MAHMUDBƏY

Mahmud bəy; Mahmud kimi bəy.
MAHMUDALI
MAHMUDƏLİ
OBASTAN VİKİ
Böyük bəy Mahmudbəyov
Böyük bəy Mahmud bəy oğlu Mahmudbəyov (27 sentyabr 1902, Şamaxı – 1988, Bakı) — cərrah, tibb elmləri doktoru, professor. == Həyatı == Böyük bəy Mahmud bəy oğlu Mahmudbəyov 27 sentyabr 1902-ci ildə Şamaxıda anadan olmuşdur. O, II Dünya Müharibəsi iştirakçısı, tibb xidməti polkovnikidir. Böyük bəy Mahmudbəyov Azərbaycan Dövlət Tibb İnstitutunun (Azərbaycan Tibb Universiteti) Tibb cərrahlıq kafedrasında işləmiş, 1947-1958-ci illərdə professor, 1958-1977-ci illərdə kafedra müdiri vəzifələrində çalışmışdır. 1977-ci ildən həyatının sonuna kimi həmin kafedranın məsləhətçisi idi. Böyük bəy Mahmudbəyov 1957-ci ildə Azərbaycanın əməkdar elm xadimi adını almışdır. == Elmi fəaliyyəti == Böyük bəy Mahmudbəyov 1936-cı ildə namizədlik, 1939-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. O, namizədlik dissertasiyasını akademik Mir Əsədulla Mirqasımovun rəhbərliyi altında müdafiə etmişdir. Böyük bəy Mahmudbəyovun elmi fəaliyyəti əsasən irinli cərrahi xəstəliklərə, hərbi səhra cərrahlığına, qaraciyər və öd yolları patologiyasına aiddir. O, Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, I dərəcəli Vətən Müharibəsi ordeni və medallarla təltif edilmişdir.
Hüseyn bəy Mahmudbəyov
Hüseyin bəy Behbud bəy oğlu Mahmudbəyov — Zəngəzurun qəza rəisi (1919), repressiya qurbanı. == Həyatı == Hüseyn bəy Behbud bəy oğlu Mahmudbəyov 1874-cü ildə Şuşada əsilli ailədə anadan olmişdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şəhər məktəbində oxumuşdu. Daha sonra Şuşa qəza idarəsində 2-ci dərəcəli dəftərxana xidmətçisi kimi işə başlamışdı. Tərcüməçı və pristav vəzifələrini də daşımışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə əvvəlcə Zəngəzur və Cəbrayıl-Karyagin (indiki Füzuli rayonu) qəzalarında böyük köməkçi, sonra isə qəza rəisi vəzifəsində çalışmışdır. 1919-cu il yanvarın 15-də Qarabağ General-Qubernatorluğu yaradılan zaman, general-qubernator Xosrov bəy Sultanovun köməkçisi (müavini ) vəzifəsinə təyin olunmuşdu (digər köməkçi erməni Qriqori Kələntərov idi...). H. Mahmudbəyov bu vəzifədə AXC-nin süqutunadək xidmət etmişdi.Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra vəzifədən kənarlaşdırılaraq, bir müddətdən sonra həbs olunan Hüseyn bəy Mahmudbəyov naməlum şəraitdə güllələnmişdi.
Həbib bəy Mahmudbəyov
Mahmudbəyov Həbib bəy Hacı İbrahimxəlil bəy oğlu (29 iyul 1864, Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 30 iyul 1928, Bakı, Bakı qəzası, Azərbaycan SSR, SSRİ) — Azərbaycan maarifçisi, müəllim, Aleksandr Müəllimlər İnstitutunun məzunu. == Həyatı == Həbib bəy Mahmudbəyov 1864-cü ildə Şamaxı şəhərində anadan olmuşdu. Atası Hacı İbrahimxəlil bəy Şamaxının mötəbər şəxslərindən idi. Şirvan əsilzadələrindən olan ulu babası Hacı Sadıq məşhur Nadir şahın xəzinədarı imiş. Səkkiz yaşında ikən Həbib bəy Şamaxının məhəllə məktəblərindən katib Mirzə Hüseyn adlı bir molla məktəbində oxuyur, sonra Şamaxının şəhər məktəbinə girir. 1872-ci il zəlzələsində şəhər məktəbinin binası dağılır və Həbib bəy Bakıya gələrək real məktəbə daxil olur. Bu məktəbdə altıncı sinifədək oxuduqdan sonra 1883-cü ildə Sultan Məcid Qənizadə ilə birlikdə Tiflisə gedərək oradakı Aleksandrov Müəllimlır İnstitutuna girir. 1887-ci ildə həmin institutu bitirərək yenə də Sultanməcid Qənizadə ilə bir yerdə Bakıya dönür və elə həmin il onlar ilk özəl rus müsəlman məktəbini açırlar. Bu, Azərbaycanda maarifin inkişafında böyük hadisə olur və maarifin gələcək inkişafının istiqamətini müəyyənləşdirir. Qısa müddətdə həmin məktəb məşhurlaşır və 1891-ci ildə dövlət təminatına keçirilir.
