MAVZOLEY
MAYA¹
OBASTAN VİKİ
May
May lat. Majus — Qriqorian təqviminin beşinci ayı . Adını qədim Roma tanrısı Mayyadan götürüb. 31 günü var. "May" sözü bəşəriyyətə Bizans İmperiyasından keçib. Maia yaz ilahəsi olan və yaşlı Romalı Faokugotnup və onun həyat yoldaşı Vulcanın qızı olduğu fərziyyə edilir. 1 may — Yaz və əmək bayramı 17 may — Beynəlxalq elektrorabitə günü 18 may — Beynəlxalq muzeylər günü 21 may — Beynəlxalq kosmos günü 31 may — Beynəlxalq tütünsüz həyat günü 9 may — Qələbə Günü 28 may — Respublika günü.
11 may
11 may — Qriqorian təqvimində ilin 131-ci günü. (uzun ildə 132-ci) Bu tarixdə ilin sonuna 234 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 28 aprel tarixinə uyğun gəlir. 330 — Konstantinopol təqdis olunub. 1502 — Xristofor Kolumb dördüncü və son səyahətinə çıxıb. 1858 — Minnesota ABŞ-nin 32-ci ştatı olub. 1949 — Braziliya milli futbol komandası Amerika Kubokunu qazanıb. 1997 — Şahmat oynayan superkompüter Deep Blue son oyununda Harri Kasparovu məğlub edərək dünya çempionu olan şahmatçını klassik matç formatında məğlub edən ilk kompüter oldu. 2013 — Türkiyənin Reyhanlı şəhərində törədilən partlayışda 52 nəfər ölüb. 1974 — An-2 təyyarəsi Qax rayonunda qəzaya uğramışdır.
12 may
12 may — Qriqorian təqvimində ilin 132-ci günü. (uzun ildə 133-cü) Bu tarixdə ilin sonuna 233 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 29 aprel tarixinə uyğun gəlir. 2008 — Çinin Sıçuan əyalətində baş verən zəlzələ nəticəsində 69.000-dən nəfər çox həyatını itirmişdir. 1994 — Azərbaycan və Ermənistan arasında Qarabağ müharibəsi bitmişdir. 1995 — Azərbaycan və Venesuela arasında diplomatik əlaqələr qurulmuşdur. 2017 — Bakıda 2017 İslam Həmrəyliyi Oyunlarının açılışı olmuşdur. 2021 Azərbaycan Silahlı Qüvvələri Qaragöl istiqamətindən irəliləyərək Ermənistanın 3,5 kilometr ərazisini ələ keçirib. Şuşada 30 ildən sonra Xarıbülbül Musiqi Festivalı keçirilib.
13 may
13 may — Qriqorian təqvimində ilin 133-cü günü. (uzun ildə 134-cü) Bu tarixdə ilin sonuna 232 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 30 aprel tarixinə uyğun gəlir. 1989 — Böyük tələbə qrupları Tyananmen meydanına daxil olub, aclıq aksiyasına başlayırlar. 2020 — Lesoto və Madaqaskarda ilk dəfə COVID-19 qeydə alınıb. 2017 — 2017 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Diana Hacıyeva "Skeletons" mahnısı ilə 14-cü yeri tutmuşdur.
14 may
14 may — Qriqorian təqvimində ilin 134-cü günü. (uzun ildə 135-ci) Bu tarixdə ilin sonuna 231 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 1 may tarixinə uyğun gəlir. 1796 — Edvard Cenner təbii çiçək xəstəliyinin ilk peyvəndini həyata keçirib. 1900 — II Yay Olimpiya Oyunları Parisdə keçirilib. 1948 — İsrail müstəqil dövlət elan edilib və müvəqqəti hökumət qurulub. 1955 — Soyuq müharibə: Sovet İttifaqı daxil olmaqla, səkkiz kommunist bloku ölkəsi Varşava Müqaviləsi Təşkilatı adlı qarşılıqlı müdafiə müqaviləsi imzalayıb. 1970 — Andreas Baader Ulrike Maynhof, Qudrun Ensslin və başqaları tərəfindən həbsdən azad edildi. Bu Qırmızı Ordu Fraksiyasının formalaşmasında mühüm məqam oldu. 1973 — ABŞ-nin ilk kosmik stansiyası olan Skylab orbitə buraxılıb.
