MALTUSÇU

сущ. мальтузианец (последователь мальтузианства)
MALTOZA
MALTUSÇULUQ
OBASTAN VİKİ
Maltusçular
Maltusçular — (yeni maltusçularda deyilir. Bunların opponentləri onları qara fikirli, pessimist adlandırırlar) belə fikirdədilər ki, əgər müasir ənənələr saxlanılarsa dünya əhalisi həddindən çox artacaq, dünya indikinə nəzərən daha çox çirklənəcək, bir çox ehtiyat növləri deqrodasiya olunacaq və yaxud tükənəcəkdir. Onlar inanırlar ki, hazırkı vəziyyət ciddi siyasi və iqtisadi toqquşmalara (kolliziya) gətirib çıxaracaq, nə qədər ki, varlılar varlanacaq, kasıblar isə kasıblayacaq nüvə və adi silahlardan istifadə etməklə müharibə təhlükəsi artacaqdır. Yeni maltusçular termini 1789-cu ildə ingilis ruhanisi və iqtisadçısı Tomas Robert Maltus (1766-1834) tərəfindən irəli sürülmüş hipotezanın müasir10 və genişləndirilmiş versiyasının tərəfdarlarına verilən ad əasasında yaranmışdır. O hesab edirdi ki, əhalinin eksponensial qanunla artması, nəticədə məhdud ərzaq ehtiyatlarının qurtarması baş verəcək və bu zaman aclıqdan, xəstəliklərdən və müharibələrdən əhalinin sayı azalacaqdır.
Maltusçuluq
Maltusçuluq — əhalinin məskunlaşması nəzəriyyəsi; müəllifinin - ingilis iqtisadçısı və ruhanisi Maltusun adı ilə belə adlandırılmışdır. Sənaye çevrilişi və "çəpərləmələr"lə əlaqədar olaraq işsizliyin artması dövründə meydana gəlmişdir. Maltus sübut etməyə çalışırdı ki, zəhmətkeşlərin yoxsulluğu iqtisadiyyatla deyil, təbii şəraitlə bağlıdır. Onun çıxardığı qanuna görə, guya, əhali həndəsi silsilə ilə, dolanışıq vasitələrinin miqdarı isə ədədi silsilə ilə artır və nəticədə "əhalinin mütləq artımı" meydana çıxır. Maltusa görə əhalinin sayı və yaşayış vasitələrinin miqdarı arasındakı nisbət geniş kütləsinin tələf edən epidemiya, aclıq, müharibə və s. ilə tənzimlənməlidir. Markzim-leninizm klassikləri Maltusun mürtəcə mahiyyətini göstərmiş, onu burjuaziyanın proletariata qaşı elan etdiyi açıq müharibə adlandırmışlar. Onlar sübüt etmişlər ki, insan cəmiyyətində "əbədi təbii əhali qanunları" və " torpağın münbitliyinin azalması qanunu" yoxdur və ola da bilməz. Hər bir istehsal üsulunun özünəməxsus əhali qanunu var. Kapitalizim şəraitində nisbi əhali artıqlığı, yəni işsizlik hökm sürür, əhalinin təkrar istehsalı və "insanın törəyib artması şəraiti bilavasitə müxtəlif ictimai orqanizmlərin quruluşundan asılıdır."( Lenin V. İ., Əsər.

Digər lüğətlərdə