MAH

MAH1

f. bax məh1. Mahi-bədr bax mahi-təmam; mahi-çəhar dəhşənbə ondördgecəlik ay; mahi-ənvər ən işıqlı ay, ən nurlu ay; mahi-xərgəhi ətrafı parlaq halə ilə əhatə olunmuş dolğun ay; mahi-kən’an kənan ayı (Yusif peyğəmbərə verilən ad); mahi-no təzə ay; aypara; mahi-rüxsar ay kimi gözəl üz; mahi-taban parlaq, işıqlı ay; mahi-təmam dolğun ay, bədrlənmiş ay.

MAH2

f. bax məh2. Mahi-bustan bostan ayı (payızın ilk ayı); mahi-əsəli «bal ayı» bəylə gəlinin evləndikdən sonra birgə yaşadıqları ilk ay; mahi-hərəmeyn şiələrin məhərrəm və səfər aylarına verdikləri ad; mahi-qəm qəm ayı (şiələrin məhərrəm ayına verdikləri ad); mahi-qəməri qəməri təqviminin ayı; mahi-liqa’ bax mahliqa’; mahi-rumi Roma təqviminin ayı; mahi-siyam orucluq ayı; mahi-şəmsi şəmsi təqviminin ayı.

MAFÖVQƏTTƏBİƏ
MAHCƏBİN
OBASTAN VİKİ
Mah Tələtin portreti
Mah Tələtin portreti — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm Tbilisidə, Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır. Azərbaycan milli geyimində təsvir edilmiş qadın açıq pəncərə (şəbəkə) fonunda təsvir edilib. Pəncərədən mavi səma görünür. Qadın sol əlini bülinə qoyub, sağ əlini isə aşağı sallayıb. Şəbəkənin ortada yerləşən və qaldırıldığına görə qadının başı üzərində imiş kimi görünün orta hissəsi rəngarəng şüşələrlə bəzədilmişdir. Yan pəncərələr üzərində asılmış yaşıl pərdələr aşağıdan yığılaraq əsərin kənarlarına doğru çəkilmişdir. Döşəmə geniş haşiyəli xalça ilə döşənmişdir. Miklaşevskayanın sözlərinə görə, qadının demək olar ki, dairəvi olan üzü xəttləri az marqlı və ifadəsiz olsa da, sözsüz ki, portret uyğunluğunu ötürə bilir. Böyük dəstələrlə çiyinlərə düşən qara saçları qadının üzünü əhatə edir.
Cəlal Mahmudov
Mahmudov Cəlal Müseyib oğlu (1933, Qızılhacılı, Goranboy rayonu) — texnika elmləri doktoru, professor. Mahmudov Cəlal Müseyib oğlu 1933-cü ildə Azərbaycan SSR Qasım-İsmayılov rayonunun Qızıl Hacılı kəndində anadan olmuşdur. 1955-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini fərqlənmə diplomu ilə bitirərək, 1958-ci ilə qədər "Neft Daşları" NQÇİ-də müxtəlif vəzifələrdə çalışmışdır. 1958–1972-ci illərdə AzETNÇİ-da böyük mühəndis, laboratoriya rəhbəri kimi vəzifələrdə işləmişdir. 1960–1962-ci illərdə AzNKİ-nun aspirantı idi. 1962-ci ildə "Maili quyuların lüləsinin trayektoriyasının nəzəri və təcrübi tədqiqatları" mövzusunda namizədlik, 1967-ci ildə isə "Dərin maili quyuların qazılması nəzəriyyəsinin ünsürləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1968–1988-ci illərdə AzXTİ-da işləyib və burada "İstehsalat texnologiyası" kafedrasını yaratmışdır. 1988–1990-cı illərdə Leninqrad maliyyə-iqtisad institutunun Baki filialının "İstehsalat sahələrinin texnologiyası" kafedrasına rəhbərlik etmişdir. 1990–2000-ci illərdə AzDİU-nin "İstehsalat texnologiyası" kafedrasında professor işləmiş, 2001-ci ildən bu günə qədər isə ADEU-də "İstehsalat sistemləri və ətraf mühitin mühafizəsi" kafedrasına rəhbərlik edir. Mahmudov C. M. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir.
Cənab leytenant (mahnı)
Cənab leytenant — 1995-ci il Şəmistan Əlizamanlının albomundan olan mahnı. Mahnının sözləri və musiqisi Şahin Musaoğluya aiddir.
