mavi
mavidəbilqəli
OBASTAN VİKİ
Gümüşü
Gümüşü – rəng çaları.
Mavi
Mavi – rənglərdən biri. Soyuq, sakit, bir az passiv rəngdir. O təmizliyi, ağlı və incəliyi tərənnüm edir. Həddindən artıq mavi rəng tənbəllik, süstlük yaradır. Mavi çinlilər üçün matəm, braziliyalılar üçün hüzn, hindlilər üçün həqiqət rəngidir.Mavi sülhü, sevgini ifadə edir. Xəyalpərəstlik və duyğusallıq yarada bilər. Sakitləşmək, stres atmaq, istirahət etmək üçün nəzərdə tutulan hər yerdə istifadəsi mümkündür. Yataq otaqları üçün açıq rəngləri uyğundur. Daha tünd tonları isə tənbəllik yarada bilər.
Gümüşü Qaranquşlar
Gümüşü Qaranquşlar (ing. Silver Swallows) İrlandiya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 1986-cı ildə qurulmuşdur. İlk komanda Fouga CM.170 Magister təyyarələri istifadə edirdi. 1998-ci ildə ləğv olunmuşdur. 2022-ci ildə komanda Pilatus PC-9 təyyarələri ilə yenidən fəaliyyət göstərməyə başladı.
Gümüşü Ulduzlar
Gümüşü Ulduzlar (ərəb. النجوم الفضية‎) Misir Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Komanda1974-cü ildə qurulub. Uçuşlar üçün Hongdu JL-8 təyyarəsinin K-8E versiyası istifadə olunur. Təyyarələr ağ, qırmızı və göy rənglərdən ibarət dizaynda boyanıb. Təyyarələr ağ, qırmızı və göy rəngli tüstü generatorları ilə təchiz olunub. 2010-cu ildən 10 təyyarədən ibarət komanda ilə uçuşlar həyata keçirilir: 9-u qrup şəklində düzülüş və 1 solo.
Gümüşü akasiya
Gümüşü akasiya (lat. Acacia dealbata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Təbii yayılması == Gümüşü аkаsiyа Аvstrаliyаnın cənub-şərq sаhillərində, Uels, Viktоriyа, Tаsmаniyа аdаsındа, mədəni hаldа Hindistаn, Şri-Lanka, Cənubi Аfrikа, Аrаlıq dənizi sаhili ölkələrində yаyılmışdır. == Botaniki təsviri == Hündürlüyü 25 m-ə, diаmetri 1 m-ə çаtаn, tikаnlı və tikаnsız, həmişəyаşıl, enli çətirli аğаc və ya kоldur. Cаvаn budаqlаrın qаbığı yаşıl və hаmаrdır, аşаğıyа getdikcə çохçаtlı və bоz rəngdədir, üzərində uzununа qeyri-bərаbər çаtlаr оlur, bu çаtlаrdаn çох zаmаn qatran ifrаz оlunur. Yаrpаq düzülüşü növbəli və bəzən tоpа hаlındаdır. Çох zаmаn хırdа yаrpаqcıqlаrı fillоdilər şəklindədir və yа tikаnsız sаplаğı əvəz edir. Yаrpаqlаrı cütlələkvаri, gümüşü-yаşıl, yахud gümüşü-bоzdur. Yаrpаqlаrı iki sırаlıdır. Birinci sırаdа 8-25 cüt, ikinci sırаdа isə 30-40 cüt yаrpаqcıq yerləşir.
Gümüşü buludlar
Gümüşü buludlar-Seraski 1885-ci il == İlk müşahidə == 1885-ci ilin yayında məşhur rus astronomu Seraski ilk dəfə tutqun toran göyün üzündə qeyri-adi, əvvəllər heç bir zaman təsadüf edilməyən, yarım-şəffaf, parlaq, parlaq işıq verən gümüşü-ma-vi rəngli buludlar görmüşdür. Çox keçmədən astronomlar müəyyən etdilər ki, gümüşü buludlar göyün üzündə həmişə görünməyib, yalnız yay aylarında, həm də üzərlərinə üfüqün arxasına keçən günəşin şüaları düşən müddətdə görünür. == Gümüşü buludlar == Son zamanlar müəyyən edilmişdir ki, gümüşü buludlar yerdən 82 km yuxarıda və atmosferin da-ha yüksək qatında olur. Sürəti bəzən saatda bir neçə yüz kilometrə çata bilir. Gümüşü buludlar qütb şəfəqinin əmələ gətirdiyi səviyyənin aşağı sərhəddində də yaranır. Atmosferin yuxarı qatları (aşağı qatlar kimi) əsasən oksigen və azotdan ibarətdir.Gündüz günəşin ultrabənövşəyi şüalarının təsiri altında oksigenin molekulu atomlara parçalanır. Su molekulunu əmələ gətirmək üçün oksigenin bir atomunun 2 hidrogen atomu ilə birləşməsi lazımdır. Atmosferin yuxarı qatlarında hidrogen olmadığı üçün hidrogen atomları, günəşdən atmosferə tünd ləkələrlə əlaqədar olan coşqun fəaliyyəti dövründə düşür. Yuxarıda göstərdiyimiz yüksəklikdə su izah edi-lən formada əmələ gəir. Bu fikir gümüşü buludların məhz günəşin üzərində ləkələr əmələ gəldikdə baş verməsi ilə əlaqələndirilirdi.
