Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hyundai Accent
Hyundai Accent (bəzi ölkələrdə Verna, Avstraliyada 2000-ci ilə qədər Excel adı ilə satılır) — Cənubi Koreyanın Hyundai Motor Company şirkəti tərəfindən istehsal olunan subkompakt avtomobildir. Cənubi Koreya, Türkiyə, Rusiya, Ukrayna, Pakistan, Hindistan və İranda istehsal olunur.
Accenture
Accenture informasiya texnologiyaları (İT) xidmətləri və konsaltinq sahəsində ixtisaslaşmış İrlandiyada yerləşən çoxmillətli peşəkar xidmətlər şirkətidir. Fortune Global 500 şirkəti 2021-ci ildə 50,53 milyard dollar gəlir əldə edib. Accenture-un cari müştəriləri arasında Fortune Global 100-ün 91-i və Fortune Global 500-ün dörddə üçündən çoxu var.Julie Sweet 1 sentyabr 2019-cu ildən Accenture şirkətinin baş direktorudur.Şirkət 2009-cu ildən İrlandiyanın Dublin şəhərində qeydiyyatdan keçib.
ARCNET
ARCNet (ing. Attached Resource Computer NETwork) — geniş yayılmış şəbəkədir. Lokal şəbəkənin sadə, ucuz, etibarlı və kifayət qədər qıvraq arxitekturasıdır. Ötürücü mühit kimi burulmuş cüt, koaksial və optik-lifli kabellərdən istifadə edilir. Verilənlərin ötürülmə sürəti 2,5 Mbit/s-dir. ARCNet şəbəkəyə qurğuların qoşulmasında şin və ulduz topologiyalarının xüsusiyyətlərindən istifadə edilir.
Acaena
Asena (lat. Acaena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Alcest
Alcest — 2000-ci ildə Bagnols-sur-Cèze, Fransada qurulmuş black metal qrupudur. == Tarixi == Alcest 2000-ci ildə Neige tərəfindən solo proyekt kimi yaradılmışdır. Tezliklə qrup 3 nəfərdən ibarət blək metal proyektinə çevrilmişdir. Argoth, Aegnor və Neigedən ibarət qrup 2001-ci ildə Tristesse Hivernale adlı ilk demo albomunu buraxdı. Elə bu albomdan sonra da qrup yenidən Neigenin şəxsi proyektinə çevrildi. 2005-ci ildə Le Secret adlı EP yayımladı. EPdə Şarl Bodlerin şeirlərindən istifadə olunmuşdur. Albomun yeni janrda olması Alcesti blək metaldan uzaqlaşdıraq şuqeyzinqə yaxınlaşdırdı. 2007-ci ildə ilk albomunu yayımlayan Alcest Souvenirs d'un autre monde ilə şöhrət qazandı. Sonrakı iki albomlarında post-metal tərzini qoruyan proyekt 2014-cü ildəki Shelter albomu ilə metal janrından tamamilə ayrıldı və post-rok janrına keçid etdi.
Acaena dumicola
Acaena dumicola (lat. Acaena dumicola) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin asena cinsinə aid bitki növü.
Acaena emittens
Acaena emittens (lat. Acaena emittens) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin asena cinsinə aid bitki növü.
Acaena juvenca
Acaena juvenca (lat. Acaena juvenca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin asena cinsinə aid bitki növü.
Acaena magellanica
Acaena magellanica (lat. Acaena magellanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin asena cinsinə aid bitki növü.
Acaena pinnatifida
Acaena pinnatifida (lat. Acaena pinnatifida) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin asena cinsinə aid bitki növü.
Acaena rorida
Acaena rorida (lat. Acaena rorida) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin asena cinsinə aid bitki növü.
Acaena sericea
Acaena sericea (lat. Acaena sericea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin asena cinsinə aid bitki növü.
Acaena tesca
Acaena tesca (lat. Acaena tesca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin asena cinsinə aid bitki növü.