Lətif bəy Mahmudbəyov
Mahmudbəyov Lətif bəy Əsəd bəy oğlu (1895, Şamaxı – 1972, Bakı) — Azərbaycan həkimi, tibb elmləri doktoru (1955), professor (1959). == Həyatı == Lətif bəy Mahmudbəyov 1895-ci ildə Şamaxıda doğulub. 1913–1918-ci illərdə Kiyev Universitetinin tibb fakültəsində ali təhsil almışdır. Quba ali ibtidai məktəbinin həkimi (1.11.1919-dan); Quba mahal həkimi (1919–1920); Bakının müxtəlif xəstəxanalarında həkim; ATİ yoluxucu xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışıb. 1972-ci ildə Bakıda vəfat edib.
Mahmud bəy Mahmudbəyov
Mahmud bəy Polad bəy oğlu Mahmudbəyov (1863, Şamaxı – 13 mart 1923, Bakı) — Azərbaycan pedaqoq-metodisti, müəllim və publisist. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu. == Həyatı == Mahmud bəy Polad bəy oğlu Mahmudbəyov 1863-cü ildə (ASE-də 1849-cu ildə doğulduğu qeyd edilib) Şamaxı şəhərində anadan olmuşdu. İbtidai təhsilini məhəllə məktəbində almışdı.1874-cü ildə Şamaxı şəhərindəki "Məclis məktəbi"ndə təhsilini davam etdirmişdi. 1879-cu ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının hazırlıq sinfinə daxil olmuş, 1883-cü ildə bitirmişdi. 1883-cü ildə Qori seminariyasını bitirdikdən sonra bir neçə il Bərdə, Tərtər, Şamaxı şəhərlərində müəllimlik etmiş, 1890-cı ildə Bakıya köçmüşdür. Ömrünün sonunadək (1923) burada müəllimlik etmişdir. Mahmud bəy Mahmudbəyov "Rəhbər" jurnalının redaktoru idi. Bu jurnalın ilk nömrəsi 1906-cı il sentyabrın 24-də çıxmışdır. Jurnal ilk nömrəsini baş məqaləsində gələcək proqramı haqqında danışmışdır.
Mahmudbəyov çömçəxulu
Mahmudbəyov çömçəxulu (lat. Benthophilus mahmudbejovi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. == Yayılması == Xəzərin endemik növü olub əsasən onun Volqa deltası və onun qərb sahili boyunca, Pesçannıy burnundan, Çələkən yarımadası, Oğurca adası ətrafı bölgələrə kimi yayılmışdır. Yetkinlərə ümumiyyətlə 11 m-dən daha 50 metrə qədər dərinmlikdə rastlanılır. Uzunluğu 6,6 sm olan fərdlərinə rast gəlinir. Azərbaycan ixtioloqu A. Mahmudbəyovun şərəfinə adlandırılmışdır.
Məhbubə xanım Mahmudbəyova
Məhbubə xanım Kərim bəy qızı Mahmudbəyova (11.6. 1902, Şuşa — 13.1.1976, Bakı) — tibb e. d. (1961), prof. (1963), əməkdar həkim (1960), professor, Kərim bəy Mehmandarovun qızı. Məhbubə xanım Kərim bəy qızı 11 iyun 1902-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Bakıda orta məktəbi bitirəndən sonra ATİ-yə (hazırkı ATU) qəbul olmuşdur. İnstitutu tamamlayandan sonra həkim işləmişdir. Ömrünü doğma təhsil ocağına bağlamışdır. 1933–70-ci illərdə Azərb.
Məryəm Mahmudbəyova
Məryəm Fərəməz qızı Mahmudbəyova (2 yanvar 1921, Naxçıvan – 1992, Bakı) — tibb elmləri doktoru (1966), əməkdar həkim (1973). Məryəm Fərəməz qızı Mahmudbəyova 1921-ci il yanvar ayının 2-də Naxçıvan şəhərində anadan olmuşdur. O, 1953-cü ildə Q.M.Musabəyov adına Azərbaycan Elmi-Tədqiqat Virusologiya və Gigiyena İnstitutunda işləmiş, 1966-cı ildə tibb elmləri doktoru, 1976-1979cu illərdə Azərbaycan Elmi-Tədqiqat Qanköçürmə və Hemotologiya İnstitutunda “İmmun-hemotologiya” şöbəsinin müdiri olmuşdur. Tədqiqatı müasir təbabətin aktual məsələlərinin (bioloji aktivliyi yüksək olan mikro-molekulların, zülalların, nuklein turşusunun həll olunan antigen fraksiyalarının) öyrənilməsinə həsr olunmuşdur. Musabəyovanın antigen quruluşa aid tədqiqatlarından immun preparatların istehsal texnologiyası sahəsində, habelə x əstəliklərin profilaktika və diaqnostikasında geniş istifadə edilir. 1973-cü ildə Azərbaycanın Əməkdar həkimi fəxri adına layiq görülmüşdür. M.Mahmudbəyova 1992-ci ildə Bakıda vəfat etmişdir.
