Kiçik maygülü
Kiçik maygülü (lat. Tachybaptus ruficollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinin tachybaptus cinsinə aid heyvan növü.
Cütləşmə dövründə bədəninin üstü qonur-qara, altı ağımtıl, boğazı, yanaqları və boynu şabalıdı rəngdə olur. Maygülülərin o biri növlərindən fərqli olaraq başında bəzək lələkləri olmur. Qışda bədəninin üstü ağımtıl qonur, altı isə ağ olur.
Çoxsaylıdır.
Geniş yayılıb. Avropa, Asiya, Avstraliya və Afrikada yayılıb. Azərbaycanda Kür-Araz, Lənkəran və Samur-Dəvəçi ovalığında, Xəzər dənizinin sahil sularında və dağətəyi göllərdə yayılmışdır. Yaz köçü fevralın sonu, martın əvvəlində, payız köçü isə oktyabrda olur.