De ki, de ki (mahnı)
Dedza (mahal)
Dedza — Malavinin 28 dairəsindən biri. Mərkəz regionuna aiddir. Dedza ölkənin üç regionundan biri olan Mərkəz regionuna aiddir. Dairənin mərkəz şəhəri dairə ilə eyni adı daşıyan Dedza şəhəridir. Dairə şərqdə Malavi gölü və Manqoçi dairəsi, cənubda Ntçeu dairəsi və Mozambik, şimalda Salima, qərbdə Lilonqve dairələri ilə qonşudur. Dedza dairəsində 623,789 nəfər yaşayır.
Deki deki (mahnı)
Deli (mahnı)
Deli — Türkiyəni 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnı. Bu mahnı ilə Türkiyə Avroviziyada 43 ölkə arasında 7-ci oldu. Mahnını rok qrupu olan Mor ve Ötesi ifa edirdi. Mahnının sözləri də bu qrupa məxsus idi.
Despacito (mahnı)
Despasito — Puerto-Rikolu müğənni Luis Fonsi, Daddy Yankeenin duetidir. Despasito ispancadan "yavaşca, sakitcə" kimi tərcümə olunur. 12 yanvar 2017-ci ildə işıq üzü görən mahnı YouTubeda ən çox izlənilən videodur. Mahnı Billboard Music Awards, American Music Awards, Latin Grammy Awards kimi mükafatlara layiq görülmüşdür.
Deutschland (mahnı)
Deutschland (alman dilindən – «Almaniya») — Almaniya rok musiqi qrupu olan "Rammstein" mahnısı. Mahnı musiqi qrupunun gözlənilən adsız yeddinci studiya albomunun baş sinqlıdır. Bu, musiqi qrupunun 2012-ci ildə çıxardığı "Mein Herz brennt" mahnısından sonra çıxardığı ilk mahnıdır. "Deutschland" mahnısı "Rammstein" musiqi qrupunun Almaniyada ən çox qulaq asılan mahnı tituluna qazanan ikinci mahnı olmuşdur. Birincisi 2009-cu ildə çıxarılan "Pussy" mahnısı idi. 26 mart 2019-cu ildə musiqi qrupunun rəsmi "YouTube" kanalında 35 saniyəlik bir promo videosu yayımlanmışdır. Bu videonun sonunda rum rəqəmləri ilə 28 mart 2019-cu il tarixi və "Deutschland" sözü görünür. İki gün sonra – 28 mart 2019-cu il tarixində mahnının klipi yayımlanır. Bu klipdə Roma imperiyasının qədim Almaniyaya hücumu, orta əsrlərdə Müqəddəs Roma imperiyası, Napoleon müharibələri, İkinci Dünya müharibəsi və Berlin divarı kimi Almaniya tarixindən müxtəlif hadisələr, eləcə də indiki dövr və gələcək nümayiş olunur. Klipin bir səhnəsində Nasist Almaniyasının bir həbs düşərgəsində ölüm hökmü ilə edam olunan məhbuslar nümayiş olunur.
Dova (mahal)
Dova (ing. Dowa) — Malavinin 28 mahalından biri. Mərkəz bölgəsinə aiddir. Dova ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Dova şəhəridir. Mahal şərqdə Salima mahalı, şimalda Ntçisi mahalı və Kasunqu mahalı cənub-qərbdə Lilonqve mahalı ilə qonşudur. Dova mahalında 556,678 nəfər yaşayır.
Drığ mahalı
Drığ mahalı — Talış xanlığının mahallarından biri. Mahal cənubdan Zuvand mahalı, şərqdən Uluf mahalı, qərbdən və şimaldan isə Səfidəşt mahalı ilə həmsərhəd idi. Qоnçin mеşəsindən axan və Şiləvar kəndinə bitişən çay Drığ mahalının sərhədi hesab edilir. Bu çaya "Kəkuyə cu" dеyilirdi. Drığ mahalının sərhəddi оradan, Lənkəran çayından kеçmiş Velədi kəndinin Sоpеh-Xоy pirinə qədər uzanırdı. Əhalinin mütləq əksəriyyəti şiə idi. Drığ mahalında taxılçılıq inkişaf etmişdi. Buranın əhalisi döyüşkən və cəsarətli olmağı ilə seçilirdi. Hazırda kеçmiş Drığ mahalının çох hissəsi Lеrik rayоnu ərazisinə daхildir. Mahalın kiçik bir hissəsi isə hazırda Ərdəbil ostanına daxildir.
