marçıltılı
mardlar
OBASTAN VİKİ
Malena Mard
Malena Mard — Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri (2013-cü ildən)
Maksim Marduxayev
Maksim Marduxayev (rus. Максим Иосифович Мардухаев; d. 24 fevral 1960, Moskva, RSFSR, SSRİ) — rus əsilli Fransa rejissoru. == Həyatı == Maksim Marduxayev 24 fevral 1960-cı ildə Moskvada anadan olub. 1973-cü ildə anası və kiçik qardaşı Kiril ilə birlikdə Parisə köçmüşdür. Həmin vaxtadək hər il yay tətilini ata nənəsinin yanında - Bakıda keçirmişdir. O, Paris şəhərində təhsilini başa vurmuşdur. Parisdə olarkən Banindən rus dili üzrə dərslər almışdır. Atasının təkidi ilə bir neçə il tibb, daha sonra isə hüquq üzrə ali təhsil almışdır. Ali məktəbi bitirdikdən sonra Hollivuda getmiş, assistent kimi işləmişdir.
Mardakert
Ağdərə — Azərbaycan Respublikasının Ağdərə rayonunun Ağdərə şəhər inzibati ərazi dairəsində şəhər, Ağdərə rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Ağdərə şəhəri Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. 10 noyabr 2020-ci il üçtərəfli atəşkəs bəyanətına əsasən müvəqqəti olaraq Rusiya Sülhməramlı Qüvvələrinin nəzarət zonasına daxil olub. 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Ağdərə Azərbaycan nəzarətinə qayıtmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. 5 dekabr 2023-cü ildə Ağdərə şəhəri Ağdərə rayonunun tərkibinə daxil edilib. == Toponimikiası == Keçmişdə adı dəyişdirildikdən sonra eyniadlı (Mardakert) rayonun mərkəzi olmuşdur. XIX əsrin I yarısında burada məskunlaşdırılmış qonşu Qasapet kəndindən cıxmış ermənilər rayonun və qəsəbənin adını 1923-cü ildən 10 sentyabr 1939-cu ilədək Cerabert, 1930-cu ildən isə Mardakert kimi rəsmiləşdirmişdilər. 1992-ci ildən rayonun ərazisi Tərtər rayonuna birləşdirilmiş, şəhər isə keçmiş adı ilə – Ağdərə adlandırılmışdır. Qarabağ düzünü Yuxarı Qarabagla birləşdirən kecidin adı.
Mardakert rayonu
Ağdərə rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Ağdərə şəhəridir. SSRİ dövründə yaradılmış və Azərbaycan müstəqillik əldə etdikdən sonra ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) tərkibinə daxil idi. Rayon Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində əvvəl Cerabert rayonu, 1939-cu ildən Dağlıq Qarabağ Muxtar Vilayətinin 26 noyabr 1991-ci il tarixində ləğv edilənə qədər Mardakert rayonu adını daşıyırdı. Rayon 13 oktyabr 1992-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin 327 saylı qərarı ilə ləğv edilmişdi. 2023-cü ildə rayonun yenidən yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin müzakirəsinə təklif edilmişdir. 5 dekabr 2023-cü ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur. == Tarixi == Birinci Qarabağ müharibəsi zamanı rayon müharibənin baş verdiyi əsas ərazilərdən biri idi. 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunmuşdur. Qanuna əsasən Mardakert rayonunun adı dəyişdirilərək Ağdərə rayonu adlandırılmış və respublika tabeli rayonların sırasına daxil edilmişdi.
Mardan Palace
Mardan Palace — Azərbaycanlı iş adamı Telman İsmayılov tərəfindən Türkiyənin Antalya şəhərində tikilmiş otel. Açılışı 23 may 2009-cu il tarixində keçirilmişdir. Açılışda Monika Belluççi, Şeron Stoun, Riçard Gir, Nursultan Nazarbayev və s. iştirak etmişdir. Hotelin tikintisi 1.4 milyard avroya başa gəlmişdir.
Mardin
Mardin — Türkiyənin Mardin ilinin inzibati mərkəzi.