Gümüşü cökə
Tüklü cökə (lat. Tilia tomentosa) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü.
Gümüşü iydə
Gümüşü iydə == Təbii yayılması == Şimali Amerikada yayılmışdır. Yabanı halda Kanadada bitir. == Botaniki təsviri == İynəsiz, enli şaxələnmiş çətiri olan yarpağı tökülən, 5 m-ə qədər hündürlükdə kol və ya kiçik ağacdır. Zoğları qırmızı-qonur rəngli qabıqla örtülmüşdür. Yarpaqları yumurtaşəkilli və ya uzunsov-neştərvarı olub, uzunluğu 3–8 sm-dir. Hər iki tərəfdən gümüşü rənglidir. May-iyun aylarında çiçəkləyir. Çiçəkləri xırda, içəri tərəfdən sarı, çox ətirlidir, 1–3 ədədi birlikdə yarpaqların qoltuğunda toplanmışdır. Meyvələri oval və ya şarşəkilli, ölçüsü 1–2 sm-dir, gümüşü qabıqlarla sıx örtülmüşdür. Çoxlu kök pöhrələri verir.
Gümüşü qaytarma
Gümüşü qaytarma (lat. Potentilla argentea) - qaytarma cinsinə aid bitki növü. == Sinonim == Fragaria argentea (L.) Crantz Hypargyrium argentatum (Jord.) Fourr. Hypargyrium argenteum (L.) Fourr. Hypargyrium confine (Jord.) Fourr. Hypargyrium decumbens (Jord.) Fourr. Hypargyrium demissum (Jord.) Fourr. Hypargyrium tenuilobum (Jord.) Fourr. Pentaphyllum argenteum (L.) Nieuwl. Potentilla argentata Jord.
Gümüşü seloziya
Gümüşü seloziya (lat. Celosia argentea) - seloziya cinsinə aid bitki növü. == Sinonim == Amaranthus cristatus Noronha Amaranthus huttonii H.J.Veitch Amaranthus purpureus Nieuwl. Amaranthus pyramidalis Noronha Celosia argentea f. argentea Celosia argentea var. argentea argentea Celosia argentea f. cristata (L.) Schinz Celosia argentea var. cristata (L.) Kuntze Celosia aurea T.Moore Celosia castrensis L. Celosia cernua Roxb. [Illegitimate] Celosia coccinea L. Celosia comosa Retz. Celosia cristata L. Celosia debilis S.Moore Celosia huttonii Mast.
Gümüşü çingil
== Təbii yayılması == Yabanı halda İranda və Şimali-Qərbi Monqolustanda, Zaqafqaziyada və Orta Asiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m, sallaq zoğlara malik, gövdəsinin rəngi qonur koldur. Bitkinin yarpaqlaması mürəkkəb, 3-6 cüt gümüşü cütlələkvari çılpaq yarpaqlardan ibarətdir. Yarpaqların üzəri bozumtul, gümüşü tükcüklərlə örtülmüş olur. Uc hissədəki tək yarpaq tikanla əvəz olunmuşdur. Bu tikanlar qışda yarpaqcıqlar töküldükdən sonra saplaqlarla birlikdə gövdə üzərində uzun müddət qalır. Yarpaqaltlıqları bizvari tikanlara çevrilmişdir. Çiçəkləri 2-3 ədəd olmaqla yarpaqların qoltuğundakı salxımlarda yerləşir. Kasayarpaqları dişli olub, 3-6 sm uzunluğunda, enli, üçbucaq formasındadır. Tacı bənövşəyi, qırmızımtıl, çəhrayı və ya ağ, uzunluğu 15-18 mm-dir.