15 may
15 may — Qriqorian təqvimində ilin 135-ci günü. (uzun ildə 136-cı) Bu tarixdə ilin sonuna 230 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 2 may tarixinə uyğun gəlir. 1905 — Las-Veqas şəhəri ABŞ-nin Nevada şəhərində yaradılmışdır. 1940 — Makdonald qardaşları ilk McDonald's restoranını açıb. 1992 — Azərbaycanda Azərbaycan Xalq Cəbhəsi Azərbaycan hakimiyyətinə qarşı uğurlu hərbi çevriliş edib. 2009 — Bakıda Bədii gimnastika üzrə 25-ci Avropa çempionatının açılışı olmuşdur. 2022 — 2022 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Nadir Rüstəmli "Fade to Black" mahnısı ilə 16-cı yeri tutmuşdur.
19 may
19 may — Qriqorian təqvimində ilin 139-cu günü. (uzun ildə 140-cı) Bu tarixdə ilin sonuna 226 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 6 may tarixinə uyğun gəlir. 1900 — Böyük Britaniya Tonqa adasını ilhaq edib. 1919 — Mustafa Kamal Atatürk Samsunda enərək, Türkiyə İstiqlaliyyət müharibəsini başlatdı. 1968 — İran milli futbol komandası Asiya Kubokunu qazanıb. 1972 — İran milli futbol komandası Asiya Kubokunu qazanıb. 2024 — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanında helikopter qəzası baş verdi. Qəza nəticəsində İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, İran Ali Rəhbərinin Şərqi Azərbaycan ostanındakı nümayəndəsi Məhəmməd Əli Əl-Haşimi, Şərqi Azərbaycan ostanının general-qubernatoru Malik Rəhməti və helikopter heyəti də daxil olmaqla 8 nəfər öldü. 2007 — İsrafil Aşurlı Everest dağının zirvəsinə çıxan ilk azərbaycanlı olmuşdur.
1 may
1 may — Qriqorian təqvimində ilin 121-ci günü. (uzun ildə 122-ci) Bu tarixdə ilin sonuna 244 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 18 aprel tarixinə uyğun gəlir. 1840 — İlk rəsmi yapışqanlı poçt markası olan "Qara penni" Birləşmiş Krallıqda buraxılmışdır. 1931 — ABŞ-də Empayr Steyt Bildinqin açılışı olub. 1961 — Kubanın baş naziri Fidel Kastro Kubanı sosialist ölkəsi elan edir və seçkiləri ləğv edir. 1955 — Gəncə trolleybusu təsis edilib. 2016 — "Qarabağ" Azərbaycan Premyer Liqası çempionu olmuşdur.
20 may
20 may — Qriqorian təqvimində ilin 140-cı günü. (uzun ildə 141-ci) Bu tarixdə ilin sonuna 225 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 7 may tarixinə uyğun gəlir. 1940 — Holokost: İlk məhbuslar Auşvitzdəki yeni konsentrasiya düşərgəsinə gətirilmişdir. 2022 — Tuvaluda ilk dəfə COVID-19 qeydə alınıb. 1986 — Lenin Sarayında Aqşin Əlizadənin "Babək" baletinin premyerası keçirilmişdir.
21 may
21 may — Qriqorian təqvimində ilin 141-ci günü. (uzun ildə 142-ci) Bu tarixdə ilin sonuna 224 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 8 may tarixinə uyğun gəlir. 1904 — Parisdə FİFA təsis olunub. 1932 — Pis hava şəraiti Amelia Earhartı Şimali İrlandiyanın Derri bölgəsindəki otlağa enməyə məcbur edir və bununla da o, Atlantik okean üzərindən təkbaşına uçan ilk qadın olur. 2004 — Azərbaycan və Malavi arasında diplomatik əlaqələr qurulmuşdur.
