MAZUTLU

прил. мазут алай; мазут алтаднавай, мазут янвай; мазутдай кьацӀай.
MAZUTLANMAQ
MAZUTLUQ
OBASTAN VİKİ
Mazutlu
Mazutlu — Azərbaycan Respublikasının Laçın rayonu Malxələf kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Mığıdərə kənd Sovetindən Mazutlu kəndi Malxələf kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == Yerli tələffüzü Məzitti formasındadır. XIX əsrin ortalarında xocamusaxlı (əslində, xocaəbuisahaqlı) tayfasına mənsub ailələrin Mazutlu adlı qışlaq yerində məskunlaşması nəticəsində yaranmışdır. Güman etmək olar ki, qışlağın adı Məzit (şəxs adı) və -li (mənsubiyyət bildirir) komponentlərindən düzəlib, şəxsi mülkiyyətlə bağlı yaranmışdır. I Şah Abbasın vəzirlərindən birinin adı da Mazutbəy olmuşdur. Başqırdıstan Respublikasında isə Məzit adlı kənd mövcuddur. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Mazutlu Konstitusiya
Mazut konstitusiya - Rusiya fəhlə hərəkatı tarixində fəhlələrlə sahibkarlar arasında imzalanmış ilk müştərək müqavilə idi. == Fəhlə hərəkatının güclənməsi == XX əsrin əvvəllərində Rusiyada baş verən ümumi böhranla əlaqədar meydana çıxan ağır iqtisadi vəziyyət, Rusiya-Yaponiya müharibəsində bir-birinin ardınca baş verən ağır məğlubiyyətlər ölkədə, xüsusilə Bakıda bir sıra fəhlə çıxışlarına gətirib çıxardı. 1904-cü il dekabrın 12-də "Balaxanı və Bibiheybət fəhlələrinin təşkilatı" çörəkçilər və şəhərin su təchizatı fəhlələrindən savayı bütün sənaye fəhlələrini ümumi tətilə çağıraraq, qabaqcadan elan etdi ki, tətil ancaq təşkilatın xəbərdarlığından sonra dayandırıla bilər və sahibkarların fəhlələri qorxutmağa yönəlmiş bütün cəhdləri "təşkilatın cavab addımlarını gücləndirəcək və ən qəti tədbirlər görüləcəkdir". Xəzər-Qara dəniz cəmiyyətinin fəhlələri tətilə birinci başladılar. Onların ardınca Nobel, Rotşild, Mantaşev və Mirzoyevin mədənlərinin, günortaya qədər Bibiheybət, habelə Qara və Ağ şəhərlərin fəhlələri işi dayandırdılar. Bu möhtəşəm çıxışın elə birinci günündə 40-a yaxın firmanın fəhlə və qulluqçuları tətilə qoşuldular. Ertəsi gün tətil genişlənməkdə davam edirdi. Axşama yaxın "Kaspi", "Baku", "Bakinskiye izvestiya" qəzetləri mətbəələrinin fəhlələri işi dayandırdılar. Dekabrın 16-17- də "Şərq cəmiyyəti", "Qafqaz və Merkuri"nin emalatxanaları, habelə "Nadejda" kompaniyası, tənbəki fabriki və Dadaşovun tərsanəsinin fəhlələri, sonra isə Xəzər ticarət donanmasının dənizçiləri, şəhər konkasının, mağazaların, emalatxanaların işçiləri də tətilə başladılar. Beləliklə, tətil ümumi xarakter alaraq 50 minədək adamı əhatə etdi.
Mazutlu-bitumlu şlam
Mazutlu-bitumlu şlam - neftin neftayrıma zavodlarında ilkin emal zamanı, yəni xam neftin termiki fraksiyalaşdırılmamışdan əvvəl asılı mexaniki hissəciklərdən təmizlənməsi üçün gilli qranulometrik tərkibə malik absorbentlərdən istifadə edilir. Həmin absorbentlər neftin tərkibində olan xırda hissəciklərlə birləşərək böyük həcmdə tullantıya çevrilirlər ki, onlarda öz növbəsində neftlə hopmuş olurlar. Onlar tullantı halında şlamxanada toplanmaqlla netfli birləşmələrlə zənginləşmişlər. Tullantılar fiziki-kimyəvi və fotokimyəvi proseslər nəticəsində müəyyən dövr ərzində mazut, sonra isə bitum halına keçirlər. Bina misal olaraq Zığ yaşayış sahəsininn yaxınlığındalı mazutlu-bitumlu şlamxananı göstərmək olar.

Digər lüğətlərdə