Dschinghis Khan (mahnı)
Dschinghis Khan ("Çingiz xan") — Qərbi Almaniyanı 1979-cu il Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Dschinghis Khan qrupunun ifa etdiyi mahnı. Bu mahnının motivləri əsasında 1997-ci ildə finlandiyalı müğənni Frederik, 1980-lərdə kantopop stilindəki ifaçı Corc Lam və 2008-ci ildə yapon Berryz Kobo qrupu tərəfindən kaver versiyalar ifa olunmuşdur, Mahnı müsabiqədə doqquzuncu yerdə ifa edildi və səsvermənin nəticəsində 86 xalla 19 iştirakçı arasında 4-cü oldu. Mahnının müəllifləri - bəstəkar Ralf Zigel və sözlərin müəllifi Bernd Maynunger bu mahnını disko-musiqisinin, xüsusilə Boney M qrupunun mahnılarının təsiri altında yazıblar. Mahnının adından göründüyü kimi, o monqol hökmdarı Çingiz xandan bəhs edir. Mahnının sözlərinə əsasən, Çingiz xan öz gücünə görə heç kimin ona qarşı qoya bilmədiyinə görə düşmənlərinə gülür və cinsi həyatının aktivliyi ilə qürrələnir (onu sevməyən qadın yoxdur, o bir gecədə yeddi uşaq atası olur). Fin ifaçısı Frederik Tsingis Khan adlı mahnısını özünün eyniadlı albomuna daxil edib. Fin dilindəki sözlər Yuxa Vaynio tərəfindən yazılıb. Müğənninin öz saytında verdiyi məlumata görə, mahnının bəstəkarı Ralf Zigel bu versiyanın orijinaldan daha yaxşı alındığını bildirib. 1979-cu ildə Royal Sprites Tayland qrupu tərəfindən ifa olunmuşdur. "Sin Amor" adlı ispan versiyasını 1979-cu ildə ifaçı Ivan oxumuşdur.
Durnam (xalq mahnısı)
Xalq mahnısı daha çox Azərbaycan SSR xalq artisti Hacıbaba Hüseynovun özünəməxsus tərzdə ifasıyla məşhurlaşmışdır. Sonralar mahnını Alim Qasımov, Səxavət Məmmədov, Təyyar Bayramov kimi məşhur xanəndələr ifa etmişdir. Dilbər telin daramı, (bəzən: Qara telin daramı) Yoxdur könlüm aramı! (bəzən: Yoxdur könül aramı!) Sən ki, təbib deyildin, Neyçün açdın yaramı? Durnam! Sən haralısan sormam, (bəzən: sorma!) Mən buralarda durmam! Gedəlisən aslan yarım, (bəzən: əsmər yarım) Gəl sinəm üstə, Durnam! Yaralı Durnam! Qarpız kəsdim yeyən yox, Vallah dərdim bilən yox! (bəzən: dərdimi) Yarım mənlə barışıb, (bəzən: Mən yarımla barışdım) Gözün aydın deyən yox!
Duy (mahnı)
Dərəkənd-Parçenis mahalı
Dərəkənd-Parçenis mahalı — indiki Ermənistanda mövcud olan azərbaycanlıların yaşadığı mahal. Dərəkənd-Parçenis mahalı İrəvan xanlığının tərkibinə daxil olmuşdur. Sonra mahal ərazisinsə Eçmiədzin qəzası təşkil olmuşdur. 1826–1828-ci illər Rusiya-İran və 1828–1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Dərəkənd-Parçenis mahalında dağıdılmış kəndlərin siyahısı 1. Qaraqoyunlu, 2. Kiti, 3. Sürməli, 4. Aşıq Hüseyn, 5. Qarabulaq, 6. Qaraqala, 7.
Dərələyəz mahalı
Dərələyəz mahalı — Şərur-Dərələyəz tarixi vilayətinin dağlıq hissəsini təşkil edir. Mahal şimalda Basarkeçər yaylası, şərqdə Zəngəzur silsiləsi, cənubda Ələyəz dağları, qərbdə isə Səlim aşırımı yerləşən hündür dağlarla əhatə olunmuşdur. Ümumi sahəsi 2304 kv.km-dir. Ən qədim dövrlərdən azərbaycanlıların məskunlaşdığı Dərələyəz-Ələyəz dərəsi toponimi orta əsrlərdə inzibati-ərazi bölgüsü mənasında işlənməklə, geniş ərazini əhatə emişdir. XVIII əsrin əvvəlində Osmanlı dövlətinin idarəsi altında olmuş Naxçıvan sancağının 14 nahiyəsindən biri də Dərələyəz idi. Bu dövrdə Dərələyəz nahiyəsi 102 kəndi əhatə edirdi. Xalq bölgüsünə görə, 3 hissəyə ayrılırdı: Şərqi Dərələyəz, Qərbi Dərələyəz və Şərurun dağlıq hissəsi. Türkmənçay müqaviləsindən (1828) sonra Rusiyanın tərkibinə daxil edilən Dərələyəz bölgəsi İran və Türkiyədən buraya köçürülən ermənilərin hesabına etnodemoqrafik dəyşikliklərə məruz qalmışdır. Köçürmələrə qədər bölgədəki ailələrin 94,1%-ni azərbaycanlılar, 5,8%-ni ermənilər təşkil edirdisə, köçürmələrdən sonra erməni ailələri 25,8%-ə çatmışdır. 1870-ci ildə Dərələyəz İrəvan quberniyasının tərkibndə yaradılan Şərur-Dərələyəz qəzasına daxil edilmişdir.