Jessica May
Cessika Mey (5 dekabr 1993, Paranasiti[d], Parana ştatı) — Braziliya əsilli Türk televiziya aktrisası.
May (ad)
May — ad. May Ayzava — May Kyokava — May Nakaçi — May Ziyadə — Digər May — Qriqorian təqviminin beşinci ayı.
May Ana
May Ata
May Ata — türk mifologiyasında varlıq tanrısıdır. Digər adı Pay (Bay) Atadır. İnsanların qoruyucusudur. Göyün üçüncü qatında oturar. Buddizmin təsiriylə Maitreya adlı tanrı ilə eyniləşdirilmişdir. Tunquslarda Mayın adı verilən bir ruhlar tanrısı vardır və kainatı yaratdığına inanılar. Bu tunqus tanrısı yeni doğulan körpələrə ruh verir. Tunguslar Mayın adlı lütfkar və yaradıcı tanrılarını da ağla gətirir. Altay mifologiyasında, Ülgənin göyün üçüncü qatında olduğuna inanılan iki oğlundan biridir. Ülgənin, insanların hamisi və piri sayılan oğludur.
May Ayzava
May Ayzava (d. 10 sentyabr 1980) — Yaponiyalı keçmiş qadın futbolçu. Yaponiya milli komandasının heyətində 5 oyun keçirib, 4 qol vurub.
May Kyokava
May Kyokava (d. 28 dekabr 1993) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
May Nakaçi
May Nakaçi (d. 16 dekabr 1980) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 30 oyun keçirib.
May Narva
May Narva (est. Mai Narva; doğ. 22 oktyabr 1999, Tallin, Estoniya) — Eston şahmatçı. Qadınlar arasında beynəlxalq qrosmeyster (2014). May Narva şahmatçılar ailəsində anadan olub. O, eston şahmatçılar Boris Rıtovun və Merike Rıtovanın nəvəsi, FİDE ustası Yaan Narvanın və qadınlar arasında şahmat üzrə Estoniya çempionu Regina Narvanın isə qızıdır. Üç dəfə qadınlar arasında şahmat üzrə Estoniya çempionatlarında qalib olub: 2014, 2016 (əlavə turnirdən sonra), 2017. 2014-cü ildə Batumidə U16 yaş qrupunda qızlar arasında Avropa çempionu olub. 2015-ci ildə Karpaçda Estoniyanın qızlardan ibarət komandasının heyətində U18 yaş qrupunda Avropa komanda birinciliyinin qalibi olub. Estoniyanı şahmat olimpiadalarında təmsil etmişdir (2014, 2016).
May Ziyadə
May Ziyadə (ərəb. مي زيادة‎, 11 fevral 1886, Fələstin, Suriya vilayəti, Osmanlı imperiyası – 17 oktyabr 1941, Qahirə, Misir krallığı[d]) — Nazaretdən yazıçı. Cübran Xəlil Cübranla məktublaşdı.
May böcəyi
May böcəyi (lat. Melolontha melolontha) - Lövhəbığlar fəsiləsinin melolontha cinsinə aid sərtqanadlı. May böcəyinin bədəni 2;2,5 sm uzunluğundadır. Bədəni silindrik formada olub açıq qəhvəyi rəngdədir. May böcəyinin bədəni 3 hissədən: baş, döş, qarıncıqdan ibarətdir. May böcəyinin başı düzünə birləşmişdir. O, başını aşağı əyə bilir. Baş hissəsində 6 buğumdan ibarətdir. Başda ağız,1 cüt bığcıq, mürəkkəb (fasetli) gözləri var. İki ağız tipi var: gəmirici və sorucu.
