METEOR ASTRONOMİYASI

astronomiyanın bölməsi: meteor maddəsinin mənşəyini, quruluşunu və təkamülünü öyrənir.
METEOR
METEOR CİSMİ
OBASTAN VİKİ
Meteor
Axan ulduz və ya Meteor — Günəş sisteminin kiçik cisimlərindən biridir. Onlar kometlərin parçalanması nəticəsində yaranan, həmçinin Günəşə yaxınlaşarkən itələmə qüvvəsinin təsiri ilə kometləri tərk edən hissəciklərdir. Yanan daş normalda daş alovu söndürür amma meteor nə qədər isdi ki daş belə yanır. Planetlərin toz mühiti içərisində ən dinamik maddə növü meteor maddəsidir. Bunların ən kiçikləri (ᐸ0,5 mkm) işığın təzyiqi ilə Günəş sistemini tərk edirlər. Nisbətən böyük meteor maddəsi Robertson-Poyntinq effekti nəticəsində Günəş sistemində qalır. Bunların hər birinin kütləsi qramın onda biri qədər, hətta daha kiçik olur. Nadir halda bəzi meteor cisminin kütləsi qramlarla olur. Bu cisimlərin konsentrasiyası çox kiçikdir: yerətrafı fəzada 1 km3 həcmdə iki mikrometeor vardır. Yerə nisbətən sürətləri 10–15 km/san olan mikrometeorlar əksəriyyət təşkil edirlər.
MBDA Meteor
MBDA Meteor raketi, çoxmillətli “MBDA” şirkəti tərəfindən hazırlanan, 320 km məsafəli, radarla idarə olunan hava-hava tipli döyüş raketidir. Yüksək intensivlikdə olan elektron müharibə mühitində işləyən və qabaqcıl ramjet mühərrik texnologiyasından istifadə edən raket 2016-cı ildə Avropa ölkələrində istehsal olunmağa başlanmışdır. Meteor raketi AIM-120 AMRAAM raketinin əvəzinə yeni nəsil, çox uzaq mənzilli, görüş dairəsindən kənarda fəaliyyəti təmin edəcək bir önləmə raketinin axtarışı ilə ortaya çıxmışdır. Raket üzərində həyata keçirilən işlər, layihədə bir sıra digər Avropa ölkələrinin iştirakı və qısa müddət ərzində Boeing-in dəstəyini bu layihəyə verməsi ilə MBDA şirkətinin rəhbərliyi çərçivəsində beynəlxalq bir proqrama çevrildi. Aktiv idarə olunan radar, yüksək sürətlərdə hərəkətinə imkan verən ramjet mühərriki və uzun mənzili sayəsində qısa və orta mənzildə effektiv MICA ilə işləyən meteor raketi; Eurofighter Typhoon, Dassault Rafale, Saab JAS 39 Gripen, Lockheed Martin F-35 Lightning II kimi döyüş təyyarələrində istifadə olunur. Meteor raketi, İngiltərə Kral Hərbi Hava Qüvvələri, Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələri, Alman Hərbi Hava Qüvvələri, İspaniya Hərbi Hava Qüvvələri, İtaliya Hərbi Hava Qüvvələri, Fransa Hərbi Hava Qüvvələri, İsveç Hərbi Hava Qüvvələri, Çex Respublikası Hərbi Hava Qüvvələri, Misir Hərbi Hava Qüvvələri, Hindistan Hərbi Hava Qüvvələri, Qətər Hərbi Hava Qüvvələri kimi bir çox dövlətin hərbi hava qüvvələri tərəfindən istifadə olunur.
Meteor seli
Meteor seli hər ilin eyni ayda gedən qısamüddətli və sıx (dəqiqədə 1000-dən çox) meteorların dəstəsi. Böyük meteor seli radiantının daxil olduğu bürcə görə adlandırılır. Yerdən görən kimi meteor seli meteor yağışı adlanır. Əsas meteor seliləri Kvadratidlər, Liridlər, η-Akvaridlər, δ-Akvaridlər, Perseidlər, Drakonidlər, Orionidlər, Tauridlər, Leonidlər, Germinidlər və Ursidlərdir.
