MİLLİLƏŞDİRMƏ

xalqa, sahibkarlara məxsus olan istehsal müəssisələrin, torpaqların, bankların və digər mal və mülklərinin, bu və ya digər səbəblərdən (inqilab, sosialiqtisadi quruluş çevrilişi və s.) dövlət mülkiyyətinə çevrilməsi, keçirilməsi. Müxtəlif vəziyyətlərdə M.-yə (əsasən) kompensasiya (ödəmə) ilə və ya kompensasiyasız həyata keçirilir. M. öz miqyasına görə çox şaxələnir: total və qismi M. növləri fərqlənir. Total M.-də yalnız şəxsi istifadə üçün təyinatlı predmetlər və xırda avadanlıq M.-yə məruz qalmır. Qismi M.-iqtisadiyyatın müəyyən sahələrini M.-si ilə baş verir (misal: Bankların M.-i; torpağın M-si; kimyəvi təhlükəli müəssisələrin M.-si və s.). Bəzi dövlətlər özünün siyasi, iqtisadi təhlükəsizliyini təmin etməkdən ötrü - strateji əhəmiyyətli iqtisadiyyat sahələrini M.- edə bilər (misal: yeraltı və yerüstü təbii sərvətlərin M.-si; teleradio vasitələrinin M.-si, hava və dəniz nəqliyyat vasitələrinin M.-si və s). Dövlət, xalq üçün strateji kamunikasiya xəttlərinin (dəmir və asfalt yolu, boru xətləri, su kanalları və s.) tikildiyi, qurulduğu ərazilər boyunca yerləşən, vətəndaşlara məxsus olan obyektlər (evlər, müəssisələr) və, hətta torpaqlar müəyyn şərtlərlə M.-yə məruz qala bilər. Bəzi hallarda isə az gəlirli və ya müflisləşmiş özəl müəssisələr daha səmərəli işləməsi üçün, işsizliyə yol verilməməsi üçün dövlət tərəfindən M.-yə məruz qala bilər. Dövlət qarşısında borcu olan müəssisə, borcuna görə dövlət tərəfindən onu müsadirə edilməsi - M.- nin bir növüdür. İnkişaf edn dövlətlərdə M. adətən xarici inhisarlara və yeni müstəmləkəçilik siyasətinə qarşı yönəldilmişdir. M.-nin əksi prosesinə denasionalizasiya, təzədən (təkrar) baş verməsi prosesinə isə renasionalizasiya deyilir. Bax həmçinin sekulyarizasiya.
MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİ, MTN
MİTİNQ
OBASTAN VİKİ
Milliləşdirmə
Milliləşdirmə — özəl investorların əlində olan təbii resurs, xidmət və müəssisələrin siyasi, cəmiyyət və iqtisadi səbəblərdən millətin xeyrinə dövlətin mülkiyyətinə keçirilərək ictimai məqsədlər üçün istifadəsi siyasəti. Milliləşdirmə dedikcə daha dar mənada, millilik qazandırmaq üçün xarici iqtisadi mülkiyyətləri dövlətin mülkiyyətinə keçirmək də başa düşülə bilər. Milliləşdirmə ilə sosiallaşdırma, dövlətləşdirmə və ekspropriasiya kimi oxşar anlayışlar arasında bəzi önəmli fərqlər vardır. Sosiallaşdırma özəl iqtisadi fəaliyyətlərin dövlət, işçi və istehlakçı idarəsində olan sosial fəaliyyətlərə dönüşdürülməsini, eləcə də ictimai baxımdan böyük əhəmiyyət daşıyan bəzi peşələrin (məs. həkimlik) dövlət idarəsi altına alınmasını özündə birləşdirir. Dövlətləşdirmə özəl xarakterli sənaye, ticarət və xidmət qurumlarının ictimai faydasını artırmaq məqsədilə dövlət mülkiyyətinə alınmasını əhatə edir. Halbuki milliləşdirmə əməliyyatında özəl xarakterini itirən fəaliyyətə dövlətdən ayrı bir huqüqi şəxs və inzibatı, texniki ya da iqtisadi muxtariyyət verilir. Ekspropriasiyanın milliləşdirmədən əsas fərqi ictimai xidmətlərin davam etdirilə bilməsi üçün lazım olan əmlaka əl qoyulmasıdır. Milliləşdirmə ilk olaraq qanunvericiliklə həyata keçirilir və milliləşdirilən özəl əmlaka qanunla müəyyən edilmiş məbləğdə təzminat ödənilir. Bununla yanaşı sosialist rejimlərdə milliləşdirmə prosesi daha çox təzminatsız müsadirə xarakteri daşıyır.

Digər lüğətlərdə