May dişqurtlayanı
Böyük dişqurtlayan (lat. Ammi majus) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dişqurtlayan cinsinə aid bitki növü. Birillik ot bitkisi olub, kiçik ağ çiçəkləri olmaqla, iri çiçəklərınin diametri 15 sm, çiçək qrupu isə mürəkkəb çətirdir. Düz, çılpaq, şırımlı gövdəli, hündürlüyü 100-140 sm-dir. Yuxarı hissəsi budaqlanan, gövdə budağındakı yarpaqları orta saylıdır. Yarpaq lövhəcikləri iki, hətta üç lələkvari bölünmüş olur. Meyvəsi sallaq, kiçik, uzunluğu 2-3 mm, eni isə 1 mm-dir. Yetişmiş və qurudulmuş mədəni birillik ot bitkisi olan böyük amminin meyvələri xammal olaraq toplanılır. Meyvələrini bitki ölüşkəyən zaman toplanılır. Mərkəzi çətirindəki meyvələri yetişməyə başladıqda bitki toplanılmalı və qurudulmalıdır.
May gülü
Maygülü (lat. Podiceps) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinə aid heyvan cinsi. Azərbaycanda Maygülü cinsinə 5 növ daxildir.
May inciçiçəyi
May inciçiçəyi (lat. Convallaria majalis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin i̇nciçiçəyi cinsinə aid bitki növü. Xoş ətirli, zəhərli, Asiya və Avropanin soyuq iqliminə tab gətirən, torpaqda kökümsov gövdələr yaradaraq çoxalan, çoxillik ot bitkisidir. Yayın sonunda kökmsovlar yuxarı dik pörələr verir. Yabanı çoxillik bitkidir. Yarpaqları cüt-cüt yerləşən, qından, oval-neştərvari və ya uzunsov-ellipsvari, zirvəsi itiuclu, bütövkənarlı, çılpaq, yaşıl, qövsəbənzər damarlı olub, uzunluğu 10-20 sm, eni isə 3-8 sm-ə bərabərdir. Çiçəkləri (çiçəkqrupları) 5-10 (20) ədəd sarımtıl-ağ rəngli olub, açıq-yaşıl rəngli govdə üzərində birtərəfli yumşaq fırça ilə qurtarır. Çiçək saplağı üzərində əyilmiş çiçəkləri bölünmüş çiçək altlığının əsası ilə əhatə olunmuşdur. Çiçək yatağı sadə, çiçək tacına bənzər, zəngvarı olub, 6 dişlidir. Erkəkciklərin sayı 6, qısa saplaqlı, yuxarı yumurtalıqlı, genişlənmiş dişicik ağızcığından ibarətdir.
May itburnusu
May itburnusu (lat. Rosa majalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Azərbaycanın dağ-meşə zonalarında və kolluq yerlərində geniş yayılmışdır. Dərman məqsədilə meyvələrindən istifadə olunur. Meyvələri adətən sentyabr-oktyabr aylarında toplanır və quruducularda 70-80 temperaturda qurudulur. Meyvələrin rəngi çəhrayıdan parlaq-qırmızı rəngə keçəndə onları toplamaq məsləhətdir. May itburnusu meyvəsinin tərkibində C vitamini, karotin, B1, B2, K və P vitaminləri, karotinoidlər, flavonoidlər, 18 %-ə qədər şəkər, 4 % aşı maddəsi, 3,7 % limon və alma turşuları, pektin maddələri, dəmir, manqan, fosfor, kalsium duzları və s. vardır. Ona görə də bu meyvələrdən çox zəngin polivitaminli xammal kimi təbabətdə geniş istifadə olunur. May itburnusunun meyvələrindən dəmləmə, konsentrat, şərbət və mürəbbə şəklində bir sıra xəstəliklərin müalicəsində, məsələn skorbutin, C və P Hipo – və avitaminozların, raxitin, qızılyelin, qanazlığının, vərəmin, sidik və öd yolları xəstəliklərində geniş istifadə edirlər.