Mardin ili
Mardin ili — Türkiyədə il. Cənub-şərqi Anadolu regionunda yerləşən Mardinin şimalı Diyarbakır və Batman, şərqi Şırnak və Siirt, qərbi Şanlıurfa, cənubu isə Suriya ilə əhatə olunmuşdur. Dəclə və Fərat çayları arasında qalan Yuxarı Mesopatomiya hövzəsində 12 760 km–lik bir sahəni əhatə edən ərazi Mardin dağları ilə iki hissəyə bölünmüşdür. Dağlardan şimalda Diyarbakır, cənubda Kızıltepe və Nusaybin ovalıqları yerləşir. Mardin Venedik ve Küduslə birlikdə, həmçinin Sit – də daxil olmaqla xarici görkəmi heç pozulmamış dünyanın üç yerindən biridir. Tarixi İpək Yolu və Mesopatomiyanın ərazisində yerləşməklə 7000 ildir müxtəlif xalqalara qucaq açmışdır, həmçinin ayrı etnik qruplar və adətlərə də ev sahibliyi etmişdir. Hazırda özünün açıq səma altındakı muzey görünüşü ilə UNESCO–nun “Dünya miras siyahısına” üzvdür. Burada ilk universitet təhsili mədrəsələrdə alınır və gümüş hazırlanmasına görə Türkiyənin mərkəzi sayılır. Mardinin quruluş tarixi aparılan arxeoloji qazıntılar nəticəsində miladdan əvvəl 4500 – 3500–ci illərdə Mesopatomiyanın tərkibində olan Subarilər tərəfindən qoyulduğu güman edilir. Miladdan əvvəl 3000–ci ildə digər Cənubi Anadolu bölgələridə olduğu kimi burada da Hurri və Mitanni mədəniyyəti inkişaf etmişdir.
Mardin qalası
Mardin qalası — Türkiyənin ən böyük qalalrından biri olan Mardin qalasının başqa bir adı "Qartal yuvası" dır. Mardin qalası tarixi boyunca 20-dən çox sivilizasiyaya və onlarla ölkəyə ev sahibliyi etmiş böyük bir tarixi xəzinəsidir. == Tarixi == Mardin şəhərinin böyük sahəsinin dayandığı şəhərin yuxarı hissəsində möhkəm bir yerdir. Subari, Şumer, Babil, Mitans, Süryan, Fars, Roma, Bizans, Əməvi, Abbasi, Hamdanilər, Səlcuqlular, Artuklu, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər və Osmanlı dövründə mövcudluğunu saxlamış çox önəmli bir mədəniyyət parçasıdır. 330-cu ildə günəşə ibadət edən Şad Buxari adlı bir kral gəlib Mardin qalasında qalmışdır. Xəstə olan kral qalada yaşayıb yaxşılaşınca, bir qəsr tikdirir və 12 il həyatını bu qlada davam etdirir. Sonra öz məmləkəti olan Fars və Babildən olan çoxlu əsgər və mülki məmurları gətirdib onlar üçün Mardində yaşayış məskəni saldırır. Əhalinin təsiri ilə 424-cü ilə qədər qalada çox böyük bir inkişaf gedir. Sonradan qalada vəba xəstəliyinin yayılması əhalinin məhv olmasına səbəb olur və 542-ci ilinə qədər Mardin qalsı istifadə olunmamışdır. 975–976 Hamdan bin Hamdan Həsən Nəsir əl Devle Bin Abdullah bin Ham bu təbii daşıyıcıyı minlərlə ildir hakim mövqedə saxlamışdır.
Mardinin mühasirəsi
Mardinin mühasirəsi — 1616-1517-ci illər arasında Süleyman bəy Ustaclı komandanlığı altındakı Səfəvi ordusu ilə Bıyıklı Mehmed Paşa komandanlığındakı Osmanlı ordusu arasında baş tutmuş mühasirə döyüşüdür. Mardinin sonda Osmanlı hakimiyyətinə keçməsinə nəticələnmiş mühasirədə Osmanlı ordusu qələbə qazanmışdır. == Arxa plan == Bıyıklı Mehmed Paşa komandanlığındakı Osmanlı ordusu 1516-cı ilin may ayında baş vermiş Qoçhisar döyüşündə Səfəvi ordusunu məğlub etdi. Bundan sonra da Mardindəki Səfəvi qarnizonu mühasirəyə alındı. Bu zaman Misir səfərinə çıxan Səlim Mardini mühasirəyə alan Osmanlı komandanı Bıyıklı Mehmed Paşanı da özünə qoşulması üçün çağırdı. Dəli Hüsrəv Paşanı mühasirəyə almış ordunun rəhbərliyinə buraxan Mehmed Paşa Səlimə qoşulmaq üçün yola düşdü və 3 avqustda ona qatıldı. 24 avqust 1516-cı ildə baş vermiş Mərcidabık döyüşündə sol qanad komandanı olan Bıyıklı Mehmed Paşa Osmanlı ordusunun Hələbi ələ keçirməsindən sonra Mardindəki mühasirəyə rəhbərlik etmək üçün sultanın ordusundan ayrıldı. == Döyüş == Səfəvi qarnizonu o qədər də çox olmayan Osmanlı ordusuna komandanlıq edən Hüsrəv Paşa tərəfindən iyun ayından etibarən mühasirədə idi. 1516-cı ilin sonunda və ya 1517-ci ilin əvvəlində Mardinə çatan Bıyıklı Mehmed Paşa özü ilə birlikdə xeyli sayda top gətirmişdi. Səfəvi qarnizonunun komandanı olan Süleyman bəy Ustaclının da sonu digər qardaşları kimi oldu.
