı Lokomotivlərin avtomatik bloklarının istehsalı Sənaye və məişət cihazlarının istehsalı Ağac emalı Texnoloji tərtibatların və alətlərin hazırlanması == Texnoloji imkanları == Elektron Hesablayıcı Maşınlar zavodunun fəaliyyəti aşağıdakı istehsal sahələrindən ibarətdir: Mexaniki yığma sahəsi: müxtəlif materiallardan olan detalların mexaniki emalı dairəvi şlifləmə qaz mühitində yarımavtomat qaynaqlama Karkas ştamplama və qaynaqlama: pressləmə soyuq ştamplama arqon-qövs qaynağı qövs qaynağı qaz qaynağı Metalların, alətlərin və tərtibatların termiki emalı Əlvan metalların, rezin və plastik kütlələrin tökülməsi və emalı Ağac emalı Qalvanik emal: misləmə kimyəvi oksidləmə sinkləmə xromlama anodlama passivləşdirmə Lak-boya ilə örtükləmə. Alət istehsalı: ştampların və pres qəliblərinin istehsalı alət və tərtibatların hazırlanması Qeyri-standart avadanlıqların hazırlanması Metroloji nəzarət: zərbə və rəqsi sınaq parametrlərinin təyin edilməsi elektrik və radioelektrik ölçmələri kütlə, qüvvə və təzyiq ölçmələri sürət, təcil və zaman ölçmələri iqlim və metroloji sınaqlar.
Elektron Hesablayıcı Maşınları İstehsalatı İdarə edir (1982)
Elektron hesablama maşınları
Kompüter (əvvəlki yazılışı: kompüter; ing. computer, [kəmˈpjuː.tə(ɹ)] — «hesablayıcı», lat. computare — "saymaq" və ya "hesablamaq" sözündən) və ya bilgisayar — arifmetik və ya məntiqi əməliyyatların (hesablamanın) ardıcıllığını avtomatik yerinə yetirmək üçün proqramlaşdırılan maşın. Müasir rəqəmsal elektron kompüterlər proqramlar kimi tanınan ümumi əməliyyat dəstlərini yerinə yetirirlər. Bu proqramlar kompüterlərə geniş spektrli vəzifələri yerinə yetirməyə imkan verir. Kompüter ya ayrı bir vahid ola bilər, ya da bir-biri ilə əlaqəli bir neçə qurğudan ibarət ola bilər. Kompüter sistemi tam əməliyyat üçün lazım və istifadə olunan aparat, əməliyyat sistemi (əsas proqram) və periferik avadanlığı özündə birləşdirən nominal olaraq tam kompüterdir. Bu termin həm də kompüter şəbəkəsi və ya kompüter klasteri kimi əlaqəli və birlikdə fəaliyyət göstərən kompüterlər qrupuna aid edilir. Müxtəlif sənaye və istehlak məhsulları kompüterlərdən idarəetmə sistemləri kimi istifadə edir. Mikrodalğalı sobalar və uzaqdan idarə vasitələri kimi sadə xüsusi təyinatlı cihazlar, sənaye robotları və avtomatlaşdırılmış layihələndirmə sistemləri kimi zavod cihazları, fərdi kompüterlər kimi ümumi təyinatlı cihazlar və smartfonlar kimi mobil cihazlar daxildir.
Elektron hesablayıcı maşınları istehsalatı idarə edir (film, 1982)
Elephas maximus
Adi Asiya fili (lat. Elephas maximus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinin asiya fili cinsinə aid heyvan növü. == Görünüşü == Bədəninin uzunluğu 5,5 - 6,4 m. Çiyinlərində hündürlüyü 2,5-3 metrdir. Çəkisi 5 tona yaxındır. Gövdəsi massivdir. (Ölçüləri Afrika fillərinin qulaqlarından kiçik olan)pərvari iri qulaqları, xırda gözləri və ucunda uzun əzələli xortumu olan nəhəng başı var. Xortumu uzanmış burnu və aşağı dodağından əmələ gəlib. Xortumunun ucunda bir dənə dorsal, ilişkən, barmaqvari uzantı var. Əzaları hündür, sütünvari və beşbarmaqlıdır.