May İnqilabı
May İnqilabı (İspan: Revolucion de Mayo) -1810-cu ilin mayında Rio de la Plata vitse-krallığı dövründə Buenos-Ayresdə baş verən və Sisnerosun vəzifəsindən uzaqlaşdırılmasına səbəb olan bir sıra siyasi və ictimai hadisələr. Bu tədbirləri Buenos Ayresin ispan əsilli, lakin tacın bölgədəki siyasətindən narazı olan aristokratları təşkil edirdi. Hadisələr çox zorakılığa və geniş qarşıdurmaya səbəb olmadı, lakin1816-cı il iyulun 9-da Argentinanın müstəqilliyinə gətirib çıxaran prosesin başlanğıcını göstərmək üçün Argentina tarixşünaslığına əsaslanaraq, rəsmi olaraq elan edilən inqilab termini onlara tətbiq olundu. 1810-cu il mayın 18-də Buenos-Ayresdə Sevilya Xuntasının devrildiyi və İspaniyanın fransızlar tərəfindən işğal edildiyi məlum oldu. Vitçe kral Baltasar Hidalqo de Sisnerosun legitimliyi sual altında idi. Mayın 22-də Buenos-Ayres Bələdiyyə Şurasının açıq iclası keçirildi və bu iclas mayın 23-də səhər saatlarında qərar verdi, bu qərara görə Sisneros istefa verməli və parlament yaratmaq üçün bütün səlahiyyətləri bələdiyyəyə verməli idi. Mayın 24-də Sisneros müvəqqəti prezident və qoşunların baş komandanı təyin edildi və bu, xalqın qəzəbinə səbəb oldu, bu isə Buenos-Ayresin mərkəzi meydanında etiraz aksiyaları və ordunun üsyanı ilə nəticələndi. Mayın 25-də naibin yekun istefası elan edildi və müvəqqəti hökumət orqanının — aşağıdakı tərkibdə olan Birinci Xuntanın yaradılması elan edildi: Kornelio Saavedra — prezident. Manuel Alberti. Miqel de Askvenaqa.
Azərbaycan Respublikasının mayakları (film, 2006)
Azərbaycan Respublikasının mayakları qısametrajlı sənədli televiziya filmi rejissor Leyla Səfərova tərəfindən 2006-cı ildə çəkilmişdir. Lider televiziyasında istehsal edilmişdir. Filmdə Xəzər dənizinin Azərbaycan sahilində tikilən mayaklardan danışılır. Filmdə Xəzər dənizinin Azərbaycan sahilində tikilən mayaklardan danışılır. Burada Amburan, Şüvəlan, Abşeron, Böyük Zirə, Səngi Muğan, Lənkəran, Astara mayakları və onların tarixi göstərilir.
Azərbaycan mayakları (film, 2015)
Azərbaycanda yeni parlament seçkiləri (may 1999)
Azərbaycanda yeni parlament seçkiləri (may 1999) — 1999-cu ilin may ayında Azərbaycanda boş qalan mandatlar üçün keçirilmiş yeni parlament seçkiləri. 1995-ci il parlament seçkiləri və təkrar parlament seçkilərinin ardından formalaşmış I çağırış Azərbaycan Respublikasının Milli Məclisi 74 saylı Goranboy-Naftalan seçki dairəsindən seçilmiş Yeni Azərbaycan Partiyası üzvü olan deputat Səfyar Musayev 6 yanvar 1999-cu il tarixində ölmüşdür. Səfyar Musayevdən boşalan yer üçün yeni seçkilər təyin olunmuşdur. Deputat Səfyar Musayevdən boşalan yer üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 25 fevral 1999-cu il tarixli 109 nömrəli fərmanı ilə 74 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə 30 may 1999-cu il tarixinə yeni seçkilər təyin olunmuşdur. Seçkilərdə Azərbaycan Sosial Rifah Partiyası iştirak qərarı almışdır. Seçki nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən 8 iyun 1999-cu il tarixində elan olunmuş, təsdiqlənmiş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 11 iyun 1999-cu il tarixində qərara baxmış və təsdiqləmişdir. Nəticələrə əsasən 74 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı deputat seçilmişdir.