Dərəçiçək mahalı
Dərəçiçək mahalı — indiki Ermənistanda mövcud olan azərbaycanlıların yaşadığı mahal. İrəvan xanlığının mahallarından birinin adı Osmanlı dönəmində Dərəçiçək nahiyəsi davamı olan Dərəçiçək mahalı İrəvan xanlığının tərkibinə daxil olmuşdur. Sonra mahal ərazisinsə Yeni Bəyazid qəzası təşkil olmuşdur. Əlibəy dağının ətəyində qədim məntəqədir. 1728-ci ildən mə'lumdur. Kənd Dərəçiçək dərəsinin adı ilə adlanmışdır. 1946-cı ildə ermənicə Tsakadzor adlandırılmışdır. 1959-cu ildə Dərəçiçək rayonu Hrazdan rayonu adlandırılmışdır. 1930-cu ilə qədər Aşağı Axta kəndinin adı ilə Axta rayonu idi. 1826–1828-ci illər Rusiya-İran və 1828–1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Dərəçiçək mahalında dağıdılmış kəndlərin siyahısı 1.
Dəstə mahalı
Dəstə mahalı — Naxçıvan xanlığının mahallarından biri. Naxçıvan xaniğı (1747- 1827-ci illər) mahallara bölünmüşdü və onun 9 mahahndan biri də Dəstə mahalı olmuşdur. Dəstə kəndi də bu mahalın mər- kəzi idi. Beləliklə 1747-1827-ci illərdə 80 il müddətinə Biləv eyniadlı mahalın mərkəzi olmuşdur. Mahallari xanın nüməyəndəsi - mirzəbəyilər (naiblər) idarə edirdilər. Onlar xanlığa sədaqətli, adətən Kəngərli tayfasından olan bəylərdən təyin olunurdular.
Dəşt mahalı
Dəşt mahalı — Urmiya xanlığına bağlı məntəqələrdən biri. Dəşt mahalının ərazisi əsasən dağlıq və təpəliklərdən ibarətdir. O, cənubdan Mərgəvər, şərqdən Urmiya gölü, şimaldan Bərrə, Rövzə mahalı, qərbdən Mirşeyxi və Zərinə çayları ilə həmsərhəddir. Mahalın dərələrindən və düzənliklərindən bir sıra çaylar, çeşmələr axır. XVIII və XIX əsrlərdə mahal bəyləri Bərdəsur kəndindəki qalada yaşayırdılar. Dəştin dağlarında bir neçə tayfa, o cümlədən Hərgi adlı kürd əşirəti yaşam sürürdü. Onlar qışda Amadi vadisinə köçürdülər.
Dəştivənd mahalı
Dəştivənd mahalı — Talış xanlığının mahallarından biri. Mahal cənubdan Uluf mahalı, şərqdən Xəzər dənizi, qərbdən Səfidəşt mahalı, şimaldan isə Salyan sultanlığı ilə həmsərhəd idi. Mahalın ərazisi indiki Boradigah kəndindən Göytəpə çayına kimi uzanırdı. "Cəvahirnameyi-Lənkəran" əsərində Dəştivənd mahalı ilə Ərkivan mahalının eyni mahal olduğu bildirilir. Talış xanlığındakı mahallardan ən böyüyü olan Ərkivan, xanlığın şimalında yerləşib, qərb hissəsi dağlıq, şərq hissəsi isə düzənlik olan bir mahal olmuşdur. Dəştivənd mahalında türk kəndlərinin sayı talış kəndlərinin sayından çox idi. Mirzə Əhməd Mirzə Xudaverdi oğluna görə, türklər bu əraziyə yeni gəlmişdi və xeyli çoxalmışdılar. Əhalinin mütləq əksəriyyəti şiə olan mahalda yaşayanların əsas məşğuliyyəti ipəkçilik idi. Bu tarixi mahalın ərazisi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun qeydlərinə əsasən hazırda qismən Cəlilabad, qismən də Masallı və Salyan rayonları tərkibindədir.