Aksent (sosiolinqvistika)
Aksent — başqa dildə danışarkən ana dilinin tələffüz xüsusiyyətlərinin təzahürü. Bu və ya digər dialektin tələffüz xüsusiyyətlərinin məcmusudur. Aksent danışanların yaşadığı yer, danışanların sosial-iqtisadi vəziyyəti, etnik mənsubiyyəti (etnolekt), kasta və ya sosial sinif ilə də müəyyən oluna bilər.Aksentlər adətən səs keyfiyyəti, tələffüz, sait və samitlər arasındakı fərq, vurğu və prosodiya ilə fərqlənir. Qrammatika, semantika, lüğət və digər dil xüsusiyyətləri tez-tez aksent ilə eyni vaxtda dəyişsə də, "aksent" sözü xüsusi olaraq tələffüz fərqliliklərinə aid olunur, "dialekt" sözü isə daha geniş dil fərqlərini əhatə edir. "Aksent" əksər halda "dialekt"in alt çoxluğu hesab edilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Bragg, Melvyn. The Adventure of English, 500AD to 2000: The Biography of a Language. London: Hodder & Stoughton. 2003. ISBN 978-0-340-82991-2.
Hanna Ardent
Hanna Ardent (alm. Hannah Arendt‎; 14 oktyabr 1906[…] – 4 dekabr 1975[…], Yuxarı Vestsayd[d], Nyu-York[…]) — yəhudi əsilli alman-amerikan filosofu, siyasi nəzəriyyəçi və tarixçi, totalitarizm nəzəriyyəsinin banilərindən biri. Holokostdan xilas olan Ardentin töhfələri XX və XXI əsrin siyasi nəzəriyyəçilərinə böyük təsir etmişdir. Arendt 1906-cı ildə Hannoverin Linden rayonunda yəhudi ailəsində anadan olub. Üç yaşında ailəsi atasının sifilisini müalicə etmək üçün Şərqi Prussiyanın paytaxtı Köniqsberqə köçdü. Paul Arendt gəncliyində bu xəstəliyə tutulmuşdu və Hanna anadan olanda onun remissiyada olduğu düşünülürdü. O, yeddi yaşında olanda öldü. Arendt siyasi cəhətdən mütərəqqi, dünyəvi bir ailədə böyümüşdü. Anası sosial demokratların qızğın tərəfdarı idi. Orta təhsilini Berlində başa vurduqdan sonra o, Marburq Universitetində qısa münasibətdə olduğu Martin Haydeggerin rəhbərliyi altında təhsil alıb.
Marko Arment
Marko Arment – tanınmış amerikalı mobil aplikasiya yaradıcısı, proqramçısıdır. O həm də texnoloji sahədə müxtəlif saytlar və bloqlarda yazılar yazır. Böyük sosial şəbəkələrdən olan Tumblr-ın yaradıcılarından biridir. Bundan əlavə Instapaper və podkast platforması olan Overkastın da yaradıcısıdır. == Təhsili == Arment 2004-cü ildə Pensilvaniya ştatındakı Midlind şəhərində yerləşən Allegeyni kollecini kompüter elmləri ixtisası üzrə bitirib. == Karyera == Arment nəhəng sosial şəbəkələrindən olan Tumblr proqramının əsas yaradıcı və təkmilləşdirici iki şəxsindən biridir. O, 2007-10 illəri arasında burada baş texnoloji direktor (CTO) vəzifəsində işləmişdir. O, 2010-cu ildə buradan ayrılaraq yaratdığı digər bir proqram olan Instapaper-in üzərində kökləndi. Instapaper maraqlandığın veb-saytları, məqalələri yadda saxlayır və münasib vaxtda sonradan oxumağını təmin edir. O lakin bu layihəni 2013-cü ildə Betaworks şirkətinə satmışdır.2006-cı ildə şəxsi bloqu olan Marco.org saytını yaratmışdır.
Microsoft Access
Microsoft Access — verilənlər bazasının yaradılması və idarə edilməsi üçün nəzərdə tutulmuş proqramdır. == İmkanları == Microsoft Access müxtəlif növ informasiyanı toplamağa və sistemləşdirməyə, verilmiş şərtlərə əsasən obyektlərin axtarışı və sıralanmasını təşkil etməyə, verilənlərin daxil edilməsi üçün formalar tərtib etməyə və hesabatlar hazırlamağa imkan verir. Microsoft Access geniş diapazonda informasiyanın idarəetmə effektivliyini artıran güclü tətbiqi proqramdır. Access həm sadə həm də mürəkkəb verilənlər bazası ilə işləməyə imkan verir. Bu proqram relyasiya verilənlər bazası (VB) ilə işləyir. Relyasiya VB-da müxtəlif tipli verilənlər cədvəllərdə saxlanılır və bu cədvəllər arasındakı əlaqələr yaradılir. Nəticədə VB-da müxtəlif tipli dəyişənlərlə işləmək mümkün olur. == İşləmə qaydası == Microsoft Access proqramını işə salmaq üçün: Start → Programs → Microsoft Access. Proqramla bərabər eyni adlı pəncərə açılır. Üç rejimdən biri seçilir: Blank Database (Новая база данных) – yeni boş bazanın təşkili.