Azərbaycandakı mayakların siyahısı
Ağır mayelər
Ağır maye — yüksək sıxlığa və nisbətən aşağı özlülüyə malik məhlul və ya maye kimyəvi maddə. Kövrək və əzilmiş süxurlardan ağır mineralları və üzvi qalıqları (sporlar, tozcuqlar, mikrofauna) ayırmaq üçün istifadə edilir. Ən çox istifadə edilənləri Tüle mayesi (xüsusi çəkisi 3,19), bromoform (xüsusi çəkisi 2,9), Suşin mayesi (xüsusi çəkisi 3,45) və başqalarıdır. Otaq temperaturunda ən ağır maye civədir. Lakin temperaturdan asılı olmayaraq ən ağır maye ərimə nöqtəsində ikən (3033°C/5491.4°F) Osmiumdur (nadir metal). Osmium sıxlığı 22,59 g·sm-3 olmaqla, civədən 1,65 dəfə ağırdır.
Aşağı Mayan (Təbriz)
Aşağı Mayan (fars. مايان سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 7.083 nəfər yaşayır (1.694 ailə).
Aşıq Mayis Gəncəli
Aşıq Mayis Gəncəli (1947 – 2020) — Azərbaycanlı ustad aşıq, Əməkdar mədəniyyət işçisi Aşıq Mayis Gəncəli (Mayis İsrail oğlu Sadıqov) 1947-ci ildə Gəncə şəhərində anadan olmuş, uşaqlıq çağlarından saza-sözə böyük maraq göstərmişdir. O, 1962-ci ildən etibarən ustadların yanında aşıqlığın sirlərini öyrənməyə başlamışdır. Aşıq Qədirdən, Aşıq Hümbətdən, Aşıq İslam Yusibovdan, Aşıq Zeynal Məmmədovdan (Qaraçıoğlu İbrahimin şagirdi), Aşıq Cuma Aslanovdan, Aşıq Hüseyn Cavandan dastanları mükəmməlliklə mənimsəmişdir. Mayıs Gəncəli aşıq yaradıcılığı ilə yanaşı divan ədəbiyyatının da bilicisi sayılırdı. O, ərəb və fars dillərini sərbəst bilirdi. Quran hafizi kimi də məşhur idi. Sovet dönəmində ittifaq miqyasında kecirilən festivallarda dəfələrlə birinci yerə layiq görülmüş, diplom və mükafatlar almışdır (1974,1979,1983). Dastancı aşıq kimi böyük hörmətə malik idi. Zəngin söz və musiqi repertuarı ilə seçilirdi. Repertuarında "Xəstə Qasım", "Qurbani", "Abbas və Gülgəz","Tahir və Zöhrə","Valeh və Zərnigar", "Koroğlu" dastanları mühüm yer tuturdu.
Billi Mays
Billi Mays (ing. Billy Mays; 20 iyul 1958, Mak-Kis-Roks[d], Pensilvaniya – 28 iyun 2009, Tampa, Florida) — ABŞ aktyoru.
Billy Mays
Billi Mays (ing. Billy Mays; 20 iyul 1958, Mak-Kis-Roks[d], Pensilvaniya – 28 iyun 2009, Tampa, Florida) — ABŞ aktyoru.
Bir May (Uçalı)
Bir May (başq. Беренсе Май, rus. Первый Май) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Səfər kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Uçalı): 33 km, kənd sovetliyindən (Səfər): 9 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (81 %) üstünlük təşkil edir.
