Zaman matrisası (film, 2017)
Samantha Kingston Sevgililər Günü olaraq tanınan 12 Fevralda oyanır. Həmin gecə Sam öz sevgilisi olan Robla seks etmək və ona bakirəliyini pozdurmaq istəyir lakin bu planından həyəcanlandığı üçün rəfiqələri Lindsay, Ally və Elody tərəfindən həmin gecə haqqında məsləhətlər alır. Sizifus haqqında bir dərs mühazirəsi zamanı tələbələr qızılgül paylayırlar, Sam isə həmin güllərdən birini Robdan, digərini də ona aşiq olan keçmiş sinif yoldaşı Kent McFuller adlı bir oğlandan alır. Kent onu evindəki qonaqlığa dəvət edir, amma Sam bu qonaqlığa getməyə həvəssizdir. Nahar zamanı qızlar “psix” olaraq gördükləri yad bir qız olan Juliet Sykesi lağa qoyurlar. Kentin evindəki qonaqlıq zamanı Juliet də gəlir. Lindsay və onun iki dostu ilə dava edən Julietə qarşı qəzəblənən qonaqların çoxusu Julieti pivə ilə isladırlar. Alçaldılmış Cülyetta göz yaşları ilə məclisi tərk edir. Sam və dostları qonaqlıqdan geri qayıdarkən, avtomobil bir şeyə dəyir və aşır, görünüşə görə dəydikləri adam da daxil olmaqla avtomobildəkilər ölürlər.
Sam yenidən Sevgililər Günü öz otağında oyanır.