MASAZIR

(Əsli: masəzar) “qumluqlar” deməkdir, farscadır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

MASA
MASKARAD
OBASTAN VİKİ
Masazır
Masazır — Azərbaycan Respublikasının Abşeron rayonunun Masazır kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Abşeron rayonunun Masazır kəndi Xırdalan qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Masazır kənd Soveti yaradılmışdır. == Toponimikası == Masazır oykonimi fars dilindəki masse – qum sözündən və məkan bildirən zar şəkilçisindən ibarət olub, "qumlaq, qum olan yer" mənasını bildirir. Yazılı mənbələrdə oykonimin Musazır, Musadır, Mostazxir variantlarına da rast gəlinir. Yerli əhali kəndin adını Məstanzor şəxs adı ilə də bağlayır. == Tarixi == Masazır kəndi 1913-cü ildə Bakı qəzasının Masazır kənd cəmiyyətinə tabe idi. 1926-cı ildə isə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə görə Bakı qəzasının Binəqədi dairəsinə tabe idi. 1929-cu ildə inzibati bölgü islahatlarında qəzalar ləğv edildikdən sonra Masazır Azərbaycan SSR Bakı Şəhər Sovetinin tabeliyinə verilmişdir. 1961-ci il inzibati bölgüsünə görə Masazır kəndi Azərbaycan SSR Bakı şəhəri, Kirov rayonu Xırdalan qəsəbə sovetinin tərkibində olmuşdur. 1963-cü il yanvarın 4-də kənd yeni yaradılmış Abşeron rayonunun tərkibinə verilmişdir.
Masazır (dəqiqləşdirmə)
Masazır — Azərbaycan Respublikasının Abşeron rayonunun inzibati ərazi vahidində kənd. Masazır gölü — Bakıdan 21 km uzaqlıqda, Abşeron rayonunun Masazır qəsəbəsinin yaxınlığında yerləşən göl. Masazır bələdiyyəsi — Azərbaycan Respublikasının Abşeron rayonunda bələdiyyə.
Masazır bələdiyyəsi
Abşeron bələdiyyələri — Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələr. Abşeron rayonu ərazisində fəaliyyət göstərən 15 bələdiyyə var. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Masazır gölü
Masazır gölü — Bakıdan 21 km uzaqlıqda, Abşeron rayonunun Masazır qəsəbəsinin yaxınlığında yerləşən göl. Sahəsi — 10 km²-dir. Duzlu, xloridli və yüksək konsentrasiyalı sulfat suya qırmızı rəng verir. Duzluluğun yüksək səviyyəsi ilə əlaqədar, bitki və fauna aləmi praktik olaraq yoxdur. Göldən 1813-cü ildən mütəmadi olaraq duz çıxarılır. Gölün qida duz ehtiyatları təxminən 1735 milyon ton təşkil edir. Gölün sahilində duz istehsal edən zavod yerləşir. Göldən duz, suyun səthində olan duz layı şəklində və suyun tərkibində olan məhlul şəklində çıxarılır. Ətraf mühitin və göldə ekoloji durumun yaxşılaşdırılmasına xüsusi həssaslıqla yanaşan Azərbaycan Duz İstehsalat Birliyinin təşkilatçılığı ilə göldə ekoloji durumun yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyi ilə birgə mütəmadi olaraq monitorinqlər aparılır, tullantıların təmizlənməsi üçün iməcilik təşkil olunur.