Meteor yağısı
Meteor seli hər ilin eyni ayda gedən qısamüddətli və sıx (dəqiqədə 1000-dən çox) meteorların dəstəsi. Böyük meteor seli radiantının daxil olduğu bürcə görə adlandırılır. Yerdən görən kimi meteor seli meteor yağışı adlanır. Əsas meteor seliləri Kvadratidlər, Liridlər, η-Akvaridlər, δ-Akvaridlər, Perseidlər, Drakonidlər, Orionidlər, Tauridlər, Leonidlər, Germinidlər və Ursidlərdir.
Fəza astronomiyası
Fəza astronomiyası - Astronomianın bu sahəsinin vəzifəsi qalaktikamızı və onun quruluşunu öyrənməkdir. Qalaktikamızızdan kənar məkanı, o cümlədən digər qalaktikaları isə qalaktikadankənar astronomiya tədqiq edir. Fəza astronomiası qalakitikaların yaranması və təkamülü məsələlərini öyrənmir. Qalaktikamızın öyrənilməsi digər eyni sistemlərin öyrənilməsi məsələsini asanlaşdırır. Bizim kosmik fəzamızın müəyyən dərinliklərin öyrənilməsi o hissələrin toz dumanına bürünməsi səbəbində problemlidir. Ancaq radoastronomiyanın inkişafı bu problemin həllinə müəyyən qədər kömək edir. Fəza stronomiasyası həmçinin Müxtəlif koordinat sistemləri vasitəsilə göy cisimlərinin yerinin müəyyənləşdirilməsi üçün riyazi metodları hazırlayır.
Ulduz astronomiyası
Ulduz astronomiyası - astronomiya elmində vacib yerlərdən birini tutur. Bu sahə ulduz sistemlərinin tədqiqi, daxili quruluşlarını, tsiklərini, hərəkətlərini, təkamülünü öyrənir. Əsasən bizim qalaktika tədqiq edilir. Ulduz astronomiyası kainat dumanlıqlarını və uzaq ulduzları öyrənən astrofizikadan fərqlənir. O ümumilikdə kainat obyektləri ilə məşğul olur və özü daha bir neçə istiqamətə bölünür. Ukduz kinematikası, ulduz dinamikası və ulduz statistikası mövcuddur. Ulduz astronomiyası astrofizika və astrometriya ilə sıx əlaqədə tədqiqat göstərir. Öyrənilən obyektlərin bir sıra xarakteristikaları onlar üçün ümumidir. Məsələn, spektrlərin sinfi, geometrik ölçülər, kütləsi, temperaturu, sıxlığı, fırlanma sürəti, Qalaktikada hərəkət sürəti və s. Qalaktikadakı ulduzların sayı məsələsində riyazi hesablamalardan istifadə edilir.
Avstraliya aborigenlərinin astronomiyası
Avstraliya aborigenlərinin astronomiyası – Avstraliyanın yerli xalqlarında formalaşmış astronomik və kosmoqonik təsəvvürlərin birləşməsidir. Avstraliya aborigenləri düşünürdülər ki, bizim reallıqdan başqa, əcdadların ruhlarının məskunlaşdığı, digər reallıq “Yuxular zamanı” mövcuddur. Bu iki reallıq kəsişir və qarşılıqlı olaraq bir-birinə təsir edir. Həqiqi aləmlə “yuxu” aləminin kəsişdiyi yerlərdən biri səmadır: əcdadların hərəkətləri Günəşin, Ayın, planetlərin, ulduzların hərəkətində əks olunur, lakin insanların da hərəkətləri göydə baş verən hadisələrə təsir edə bilər. Aborigenlərin mifologiyasında ulduz səmasının obyektlərinə: Cənub Xaça, Pleyadlara, Magellan buludlarına və s. geniş yer ayrılır. Hansısa səma obyekti və ya hadisə isə bağlı olan bir sıra mifoloji süjet var. Misal kimi, Orion ülkəri ilə bağlı olan Yolnqu xalqının mifoloji süjetini gətirmək olar: ülkər, qardaşların birinin tabunu pozduğu üçün Günəş tərəfindən göyə qaldırılan 3 qardaşın kanoesi kimi alqılanır. Həmin xalqın inancına görə Venera (Zöhrə) – yaradıcı ruh Barnumbirdir; dan söküləndə qalxan bu ruh, arxasınca işıqdan olan ip çəkir. İp isə ölmüş insanların ruhlarının yaşadığı Baralku adasına bağlıdır; müvafiq ayinləri yerinə yetirərək insanlar bu ip vasitəsi ilə əcdadları ilə təmasa girə bilərlər.