User account
İstifadəçi (ing. User) — Mühafizə olunan, yaxud çoxistifadəçi kompüter sistemində: istifadəçinin sistemə və onun resurslarına müraciət etmə vasitələri. Adətən, sistem inzibatçısı tərəfindən yaradılan istifadəçinin hesabı istifadəçi haqqında informasiyadan (məsələn, adından və istifadəçinin tanınması və sistemə "daxil olması" üçün, eləcə də sistemdən və onun resurslarından istifadə edə bilməsi məqsədilə müəyyən hüquqları ona vermək üçün tələb olunan şəxsi paroldan) ibarət olur. İstifadəçinin təyin etdiyi verilənlər tipi (ing. User-defined data type) — Proqramda, adətən, verilmiş proqramlaşdırma dilində istifadə olunan verilənlər tiplərinin kombinasiyası kimi təyin olunan xüsusi verilənlər tipi. İstifadəçiyə münasib (ing. User-friendly) — Öyrənilməsi asan, istifadəsi rahat (yüngül) olan sistem haqqında işlədilən termindir. İstifadəçilər qrupu (ing. User group (UG)) — Eyni bir kompüter sisteminə, yaxud proqram təminatına maraqlarına görə birləşmiş insanlar qrupu. Bəzi üzvləri böyük və nüfuzlu qurumlar olan istifadəçi qrupları yeni başlayanları dəstəkləyir və üzvlərinin ideya, informasiya mübadiləsi etmələri üçün forumlar təşkil edirlər.
Accel World
Accel World (アクセル・ワールド, Akuseru Wārudo, azərb. Sürətləndirilmiş dünya‎) və ya qısaca AW — HiMA-nın rəssamlığı ilə Reki Kavahara tərəfindən yazılan ranobe seriyası. 2009-cu ilin fevralından ASCII Media Works nəşriyyatının Dengeki Bunko imprinti altında nəşr olunur. Ranobe Yen Press tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır. 2010-cu ilin mayında "Dengeki Bunko Magazine" jurnalında iki manqa adaptasiyası nəşr olunmağa başlamışdır. 2013-cü ilin yanvarında isə "Dengeki Daioh" jurnalında 3-cü manqa adaptasiyası serializasiya olunmağa başlamışdır. Sunrise tərəfindən istehsal olunmuş anime adaptasiyası Yaponiyada 2012-ci ilin aprelindən sentyabrına kimi yayımlanmışdır. İngilisdilli versiyası Viz Media-nın Neon Alley anime xidmət vasitəsilə 2013-cü ilin aprelində yayımlanmağa başlamışdır. PlayStation 3 və PlayStation Portable platformaları üçün iki oyun istehsal olunmuşdur. Birinci oyun 13 sentyabr 2012-ci ildə, ikinci oyun 31 yanvar 2013-cü ildə yayımlanmışdır və hər oyun OVA seriyası ilə buraxılmışdır.
Agent-transfer
Agent 007
Ceyms Bond, həmçinin Agent 007 — Yan Fleminqin kitabları əsasında çəkilmiş çoxsaylı filmlərdə uydurma ingilis casusu və qəhrəmanı. Fleminq bu personajı 1952-ci ildə yaratmış və ona aid çoxlu əsərlər yazmışdır. Bu personajın ekranlaşdırılmasına əsasən onun ölümündən sonra, 1964-cü ildən etibarən başlamışlar. Daha sonralar Ceyms Bond macəralarını Kinqsli Amis, Con Piarson, Con Qardner, Reymond Benson və Çarli Hiqson yazmışlar. Əvvəllər bu personaj kitablara əsasən tanınırdısa hal-hazırda onu əsasən filmlərdən tanıyırlar. Ceyms Bond rolunda rəsmi filmlərdə indiyədək 6 aktyor oynamışdır: Şon Konneri (1962–1967; 1971) Corc Leyzenbi (1969) Rocer Mur (1973–1985) Timoti Dalton (1987–1989) Pirs Brosnan (1995–2002) Deniel Kreyq (2006-) == Ceyms Bond haqqında filmlər == == Xarici keçidlər == Ceyms Bond əslində kim idi?
