mag

s. mögen; es ~ sein ola bilər
Mafioso
Magazin
OBASTAN VİKİ
Mag Garden
Mag Garden (マッグガーデン, Maggu Gāden) — manqalar və onların anime-film adaptasiyalarının istehsalı üzərində işləyən Yaponiya nəşriyyatı. Nəşriyyat Yoşihiro Hosaka və Enix (indiki Square Enix) nəşriyyatından ayrılmış rəssamlar tərəfindən 5 iyun 2001-ci ildə qurulmuşdur. 1 dekabr 2007-ci ildə Production I.G ilə birləşərək IG Port şirkətini əmələ gətirmiş və XEBEC ilə birlikdə yeni şirkətin filiallarından biri olmuşdur. == Tarix == Mag Garden 5 iyun 2001-ci ildə Enix-də (indiki Square Enix) redaktor kimi fəaliyyət göstərmiş, amma daha sonra oranı tərk etmiş Yoşihiro Hosaka tərəfindən qurulmuşdur. Enix ilə Square şirkətlərinin birləşməsi, Enix rəssamlarında manqalarının nəşrdən çıxarılması narahatçılığına səbəb olmuşdur. Buna görə bir çox rəssamlar şirkətdən ayrılaraq Mag Garden-ni qurmuşdurlar və manqalarını nəşr etdirməyə davam etmişdirlər. Mag Garden-in qurulması və keçmiş rəssamların Square Enix-dən ayrılması iki şirkət arasında müəlliflik hüquqları üzərində mübahisələrə səbəb olmuşdur. Yerli münaqişə 2003-cü ilin martında Square Enix-in təzminat ödəməsi ilə başa çatmışdır. Əvvəlcə Enix tərəfindən nəşr olunmuş keçmiş rəssamların manqaları yeni başlıqlarla nəşr olunmalı idi. 22 sentyabr 2003-cü ildə Mag Garden Square Enix qalan səhmlərini də satdıqdan sonra ayrı, müstəqil şirkət olmuşdur və Tokio birja bazarında yer tutmuşdur.
Epipactis magnibracteata
Eriachaenium magellanicum
Erigeron maguirei
Erigeron maguirei (lat. Erigeron maguirei) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Esacus magnirostris
Rif pərttəgözü (lat. Esacus magnirostris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin pərttəgözlər fəsiləsinin esacus cinsinə aid heyvan növü.
Escapist Magazine
"The Escapist" ("the escapist" kimi üslublaşdırılır) — ABŞ elektron jurnalı. Jurnalın məzmunu əsasən videooyunlara yönəlmişdir, lakin eyni zamanda filmləri, komiksləri, televiziya şoularını və s. əhatə edir. Aleksandr Makris tərəfindən 12 iyul 2005-ci ildə təsis edilmişdir. Əvvəlcə jurnalın nömrələri həftədə bir dəfə nəşr olunurdusa, artıq davamlı olaraq məqalələr dərc olunur. 2018-ci ildən sahibi "Enthusiast Gaming" şirkətidir. == Tarixi == Jurnal 12 iyul 2005-ci ildə Aleksander Makris tərəfindən təsis edilmişdir. 30 iyun 2009-cu ilə qədər Julianne Greer baş redaktor olmuşdur, sonra 2011-ci ilin sentyabrına qədər bu vəzifəni Rass Pitts, 4 sentyabr 2012-ci il tarixinə qədər - Stiv Batts, 14 iyun 2013-cü il tarixdə Suzan Arendt, 21 yanvar 2015-ci il tarixinə Qreq Tito öz üzərinə götürmüdür. İndiki baş redaktor Coşua Vandervalldır. İlk növbədə, jurnal həftəlik jurnal idi, indi isə məqalələr davamlı olaraq dərc olunur.
Euseius magucii
Euseius magucii (lat. Euseius magucii) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
FDR magistralı
FDR magistralı (ing. FDR Drive, rəsmi şəkildə: Franklin D. Roosevelt East River Drive) — Nyu-York şəhərinin Manhetten borosunun şərqində yerləşən avtomobil yolu. Magistral yolun uzunluğu 15,19 km-dir. Yol Saut və Brod küçələrində olan Beterri Park tunelindən başlayır, İst River boğazının sahil xətti boyunca uzanır və Harlem River Drayv magistralına keçərək 125-ci küçədəki Trayboro körpüsü tərəfində bitir. Magistral hər istiqamətdə üç zolaqdan ibarətdir, Bruklin körpüsünün altındakı kiçik bir hissə istisna olmaqla, orada o, cənubdan iki və şimaldan bir zolağa qədər daralır, eyni hal həmçinin Kuinsboro körpüsü ilə 61-ci küçə arasındakı hissədə yaranır, orda da iki zolağa qədər daralır. Maşınların maksimal kütləsi 23-cü küçədən Harlem River Drayva qədər olan ərazidə 3600 kq ilə məhdudlaşır. Ayrıca bu yolda avtobus hərəkəti qadağan olunub. Magistral boyunca kommersiya nəqliyyatı (yükdaşıma daxil olmaqla) qadağandır. == Tarixi == Magistral əvvəlcə İst River Drayv (ing. East River Drive) adlanırdı.
Ferdinand Magellan
Fernan Magellan (port. Fernão de Magalhães [fɨɾˈnɐ̃w̃ ðɨ mɐɡɐˈʎɐ̃ȷ̃s], isp. Fernando (Hernando) de Magallanes [(f)eɾ'nando ðe maɣa'ʎanes], lat. Ferdinandus Magellanus) (təq. 1480, Ponti-da-Barka[d], Portuqaliya krallığı – 27 aprel 1521, Maktan adası, Mərkəzi Visay[d]) — Portuqaliyalı dənizçi və səyyah. == Həyatı == Fernan Magellanın anadan olduğu yer Portuqaliyadır. Onun ailəsi haqqında da az məlumat vardır, ancaq onun əslən zadəgan ailəsindən olduğu məlumdur. Magellanın ailəsində özündən başqa 4 uşaq da olub, lakin onların taleyi barədə heç bir məlumat saxlanmayıb. Portuqaliyalıların Hindistana qarşı bir neçə yürüşündə iştirak edib. Portuqaliyaya qayıtdıqdan sonra ona aşağı vəzifə verildiyinə görə öz ölkəsini tərk edərək İspaniyaya köçüb və burada da ailə həyatı qurub.
Fernan Magellan

