MİLİTARİZM

(fransız militarisime, latın militaris - hərbi) dövlətin ictimai-siyasi həyatının hərbiləşdirilməsi, iqtisadi, elmi-texniki, insani və s. resursların hərbi qüvvənin artırılmasına yönəldilməsi (konversiyası) bəzi hallarda isə idarəçilikdə inzibati-əmr metodlarının tətbiq edilməsi və dövlət məmurlarının (o cümlədən, Hökumətin) hərbi mundir formasına (hərbi iyerarxik rütbəli geyim formasına) keçirilməsi. M.-in motivasiyası rolunda xarici hərbi təcavüz (təhlükəsi və ya artıq baş verməsi) və dövlət daxilində qiyam, ixtişas, üsyan, vətəndaş müharibəsit (təhlükəsi və ya artıq baş verməsi) – çıxış edə bilər, hərçənd bunlar olmadan da, dövlətdə hakimiyyətə böyük dövlətçilik şovinizmi ideyalı irtica, ultraradikal, qəsbkar qüvvələrinin gəlməsi də M.-ə rəvac verə bilər. Sosial ehtiyaclar üçün xərclərin azaldılması (bəzi halda vergilərin və rüsumların artırılması), silahları və silahlı qüvvələrin, hərbi xərclərin durmadan artırılması, hərbi təlimlərin gücləndirilməsi, dövlət iqtisadiyyatı və siyasətində hərbi-sənaye kompleksinin təsirinin güclənməsi, hərbi təbliğatın genişləndirilməsi və s. M.-in səciyyəvi cəhətləridir. Xarici siyasətdə M. özünü dövlətlərin hərbi-siyasi blokların yaradılmasında, külli miqdarda hərbi silah-sursatın, texnikanın alınmasında, “silahlanma yarışında” və s. büruzə verir. M.-ə gətirib çıxardan səbəblər vaxtında çözülmədikdə, sonralar böyük fəlakətə gətirib çıxara bilər. “M.” termini ilk dəfə XIX əsrin ortalarında, Fransada III Napaleon rejimini səciyyələndirmək üçün işlədilmişdir. Bax həmçinin mobilizasiya.
MİQRASİYA
MİLLƏT VƏKİLİ
OBASTAN VİKİ
Militarizm
Militarizm — irticaçı silahlanma siyasətidir və təcəvüzkarlıq məqsədilə müharibəyə hazırlanmaqdır, həmçinin hərbçilərin zorakılığı deməkdir. Militarizm ölkənin milli və dövlət maraqlarını önə çəkmək və genişləndirmək üçün ölkənin hərbi gücünün tətbiqini dəstəkləyən siyasi ideologiyadır; militarist dövlətlərə Amerika Birləşmiş Ştatları, Rusiya, Fransa misal ola bilər. Militarizm həmçinin hərbi ideyaların və hərbi sinfin ölkədə siyasi qərarların qəbuluna və idarəçiliyə birbaşa təsirini özündə ehtiva edir. Militarizm siyasi tarix boyu imperialist və ekspansionist ideologiyanın mühüm elementi olub. Tarixi məşhur nümunələrə misal olaraq; Qədim Assuriya İmperiyası, Sparta yunan şəhər-dövləti, Roma İmperiyası, Aztek Dövləti, Prussiya Krallığı, Habsburq-Loreyn Monarxiyası, Osmanlı İmperiyası, Yapon İmperiyası, Sovet İttifaqı, Benito Mussolini dövrünün İtaliya İmperiyası, Almaniya İmperiyası, Britaniya İmperiyası və Napoleonun idarə etdiyi Birinci Fransa İmperiyası göstərilə bilər.

Digər lüğətlərdə