Nəsibə Mahmudbəyova-Vəlizadə
Şamil Mahmudbəyov
Şamil Mahmudbəyov (rejissor) — Azərbaycan rejissoru. Şamil Mahmudbəyov (repressiya qurbanı) — Azərbaycanlı repressiya qurbanı.
Şamil Mahmudbəyov (dövlət xadimi)
Şamil Mahmudbəyov — tanınmış nəslin nümayəndəsi, 1898-ci ildə pedaqoq və ictimaiyyətçi, rus-tatar məktəbinin və Azərbaycanda ilk teatr truppasının əsasını qoyan, xalq müəllimi Həbib bəy Mahmudbəyovun oğlu 1916-cı ildə Bakı realnı məktəbini bitirdikdən sonra Kiyev politexnik institutuna daxil olmuşdur. O, Kiyevdə olarkən ictimai işlərdə fəal iştirak etmişdir. Şamil Mahmudbəyov 1920-ci ildən məsul vəzifələrdə çalışmış, N. Nərimanovun şəxsi katibi olmuş, Şuşa icrayə komitəsinin sədri, Qarabağ və Zəngəzurun fövqəladə komissarının müavini, Naxçıvan daxili işlər xalq komissarı, Naxçıvan SSR-in xalq komissarları şurasının sədrinin müavini və sədri, Azərbaycan mərkəzi icrayə komitəsinin işlər müdiri olmuşdur. Şamil Mahmudbəyov torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsinə qarşı qətiyyətli mübarizə aparmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Dövlət Arxivində və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin siyasi sənədlər arxivində Mahmudbəyovun N. Nərimanova yazdığı gizli məktublar saxlanılır. 1924–1928-ci illərdə "Azərbaycan Dövlət Kino"sunun rəhbəri, 1931-ci ilə kimi Kənd təsərrüfatı institutunun tədris bölməsinin prorektoru vəzifələrində çalışmışdır. 1931-ci ildə Şamil Mahmudbəyov Moskvaya Qırmızı Professorlar İnstitutuna göndərildi. 1933-cü ildə Sormovaya göndərilmiş və Qorki şəhərində Marksizm-Leninizm institutunda oxumuşdur. Şamil Mahmudbəyov Sormova şəhərinin zavodlarında geniş maarifləndirmə işi aparır fəal ictimai fəaliyyətlə məşğul olurdu. 30-cu illərdə aparılan repressiyalar digər görkəmli ziyalılar kimi Şamil Mahmudbəyovdan da yan keçməmişdir.
Şamil Mahmudbəyov (rejissor)
Şamil Fəraməz oğlu Mahmudbəyov (6 fevral 1924, Naxçıvan, Naxçıvan Muxtar Diyarı – 18 may 1997, Bakı) — Azərbaycan kinorejissoru, aktyor, ssenarist, filmlərin bədii rəhbəri, Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1970), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1976). Şamil Mahmudbəyov 6 fevral 1924-cü ildə dünyaya gəlmişdir. 1943-cü ildə orduya qoşulub Böyük Vətən Müharibəsinin bir sıra qanlı döyüşlərində iştirak etmişdir. Tərxis edildikdən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olan rejissor rejissor S.Gerasimovun və aktrisa T.Makarovanın tələbəsi olmuşdur. O, 1954-cü ildən Bakı kinostudiyasında rejissor vəzifəsində çalışıb. "Görüş" (1955), "Qara daşlar" filmlərində ikinci rejissor işləyib, özünü sınamaq xətrinə poçtla kitab göndərilməsi, zavodda əməyin təhlükəsizliyi, Azərbaycan uzunömürlüləri, Naxçıvanda sosializm quruculuğu haqda sənədli lentlər çəkib. Rejissorun ilk kino işi "Əyri yolla qazanc" qısametrajlı filmi olub. Ş.Mahmudbəyov yaradıcılığının davamı olaraq "Romeo mənim qonşumdur" lirik komediyasını, eyniadlı kinoalmanaxa daxil edilmiş "Qaraca qız" (1966) kinonovellasını, müxtəlif janrlara aid "Torpaq. Dəniz. Od.