Fernando Magellan

Glechoma hederacea var. magna
Sarmaşıqvari yersarmaşığı (lat. Glechoma hederacea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin yersarmaşığı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 15-60 sm, gövdəsi zəif, çılpaq və ya səpələnmiş-tükcüklü, torpaq üzərində sərilmiş və yaxud biraz qalxan, budaqlanmış və torpağa kök salan cavan budaqları olan çoxillik ot bitkisidir. Yarpaqları kifayət qədər uzun saplaqda yerləşmiş, dəyirmi-böyrəkşəkilli, kənarları iri dairəvi-dişli, yuxarı yarpaqları isə böyrəkvari-ürəkşəkillidirlər. Çiçəkləri adi yarpaqların qoltuğunda 2-4 ədəd olmaqla yerləşmişlər, çiçək altlığı sapşəkilli və qısa saplaqlıdır. Tac mavitəhərbənövşəyi rəngli olub, uzunluğu 10-20 mm və kasacıqdan uzundur. Fındıqcalar 1,5-2 mm uzunluğundadır, qonurtəhərdir. Aprel-may aylarında çiçəkləyir, may-iyun ayalrında meyvə verir. == Azərbaycanda yayılması == BQ (Quba), Kür düz. - orta dağ qurşağına qədər.
Glechoma magna