Agent 47
Agent 47 — Hitman adlı videooyun seriyasındakı xəyal məhsulu olan bir baş qəhrəmandır. IO Interactive tərəfindən hazırlanmışdır və səsləndirməsini David Bateson etməkdədir. Agent 47, 5 sentyabr 1964-cü ildə Rumıniyada alman həkim Otto Wolfgang Ort-Meyer tərəfindən genetikası dəyişdirilərək yaradılmış birinci sinif bir insan klonudur. Agent 47 doğulduğunda ona ad yerinə ona təyin edilən 640509–040147 kodu verilmişdir və eyni zamanda bu kod başının arxasında barkod şəklində bir döymə olaraq görünməkdədir. Agent 47'nin adı isə bu kodun son iki rəqəmindən alınmışdır. Ümumiyyətlə qara kostyumlu, qırmızı qalstuklu, qara əlcəkli bir şəkildə görünür və Silverballer adındakı silahını heç bir zaman yanından ayırmaz. Xarakterik olaraq, Agent 47 lazımsız danışıqlardan qaçınan, soyuq qanlı, ətrafını yaxşı gözləyəbilən, hissləri qüvvətli və ən əsası hər zaman qarşılaşdığı hadisələr əsnasında tez və alternativ vəziyyətləri düşünə bilən ağıllı bir agentdir. Ətrafındakı hər cür əşyanı silah olaraq istifadə edə bilməsi və müxtəlif silah növlərini ustalıqla istifadə onu digər təhsilli agentlərdən və suiqəstçilərdən üstün etmişdir. Agent 47 Beynəlxalq Kontrakt Agentliyinə bağlı olaraq çalışan bir sui-qəsdçi, eyni zamanda bir agentdir. Vəzifələri və ya hədəfləri haqqındakı xülasə məlumatları, yenə eyni kontrakt agentliyində çalışan Diana Burnwood adlı xanımdan alır.
Agent əməliyyatları
Agent əməliyyatları – bir tərəfin (agentin) tabeliyində olmadığı digər tərəfin (prinsipalın) hesabına və onun adından əmtəələrin, aktivlərin, yaxud onlara olan hüququn müəyyən ərazidə satılması və ya alınması ilə bağlı həyata keçirdiyi ticarət-vasitəçilikdən ibarət faktiki və hüquqi hərəkətlər. Agent əməliyyatları agent sazişi – agentlə prinsipal arasında onların qarşılıqlı hüquqları və vəzifələri barəsində yazılı şəkildə bağlanmış müqavilə əsasında icra edilir. Müqavilədə təmsilçi, komisyonçu, müvəkkil və yaxud alıcı kimi göstərilən agentin iş şərtləri, həmçinin vasitəçiliyə görə ona veriləcək haqqın (qonorarın) ödəniş forması, üsulu və miqdarı şərtləndirilir. Sənəd də həmçinin tərəflərin öhdəlikləri yerinə yetirmələrinin sferası, xarakteri və qaydası; sazişin fəaliyyət müddəti, tətbiq edilən sanksiyalar və mübahisələrin həlli qaydaları göstərilir. Prinsipal agentə verilən səlahiyyət hüququnun, həmçinin məhsulun qiyməti, reklamı və satışı üzrə məhdudiyyətlərin hədlərini, zəruri olan minimum dövriyyəyə görə mükafatın ölçüsünü göstərməyə borcludur. Məhsulların təhvil verilməsi, anbarda saxlanması, çatdırılması müddəti və üsullarına aid qaydaları, təminat möhləti və mənimsəmə dövründə xidmət göstərilməsi qaydalarını da prinsipal müəyyən edir. Agent müqavilənin yerinə yetirilməsi məqsədilə üçüncü şəxslə subagent müqaviləsi bağlamaq hüququna malikdir, lakin subagentin hərəkətlərinə görə prinsipal qarşısında özü cavabdehdir. Maliyyə-kredit əməliyyatlarını həyata keçirən agentlər, bir qayda olaraq, ayrı-ayrı tapşırıqların icrası üzrə ixtisaslaşırlar. Dövlət orqanları onların fəaliyyətini əksər hallarda lisenziyalaşdırır və nəzarətdə saxlayır. == Mənbə: == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Tassilin Accer