Bir May Bakısı (film, 1941)
Bir May Bakısı qısametrajlı sənədli filmi rejissor Əbdül Həsənov tərəfindən 1941-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə Bakıda 1 may — zəhmətkeşlərin həmrəyliyi gününün və əmək bayramının qeyd olunmasından danışılır. Filmdə Bakıda 1 may — zəhmətkeşlərin həmrəyliyi gününün və əmək bayramının qeyd olunmasından danışılır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Bizim Mayaklar (1961)
Bizim mayaklar qısametrajlı sənədli filmi rejissor Niyazi Bədəlov tərəfindən 1961-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film maldarlıq sahəsində respublikamızda ən yüksək göstəricilər əldə etmiş yeddiilliyin qabaqcıllarına həsr olunmuşdur. Film maldarlıq sahəsində respublikamızda ən yüksək göstəricilər əldə etmiş yeddiilliyin qabaqcıllarına həsr olunmuşdur. Filmdə Qax rayonunda dağlar qoynunda yerləşmiş Sarıbaş kəndinin timsalında kənd zəhmətkeşlərinin həyatı və əmək fəaliyyəti, qayğıları öz geniş əksini tapmışdır. Müəlliflər burada bir neçə qabaqcıl adamın portretini yaratmışlar. Bunlar tanınmış sağıcılar Kəklik İsmayılova və Minayə Quliyeva, təcrübəli qarğıdalı yetişdirən Məmmədtağı İsmayılov, çobanlar-Nəcməddin və Şəmsəddin Sofiyev qardaşları, kolxoz sədri Həsən Mirzəyev və 107 yaşlı çoban Fətəlidir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Bizim mayaklar (film, 1961)
Bizim mayaklar qısametrajlı sənədli filmi rejissor Niyazi Bədəlov tərəfindən 1961-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film maldarlıq sahəsində respublikamızda ən yüksək göstəricilər əldə etmiş yeddiilliyin qabaqcıllarına həsr olunmuşdur. Film maldarlıq sahəsində respublikamızda ən yüksək göstəricilər əldə etmiş yeddiilliyin qabaqcıllarına həsr olunmuşdur. Filmdə Qax rayonunda dağlar qoynunda yerləşmiş Sarıbaş kəndinin timsalında kənd zəhmətkeşlərinin həyatı və əmək fəaliyyəti, qayğıları öz geniş əksini tapmışdır. Müəlliflər burada bir neçə qabaqcıl adamın portretini yaratmışlar. Bunlar tanınmış sağıcılar Kəklik İsmayılova və Minayə Quliyeva, təcrübəli qarğıdalı yetişdirən Məmmədtağı İsmayılov, çobanlar-Nəcməddin və Şəmsəddin Sofiyev qardaşları, kolxoz sədri Həsən Mirzəyev və 107 yaşlı çoban Fətəlidir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Borxa Mayoral
Boxa Mayoral Moya-Real Madrid-in hücumçusu. Boxa Mayoral 5 aprel 1997-ci ildə İspaniyanın Parla şəhərində doğulub.Karyerasına İspaniyanın Real Madrid B klubunda başlayıb . Karyerasını sonradan Real Madridin əsas heyətində davam etdirib . 2016-cı ildə isə icarə əsasında İngiltərənin Volsfruq kamandasında davam edib. 2017-ci il yay transfer pəncərəsində isə icarə müdddəti bitdiyindən Real Madridə yenidən qayıtdı . 2007-ci ildə Panama klubundan Real Madridə transfer olundu . Burada o, Real Madridin B Klububda oynamağa başladı. 2014-cü ildə isə Real Madridin B klubunda oynamağa başladı . 2014–2015 mövsümündə Borxa La Liqanın bütün oyunlarına çıxdı . Bu oyunlarda o,rəqib qapılarına 17 qol vurdu .
Braun Maykl Stüart
Braun Maykl Stüart (13 aprel 1941[…], Bruklin, Nyu-York ştatı) — məşhur Amerika həkimi və biokimyaçısı. İrsi hiperkolesterolemiya reseptorunun kəşfi ilə əlaqədar tədqiqat aparmaq üçün Joseph Goldstein ilə birlikdə 1985-ci ildə Tibb və Fiziologiya üzrə Nobel Mükafatını aldı. 1977 ildən Texas Universitetinin Tibb Məktəbi nəzdindəki Genetik Xəstəliklər Mərkəzinin direktorudur. 13 aprel 1941-ci il tarixində Bruklində anadan olub. 1962-ci ildə Pensilvania Universitetinə qəbul olur və 1966-cı ildə həmin universitetin tibb fakültəsini bitirir. O vaxtdan bəri Southwestern Medical Center-də xolesterol metabolizması sahəsində işləyir. Dünyanın aparıcı bioloji və tibbi jurnallarında çoxsaylı məqalələrin müəllifidir.