Mardinspor
Mardinspor, Türkiyənin Mardin şəhərini təmsil edən köhnə futbol klubu. 2015-ci ildə klub bağlanıb. == Tarixi == Mardinspor Klubu 1969-cu ildə Kalespor, Timurspor, Mesopotamiyaspor və Gənclikspor komandalarının birləşməsi ilə yaradılıb. Yarandığı ildə 1969-70 mövsümündə 3-cü Futbol Liqasına daxil edilib. 1971-1972 mövsümünün sonunda Həvəskarlar Liqasına düşdü.
Mardoni
Mardoni Qobri oğlu (q.yun. Μαρδόνιος; e. ə. VI əsr – e.ə. 479, Plateya, Beotiya) — Yunan-İran müharibələri dövründə fars sərkərdəsi. Plateya döyüşündə həlak olmuşdur.
Marduk
Nibiru (tərcüməsi Keçid planeti, müasir dilimizdə X planeti) — Günəş sistemində yerləşdiyi güman edilən xəyali planet. Yer planetindən 4 dəfə böyükdür. == Tədqiqatlar == Bəzi tədqiqatçıların iddialarına görə bu səmavi cisim Şumer mətnlərində Günəş sistemində 12-ci planet kimi təsvir olunub. Əfsanəyə görə, planet hər 3600 ildən bir Mars və Yupiter arasında peyda olur. Lakin bu məsələ ilə bağlı nə şumerşünaslıq, nə də astronomiya sahəsində konkret elmi işlər mövcud deyildir. == Şumer inancı == Əfsanəyə görə bu planet əvvəllər gəlmiş və insanlığı yaratmışdır. Şumerlər onları "Anunakilər" yəni tanrılar adlandırmışdırlar. Əfsanəyə görə onların kişilərinin boyu 5 metrə, qadınlarının boyu isə 3 metrə çatarmış. Şumer tabletlərində onlar qanadlı təsvir olunmuş üzləri isə sanki maska ilə örtülü olarmış. Bu da onu göstərir ki, onlar bu planeti mühitinə uyğun olmayan bir şəkildə tənəffüs edirlər.
Marduk (tanrı)
Marduk (şum. MAR.DUK - azərb. aydın səma oğlu‎) — şumer və akkad mifologiyasında Babil panteonunun, Mesopotamiyanın, ali tanrısı. E.ə. 2024 cü ildən Babil şəhərinin qəyyumçu-tanrısı. Yazı tanrısı. Qədim yazılara əsasən Marduk müdrik, təbib, "tanrılar hakimi", "tanrılar hökmdarı", "tanrılar atası" "ölü dirildən" kimi təsvir edilir. Onun dövründə ən mühüm bayram və mərasim yazda qeyd olunan "Təzə İl" sayılırdı. Babildə 12 gün qeyd olunan Akiti (şum. A.Kİ.Tİ) - "Yerdə həyatın başlanması" bayramının xələfi sayırdılar.
Şerif Mardin
Şerif Mardin (1927, Konstantinopol – 6 sentyabr 2017, İstanbul) — Türk sosioloq və politoloq Şerif Mardin 1927-ci ildə İstanbul şəhərində anadan olmuşdur. 6 sentyabr, 2017-ci ildə vəfat etmişdir. 1927-ci ildə İstanbulda anadan olub. Lisey təhsilini Qalatasaray Liseyinə başlamış və orta təhsilini ABŞ-da bitirmişdir. Stanford Universitetində politologiya fakültəsini bitirmiş və Johns Hopkins Universitetində isə aspirantura təhsilini almışdır. Ankara Universitetində təhsil aldıqdan sonra, 13 ildir ki, Boğaziçi Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsində qurulan Dekan və Sosiologiya rəhbəri idi. Daha sonra Vaşinqtondaki Amerika Universitetində İslam Araşdırmaları Mərkəzinin sədri vəzifəsində çalışdı. Sonra Türkiyəyə Sabancı Universitetinə Tənzimat Dövrü Türk Düşüncəsi haqqındakı işlərini inkişaf etdirəcək bir proqramın başına döndü. 2011-ci ildə Şerif Mardinə Emeritus statusu verildi. Daha sonra İstanbul Universiteti Sosiologiya fakültəsində müəllim işləmişdir.