Tassilin Accer (Bərbər: Tassili n Ajjer, ərəb. طاسيلي ناجر‎; "Çaylar yaylası") — Əlcəzairin cənub-şərqindəki geniş yaylada, Böyük səhrada yerləşən milli parkdır. İbtidai icma quruluşuna aid mağara sənətinin ən vacib qruplarından birinə sahib olan və 72000 kvadrat kilometrdən çox ərazini əhatə edən Tassilin Accer 1982-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Qədim sənət == Buradakı ilk dəfə 1910-cu ildə bildirilən süxur formalaşması qaya sənətinin ibtidai icma dövründəki parietal əsərləri ilə qeyd olunan bir arxeoloji ərazidir və şəhərin indiki səhradan daha çox yaşana bilən bir savanna olduğu dövrdəki son buzlaq dövrünün sonuna, erkən neolit ​​dövrünə aiddir. Mənbələr xeyli dərəcədə fərqlənsə də, ən qədim sənət əsərlərinin 12 min il əvvələ aid olduğu güman edilir. Böyük əksəriyyəti əlaqəli çöküntülərin tanışlığına görə, eramızdan əvvəl doqquzuncu və onuncu minilliklərə aiddir. İndiyə qədər müəyyən edilmiş 15.000 oyma arasında təsvir edilən fiqurlar əsasən antiloplar və timsahlar, mal-qara sürüləri və ov və rəqs kimi fəaliyyət göstərən insanlar da daxil olmaqla böyük vəhşi heyvanlardır. UNESCO-ya görə, " Rəsm və oymaların müstəsna sıxlığı…Tassilini dünyaca məşhur etdi." == Coğrafiya == Tassilin Accer Əlcəzairin cənub-şərqində, Liviya, Niger və Mali sərhədlərində, 72.000 km2 sahəni əhatə edən geniş yayladır. Ən yüksək nöqtəsi olan Adrar Afao dəniz səviyyəsindən 2,158 metr (7,080 ft) hündürlükdə yerləşir. Arxeoloji sahə milli park, biosfer qoruğu olaraq təyin edilmiş və Tassili n'Ajjer Milli Parkı kimi UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.Yayla böyük geoloji və estetik maraq oyadır.
İqtisadi agent
İqtisadi agent — müəyyən müddət ərzində başqasının tapşırığı ilə və onun hesabına istehsal, satış, tədarük, topdan satış ticarəri üzrə fəaliyyət göstərən hüquqi və ya fiziki şəxslərdir; onların əqd sənədlərinə imza etmək hüququ olmur; öz xidmətlərinə görə sifarişçidən — müqavilə əsasında — müəyyən məbləğdə haqq alır. Məsələn, alıcılar (istehlakçılar) və satıcılar (istehsalçılar) vahid bazarın qismən tarazlıq modellərində iki ümumi agent növüdür. Makroiqtisadi modellər, xüsusən də açıq şəkildə mikro təməllərə əsaslanan dinamik stoxastik ümumi tarazlıq modelləri, ev təsərrüfatlarının, firmaların və hökumətlərin və ya mərkəzi bankların iqtisadiyyatdakı əsas agent növləri olduğunu göstərir. Bu agentlərin hər biri iqtisadiyyatda bir neçə rol oynaya bilər; evlər, məsələn, modeldə istehlakçı, işçi və seçici rolunu oynaya bilər. Bəzi makroiqtisadi modellər işçilər və alıcılar və ya kommersiya bankları kimi daha çox agent növünü ayırd edir. Agent termini əsas agent agentləri üçün də istifadə olunur; bu halda konkret olaraq direktor adından fəaliyyət göstərməkdə ittiham olunan birinə aiddir. Agent əsaslı bir hesablama iqtisadiyyatında, aidiyyəti agentlər, real insanlar deyil, məkan və zamandakı “qaydalara görə qarşılıqlı fəaliyyət kimi modelləşdirilmiş hesablama obyektləridir”. Qaydalar müəyyən edilmiş stimul və məlumatlara əsaslanan davranış və sosial qarşılıqlı əlaqəni modelləşdirmək üçün hazırlanmışdır. Agent anlayışı, dinamik çox agentlikli iqtisadi sistem kontekstində digər bu cür subyektlərlə qarşılıqlı fəaliyyət göstərən hər hansı bir daimi fərdi, sosial, bioloji və ya fiziki şəxs kimi şərh edilə bilər. == Agentlərin əsas funksiyası == Alıcı və satıcılara uzun müddət müvəkkillik etməkdən ibarətdir.