Elnur Mahmudov (rəssam)
Elnur Mahmudov (7 dekabr 1977) — Azərbaycanlı rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü (2005). Elnur Mahmudov 1977-ci ilin 7 dekabr tarixində Sumqayıt şəhərində anadan olmuşdur. 1998-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirmişdir. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2006-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirir. Uşaq yaşlarından bir çox fərdi sərgilərini təşkil etmişdir. Bununla yanaşı xarici ölkələrdə sərgiləri olmuşdur: Türkiyə (İstanbul,2000), İran (2005), Rusiya (Moskva, 2012), Böyük Britaniya (London, 2013). Bir çox beynəlxalq sərgilərin və simpoziumların iştirakçısıdır. Əsərləri natürmort və portret janrlarındadır. Azərbaycanlı rəssam Elnur Mahmudov əfsanəvi futbol ulduzu Maradonaya onun şəklini çəkərək sürpriz etmişdir.
Elçin Mahmudov
Elçin Cəmil oğlu Mahmudov (7 iyun 1998; Kəngərli, Ağdam rayonu, Azərbaycan — 2 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elçin Mahmudov 7 iyun 1998-ci ildə anadan olmuşdur. Ağdam rayonunun Kəngərli kənd sakinidir. 2005–2016-cı illərdə Ağdam rayon 45 nömrəli köçkün tam orta məktəbində təhsil almışdır. Ailəli idi. Aydın və Ümid adlı 2 oğlu yadigar qaldı. Elçin Mahmudov 2017–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. 2019-cu ildən eyni hərbi birləşmədə müddətdən artıq hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Elçin Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində tankçı olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Elşad Mahmudov
Elşad Suliddin oğlu Mahmudov (12 iyul 1997; Gəncə, Azərbaycan — 6 noyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elşad Mahmudov 12 iyul 1997-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2014-cü ildə Gəncə şəhər 7 nömrəli tam orta məktəbi bitirmişdir. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU)-da "mühasibat uçotu və audit" ixtisası üzrə təhsil almışdır. Elşad Mahmudov 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Naxçıvan Muxtar Respublikasındakı “N” saylı hərbi hissədə xidmət etmişdir. Elşad Mahmudov 27 sentyabr 2020-ci il tarixində İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq yenidən hərbi xidmətə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Elşad Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elşad Mahmudov 6 noyabr 2020-ci ildə Laçın rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 7 noyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Ermənistan 2010 Avroviziya Mahnı Müsabiqəsində
Avroviziya 2010 müsabiqəsində Ermənistan təmsilçisi Eva Rivas olacaq. 13 dekabrda ARMTV 2010-cu ildə Avroviziya iştirakını rəsmən təsdiq etdi. 18 dekabrda yarış üçün ölkənin seçməsində birinci təsnifat elan edildi. Milli final 2010-cu ilin fevral ayında keçiriləcək. Ermənistanı təmsil etmək üçün on mahnı rəqabət aparacaq. Mahnılar 1 fevrala qədər ARMTV-ə təqdim edilə bilər. On mahnı seçiləcək və 10 fevralda göstəriləcək. Erməni bəstəkarlara və yazıçılara iştirak etmək üçün imkan verilirlər. Televiziya ilə yayılınan milli finalın qalibi 50% jüri və 50% tele səsvermənin nəticələindən sonra müəyyən olunacaq.
Ermənistan Avroviziya Mahnı Müsabiqəsində
Ermənistan Avroviziya Mahnı Müsabiqəsinə 2006-cı ildə qoşulmuş və ümumilikdə isə 13 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə müsabiqədəki 13 iştirakından 7-də ilk onluqda yer almışdır. İndiyədək müsabiqədə heç vaxt qalib gəlməmişdir. Ən yaxşı nəticələrini 2008-ci ildə Siruşonun ifa etdiyi "Qele Qele" mahnısı ilə və 2014-cü ildə Aram Mp3-nin ifa etdiyi "Not Alone" mahnısı ilə qazanmış və dördüncülük əldə etmişdirlər. Ən pis nəticəni isə 2019-ci ildə yarımfinalda 16-ci olaraq göstərmişdirlər. Ermənistan 2012-ci ildə Bakıda keçirilən müsabiqəyə qatılmamışdır.
Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsində 2007-ci ildən bəri iştirak edir. Ölkə müsabiqədə iştirak etdiyi illər ərzində bir dəfə qalibiyyət əldə edib. Ermənistan uşaq Avroviziyasında ilk qələbəsini 2010-cu ildə Vladimir Arzumanyanın ifa etdiyi "Mama" adlı mahnı ilə qazanıb.

Значение слова в других словарях