Gümüşü Şahinlər
Gümüşü Şahinlər Cənubi Afrika Respublikası Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün Pilatus PC-7 təyyarələri istifadə olunur. == Tarixi == İlk komanda 1953-cı ildə Bumbling Bees adı altında yaradılmışdır. 20-cu əsrin 50-ci illərində isə ləğv olunmuşdur.1966-cı ildə komanda yenidən quruldu. Bu komanda uçuşlar üçün Aermacchi MB-326 təyyarəsi istifadə edirdi. 1986-cı ildə şoudakı təyyarələrin sayı 5-ə qədər artırıldı. Təyyarə o vaxtkı Cənubi Afrika bayrağını təmsil etmək üçün narıncı, ağ və mavi rənglərə boyanmışdı. 1994-cü ildə yeni dövlət bayrağı qəbul olunduğuna görə təyyarələr CAR Hərbi Hava Qüvvələrinin rənglərini təmsil etmək üçün yenidən rəngləndi: mavi, açıq mavi və ağ. 1998-ci ildə təyyarələrin sayı yenidən 4-ə endirildi. Doqquz il ərzində komanda Astra donanmasının standart qırmızı və ağ boya sxemində uçdu.
Gümüşü şefedriya
Gümüşü qızılquş
Gümüşü qızılquş (lat. Falco concolor) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Gümüşü şeferdiya
Gümüşü şeferdiya (lat. Shepherdia argentea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinin şeferdiya cinsinə aid bitki növü.
Gümüşü furqon
== Məzmun == Burada kövrək hisslər və saf duyğularla zəngin olan gənc bir qadın-Mədinənin (Həmidə Ömərova) taleyindən söhbət açılır. Kəndlərinə gümüşü sirk furqonunda gələn mehriban oğlan (Məmməd Məmmədov) uğursuz taleli gənc qadına saf məhəbbət duyğusu bəxş edir. == Film haqqında == Film yazıçı Elçinin "Bir Görüşün Tarixçəsi" povesti əsasında ekranlaşdırılmışdır. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film 1-ci kateqoriyaya layiq görülüb. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Elçin Quruluşçu rejissor: Oqtay Mirqasımov Quruluşçu operator: Ələsgər Ələkbərov (II) Quruluşçu rəssam: Firəngiz Qurbanova Bəstəkar: Rafiq Babayev Səs operatoru: Nataliya Nuriyeva Rejissor: Adil İsmayılov Operator: Rəşid Nağıyev Geyim rəssamı: Nailə Cəfərova Qrim rəssamı: L. Kuznetsova Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Montaj edən: Nelli Mahmudova İşıq ustası: V. Ağacanov Çalır: İnstrumantal Ansambl Ansamblın rəhbəri: Rafiq Babayev Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Aydın Dadaşov === Rollarda === Həmidə Ömərova — Mədinə Məmməd Məmmədov — Rəsul Ömür Nağıyev — Fərman Muxtar Maniyev — Səfər Eldar Əliyev-Ağadadaş Samir Qədirov — Fərid Əşrəf Mamayev — yaşlı milis işçisi Gümrah Rəhimov — qəssab Kamil Məhərrəmov — Fərmanın dostu Sədaqət Zülfüqarova — xalçaçı Fərqanə Quliyeva — qarayanız qız Naibə Şirinova — xalçaçı qız Mənsur Məmmədov — Fərmanın tanışı Hicran Nəsirova (Hicran Qəşəmova kimi) — xalçaçı F. Hüseynov Mayak Kərimov Şəmsi Şəmsizadə Sədayə Mustafayeva — Mədinənin anası == Sponsor == Mərkəzi Televiziya (Moskva) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Mavi (Miyanə)
Mavi (fars. ماوي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 91 nəfər yaşayır (32 ailə).
Mavi (dəqiqləşdirmə)
Mavi — rəng. Mavi (mahnı) — Mavi (Əsədabad) — Mavi (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Mavi (mahnı)
Mavi — azərbaycanlı müğənni Aygün Kazımova, azərbaycanlı reperlər Elşad Xose və Dəyirman qrupunun duetidir. Mahnı Elşad Xosenin 2005-ci ildə işıq üzü görən "İxlas" albomuna daxil edilmişdir. Mahnının efirlərdə səslənməsinə icazə yoxdur. Duetdə İbrahim Tatlısesin "Mavi Mavi", Aygün Kazımovanın "Kişilər" mahnısından istifadə olunmuşdur.