Ellis Marsalis
Ellis Marsalis (14 noyabr 1934, Nyu-Orlean, Luiziana – 1 aprel 2020, Nyu-Orlean, Luiziana[…]) — Amerika cazmeni. == Həyatı == 14 noyabr 1934-cü ildə Nyu-Orleanda doğulub. Ellis Marsalis 1 aprel 2020-ci ildə 85 yaşında yeni tip koronavirus infeksiyasının yaratdığı pnevmoniyadan ölüb. == Fəaliyyəti == O, uzun illər Yeni Orleanda yaşayıb və caz musiqisinin inkişafı yolunda çalışıb.
Ellora mağaları
Ellora mağaraları — Hindistanda Maharaştra ştatında yerləşən Ellora kəndindəki mağaralar sistemi. 1983-cü ildən UNESCO bədii irsinə daxil edilmiş bu məbəd və qalalar 6-9 əsrlərə aiddir. 34 mağaradan 12 buddist, 17-isi induizm, 5 isə caynist məbədidir. == Haqqında == Hindistanda Maharaştra əyalətinin şimalında Auranqabad şəhərinə 30–40 km uzaqlığında olan Ellora mağaralarının tarixi olduqca qədimdir. Acanta mağaralarına çox yaxındır, lakin aralarındakı fərqdən ötrü iki mağara müqayisə belə edilə bilməz. Ellorada yalnız şəkillər deyil, heykəl və heykəlciklər də aşkarlanmışdır və əlavə olaraq tək bir məbəd deyil bir çox dinə aid məbədlər də tapılmışdır. Mağaralar şimal-cənub istiqamətində oyulublar və ən başdakı mağara ilə ən sondakı arasında təxminən 2 kilometr məsafə var. Bu sahədə cəmi 34 mağara var. Bu 34 mağaradakı məbədlərın hamısı eyni dinə aid deyil. 17 induizmə, 12 buddist və 5 dənə də caynist məbədi mövcuddur ki, bu da tarixdə fərqli dinlərə xidmət etdiyini ortaya qoyur.
A-ba-ba-qa-la-ma-qa
A-ba-ba-qa-la-ma-qa (uk. А-ба-ба-га-ла-ма-га) nəşriyyat evi İvan Malkoviç tərəfindən 1992-ci ildə yaradılmışdır. Ukraynada uşaqlar üçün kitab nəşr edən ilk müstəqil nəşriyyat evi olmuşdur. 2008-ci ildə daha geniş oxucu kütləsi üçün kitab dərc etdirməyə başlamışdır. Ivan Malkoviç nəşriyyat evinin direktoru olub, təsisçi, əsas redaktor, hər bir kitabın əl yazmasının son çap prosesinə çıxarılmasına özü nəzarət edir. Nəşriyyat evinin adı İvan Frankonun "Gritseva məktəb təhsili" (uk.Грицева шкільна наука) hekayəsinə əsaslanır. == Tarixi == A-ba-ba-qa-la-ma-qa nəşriyyat evi, 1992-ci ilin iyulunda, ilk dəfə "Ukrayna əlifbası" nı təqdim etdi. İvan Malkoviçin dediyi kimi: "Əvvəldən nəşriyyat evi düşünmürdüm, ancaq hər zaman fikrimdə "Aнгел" (Mələk) sözü ilə başlayan bir əlifba kitabı dərc etmək var idi. Mən bu kitabın Avtobus və ya Akula ilə deyil məhz Aнгел sözü ilə başlayaraq əlifbanın ilk hərfi A hərfini təsvir etmək istəmişəm. Belə ki, bu Sovet dövründə qeyri mümkün idi." A New York nəşriyyat evi, Alfred A. Knopf, 1995-ci ildə, A-ba-ba-qa-la-ma-qa'nın "The Kitten and the Rooster"(Pişik və Xoruz) uşaq kitabının nəşr haqqlarını satın aldı.
Le plus beau jour de ma vie
Le plus beau jour de ma vie (azərb. Həyatımın ən gözəl günü‎)— Belçikanı 1956-cı ildə Avroviziyada təmsil olunduğu mahnı. Moni Mark fransız dilində ifa etmişdir. 1956 Avroviziya Mahnı Müsabiqəsinin səsvermə nəticələri açıqlanmadığı üçün bu mahnının topladığı xal və tutduğu yer məlum deyildir.

Значение слова в других словарях