MAYIFLIQ
MAYİSGÜLÜ
OBASTAN VİKİ
Mayis
Mayis — Azərbaycan Respublikasının Laçın rayonu Sonasar kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Mayis kəndi Hocaz çayı yaxınlığında, Qarabağ yaylasındadır. Yerli tələffüzü Mayisdir. Keçmiş adı Qızxanımatoyolan olmuşdur. Yaşayış məntəqəsini Qarıqışlaq kəndindən ayrılmış ailələr Qızxanımatoyolan adlı binə yerində salmış və inqilabdan əvvəlki ədəbiyyatlara da bu adla düşmüşdür. 1930-cu illərdə burada Pervomaysk kolxozu təşkil olunmuş və kənd də Maysk adlandırılmışdır. Sonralar oykonim təhrif edilərək, Mayis şəklinə düşmuşdür. Yaşayış məntəqəsi 1 May bayramının adı ilə bağlıdır.
Mayis Abışov
Mayis Ağabəyov
Mayis Əlişir oğlu Ağabəyov (1 may 1941, Bakı – 17 iyun 2020, Bakı) — Azərbaycan kino rəssamı, inzibatçı, rəssam assistenti, geyim rəssamı və dekor rəssamı, Azərbaycan Respublikasının xalq rəssamı (2000). == Həyatı == Mayis Əlişir oğlu Ağabəyov 1 may 1941-ci ildə Bakıda anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət rəssamlıq məktəbini bitirmişdir. 1969-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirərək, "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. 1965-ci ildən bir sıra Beynəlxalq və Respublika sərgilərində kino və rəngkarlıq əsərləri ilə iştirak etmişdir. 1996-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmişdir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Akademik rəngkarlıq" kafedrasının professoru olmuşdur. Mayis Ağabəyov 2020-ci il iyun ayının 17-də 79 yaşında vəfat etmişdir.
Mayis Qasımov
Mayis Ələkbər oğlu Qasımov (6 iyun 1939, Naxçıvan) — Azərbaycan bioloqu, biologiya elmləri doktoru (1998), professor. == Bioqrafiya == Mayis Qasımov 6 iyun 1939-cu ildə Naxçıvan şəhərində anadan olub. ADU-nin biologiya fakültəsini bitirib. Botanika üzrə doktorluq dissertasiyasını müdafiə edib. Hazırda AMEA-nın Botanika İnstitutunda aparıcı elmi işçidir. == Elmi fəaliyyəti == 1973-cü ildə o, "Azərbaycanın boyaq bitkiləri və onların xalçaçılıq sənayesində istifadə olunması" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Əldə etdiyi elmi nəticələrin nəzəri və praktiki əhəmiyyətinə görə 1974-cü ildə Azərbaycan SSR Lenin komsomolu mükafatına layiq görülmüşdür. 1974-cü ildə təbii boyaqların xalçaçılıq sənayesində tətbiqinə görə Azərbaycan "İxtiralar va səmərələşdiricilər Komitəsi"nin fəxri fərmanı ilə təltif olunmuşdur. 1987-ci ildə Moskva Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində əldə etdiyi elmi-praktiki nəticələrin nümayişinə I dərəcəli diplom və qızıl medala layiq görülmüşdür. Elə həmin ildə "SSRI-nin ixtiraçı alimi" adı verilmiş va döş nişanı ilə təltif edilmişdir.
Mayis Səmədov
Mayis Yaqubov
Mayis Əliyev
Aşıq Mayis Gəncəli
Aşıq Mayis Gəncəli (1947 – 2020) — Azərbaycanlı ustad aşıq, Əməkdar mədəniyyət işçisi == Həyat və yaradıcılığı == Aşıq Mayis Gəncəli (Mayis İsrail oğlu Sadıqov) 1947-ci ildə Gəncə şəhərində anadan olmuş, uşaqlıq çağlarından saza-sözə böyük maraq göstərmişdir. O, 1962-ci ildən etibarən ustadların yanında aşıqlığın sirlərini öyrənməyə başlamışdır. Aşıq Qədirdən, Aşıq Hümbətdən, Aşıq İslam Yusibovdan, Aşıq Zeynal Məmmədovdan (Qaraçıoğlu İbrahimin şagirdi), Aşıq Cuma Aslanovdan, Aşıq Hüseyn Cavandan dastanları mükəmməlliklə mənimsəmişdir. Mayıs Gəncəli aşıq yaradıcılığı ilə yanaşı divan ədəbiyyatının da bilicisi sayılırdı. O, ərəb və fars dillərini sərbəst bilirdi. Quran hafizi kimi də məşhur idi. Sovet dönəmində ittifaq miqyasında kecirilən festivallarda dəfələrlə birinci yerə layiq görülmüş, diplom və mükafatlar almışdır (1974,1979,1983). Dastancı aşıq kimi böyük hörmətə malik idi. Zəngin söz və musiqi repertuarı ilə seçilirdi. Repertuarında "Xəstə Qasım", "Qurbani", "Abbas və Gülgəz","Tahir və Zöhrə","Valeh və Zərnigar", "Koroğlu" dastanları mühüm yer tuturdu.

Digər lüğətlərdə