Mavi (Əsədabad)
Mavi (fars. ماوی‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 186 nəfər yaşayır (56 ailə).
Mavi Balina
Mavi Diviziya
Mavi diviziya (isp. Divisíon Azul, alm. Blaue Division) və ya Vermaxtın 250-ci İspan könüllüləri diviziyası (alm. 250. Einheit spanischer Freiwilliger) – İkinci dünya müharibəsi illərində alman ordusunun tərkibində SSRİ-yə qarşı həyata keçirilən hərbi əməliyyatlarda iştirak edən ispan könüllülərindən ibarət hərbi birləşmə. "Mavi diviziya" Falanqanın üzvlərindən, İspaniyada 1936-1939-cu illər vətəndaş müharibəsinin veteranlarından və ispan ordusunun əsgərlərindən təşkil olunmuşdu. == Yaranması == Fransisko Franko İspaniyanı İkinci dünya müharibəsindən kənarda saxlamaqla özünün hələ yeni olan hakimiyyətini möhkəmləndirmək və ölkəsinin təhlükəsizliyini təmin etməyi düşünsə də, vətəndaş müharibəsi dövründə Hitlerin göndərdiyi "Kondor Legionu"nun ona göstərdiyi yardımın əvəzini çıxmaq məcburiyyətində qaldı. Bu səbəbdən o, yalnız Sovet İttifaqına qarşı aparılan əməliyyatlarda iştirak etmək şərtilə, ispan könüllülərinin Vermaxtın tərkibində döyüşmələrinə razı oldu. 24 iyun 1941-ci ildə Hitler ispan könüllülərinin göndərilməsi təklifini dəstəklədi və həmin il iyulun 13-də cəmi 18 104 nəfərdən (2 612 zabit və 15 492 əsgər) ibarət ispan könüllü diviziyası Almaniyanın Qrafenvör şəhərinə yollandı. Burada, 5 həftəlik hərbi hazırlıqdan sonra, 250-ci Piyada diviziyası adı altında alman ordusunun tərkibinə qatıldı.
Mavi Feniks
Mavi Feniks — Tailand Hərbi Hava Qüvvələrinə məxsus ilk aerobatika komandasıdır. Uçuşlar üçün 5 ədəd Pilatus PC-9 təyyarəsi istifadə olunur. Komanda 2012-ci ildə Tailan Hərbi Hava Qüvvələrinin yaradılmasının 100 illiyi şərəfinə qurulmuşdur və Tailand Hərbi Hava Qüvvələri Aviasiya-Təlim Məktəbinin nəzdindədir.
Mavi Fuqatelər
Mavi Fuqatelər (ing. Blue Fugates) və ya Kentukkidəki mavi adamlar (ing. Blue People of Kentucky) — 200 ildən çox müddət ərzində ABŞ-nin Kentukki ştatında yaşamış fransız əsilli Martin Fuqatenin nəslindən olan genetik problemə görə dünyaya gəlmiş mavi dərili insanlar. == Nəslin başlanğıcı == Martin Fuqate 1820-ci ildə Kentukki ştatının qərbində yerləşən sakit bir qəsəbə olan Trablısım Krikdə məskunlaşıb. Ailə qurduğu Elizabet Smit adlı qadından 7 uşağı dünyaya gəlib. Amma Martin Fuqatenin heç kimdə olmayan genetik problemi var idi ki, bu səbəbdən də uşaqlarından dördü mavi dərili doğulmuşdu. Elə həmin vaxtdan da 200 il mövcud olan mavidərililər nəslinin təməli qoyulmuşdur. == Sosial vəziyyətləri == Yaşadıqları qəsəbədə insanlar tərəfindən qəribə qarşılanan bu ailə, ancaq qohum evliliyi qurmağa məcbur qalıb. Fuqate ailəsinin və qohumlarının dəri rəngindən başqa heç bir genetik sağlamlıq problemi olmayıb. Hətta, bir çoxu 90 yaşında belə sağlam və gümrah idi.
Mavi Lotus
Mavi Lotus - Belçikalı Hergénin komiksi Tintinin macəralarının 15-ci hissəsidir.

Digər lüğətlərdə

захороне́ние зерни́нка Кре́до пассажи́р пласта́ться прохлопота́ть хра́брый центри́роваться шале́ть аэронавигацио́нный близкоро́дственный круглым счётом поты́каться при́пуск расплю́щить рьяный flip-flop lover-boy match-splint metalworking pearly king and queen unstuck бояться компаунд-машина переламывать