Hypericum maguirei
Hypericum maguirei (lat. Hypericum maguirei) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü.
Hərbi magistr
Hərbi magistr (lat. Magíster mílitum — ordu magistrı, silah magistrı ya hərbi magistr) — Roma İmperiyasında və Respublika dövründə müasir dönəmin "Baş qərargah rəisi" rütbəsinə uyğun olan hərbi vəzifə idi. IV əsrin ortalarında Böyük Konstantin tərəfindən pretoriya prefektlərinin hərbi funksiyası əllərindən alındıqdan sonra bu vəzifə təsis edilmişdir. Əvvəlcə iki vəzifə: piyadalar magistrı (lat. magister peditum) və suvari magistrı (lat. magister equitum, bu vəzifə hələ Roma Respublikası dövründə mövcud olmuşdur) təsis edilir. Piyadalar magistrı daha böyük sayılırdı. Öz növbəsində həm piyadalar həm də suvarilər rəisi hər iki qoşun növünə rəhbərlik etməyə başlayırdı və müvafiq olaraq bu vəzivə piyada və suvarilər rəisi (lat. magister equitum et peditum) və ya hər iki ordunun rəisi (lat. magister utriusquae militiae) adlandırılırdı.
Inula magnifica
Inula magnifica (lat. Inula magnifica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Knight's & Magic
Knight's & Magic (ナイツ&マジック, Naitsu to Majikku, azərb. Cəngavərin & magiyası‎) — Kuroqinin rəssamlığı ilə Hisaqo Amazake-no tərəfindən yazılan ranobe seriyası. Əvvəlcə 2010-cu ilin oktyabrında Shōsetsuka ni Narō veb-roman saytında yayımlanmağa başlamışdır. 30 yanvar 2013-cü ildə Shufunotomo nəşriyyatı tərəfindən ilk ranobe cildi buraxılmışdır. İndiyə kimi 11 cildi nəşr olunmuşdur. Takuci Katonun rəssamlığı ilə istehsal olunmuş manqa adaptasiyası 15 aprel 2016-cı ildən Square Enix nəşriyyatının "Young Gangan" jurnalında nəşr olunur. 24 sentyabr 2016-cı ildə manqanın ilk cildi buraxılmışdır. 2017-ci ildə 8-Bit studiyası tərəfindən anime serialı adaptasiyası istehsal olunmuş və yayımlanmışdır. == Məzmun == Bir mexa otakusu bir maşın qəzasında ölür və ruhu başqa bir dünyada Ernesti Eçevarriya kimi reinkarnasiya olur. Eru əvvəlki həyatındakı xatirələrini və maraqlarını irsən qazanır, nəticədə, bu dünyada mövcud olan nəhəng humanoid silahı Siluet cəngavərinin pilotu olmağı arzulamağa başlayır.
Les Chants Magnétiques
Les Chants Magnétiques (ing. Magnetic Fields) 22 may 1981-ci ildə Disques Dreyfus-da buraxılmış fransız elektron musiqiçi və bəstəkar Jan Mişel Jarrın beşinci studiya albomudur Albom musiqi elementi kimi "sampling" istifadə edən ilk qeydlərdən biri idi və Jarrın əvvəlki səylərinin səsindən uzaqlaşmasını təmsil edir.
Luiz Magalhaes
Luiş Maqalyaynş (d. 1958; Portuqaliya) — Portuqaliyalı basketbol məşqçisi. Hal hazırda Anqola Milli Basketbol Komandasını hazırlayır. 2009-cu ildən komandada məşqçi olan Luiş FİBA Afrika Çempionatından komandası ilə qızıl medala sahib olmuşdur. Portuqaliya liqində 3 fərqli komanda çalışdırıb. 2000–2003 illərində "Portuqal Telekom", 2003–2004 ilində "Porto", 2006–2007 illərində "Ovarense" komandasını, 2008-ci ildə Anqolaya gedərək "Aqosto" klubunu çalışdırıb. 2009–2010-cu ildə komandası ilə liqa çempionluğu əldə edib. 2012-ci ilin noyabr ayında Anqolanın "Rekreativo do Libolo" komandasında məşqçi olub.
MAGB
Magalie Poisson
Magalie Poisson (9 mart 1982) — Fransanı təmsil edən bədii gimnast. == Karyerası == Magalie Poisson Fransanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Magellan boğazı
Magellan boğazı (isp. Estrecho de Magellenes). Boğaz Odlu Torpaq arxipelaqı ilə Cənubi Amerika materikini bir-birindən ayırır. Boğazın bəzi yerlərdə eni 3,5 km-ə çatır. Sahil hissələrində fiortlara rast gəlinir ki, bu da həmin hissədə gəmiçiliyə mane olur. Boğazın şərqdən qərbə ümumi uzunluğu 575 km təşkil edir. Ən dayaz yeri 20 m-dir. Bu boğazı keçən ilk avropalı Fernando Magellan olmuşdur. Uzun müddət Cənub torpağı adlı qitəsinin bir parçası olma ehtimalı vardı. == Tarixi == 21 oktyabr 1520-ci ildə güclü küləklər Magellanın gəmisini boğazın girişində olan buxtaya salır.
Magellan buludları
Magellan buludları — anlayış özündə Böyük Magellan Buludu və Kiçik Magellan Buludunu birləşdirir. Bizim kimi şimal yarımkürəsinin digər sakinləri də bu gözəlliyi görməkdən məhrumdurlar. Bu qalaktikalar, yəni Böyük və Kiçik Magellan buludları cənub yarımkürəsindən müşahidə olunur. Hətta binoklsuz və ya teleskopsuz belə, cənub yarımkürəsində onları görmək mümkündür. Təxminən 180 min işıq ili uzaqlıqda yerləşən Magellan Buludları bizim qalaktikamızın çox yaxınındadırlar. Bizim qalaktikamız Süd Yolu qalaktikasının peykləri hesab olunan bu qalaktikalar "cırtdan" qalaktikalar hesab olunur. Cırtdan dedik sizə kiçik bir cisim kimi gəlməsin. Belə ki, Böyük Magellan Buludu 30 min işıq ili genişliyindədir və 1 milyarda qədər ulduza ev sahibliyi edir. Kiçik Magellan Buludu isə bir az daha kiçik olub, 20 min işıq ili genişliyindədir. Bu qalaktikaya isə 3–5 milyon ulduz daxildir.
Magellan buludu

Magellan pinqvini
Magellan pinqvini (lat. Spheniscus magellanicus) — Eynəkli pinqvinlər cinsinə daxil olan növ. Növ Fernan Magellanın şərəfinə adlandırılmışdır. O, pinqvinlərin yaşama arelını kəşf etmişdir. == Arelı == Bu canlıların əsas yayılma arealı Pataqoniya sahilləri, Odlu Torpaq arxipelaqı, Xuan Fernandez adaları və Folklend adalarıdır. Bəzi fərdlər hətta Rio-de-Janeyro və Perunun cənub sahillərində müşahidə edilmişdir. Yumurtaya hər iki valideyn 40 gün müddəti ərzində nəzarət edir. Dişi adətən 1 və ya iki yumurta qoyur. Bu növə daxil olan fərdlərin ümumi sayi 1,8 milyon baş olması ehtimal edilir == Xarici görüşü == Yetkin xərdlər 70–80 sm uzunluğa, 5–6 kq çəkiyə malik olurlar. Arxa hissəsi qara, ön hissəsi isə ağ rəngdə olur.

Digər lüğətlərdə