Xarici agent
Xarici agent (rus. иностранный агент) — Rusiyada xaricdən dəstək alan və ya "xarici təsir" altında olan şəxslərə verilən status. Anlayış 2012-ci ildə "Qeyri-kommersiya təşkilatları haqqında" qanuna dəyişikliklərin qəbulundan sonra ortaya çıxdı. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və qanunun tərəfdarları qanunun ABŞ-nin FARA qanunundan(en) daha yüngül olduğunu bildirirlər. == Tarixi == === "Qeyri-kommersiya təşkilatları haqqında" qanun === 29 iyun 2012-ci ildə təqdim olunan "Qeyri-kommersiya təşkilatları haqqında" qanuna dəyişikliklər 13 iyul 2012-ci il tarixində Rusiya Federasiyası Dövlət Duması tərəfindən qəbul edildi.2 dekabr 2022-ci il tarixinə qədər "xarici agent" kimi tanınan rusların 18%-nə cinayət işi açılıb. === KİV — Xarici agentlər === 25 noyabr 2017-ci ildə ABŞ Ədliyyə Departamentinin Russia Today və Sputnik xəbər agentliklərinin xarici agent kimi qeydiyata almasına cavab olaraq Rusiya, kütləvi informasiya vasitələrinin xarici agent kimi qeydiyata alına biləcəyi qanunu təsdiqlədi."Xarici agent" anlayışı aşağıdakılara şamil edilmir: qeydiyyatdan keçmiş dini qurumlara dövlət korporasiyaları və dövlət şirkətləri, habelə onların yaratdığı QHT-lərə Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqında(ru), Ticarət və Sənaye Palatasında və digər biznes birliklərində çalışan əcnəbilərə == Xarici agent statusu almış bəzi məşhur şəxslər == İlya Varlamov(ru) Rövşən Əsgərov Maksim Qalkin(ru) Morqenştern(ru) Oxxxymiron == Reaksiyalar == === Rusiya === Rusiyanın insan haqları üzrə müvəkkili Vladimir Lukin və bir sıra qeyri-hökumət qrupları qanunun konstitusiya müddəalarını pozduğunu iddia etdilər. === Beynəlxalq === Avropa Şurasının baş katibi Turbyorn Yaqland Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransı zamanı qanunla bağlı narahatlığını ifadə edərək bildirib ki, "Qanun QHT ictimaiyyətinə pis təsir göstərə bilər, xüsusən də bu qanun düzgün şəkildə tədbiq olunmazsa." == Mədəniyyətdə == Oxxxymiron — "Agent"(rus.
Arçene
Arçene (it. Arcene) — İtaliyanın Lombardiya bölgəsində , Bergamo (əyalət) inzibati mərkəzinə tabe olan bir şəhərdir. Əhalisi 4347 nəfər, əhali sıxlığı 1028 nəfər / km²-dir. Sahəsi 4.23 km² ərazini əhatə edir. Poçt kodu — 24040. Telefon kodu — 00035. Kommunanın himayədarları Baş Mələk Mikayıl və Müqəddəs Məryəmdir. Kommunanın bayramı 5 apreldədir.
Ceyms Arçene
Ceyms Arçene (güm. 1862 – 18 iyun 1885) — ABŞ-də cinayətə görə ölüm cəzasına məhkum edilmiş ən gənc şəxs. Çerokilər milliyyətindən olan Arçena, ABŞ federal hökumətinin əmri ilə Arkanzasın Fort-Smit şəhərində, 13 il əvvəl, 10 yaşında olarkən törədilən soyğunçuluq və qətldə iştirak etdiyi üçün asılmışdır. 1872-ci ildə Çerokilərin böyüsü hesab edilən Uilyam Perşmil, bir mağazada alış-veriş edən İsveç vətəndaşı Feygel gördü və onun diqqətini çəkdi. Fort Gibsona tərəf gedəndə və qaladan təxminən iki mil aralıda olanlar onu təqib etdilər. Onu qarət etmək istəyərək kəllə-başını daşla əzmədən əvvəl Feygelə 6 dəfə atəş açdılar. Arçene və Perşmil Feigelin cəsədindən ayaqqabılarını çıxardılar və 25 sent (müasir məzənnə ilə 4.92 dollar) pul götürdülər. Arçene tutuldu, qurbanının soyulması və öldürülməsində günahlandırıldı, ancaq 23 yaşında həbs olunaraq edam olunana qədər qaçdı və tutuldu. O və Perşmel, nəticədə məsuliyyətə cəlb edildi, cinayətləri on ildən çoxdur ki, açılmamış qaldı. XX əsrdə uşaqlardan bəziləri cinayət etsələrdə, amma cəzaları Ceyms qədər ağır deyildi.