Şamil Mahmudbəyov (repressiya qurbanı)
Şamil Mahmudbəyov — tanınmış nəslin nümayəndəsi, 1898-ci ildə pedaqoq və ictimaiyyətçi, rus-tatar məktəbinin və Azərbaycanda ilk teatr truppasının əsasını qoyan, xalq müəllimi Həbib bəy Mahmudbəyovun oğlu 1916-cı ildə Bakı realnı məktəbini bitirdikdən sonra Kiyev politexnik institutuna daxil olmuşdur. O, Kiyevdə olarkən ictimai işlərdə fəal iştirak etmişdir. Şamil Mahmudbəyov 1920-ci ildən məsul vəzifələrdə çalışmış, N. Nərimanovun şəxsi katibi olmuş, Şuşa icrayə komitəsinin sədri, Qarabağ və Zəngəzurun fövqəladə komissarının müavini, Naxçıvan daxili işlər xalq komissarı, Naxçıvan SSR-in xalq komissarları şurasının sədrinin müavini və sədri, Azərbaycan mərkəzi icrayə komitəsinin işlər müdiri olmuşdur. Şamil Mahmudbəyov torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsinə qarşı qətiyyətli mübarizə aparmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Dövlət Arxivində və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin siyasi sənədlər arxivində Mahmudbəyovun N. Nərimanova yazdığı gizli məktublar saxlanılır. 1924–1928-ci illərdə "Azərbaycan Dövlət Kino"sunun rəhbəri, 1931-ci ilə kimi Kənd təsərrüfatı institutunun tədris bölməsinin prorektoru vəzifələrində çalışmışdır. 1931-ci ildə Şamil Mahmudbəyov Moskvaya Qırmızı Professorlar İnstitutuna göndərildi. 1933-cü ildə Sormovaya göndərilmiş və Qorki şəhərində Marksizm-Leninizm institutunda oxumuşdur. Şamil Mahmudbəyov Sormova şəhərinin zavodlarında geniş maarifləndirmə işi aparır fəal ictimai fəaliyyətlə məşğul olurdu. 30-cu illərdə aparılan repressiyalar digər görkəmli ziyalılar kimi Şamil Mahmudbəyovdan da yan keçməmişdir.
Şeyx Əbdül Mahmudbəyov
Əbdül Mahmudov (15 may 1944, Atbulaq, Qazıməmməd rayonu) — Azərbaycan kinorejissoru, ssenarist və aktyor, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). Şeyx Əbdül adı ilə də tanınır. Əbdül Mahmudov 15 may 1944-cü ildə indiki Hacıqabul rayonunun Atbulaq kəndində anadan olub. Əslən Şamaxıdandır. Ana tərəfi Haşimi krallığından olduğu üçün, nəsilləri həşimxanlılar adlanırmış. Ata tərəfi isə Ərdəbildən olub. 1961-ci ildə orta məktəbi bitirmişdir. Kinoya gəlişi uşaqlıq illərində çəkildiyi "Bir məhəllədən iki nəfər" və "Leyli və Məcnun" filmlərilə baş vermişdir. Daha sonra M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Adil İsgəndərovun kursunda aktyorluq ixtisasında (1962–1966), Moskvada isə Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsində Andrey Tarkovski, Leonid Trauberq, Vasili Şukşin və G. Daneliya kimi məşhur sənətkarlardan dərs almışdır (1971–1973). 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi işləyib.
Əbdül Mahmudbəyov

Əli Əsgər bəy Mahmudbəyov
Əli Əsgər bəy Mahmudbəyov (Mahmudbəyov Hacı İbrahimxəlil bəy oğlu Ələsgər bəy; 15 mart 1875, Şamaxı – 27 avqust 1968, Qahirə) — mühəndis, Azərbaycan Milli Şurasının üzvü. İstiqlal Bəyannaməsini imzalamış Azərbaycanın Milli Şurasının nümayəndəsi. Əli Əsgər bəy Hacı İbrahimxəlil bəy oğlu Mahmudbəyov Bakı real məktəbini, daha sonra Peterburq Politexnik İnstitutunu bitirmişdir. Təhsilini başa vurduqdan sonra Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikində çalışmış, 1908-ci ildə Tiflisə köçərək ictimai fəaliyyət göstərmiş, Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətinin işində yaxından iştirak etmişdir. Azərbaycan Milli Şurasının İstiqlal bəyannaməsini imzalayan 26 üzvündən biri idi. 1918-ci ildə Türkiyəyə getmiş, Adana şəhərində toxuculuq fabrikinə başçılıq etmişdir. Sonralar Qahirəyə köçmüş, ömrünü orada başa vurmuşdur. Həbib bəy Mahmudbəyovun qardaşıdır.
Ələsgər bəy Mahmudbəyov