Bronvin Mayer
Bronvin Mayer-Smit (d. 3 iyul 1974) — Avstraliyanı təmsil edən su poloçusu. Bronvin Mayer, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. Bronvin Mayer, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu. Bronvin Mayer, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu.
Bulbophyllum mayombeense
Bulbophyllum mayombeense (lat. Bulbophyllum mayombeense) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bulbophyllum mayrii
Bulbophyllum mayrii (lat. Bulbophyllum mayrii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Böyük Zirə mayakı
Böyük Zirə mayakı (əvvəlki adı Nargin mayakı) — Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikili. Böyük Zirə mayakı 1884-cü ildə Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədilə fəaliyyətə başlamışdır. Böyük Vətən müharibəsinin əvvəlində alman aviasiyasının diqqətini çəkməmək üçün partladılıb. 1958-ci ildə bərpa olunub və həmin vaxtdan indiyədək fəaliyyət göstərir. Mayak gecələr Bakı buxtasına daxil olan gəmilərin yolunu işıqlandırır və dənizçilər üçün əsas bələdçi rolunu oynayır. Hündürlüyü 18 metrdir. Mürəkkəb optik-naviqasiya sistemi ilə təchiz edilib. Mayak günəş batareyaları ilə təmin edilir. 2013-cü ilin may ayında Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Abşeron arxipelaqının mayaklarına həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 50 qəpik olan həmin markalardan biri Böyük Zirə mayakına həsr olunmuşdur.
Böyük maygülü
Böyük maygülü (lat. Podiceps cristatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinin maygülü cinsinə aid heyvan növü.
Cessika Mayer
Cessika Mayer (21 avqust 1994) — Braziliyanı təmsil edən bədii gimnast. Cessika Mayer 2016-cı ildə Braziliyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Mayer həm də 2015-ci ildə Pan Amerika Oyunlarında iki qızıl və bir gümüş medal qazanıb. Cessika Mayer 2016-cı ildə Braziliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Morqana Qmaç, Emanuelle Lima, Qabrielle da Silva və Fransielle Pereyra ilə birgə təsnifat mərhələsində 32.649 xal topladı və 9-cu yeri tutaraq mübarizəni dayandırdı.
Coelogyne mayeriana
Coelogyne mayeriana (lat. Coelogyne mayeriana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin coelogyne cinsinə aid bitki növü.
Con Maykl Bişop
Con Maykl Bişop (ing. John Michael Bishop) (d.22.2. 1936, Pensilvaniya ştatının York ş.) — Amerika molekulyar bioloqu, virusoloq, Nobel mükafatı laureatı (1989, H. Varmusla birlikdə). Harvard Universitetini bitirmişdir (1962). 1960-cı illərin ortalarından Kaliforniya Universitetində (San-Fransisko) laboratoriyaya başçılıq edib, 1972-ci ildən professorudur. Əsas işləri onkogenezin hüceyrə mexanizmlərinə, onkogenlərin mənşəyi, strukturu və funksiyalarına aiddir. Xərçəng xəstəliyinin müxtəlif təsirlərdən (virus, fiziki və kimyəvi kanserogenlər) baş verə bilən genetik dəyişikliklərin nəticəsi olduğunu sübut etmişdir (H. Varmus və fransız alimi D. Steelenlə birlikdə).
Corc Maykl
Yorgos Kiriakos Panayotu (25 iyun 1963[…] – 25 dekabr 2016[…]) və ya məşhurlaşdığı adı ilə Corc Maykl — iki Qremmi mükafatı sahibi yunan əsilli məşhur ingilis müğənnisi, vokalist və bəstəkar. Corc Maykl musiqi tarixindəki ən uğurlu müğənnilərdən biri hesab olunur.
Daan Maynqheer
Daan Maynqheer (13 aprel 1993 – 28 mart 2016, Ayaçço) — Belçikalı velosiped yarışçısı. Maynqheer 2016 Kriterium İnternəşinl turnirinin birinci mərhələsi zamanı ürək ağrılarından əziyyət çəkdiyi üçün iki gün xəstəxanada qaldıqdan sonra dünyasını dəyişmişdir.

Digər lüğətlərdə