Mayis Şadıbəy oğlu Səmədov (28 iyul 1977; Xaçmaz rayonu, Azərbaycan SSR — 5 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
Mayis Səmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xaçmaz rayonu, Azərbaycan SSR |
Vəfat tarixi | (43 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Daxili İşlər Nazirliyi |
Qoşun növü | Daxili Qoşunlar |
Xidmət illəri | 1996—1999 / 2004—2020 |
Rütbəsi | Gizir |
Vəzifəsi | baş istehkamçı yarımqrup komandiri |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 2020 |
Mayis Səmədov 1977-ci il iyulun 28-də Xaçmaz rayonunun Qardaşoba kəndində anadan olub.[1] Əslən Quba rayonunun Küsnət kəndindən idi. 1992-ci ilə qədər Xaçmaz rayon Qardaşoba kənd tam orta məktəbində, 1992-1995-ci illərdə Xaçmaz şəhər 92 saylı texniki-peşə məktəbində təhsil alıb. 1995-ci ildə məktəbi "elektrik qaynaqçısı" ixtisası ilə bitirib. Ailəli idi. 2 övladı yadigar qaldı.
Mayis Səmədov Azərbaycan Daxili Qoşunlarının sıralarında 1996-1999-cu illərdə müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Füzuli rayonunda və Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2004-cü ildən eyni hərbi birləşmədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətə davam edib. Keçmiş ANAMA-nın Göygöl rayonu ərazisində ərazisində təşkil etdiyi istehkamçı ixtisası üzrə kursu bitirib. Daxili Qoşunların Ali Hərbi Məktəbində təşkil olunan altıaylıq "gizir hazırlığı kursu"nu bitirib və "gizir" hərbi rütbəsini alaraq Quba rayonunda yerləşən "N" saylı hərbi hissədə anbar rəisi kimi xidmət edib. Mayis Səmədov 2011-ci ilin sentyabrından xüsusi təyinatlı dəstədə atıcı-radiotelefonçu vəzifəsini yerinə yetirib. 2012-ci ilin sentyabrından etibarən qoşunların Sumqayıt şəhərində yerləşən “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində müxtəlif vəzifələrdə xidmətini davam etdirib.
Mayis Səmədov 2019-cu ilin martından istehkamçı yarımqrupunda baş istehkamçı-yarımqrup komandiri idi.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri olan Mayis Səmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mayis Səmədov oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayis Səmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayis Səmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]