Marder
Marder ("Marder" – "Sansara") – Almaniyanın piyada döyüş maşını (PDM).
Mardin Artuklu Universiteti
Mardin Artuklu Universiteti — Türkiyənin Mardin şəhərində yerləşən dövlət universiteti. == Yaradılması == Universitet 2007-ci ildə yaradılmışdır. Mardin Artuklu Universiteti 5662 saylı "Ali təhsil müəssisələrinin təşkili haqqında" və "Ali təhsil müəssisələrində akademik kadrların ştatları haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə qanuna və "Ümumi qərargah və Qaydalar haqqında" qanuna əlavə edilmiş cədvəllərə əsasən yaradılmışdır. Universitet 28 may 2007-ci ildə Əhməd Necdet Sezər tərəfindən təsdiq edilmiş 17 yeni universitetdən biridir. == Tədrisi == 2007-2008-ci tədris ilində 83 tələbə ilə dərs başlanılıb. Universitet 2011-2012-ci tədris ilində "Kürd dili və Ədəbiyyatı" üzrə bakalavr proqramına 20 tələbə qəbul edən Türkiyədə bakalavr səviyyəsində kürd dilində təhsil verən ilk akademik qurumdur. 2547 saylı Ali Təhsil Qanununun 13-cü maddəsinə və 22 avqust 2019-cu il tarixli 30866 saylı Prezidentin qərarı ilə 2019-cu il 22 avqust tarixli 30866 saylı Prezidentin Fərmanının 2, 3 və 7-ci maddələrinə uyğun olaraq Mardin Artuklu Universitetinin rektoru Prof. Dr. İbrahim Özçoşar təyin edilmişdir.
Mardin döyüşü (1408)
Mardin döyüşü — 1408-cü ildə Qaraqoyunlular ilə Kürdlər arasında baş vermişdir. == Arxa Plan == İki türkmən Qüvvələr qısa müddətdə Mardin səbəbiylə yenidən qarşı-qarşıya gəldi.Qara Yusiflə anlaşan Qara Yülüq Osman bəy Mardini mühasirəyə alaraq bölgədəki kürd əmirlərinə hücum etdi. Mardin hökmdarı və ona qarşı heç bir gücü olmayan kürdlər. Əmirlər Məmlüklərin Suriya valisi Əmir Çəkəmdən Ağqoyunlulara qarşı durmaq üçün gəldi. Onlar kömək istədilər.Ağqoyunluları məğlub etdilər və Qara Yülüq Osman bəy Amidə getdi.Onu geri çəkməyə məcbur edən Əmir Çəkəm bir müddət sonra öldürüldü və ordusu dağıldı. Bu vəziyyət Bunu görən Qara Yülüq Osman bəy yenidən onlara hücum edərək Mardin hakimi İsanı öldürdü. Baş verən qarşıdurmada Kara Yülük Osmanın 24 yaşlı oğlu dünyasını dəyişib.Daha sonra 1408-ci ildə Urfanı tutan Qara Yülük bir müddət sonra şəhəri ələ keçirdi.
Mardin Muzeyi
Mardin Muzeyi — Türkiyənin Mardin şəhərində yerləşən arxeologiya və etnoqrafiya muzeyi. Mardin vilayətinin tarixi təsirini özündə ehtiva edən Mardin muzeyi böyük tarixi təsiri olan yerlərdən biridir. Mardində Qədim Tunc dövründən Böyük Səlcuqlu dövrünə qədər bir çox sivilizasiyalar hökm sürürdü. Bu səbəbdən onun tarixi infrastrukturu güclüdür. Mardin vilayətinin ərazisində müxtəlif sivilizasiyalara aid tarixi əsərlər var. Bu əsərlər Mardin Muzeyində sərgilənir. == Tarixi == Muzey binası 1895-ci ildə Antakya Suriya Katolik Kilsəsi tərəfindən tikilmişdir. XX-ci əsrdə bina təkcə dini qurum kimi deyil, həm də müxtəlif xidmətlər üçün istifadə edilmişdir. 1995-ci ildə bina Mədəniyyət Nazirliyi tərəfindən alınmış və bərpadan sonra 2000-ci ildə bəzi əsərlər də Zinciriyə mədrəsəsindən köçürüldükdən sonra "Mardin muzeyi" kimi istifadəyə verilmişdir. Muzey bölgənin tarixi və mədəni zənginliyini əks etdirən arxeoloji və etnoqrafik kolleksiyalarına malikdir.